TQDK tərəfindən keçirilən rezidenturaya qəbul imtahanlarının nəticəsində 2011-ci tədris ilində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna 52 həkim-rezident, 2012-ci tədris ilində-41 həkim-rezident, 2013-ci tədris ilində 43 həkim-rezident daxil olmuşdur. Hal-hazırda 126 həkim-rezident rezidenturada təhsil alır.
Rezidentlər ixtisaslar üzrə kafedralarda “Rezidenturaya qəbul olunan həkimlərin hazırlığına cavabdeh olan rəhbər-kuratorların təyin edilməsi haqqında” Səhiyyə Naziri O.K.Şirəliyevin əmri ilə təsdiq edilmiş kuratorun rəhbərliyi altında hazırlıq keçirlər. Rezidentlərə tədris kursuna uyğun öz ixtisasları üzrə mühazirələr oxunur, seminarlar keçirilir, kafedralarda ümumi fənn və ixtisas rotasiyaları aparılır. İş müddəti zamanı rezidentlər ixtisas kafedralarına təhkim olunmuş xəstəxanaların müvafiq şöbələrində kuratorların rəhbərliyi altında həkim - mütəxəssis kimi fəaliyyət göstərirlər, şöbə və xəstəxana üzrə növbətçilik çəkirlər. Kafedraların elmi istiqaməti üzrə elmi-tədqiqat işlərinə cəlb olunurlar. Kafedra əməkdaşları tərəfindən nəşrə hazırlanan məqalələrin yazılmasında, müxtəlif konqreslərdə, simpoziumlarda çıxışların hazırlanmasında rezidentlərin iştiraki nəzərdə tutulur.
Rezidentlərin yuxarıda göstərilən tədris-təlim və elmi işlərdə iştiraklarının vacibliyini vurğulayaraq qeyd etmək istəyirik ki, rezidentlərin ixtisas üzrə hazırlanmasının əsası onların kafedraların bazalarında aparılan praktik müalicə-diaqnostika işi ilə bağlıdır. Bunu nəzərə alaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Rezidentura şöbəsi tərəfindən rezidentlərin fərdi işinin sistemləşdirilməsi üçün “Rezidentin fərdi tədris planı”hazırlanmışdır. “Rezidentin fərdi tədris planı”nda pasport hissə, rotasiyaların siyahısı, dinlənilmiş mühazirələr, seminarlar, nəşrlər, konqres və simpoziumlarda iştirakı və digər bölmələrlə yanaşı rezidentlərin praktik işi öz əksini tapıb.    Rezidentlərin və kuratorların fəaliyyətinə nəzarət Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru və Rezidentura şöbəsinin əməkdaşları tərəfindən aparılır.



ƏZİZ ƏLİYEV ADINA AZƏRBAYCAN DÖVLƏT HƏKİMLƏRİ TƏKMİLLƏŞDİRMƏ İNSTİTUTUNUN

nəzdində ixtisaslar üzrə hazırlıq keçən həkim-rezidentlər üçün klinik bazaların


SİYAHISI


Anesteziologiya-reanimatologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Anesteziologiya və reanimasiya kafedrası -
Akad. M.Mir-Qasımov ad. Respublika Klinik Xəstəxana (II korpus) tel.: 431-30-40
Akad. M.C.Cavadzadə ad. Respublika Kliniki Uroloji Xəstəxana tel.: 492-24-23


Ümumi cərrahiyyə
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Ümumi və plastik cərrahiyyə kafedrası -
3 saylı şəhər klinik xəstəxanası (Sabunçu qəs.) tel.: 450-19-05


Plastik cərrahiyyə
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. ADHTİ-nun Plastik və rekonstruktiv cərrahiyyə kinikası (Sabunçu qəs.) tel.: 450-19-05


Otorinolarinqologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Otorinolarinqologiya kafedrası -
Akad. Mir-Qasımov ad. Respublika Klinik Xəstəxana (II korpus)


Travmatologiya-ortopediya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Travmatologiya-ortopediya kafedrası -
3 saylı şəhər klinik xəstəxanası (Sabunçu qəs.)
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu


Urologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Urologiya kafedrası -
Akad. M.C.Cavadzadə ad. Respublika Kliniki Uroloji Xəstəxana


Mamalıq-ginekologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Mamalıq-ginekologiya kafedrası -
Akad. Mir-Qasımov ad. Respublika Klinik Xəstəxana (I korpus)
3 saylı Şəhər Klinik Xəstəxanası (Sabunçu qəs.)
Şamama Ələsgərova adına 5 saylı Klinik Doğum Evi (bayıl qəsəbəsi)


Nevrologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Nevologiya və klinik neyrofiziologiya kafedrası -
Akad. Mir-Qasımov ad. Respublika Klinik Xəstəxana (I korpus) tel.: 431-89-48


Kardiologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Kardiologiya kafedrası -
3 saylı şəhər klinik xəstəxanası (Sabunçu qəs.) tel.: 450-14-51


Nefrologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Nefrologiya kafedrası -
Akad. Mir-Qasımov ad. Respublika Klinik Xəstəxana (I korpus) tel.: 431-49-00


Dermatovenerologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Dermatovenerologiya kafedrası -
Bakı ş. Dəri-zöhrəvi dispanseri (Tolstoy küç. 135) tel.: 494-68-51, 494-35-03


Revmatologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Kardiologiya kafedrası -
3 saylı şəhər klinik xəstəxanası (Sabunçu qəs.) tel.: 450-14-51


Daxili xəstəliklər
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Terapiya kafedrası -
Akad. Mir-Qasımov ad. Respublika Klinik Xəstəxana (I korpus) tel.: 431-31-40


Qastroentrologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Terapiya kafedrası -
Akad. Mir-Qasımov ad. Respublika Klinik Xəstəxana (I korpus) tel.: 431-31-40


Endokrinologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Terapiya kafedrası -
Akad. Mir-Qasımov ad. Respublika Klinik Xəstəxana (I korpus) tel.: 431-31-40


Psixiatriya və Narkologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Psixiatriya və Narkologiya kafedrası -
1 nömrəli Respublika Psixiatriya Xəstəxanası


Pediatriya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Pediatriya kafedrası -
K.Fərəcova ad. ET Pediatriya İnstitutu, Respublika Klinik Uşaq Xəstəxanası, tel.: 430-08-93, 431-87-80


Şua diaqnostikası
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Şua diaqnostikası kafedrası -
Akad. Mir-Qasımov ad. Respublika Klinik Xəstəxana (II korpus), Bakı ş. Tbilisi pros. 3165-ci məhəllə, tel.: 431-40-33


Stomatologiya və üz-çənə cərrahiyyəsi
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası -
Akad. Mir-Qasımov ad. Respublika Klinik Xəstəxana (II korpus)


Yoluxucu xəstəliklər
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Yoluxucu xəstəliklər kafedrası -
3 saylı şəhər klinik xəstəxanası (Sabunçu qəs.)


Onkologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Onkologiya kafedrası-
Milli Onkologiya Mərkəzi


Oftalmologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Oftalmologiya kafedrası -
Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi


Hematologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Hematologiya kafedrası -
Akad. Mir-Qasımov ad. Respublika Klinik Xəstəxana (II korpus) tel.: 431-31-40


Ftiziatriya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Ftiziatriya kafedrası -
1 saylı Vərəm Əleyhinə Dispanser


Patoloji anatomiya məhkəmə-tibbi ekspertizası
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Patoloji anatomiya məhkəmə-tibbi ekspertizası kafedrası- Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi (Yasamal şöbəsi), Abbas Mirzə Şərifzadə, 758, Bakı, Yasamal, AZ1012


Sosial gigiyena və səhiyyənin təşkili
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Sosial gigiyena və səhiyyənin təşkili kafedrası


Gigiyena
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Gigiyena kafedrası


Mikrobiologiya və epidemiologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Mikrobiologiya və epidemiologiya kafedrası - Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Azər Manafov, 130, Bakı, Nizami, AZ1002






Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX