Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) həkimlərin və əczaçıların elmi texniki tərəqqinin müasir səviyyəsində dünya və ölkənin təhsil standartlarına uyğun ixtisasartırma və kadrların yenidən hazırlanmasını təmin edən müəssisədir. İnstitut 20 noyabr 1935-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Xalq Səhiyyə Komissarlığının təşəbbüsü ilə yaradılmışdır. Bu dövrdə artıq Azərbaycanda Tibb İnstitutu mövcud idi və ölkə üçün xeyli ali təhsilli mütəxəssislər hazırlamışdır. Həmin kadrların ixtisasartırma və təkmilləşdirilməsi institutumuzda həyata keçirilirdi. Bu il Ə.Əliyev adına ADHTİ 90 illik yubileyini qeyd edir. Bu münasibətlə İnstitutda bir çox yubiley tədbirləri keçiriləcək, yubiley nəşrləri işıq üzü görəcəkdir.

Yubiley təbriki!


20.11.2025

Əziz həmkarlar!
Azərbaycan səhiyyəsinin tarixində mühüm rol oynamış qocaman tibb müəssisələrindən biri olan Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 yaşı tamam olur.



Bu gün Ə.Əliyev adına ADHTİ-nun 90 yaşı tamam olur


20.11.2025

2025-ci ilin noyabrın 20-də Azərbaycan səhiyyəsinin tarixində mühüm rol oynamış qocaman tibb müəssisələrindən biri olan Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 yaşı tamam olur.



Əməkdaşımız Zalsburqda “Bullyoz epidermoliz və İxtioz” mövzusunda beynəlxalq elmi tədbirdə iştirak edibdir


17.11.2025

Avstriyanın Zalsburq şəhərində yerləşən EB House Austria mərkəzində “Bullyoz epidermoliz və İxtioz” mövzusunda beynəlxalq elmi tədbir keçirildi.



Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş konfrans keçirildi


14.11.2025

Ümumdünya Diabetlə Mübarizə Günü-1991-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə hər il noyabrın 14-ü qeyd olunur.



İstanbulda “Caspian Practicum” beynəlxalq tədris layihəsi çərçivəsində yığıncaq keçirilmişdir


12.11.2025

06-09 noyabr 2025-ci il tarixində Türkiyənin İstanbul şəhərində allergik xəstəliklərə dair “Caspian Practicum” adlı beynəlxalq tədris layihəsi çərçivəsində yığıncaq keçirilmişdir.



İnstitutun əməkdaşı Afinada ERNA-nın XXII Baş Assambleyasında iştirak etdi


10.11.2025

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının QİÇS, Vərəm, Hepatit və Psixoaktiv Maddələrdən sui-istifadə Avropa Şəbəkəsi ...



Zəfər Günü bayramınız mübarək!


07.11.2025

Əziz həmkarlar!
Beş il öncə 8 noyabr tarixində Azərbaycan xalqı 44 günlük müharibə nəticəsində öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı.



Beynəlxalq Radioloq Günü qeyd edildi


07.11.2025

1895-ci ildə V.Rentgen tərəfindən rentgen şüalarının kəşfi şərəfinə 8 noyabr Beynəlxalq Radioloq Günü kimi qeyd olunur.



Azərbaycan Pediatrlar Assosiasiyasının 42-ci Milli Qurultayı keçirilmişdir


03.11.2025

28.10.2025-02.11.2025-ci il tarixində Bakıda Azərbaycan Pediatrlar Assosiasiyasının 42-ci Milli Qurultayı keçirilmişdir.



Gəncə şəhərində keçirilmiş Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin XIV Regional Konfransında oftalmologiya kafedrasının əməkdaşları fəal iştirak etmişlər


01.11.2025

31 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, akademik Z.Əliyeva adına Milli ...




Ə.Əliyev adına ADHTİ-nun Cərrahiyyə klinikası 20.03.1988-ci ildə Müalicə-məsləhət Diaqnostik Cərrahi Mərkəz kimi istifadəyə verilmişdir. Mərkəzin rəhbəri prof., t.e.d. Azad Ağa oğlu İsmayılov olmuşdur. 31.01.1992-ci ildə klinikanın rəhbəri Baş həkim adı ilə əvəz olunmuşdur.
26.08.1997-ci ildə mərkəzin adı dəyişdirilimiş və Ə.Əliyev adına ADHTİ-nun Cərrahiyyə Klinikası adlandırılmışdır. 1990-1998-ci illərdə klinikada baş həkim kimi N.Məmmədov çalışmışdır.



Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX