Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
1961-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ümumi cərrahiyyə kafedrası nəzdində stomatologiya kursları təşkil edilmişdir. Cərrah-stomatoloqların hazırlanması və təkmilləşdirilməsinə olan böyük tələbatı nəzərə alaraq 1974-cü ildə Stomatologyia kafedrası nəzdində cərrahi stomatologiya kursu təşkil olunur və ona rəhbərlik dos. R.M.Həsənliyə tapşırılır. Bu kursun ilk bazası akad. M.A.Mirqasımov adına Respublika Kliniki Xəstəxasının Travmatologiya şöbəsində 20 çarpayılıq palata olmuşdur. 1980-cı ilin oktyabrından kursun klinik bazası akad. M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxasının cərrahi stomatologiya şöbəsi, poliklinik bazası ilə – Stomatoloji Mərkəzin cərrahiyyə şöbəsi olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ümumi cərrahiyyə kafedrası nəzdində stomatologiya kursları təşkil edilmişdir. Ümumi cərrahiyyə kafedrasının müdiri, əməkdar elm xadimi, professor Q.K.Əliyevin Stomatologiya kursunun fəaliyyətinin istiqamətləndirilməsində və təşkilində xidmətləri danılmazdır. Stomatologiya kursunun ilk rəhbəri tibb elmləri namizədi Əliağa Abbas oğlu Əhmədov olmuşdur. Ə.A.Əhmədov kursun fəaliyyətə başladığı ilk günlərdən qarşıya çıxan çətinliklərə baxmayaraq yüksək nəzəri və praktik səviyyədə həkim-stomatoloqların respublikada ilk təkmilləş-dirmə kursunu həyata keçirmişdir.
Ə.A.Əhmədov 1962-ci ildə Cərrahiyyə kafedrasının stomatologiya kursu üzrə dosenti, 1964-cü ildə isə Stomatologiya kafedrasının müdiri seçilir. Kafedra müdiri işlədiyi 3 il ərzində təkcə Azərbaycandan deyil, həm də keçmiş SSRİ-nin digər respublikalarından 60-a qədər həkim-stomatoloq təkmilləşmə kursu keçmiş-dir.
Əməkdar elm xadimi, prof. Ə.A.Əhmədov kafedranın baza və müasir tibbi avadanlıqla təchizində, gənc, perspektivli kadrların kafedraya cəlb olunmasında böyük təşəbbüs göstərmiş və buna nail olmuşdur. Sözsüz ki, bütün bunların kafedranın genişləndirilməsində, müəllim ştatı ilə komplektləşdirilməsində və stomatologiya sahəsində elmi tədqiqatların aparılmasında böyük əhəmiyyəti olmuşdur.
1968-ci ildən Stomatologiya kafedrasına dosent O.R.Məmmədov rəhbərlik etməyə başlamışdır. 1989-cu ilədək kafedraya rəhbərliyi müddətində o, həkim-stomatoloqların ixtisaslaşma və təkmilləşməsinə, pedaqoji prosesin və müalicə-profilakti işlərinin yaxşılaşdırılmasına nail olmuşdur. Kadr hazırlığının səviyyəsini yüksəltmək məqsədilə kafedraya t.e.n. R.M.Həsənli və t.e.n. O.S.Seyidbəyov cəlb olunmuşlar. Bu illər ərzində kafedra əməkdaşlarının səyi «Azərbaycanın bəzi istehsal müəssisələrində çalışan fəhlələr arasında dişlərin və ağız boşluğu selikli qişasının peşə xəstəlikləri» problemlərinin həllinə yönəldilmişdir. Sənaye istehsal müəssisələri ilə sıx əlaqələr yaradılmış, bu müəssisələrdə çalışanlar arasında stomatoloji-peşə xəstəliklərinin aşkarlanması və müalicə-profilaktika tədbirlərinin hazırlanıb, həyata keçirilməsi başlanmışdır.
Elmi fəaliyyətin nəticəsi olaraq dos. O.R. Məmmədovun rəhbərliyi altında peşə patologiyaları üzrə altı elmlər namizədi dissertasiyası müdafiə olunmuşdur (T.M. Hənifəyev, Z.İ. Qarayev, A.D. Pleşeyev, A.Polyakov, İ. Güləliyev, T. Şalbarov). Cərrahi stomatologiya kursunun klinik bazasının genişləndirilməsi və tam müstəqil fəaliyyət göstərməsi zamanın tələbi idi. Ona görə də Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektorluğu kursun bazasının genişləndirilməsi, ştatının artırılması və ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi haqda qərar qəbul edir.
Kafedranın fəaliyyətinin mühüm aspektlərindən biri də poliklinika və stasionarda müalicə işidir: Xəstələrin mütəmadi nəzarətdən keçirilməsi, məsləhətlər, müzakirələr, operativ müdaxilələr və s. Klinik bazalarda kafedranın əməkdaşları ağır xəstələrin diaqnostikası və müalicəsini öz üzərlərinə götürürlər. Burada əsas diqqət müalicənin effektli nəticəsinə və müddətinin qısaldılmasına yönəldilir. Buna müalicənin düzgün təşkili, həm də yeni, effektiv müalicə üsullarının tədbiqi sayəsində nail olunur. Gündəlik praktikada kafedra əməkdaşları diaqnostika və məqsədilə müasir tibbi texnika və avadanlıqdan geniş istifadə edirlər.
Bu gün kafedranın üz-çənə cərrahlarının təcrübəli əlləri travma və yaralanmalardan sonra sifətin konturlarını bərpa edir, itirilmiş çeynəmə, udma, nitq funksiyalarını qaytarır, üzün eybəcərliklərini aradan qaldırır, diş cərgəsini implantasiya üsulu ilə düzəldir və s.
Kafedranın əməkdaşları daim Bakı şəhərinin və respublikanın digər bölgələrinin müalicə müəssisələrinə konsultativ köməklik göstərirlər. Rayonlarda keçirilən səyyari kurslar zamanı onlar praktik həkimlərin iştirakı ilə klinik konfranslar təşkil edir, yerlərdə müalicəvi işlər yerinə yetirirlər.
Kafedra əməkdaşlarının çoxşaxəli fəaliyyəti yüksək ixtisaslı həkim stomatoloqların təkmilləşmə işinin effektivliyinin yüksəlməsinə xidmət edir. Yarandığı ilk gündən Stomatologiya kafedrasının fəaliyyəti günbəgün genişlənmiş, müalicə, tədris və elmi fəaliyyəti daim təkmilləşmişdir.
Tədrisin yeni formalarının seçilməsində Stomatologiya kafedrası öz qarşısına belə bir tezis qoymuşdur: mütəxəssislərin ixtisası yüksəldikcə, kursların müddətini azaltmaqla onları tematik kurslara uyğunlaşdırmaq. Diplomdan sonrakı tədrisin optimallaşdırılması ümumi və tematik kurslarda oxunan mühazirələrin təkmilləşdirilməsindən çox asılıdır. Stomatologiya kafedrasında tədris prosesi elə təşkil olunmuşdur ki, həkim-müdavim qısa müddət ərzində müasir stomatolo-giyanın müxtəlif sahələri üzrə maksimum həcmdə bazis biliyə yiyələnə bilsin. Dərslərin keçirilməsi zamanı müasir texniki vasitələrdən geniş istifadə olunur.
Təkcə son 5 il ərzində Stomatologiya kafedrası ümumi və tematik təkmilləşmə üzrə 50 kurs keçirmişdir. Bu tsikllərdə respublikanın 600-dən çox həkim-stomatoloqu öz ixtisasını artırmışdır.
Kafedranın elmi istiqaməti
Stomatologiya kafedrasında elmi-tədqiqat işlərinin vəziyyəti və səviyyəsinin, həm də tədrisinin keyfiyyətini müəyyən etdiyini nəzərə alaraq, aparılan elmi işlərin sayını artırmaqla yanaşı çoxistiqamətli olmasına diqqət yetirilmişdir.
Alınan nəticələr üz-çənə nahiyyəsinin kəskin iltihabi prosesləri zamanı xəstələrin orqanizmində baş verən patofizioloji dəyişikliklər haqqındakı təsəvvürü genişləndirir, xəstənin vəziyyətinə daha obyektiv qiymət verməyə və iltihabi prosesin proqnozunu təyin etməyə imkan verir. Sonuncu isə kompleks müalicə və fəsadların profilaktikası tədbirlərinin həyata keçirilməsi zamanı aşkarlanmış patoloji dəyişiklərin nəzərə alınmasını tələb edir.
Göstərilən mövzu üzrə 1 doktorluq (O.S.Seyidbəyov ) və 1 namizədlik (R.K.Əliyeva) dissertasiyası müdafiə olunmuşdur.
Təkcə son bir neçə il ərzində prof. O.S.Seyidbəyovun rəhbərliyi altında 6 namizədlik dissertasiyası müdafiə edilmişdir (H.Ə.Əsədov, A.R.Ağazadə, F.Məmmədov, R.Soltanov, R.M.Qarayev, R.Q.Abışov ). Bu dissertasiyalar terapevtik və cərrahi stomatologiyanın aktual məsələlərinə həsr olunmuş və onların üçünün müəllifi kafedranın əməkdaşlarıdır.
Kafedranın elmi tədqiqat fəaliyyətinin nəticələri 100-dən çox elmi əsərdə öz əksini tapmışdır. Bununla yanaşı kafedranın əməkdaşları 2 monoqrafiya, 20–yədək metodik tövsiyə dərc etdirmiş, 3 müəllif şəhadətnaməsi, 2 patent, 5 səmərələşdirici təklif şəhadətnaməsi almışdır.
Hazırda kafedranın əsas elmi fəaliyyəti «Üz-çənə nahiyyəsinin anomaliya və qüsurlarının dəqiq diaqnostikası və rekonstruktiv cərrahi üsulların təkmilləşdirilməsi» istiqamətində aparılır. Bu mövzu üzrə 2 doktorluq (dos. H.Ə.Əsədov və t.e.n. A.R.Ağazadə) və 1 namizədlik dissertasiyası (aspirant S.Əliyev) yerinə yetirilir.
Dos. M.M.Əliyevin «Kəskin zəhərlənmələr zamanı ağız boşluğu selikli qişası xəstəliklərinin klinikası, diaqnostikası və müalicəsi» mövzusunda doktorluq dissertasiyası tamamlanmış və müdafiəyə təqdim edilmişdir.
Bununla belə aspirant E.Musayevin «Psoriaz zamanı gicgah-çənə oynağı patalogiyalarının müalicəsi və profilaktikası», aspirant Z.Əliyevin «Bağırsaq disbakteriozunun ağız selikli qişasında təzahürü zamanı kliniko-mikrobioloji və immunoloci paralellər», L.Quliyevanın «Allergik stomatitlərin klinikası, diaqnostikası və müalicə prinsipləri» mövzusunda namizədlik dissertasiyaları yekunlaşma mərhələsindədir.
2008-ci ildə L.X.Quliyeva “Ağız selikli qişasının allergik xəstəliklərinin klinik-immunoloji paralelləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi adı almışdır.
2017-ci ilin ilk aylarında bu iş böyük müvəffəqiyyətlə başa çatdırılmışdır və Cəmil Əli oğlu Babayev həmin il mayın 24-də “Оценка состояния полости рта у больных с хронической болезнью почек, пути профилактики и лечения” mövzusunda dissertasiyasını müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinı qazanıb.
Kafedranın müalicə fəaliyyəti
Kafedranın bütün əməkdaşları kafedra yerləşən səhiyyə oсağında müaliсə işində fəal iştirak edirlər. Professor O.S.Seyidbəyov hər gün RKX üz-çənə сərrahiyyəsi şöbəsində səhər konfransında xəstələrin müzakirəsində iştirak edir və məsləhətlər verir.
Kafedranın dosentləri və assistentləri həkim-dinləyiсilərin iştirakı ilə xəstələri müayinə edir və müzakirələr aparırlar. Kafedranın işçiləri terapiya, сərrahiyyə və ortopediya şöbələrində hər gün xəstələrin qəbulu və müalijəsi ilə məşğul olurlar. Onlar gördükləri iş barəsində hər ay hesabat verirlər.
Kafedranın əməkdaşları

Tibb üzrə elmlər doktoru, professor Ağazadə Afət Rəşid qızı, 1988-ci ildə Azərbaycan Tibb İnstitutunun stomatologiya fakültəsini bitirmişdir. 2000-ci ildə «Replantasiya və retensiya olunmuş dişlərin diş cərgəsinə çıxarılması əməliyyatlarında hidrooksiapatit əsaslı implantasion osteoplastik biomaterialın istifadəsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. 2005-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasında işləyir. 01.02.2012-ci ildən etibarən kafedranın dosentidir.
2013-cü ildə «Osteoporozlu pasiyentlərdə dental implantasiya zamanı diaqnostika və müalicə metodlarının təkmilləşdirilməsi» mövzusunda dissertasiya işini müdafiə edərək tibb üzrə elmlər doktoru dərəcəsini almışdır.
Beynəlxalq ekspertlər qrupunun tərkibində yumşaq sümüklərdə sabitlik və fiksasiya üçün yeni implantat, həmçinin ətraf toxumaları zədələnmələrdən qoruyan və invaziv müdaxilənin gedişatına effektiv təsir göstərən yeni cərrahi alətlər işləyib hazırlamışdır. İşləmələrin yeniliyi ixtiralar üçün alınmış 3 patent və 4 səmərələşdirici təklif əsasında müdafiə edilmişdir.
Bir çox xarici ölkələrdə keçirilən təkmilləşmə kurslarında iştirak etmiş və sertifikatlarla təmin olunmuşdur. Beynəlxalq konfrans, simpozium və qurultaylarda dəfələrlə mühazirə ilə çıxış etmişdir. European Association for Osseointegration (EAO), European Federation of Periodontology (EFP) üzvüdür. PerioBaku Cəmiyyətinin sədridir.
Dosent A.R. Ağazadənin indiyədək 70-dən çox elmi əsəri (onlardan 3 monoqrafiya, 3 patent, 4 səmərələşdirici təklif) nəşr olunmuşdur.

Məzahir İbrahim oğlu İsmayilov 21 oktyabr 1952-ci ildə Oğuz rayonunda anadan olub.
1974-ci illərdə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsini bitirib.
1991-ci ildə Moskva şəhərində "Клинико-лабораторные исследования влияния формовочных материалов на качество изготавливаемых несъемных зубных протезов" mövzusunda elmi işi müdafiə edərkən, tibb elmləri namizədi elmi dərəcəsini qazanıb.
1992 ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistent vəzifəsinə təyin edilmişdir.
2003 ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosent vəzifəsinə təyin edilərək, hindiyə qədər də həmin vəzifədə çalışır.
2014 ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiyası Komissiyası tərəfindən dosent diplomuna layiq görülüb.
Kafedrada işlədiyi müddət ərzində Məzahir İbrahim oğlu İsmayilovun 28 elmi əsəri dərc olunmuşdur. Onların arasında elmi məqalələr, dərsliklər, metodik dərs vəsaitləri, metodik tövsiyələr, tədris vəsaitlər var.

Kafedranın assistenti, t.e.ü.f.d. Əliyev Zaur Üzeyir oğlu 2000-ci ildə ADHTİ-nun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının ordinaturasına qəbul olunub. 2002-ci ildə ADHTİ-nun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasına aspiranturasına qəbul olunub. 2007-ci ildə «Bağirsaqların disbiotik pozuntuları fonunda residiv aftoz stomatitin kliniki-mikrobioloji və immunoloji parallelləri və kompleks müalicənin effektliyi» mövzusunda dissertasiya işini müdafiə edib, tibb elmləri namizədi elmi dərəcəsini almışdır. 50 dən çox elmi məqalələrin, 2 monoqrafiyanın, və bir çox səmərələşdirici təkliflərin müəllifidir, «Caspian Ortodontik Jurnalının» baş redaktorudur. Hal hazirda kafedrada assistent vəzifəsində çalışır.

Cəmil Əli oğlu Babayev 1 may 1981-ci ildə Bakı şəhərində anadan olub. 1997-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
2002-2003-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasında internatura kursu keçib.
2003-2013-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının Baş laborant vəzifəsinə təyin edilib.
2013-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistent vəzifəsinə təyin edilmişdir, və hal-hazırda bu vəzifədə çalışır.
23.11.2012-ci ildə "Оценка состояния полости рта у больных с хронической болезнью почек, пути профилактики и лечения" elmi işi cərrahiyyə fakultəsinin elmi şurasında təsdiq edilib.
2017-ci ilin ilk aylarında bu iş böyük müvəffəqiyyətlə başa çatdırılmışdır və Cəmil Əli oğlu Babayev həmin il mayin 24-də dissertasiyasını müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinı qazanıb. 2018-ci ildə də yanvar ayında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tibb üzrə fəlsəfə doktoru diplomuna layiq görülüb.
Kafedrada işlədiyi müddət ərzində Cəmil Əli oğlu Babayevin 29 elmi əsəri dərc olunmuşdur. Onların arasında 20 elmi məqalələr, 3 tezis, 3 dərs vəsaiti, 2 metodik tövsiyə və 1 patent var.

T.e.ü.f.d., assistent Abışov Rəşad Qüdrət oğlu 1992-1993 illərdə Seçenov adına Moskva Tibb Akademiyasinda üz-çənə və plastik cərrah kimi ixtisaslaşmışdır.
1995-1998-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasını bitirmişdir. 2001-ci ildə "Üz-çənə skeletinin zədələnmələri və onların ekspertiza cəhətdən qiymətləndirilməsi"mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. 1998-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun "Ağız və üz-çənə cərrahiyyə " kafedrasının assistentidir. 40 elmi meqalənin, 2 dövlət ixtirasının, 1 səmərələşdirici təklifin, 2 metodik tövsiyyənin, 2 monoqrafiyanın və 1 metodik tədris vəsaitinin müəllifidir. Almaniya, İtaliya, Finlandiya, Turkiyə, İsrael və Ukraynada dəfələrlə kurs keçmiş və sertifikatlarla təmin olunmuşdur.

Kafedranın dosenti, t.e.ü.f.d Əhmədbəyli Cavid Ramiz oğlu 2000-2005-ci illərdə İstanbul şəhərində Yeditepe Universitetinin stomatologiya fakültəsini bitirmişdir. Həmin universitetdə Avropa Parodontologiya Federasiyası tərəfindən akkreditə olunmuş parodontologiya üzrə rezidentura proqramını uğurla başa vuraraq 2011-ci ildə parodontologiya və implantologiya sahəsində federasiyanın beynəlxalq mütəxəssis diplomunu, 2012-ci ildə həmin universitetin parodontologiya kafedrasında parodontologiya ixtisası üzrə doktorantura proqramını bitirərək və «İncə biotipli çox sayli diş əti çəkilmələrin yalniz taca istiqamətlənmiş dilimlə təkbaşina və ya hüceyrəsiz dermal matrisa membrani ilə birlikdə cərrahi müalicəsi» mövzusunda dissertasiya işini müdafiə edərək tibb elmində parodontologiya üzrə fəlsəfə doktoru (PhD in Periodontology) dərəcəsini, həmçinin 2013-cü ildə Türkiyə Respublikası Səhiyyə Nazirliyi tərəfindən Parodontologiya üzrə Uzmanlıq diplomunu almışdır. 2015-ci ildən Ə. Əliyev adına ADHTİ-nin stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti vəzifəsində çalışır. 2009-ci ildən Bakıda yerləşən 5A Dent estetik stomatoloji klinikasında qeyri-cərrahi parodontolojı müalicə ilə yanaşı, dişlər və implantlar ətrafında plastik və rekonstruktiv parodontolojı cərrahiyyə üzrə özəl kliniki fəaliyyətini və tətqiqatlarını davam etdirir. İndiyədək 15 elmi əsəri yerli və beynəlxalq dövri jurnallarda nəşr olunmuşdur. Beynəlxalq İmplantologiya Təşkilatının implantologiya üzrə beynalxalq mühazirəçisi, Quitessenz AZ elmi-praktik jurnalının redaksiya heyyətinin parodontologiya bölməsi üzrə üzvü, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidentidir. European Federation of Periodontology (EFP), International Association for Dental Research Beynəlxalq (IADR), International Team for Implantology (ITI), International Academy of Periodontology (IAP), Türkiyə Parodontologiya Cəmiyyətinin (TPD) və Türkiyə Estetik Stomatologiya Akademiyasının (EDAD) fəal üzvüdür. 15-dən çox yerli və beynəlxalq tədbirlərdə məruzələrlə cıxış etmişdir, həmçinin 60-dan çox yerli və beynəlxalq konfrans, simpozium və təkmilləşdirmə kurslarında iştirak edərək sertifikatlarla təmin olunmuşdur.

T.ü.f.d., dosent Əliyev Səid Zöhrab oğlu 2002-ci ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsini bitirmiş və 2004-cü ildə Ə.Əliyev adına ADHTİ-nin stomatologiya kafedrasının əyani aspiranturasına qəbul olunmuşdur. 2008-ci ildə dissertasiyanı müvəffəqiyyətlə müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür. 2008-2014-cü illərdə institutun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasında assistent vəzifəsində çalışdıqdan sonra 2014-cü ildən bu günə qədər həmin kafedranın dosentidir. O, işlədiyi dövr ərzində kafedranın ixtisası üzrə mütəxəssislərin hazırlanması və təkmilləşməsi işini yüksək səviyyədə aparmış və özünü hər tərəfli üz-çənə cərrahı kimi göstərmişdir. Mühazirələri, seminar və praktiki məşğələləri müasir səviyyədə aparır. S.Z.Əliyev 50 çap olunmuş elmi işin, onlardan bir patent, 3 səmələşdirici təklifin, iki metodik tövsiyənin, bir monoqrafiyanın, iki dərs vəsaitinin müəllifidir. 2016-ci ildən institutun cərrahiyyə fakültəsinin dekanı vəzifəsində çalışır.

Тibb üzrə fəlsəfə doktoru, Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Lalə Xaqani qızı Quliyeva 1998-ci ildə ATU-nu bitirdikdən sonra birillik internatura keçmiş, uşaq stomatoloji mərkəzində həkim-stomatoloq işləmiş, 2000-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasına baş laborant vəzifəsinə qəbul olunmuş,
2014-2019-cü illərdə kafedranın assistenti vəzifəsində çalışmış, 2019-cu ildə isə kafedranın dosenti vəzifəsinə təyin edilmişdir.
2008-ci ildə L.X.Quliyeva “Ağız selikli qişasının allergik xəstəliklərinin klinik-immunoloji paralelləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi adı almışdır.
İndiyədək L.X.Quliyeva tərəfindən 50-dən çox elmi əsəri işıq üzü görmüşdür. O, 1 dərsliyin, 1 dərs vəsaitinin, 1 patentin və 2 səmərələşdirici təklifin həmmüəllifidir.
Kafedranın ünvanı
Akad. Mir-Qasımov ad. Respublika Klinik Xəstəxanası (1-ci korpus),
tel.: 431 58 54, Bakı ş., Tbilisi pros., 3165-ci məhəllə
Ortodontiya kafedrası
Kafedra haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ilk ortodontiya kafedrası təsis olunmuşdur. Həmin İnstitutun rektoru N.A. Qasımovun 267 saylı, 30 iyun 2022-ci il tarixli əmri ilə “ortodontiya” kafedrasının müdiri vəzifəsinə tibb elmləri doktoru Qasımova Ziba Vaqif qızı təyin edilmişdir. Kafedranın assistentləri vəzifəsinə professor O.S. Seyidbəyovun tələbələri – t.e.n. O.F. Qasımov və t.e.n. G.B. Əliyeva təyin edilmişlər. Kafedranın əməkdaşları həmçinin 2005-ci ildə yaradılmış Azərbaycan Peşəkar ortodontlar cəmiyyətinin (APOC) üzvləri, dos. Z.V. Qasımova isə həmin cəmiyyətin sədridir. APOC daima müxtəlif elmi-praktik konfranslar keçirərək, iştirakçılara Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ballar verir ki, bu da sonradan sertifikatlaşdırma imtahanının verilməsi üçün zəruridir.
Birinci ortodontiya kafedrasının yaradılması – ölkəmiz və bu tibbi ixtisas üçün tarixi hadisədir. Tibb üzrə fəlsəfə doktoru R.Q. Həşimov tərəfindən bu gün tibbin kifayət qədər tələbat olan sahəsində – ortodontiyada və ölkəmizdə, ilk növbədə uşaqlar arasında diş-çənə sistemi anomaliyalarının geniş yayılması ilə əlaqədar olaraq başladığı elmi-praktik və təşkilatçılıq fəaliyyətinin keçdiyi uzun və keşməkeşli yol Azərbaycanda ilk ortodontiya kafedrasının yaradılması ilə başa çatdı.
Ortodontiya kafedrasının yaradılması üzərimizə ixtisaslı həkim-ortodont kadrlarının hazırlanması və bundan sonra “ortodontiya” ixtisasının ölkəmizin rifahı naminə aktiv inkişaf etdirilməsi, həmçinin innovativ işləmələrimizin dünya ortodontiya təcrübəsinə yeridilməsi üçün bütün bilik və səylərimizi sərf etmək vəzifəsi qoyur.
Kafedranın əməkdaşları

Qasımova Ziba Vaqif qızı 13.12.1966-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Tibb İnstitutunun Stomatologiya fakültəsini 1989-cu ildə fərqlənmə diplomu ilə bitirib. Həmin il uşaq stomatologiya kafedrasının kliniki ordinaturasına qəbul olunub. 1991-1994-cü illərdə uşaq stomatologiyası üzrə aspiranturaya qəbul olunub və “Diş-çənə anomaliyalarının kompleks müalicəsində aşağıtezlikli ultrasəsin tətbiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1997-ci ildə müsabiqə yolu ilə uşaq stomatologiyası kafedrasına assistent vəzifəsinə seçilib. 2002-ci ildən stomatologiya (müalicə-profilaktika, pediatriya, tibbi-profilaktika fakültələrinin) kafedrasında assistent, 2003-cü ildən isə dosent vəzifəsində çalışır. 2016-cı ildən hal hazıradək “Ortho-1” klinikada məsləhətçi, 2018-ci ildən Terapevtik stomatologiya kafedrasında dosent vəzifəsində çalışıb.
Qasımova Z.V. proqrama uyğun IV kurs terapevtik stomatologiyadan xarici tələbələrə ingilis dilində, III kurs İctimai Səhiyyə fakültəsinin, V kurs Hərbi tibb fakültəsi və II kurs Hərbi feldşer fakültəsinin tələbələri üçün stomatologiya fənni üzrə Azərbaycan və rus bölməsində mühazirələr və praktiki məşğələlər aparıb.
Elmi-praktiki tədqiqat və müalicəvi işləri 90 çap olunmuş məqalə və tezislərdə əksini tapıb, 2 patentin, 2 səmərələşdirici təklifin və 10 metodik vəsaitin müəllifidir. Hal-hazırda, t.e.n. Qasımova Z.V. müasir mövzuya aid elmi-praktiki iş üzərində çalışır, dəfələrlə Azərbaycanda və digər ölkələrdə keçirilən konfranslarda çıxış edib.
2021-ci ildə “Şaquli diş-çənə anomaliyalarının diaqnostika, müalicə və profilaktika metodlarının optimallaşdırılmasının müasir prinsipləri” mövzusunda elmlər doktorlu elmi dərəcəsi müdafiə edib. 2022-ci ildən hal hazıradək Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ortodontiya kafedrasının müdiri vəzifəsində çalışır.

Əliyeva Günel Bəy-Rza qızı 17 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 2002-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsində təhsil alıb. 2007-2008-ci illərdə internaturanı Azərbaycan Respublikasının Stomatoloji Mərkəzində keçib. 2008-2014-cü illərdə həmin mərkəzdə həkim-stomatoloq vəzifəsində işləyib. 2014-cü ildən Stomatoloji Mərkəz MMC-nin Ortodontiya şöbəsində həkim-otodont vəzifəsində işləyir.
2022-ci il iyun ayından etibarən indiki tarixədək ADHTİ-nun ortodontiya kafedrasında assistent vəzifəsində işləyir. 2015-ci ildə "Yüksək texnologiyalı stomatoloji yardıma tələbat və onun effektivlik meyarlarının optimallaşdırılması" mövzusunda dissertasiya işini müdafiə edib.
5 məqalə və 1 tezisin müəllifidir.

Qasımov Orxan Fuad oglu 11 iyul 1987-ci ildə Bakı şəhərində anadan olub.
2003-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakultəsini fərqlənmə diplomu ilə bitirib. 2008-2010-cu illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutunda kliniki ordinaturada təhsilini davam etmişdir.
2010-2016-cı illərdə Respublika Stomatoloji Mərkəzində həkim-stomatoloq vəzifəsində çalışıb.
2009-2012-ci illərdə Ə. Əliyev adına AzDHTİ-nun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dissertant vəzifəsində çalışıb, və 2012-ci ildə “Ortodontik pasiyentlərdə əsas stomatoloji xəstəliklərin diaqnostik və müalicə üsullarının təkmilləşdirilməsi” mövzusunda tibb üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.
2018-ci ildən Ə. Əliyev adına AzDHTİ-nun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti və 2022-ci ildən hal hazıra qədər Ə.Əliyev adına AzDHTİ-nun ortodontiya kafedrasının assistenti vəzifəsində çalışır.
32 çap olunmuş məqalə və tezis, 3 metodik vəsaitin müəllifidir.
Parodontologiya kafedrası
Kafedra haqqında
Parodontologiya ixtisası ölkəmizdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 mart 2019-cu il tarixli 103 nömrəli Qərarı əsasında təsdiq edilmişdir. Parodontologiya - dişlər və implantlar ətrafındaki dəstək toxumaların xəstəliklərinin diaqnostikası, profilaktikası, müalicəsi və bərpasına yönəlmiş tibbi elm sahəsidir. Həkim-parodontoloq dişlər və implantlar ətrafında dəstək toxumaların xəstəliklərinin diaqnostikası, profilaktikası, qeyri-cərrahi və cərrahi müalicəsi, həmçinin ağız boşluğunda implantların yerləşdirilməsi üzrə ixtisaslaşmış həkim-stomatoloqdur.
Ölkəmizdə parodontologiya və dental implantologiya sahəsinin beynəlxalq təcrübəyə əsaslanaraq müvafiq təkmilləşdirilməsi, dişlər və implantlar ətrafında diş əti xəstəliklərinin diaqnostikası və müalicə metodları üzrə yeni rəhbərliklərin və tədris vəsaitlərinin tərtib olunması; parodontologiya ixtisası üzrə ali tibb təhsil pilləsinin dövlət standartı rezidentura səviyyəsi üzrə təhsil proqramının müasir standartlara uyğun nəzəri və praktiki öyrədilməsi; parodontologiya və dental implantologiya üzrə elmi-tədqiqat işlərinin müasir tələblər əsasında aparılması, innovasiyaların öyrənilməsi və praktikada tətbiqi; davamlı tibbi təhsildə tədrisin və sertifikasiyasının müasir tələblərlə uyğun yenilənməsi; tibb müəssisələrində konsultativ və təşkilati-metodik yardımın göstərilməsi və insanlarda diş əti xəstəliklərinin ciddiyyəti haqqında ictimai məlumatlılığının artırılması zərurəti var.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutununda Parodontologiya kafedrası yaradılmışdır.
Azərbaycanda ilk dəfə parodontologiya kafedrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi rəhbərliyi və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov dəstəyi ilə təsis olunmuşdur.
Kafedra əməkdaşlarının üzərinə ixtisaslı həkim-parodontolog kadrlarının hazırlanması və “parodontologiya” ixtisasının aktiv inkişaf etdirilərək müasir standartlara cavab verən səviyyəyə çatdırılması vəzifəsi qoyur.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|