“Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli 156 nömrəli Fərmanını rəhbər tutaraq və “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2010-cu il tarixli 50 nömrəli Qərarına əsasən rezidentura yüksəkixtisaslı həkim-mütəxəssislərin hazırlığını təmin etmək məqsədi ilə və Dünya Bankının Səhiyyə Sektorunun İslahatlar layihəsi çərçivəsində beynəlxalq expertlərin dünya təhsil sistemində qəbul olunmuş təcrübəyə əsaslanan təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirinin 23 iyul 2010-ci il 57 nömrəli əmrinə əsasən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində rezidentura şöbəsi yaradılmışdır.

Arzu Ramiz qızı Hüseynova, 2002-2007- ci illər ərzində Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktitka fakultəsində təhsil almış, 2007-2008-ci illərdə Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun “Yoluxucu xəstəliklər” klinikasında həkim-intern vəzifəsində çalışmışdır. 2014-2019-cu illərdə Ə.Əliyev adına ADHTİ-nun “Yoluxucu xəstəliklər” kafedrasının baş laborantı , 2019-cu ildən həmin kafedranın assistenti vəzifəsində çalışır. Hal-hazırda «ÇDD-vərəmin müalicəsi fonunda, xroniki B və C virus hepatitli xəstələrin kliniki, biokimyəvi və immunoloji göstəricilərinin dəyişmə xüsusiyyətləri və onların korreksiyası» mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya üzərində çalışır.”Asiya-Sakit okean qaraciyərin öyrənilməsi” assosiyasiyasının üzvüdir. 2018-ci ilin avqust ayından Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Rezidentura şöbəsinin müdiri vəzifəsində çalışır.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|