Ə.Əliyev adına ADHTİ-da COVİD-19 infeksiyası ilə mübarizə mövzusunda onlayn təlimlər keçirilir

29.06.2020

Azərbaycanda yeni koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən geniş miqyaslı tədbirlər davam etdirilir. Səhiyyə Nazirliyinin göstərişi ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkim və orta tibb işçiləri üçün koronavirusla bağlı xüsusi təlim-treninqlər davamlı aparılır.Təlimlərin məqsədi koronavirusla mübarizə aparan və ən çox risk altında olan həkim və orta tibb işçilərini virus və ondan qorunma yolları ilə bağlı məlumatlandırmaq, əks-epidemik tədbirlərə hazırlamaqdır.Ölkədə infeksiyanın yayılmasındakı hai-hazırki durumu nəzərə alaraq daha çox dinləyiciləri əhatə etmək məqsədilə institutda bu mövzuda onlayn kursların keşirilməsi haqqında Səhiyyə Nazirliyi tərəfindən göstəriş verilmişdir. İlkin mərhələdə Bakı şəhərində yerləşən 79 poliklinikadan 2100 nəfər həkim və orta tibb işçiləri həmin kurslara cəlb olunmuşlar.Artıq bir neçə gündür başlanmış qisa müddətli onlayn kurslarda koronavirusa yoluxmuş xəstələrlə təmas edən tibbi heyətə xəstəlik haqqında, mövcud olan müalicə sxemləri və virusla mübarizə tədbirləri haqqında ən son məlumatlar çatdırılır, qarşıya çıxan problemləri həll etmək yolları göstərilir. Eyni zamanda kişik tibb işçilərinə əks-epidemik tədbirlər, biomühafizə və karantin qaydalarına həsr olunmuş təlim-treninqləri də təşkil olunmuşdur. Artıq 800 nəfər bu onlayn kursları dinləmiş, təlimlərdə iştirak etmişlər. Onlayn kurs və təlimlər institutun yoluxucu xəstəliklər, mikrobiologiya və epidemiologiya, terapiya və pediatriya kafedralarının əməkdaşları tərəfindən istirahət günləri də daxil olmaqla davam etdirilir.


ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX