Cərrahiyyə kafedrası
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
Cərrahiyyə kafedrası 1949-cu ildə yaradılmışdır. Kafedranın ilk müdiri respublikanın əməkdar elm xadimi, professor H.K.Əliyev (1949-1968) olmuşdur. Bu müddət ərzində cərrahiyyə kafedrasında H.K.Əliyevin rəhbərliyi altında "Qida borusunun cərrahiyyəsi" elmi tədqiqat işi aparılmışdır. Sonralar kafedraya professor X.H.Hacıyev (1968-1970), professor M.M.Mehdiyev (1970-1971), professor A.A.İsmayılov (1972-1990) və V.M.Əfəndiyev (1991-2011) rəhbərlik etmişlər. 2012-ci ildən cərrahiyyə kafedrasına t.e.d., professor N.A.Qasımov rəhbərlik edir.
Kafedranın əsəs tədris və müalicə bazası paytaxtın böyük klinikalarından biri olan Sabunçu Tibb Mərkəzi PHŞ və Ə.Əliyev adına AzDHTİ-nin Plastik və Rekonstruktiv cərrahiyyə klinikasıdır. Burada ümumi cərrahiyyə, travmatologiya və ortopediya, urologiya, intensiv terapiya və anesteziologiya şöbələri, müxtəlif diaqnostik funksional kabinetlər (USM, KT, qastroduodenoskopiya və s.) vardır. Hazırda kafedrada 12 müəllim işləyir: Kafedra müdiri t.e.d., professor N.A. Qasımov, t.e.d., dos. Hüseynov S.Ə., t.ü.f.d, prof. V.Ə.Fəttah-Pur, t.ü.f.d., dos. A.K.Kazımov, t.ü.f.d., dos. İ.K.Əkbərova, t.ü.f.d., dos. Z.T.Zahidov, t.ü.f.d., dos. T.Camalova, t.ü.f.d., dos. R.M.Babayev, t.ü.f.d., dos. İ.Ə.Yusubov, assistentlər, t.ü.f.d. T.M.Əliyev, t.ü.f.d. R.A.Əliyev, t.e.d. A.K.Səfiyeva. Həmçinin kafedrada 5 baş laborant fəaliyyət göstərir: İ.Mirzəliyev, E.Axundov, S.Əsgərov, C.Bədəlov, T.Əliyev. Cərrahiyyə kafedrasında cərrahiyyənin bütün bölmələri üzrə ümumi və tematik təkmilləşmə tsiklləri tədris edilir. Hər il respublikanın müxtəlif rayonlarında (Gəncə, Naxçıvan MR, Qazax, Lənkəran, Ağstafa və s.) müxtəlif tematik təkmilləşmə kursları da təşkil olunur.
Kafedra müdiri, professor, t.e.d. N.A. Qasımov

Kafedra müdiri, t.e.d., professor N.A.Qasımov 1967-ci il təvəllüdlü, 1992-ci ildə fərqlənmə diplomu ilə ADTİ-nin müalicə-profilaktika fakültəsini bitirmişdir. 1993-cü ildə cərrahiyyə ixtisası üzrə internaturanı bitirmiş və həmin ildən etibarən Ə.Əliyev adına AzDHTİ-nun cərrahiyyə kafedrasında çalışır. 1996-cı ildə “Selektiv proksimal vaqotomiyadan sonra kardiyanın funksiyasının bərpası” mövzusunda namizədlk dissertasiyasını müdafiə etmiş və tibb elmləri namizədi adına layiq görülmüşdür. 1997-ci ildən cərrahiyyə kafedrasının assistenti və 2001-ci ildən dosent vəzifəsinə seçilmişdir. 2010-cu ildə “Reflüks-ezofagit: klinika, diaqnostika və cərrahi müalicəsinin müasir problemləri” adlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və 2011-ci ildə Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb üzrə elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Həmin ildən Ə.Əliyev adına AzDHTİ-nun ümumi cərrahiyyə-I kafedrasının müdiri vəzifəsində çalışır. 2013-cü ilin aprel ayından Ə.Əliyev adına AzDHTİ-nun rektoru vəzifəsinə təyin edilib.
Avropa Cərrahları və Qastroenteroloqlarının Assossasiyasının, Amerika Cərrahları Assossasiyasının üzvüdür. Cərrahiyyənin, xüsusən cərrahi qastroenterologiya (qida borusu, mədə, öd yolları, mədəaltı vəzi, yoğun bağırsaqların xəstəlikləri və s.), döş qəfəsi cərrahiyyəsi, o cümlədən, travma və təxirəsalınmaz cərrahiyyə sahələrində mühüm elmi araşdırmaların və tədqiqatların müəllifidir. Bu istiqamətdə bir çox beynəlxalq konqress və konfranslarda (Türkiyə-1999-cu il, Özbəkistan-2000-ci il, London-2001-ci il, Paris-2003-cü il, Tiflis-2005-ci il, İstanbul-2012-ci il və s.) iştirak etmişdir. Bu illər ərzində N.A.Qasımov tərəfindən 150-dən çox müxtəlif elmi məqalələr mərkəzi Azərbaycan və xarici jurnallarda çap olunmuşdur. Bunların içərisində 3 dərs vəsaiti və 1 monoqrafiyanı qeyd etmək olar. Onun rəhbərliyi altında iki tibb üzrə fəlsəfə doktoru hazırlanmışdır və üç nəfər dissertant elmi-tədqiqat işi aparır.
Cərrahi fəaliyyətində döş və qarın boşluğunda müxtəlif mürəkkəb əməliyyatları (döş qəfəsində pulmonektomiya, lobektomiya, plevranın dekortikasiyası, ağ ciyərin atipik rezeksiyası; qarın boşluğunda qastrektomiya, bütün növ mədə rezeksiyaları, qida borusu rezeksiyası, mədədə orqansaxlayıcı əməliyyatlar, qara ciyərin rezeksiyası, öd yollarında rekonstruktiv cərrahi əməliyyatlar, yoğun bağırsağın total və subtotal rezeksiyası; təxirəsalınmaz cərrahiyyədə ürək və magistral damarların yaralanması, bütün növ ginekoloji və uroloji əməliyyatlar) icra edir. Eyni zamanda laparoskopik və mini-invaziv cərrahiyyə ilə məşğuldur.
N.A.Qasımovun təşəbbüsü ilə Ə.Əliyev adına AzDHTİ-da respublikada ilk dəfə laparoskopik cərrahiyyə üzrə treninq kursları təşkil olunmuşdur. Bu təşəbbüs nəticəsində respublika cərrahları üçün laparoskopik cərrahiyyənin nəzəriyyəsi və vərdişlərini əldə etmək üçün çox böyük imkanlar yaranmışdır.
N.A.Qasımov tərəfindən Ə.Əliyev adına AzDHTİ-da həkim-rezidentlərin bilik və bacarıqlarını artırmaq üçün hər cür şərait yaradılmış və onların gənc alim kimi yetişdirilməsinə xüsusi diqqət yetirilir. Onun rəhbərliyi altında həkim-müdavimlərin hazırlığı yerli və xarici alimlərin iştirakı ilə müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə aparılır. Hal-hazırda bu istiqamətdə işlər bütün sahələr üzrə davam olunur.
O, 232 elmi əsərin, 5 səmərələşdirici təklifin, 6 monoqrafiyanın, 5 dərsliyin və 3 patentin müəllifidir. Professor N.A. Qasımovun elmi rəhbərliyi altında namizədlik, 2 doktorluq dissertasiyası müdafiə olunmuş və 3 doktorluq müdafiyəsinə hazırlıq aparılır.
Kafedranın elmi istiqaməti
Kafedranın əsas elmi istiqaməti qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicə üsullarının işlənib hazırlanması ilə, həmçinin orqansaxlayıcı və mini invaziv (laparoskopik) üsulların tətbiqilə əlaqədardır. Son 20 il ərzində kafedrada cərrahlar üçün 85-dən artıq təkmilləşdirmə kursları keçirilmışdir. Bu kurslarda 1700-ə yaxın həkim biliklərini artırmışdır. Keçilən kurslar müxtəlif cərrahi mövzulara həsr olunub: "Döş qəfəsi və qarın boşluğu orqanlarının cərrahiyyəsi", "İrinli infeksiya", "Uşaq cərrahiyyəsinin seçilmış məsələləri", "Döş qəfəsinin və qarın boşluğunun təxirəsalınmaz cərrahiyyəsi", "Kəskin cərrahi xəstəliklərin klinikası, diaqnostika və müalicəsi" və s. həmçinin təcili yardım həkimləri üçün qısamüddətli "Döş qəfəsinin və qarın boşluğu orqanlarının təxirəsalınmaz kəskin cərrahi xəstəlikləri" adlı kurs təşkil olunmuşdur. Bu kurslardan 10 il ərzində 1000-dən çox təcili yardım həkimi keçmişdir.
Kafedranın müalicə fəaliyyəti
Kafedranın bazası Sabunçu Tibb Mərkəzi PHŞ və Ə.Əliyev adına AzDHTİ-nin Plastik və Rekonstruktiv cərrahiyyə klinikasında yerləşərək, xəstəxananın cərrahiyyə şöbələrinin fəaliyyətini kurasiya edir, konsultativ yardım görsədir. Kafedranın əməkdaşları tərəfindən qarın boşluğu və döş qəfəsi orqanları üzərində cərrahi əməliyyatların bütün spektri icra edilir. Müalicə fəaliyyətində kafedranın əsas prioritet istiqaməti qida borusu, mədə və onikibarmaq bağırsaq cərrahiyyəsi, həmçinin öd kisəsi və öd yollarının eyni zamanda mədəaltı vəzin cərrahi müalicəsi ilə əlaqədardır.
Kafedranın əməkdaşları

T.ü.f.d, dosent Kazımov Aydın Kamal oğlu 1995-cı ildən kafedrada baş laborant kimi fəaliyyətə başlayıb. 1996-1998-cu illərdə kafedrada aspirantura keçmiş,1999-cu ildən kafedrada asissent,2002-ci ildən isə dosent vəzifəsində çalışır. 1999-cu ildə "Qida borusu mədə keçəcəyinin çatmamazlığı (klinika, diaqnostika və müalicəsi)" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. O, 59 elmi əsərin, 1 patentin müəllifidir.

T.ü.f.d, assistent Əliyev Tağı Müşfiq oğlu 2002-2005-ci illərdə kafedrada aspirantura keçmiş, 2007-ci ildə "Qanaxan 12 barmaq bağırsaq xoraları və reflüks-ezofaqitlərdə orqansaxlayıcı əməliyyatlar" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2007-ci ildən kafedrada assistent vəzifəsində çalışır. O, 44 elmi işin və 2 səmərələşdirici təklifin müəllifidir.

T.ü.f.d., dosent Əkbərova İlahə Kamal qızı 2010-cu ildə kafedrada baş laborant kimi fəaliyyətə başlayıb. 2013- ildən assistent kimi, 2016-cı ildən isə dosent vəzifəsində çalışır. "On iki barmaq bağırsağın xroniki keçməməzliyinin cərrahi müalicəsinin xüsusiyyətləri" mövzusunda 2013-cü ildə tibb üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. O, 39 elmi əsərin və 1 dərsliyin müəllifidir. 2020-ci ildən “İndependent Agency for Accreditation and Rating”-in üzvüdir. Müxtəlif yerli və xarici konfransların iştirakçısı olub.

T.ü.f.d., dosent Camalova Təranə Paşa qızı akademik Mirqasımov adına respublika Klinik Xəstəxanasının 1-ci cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışır. 2014-ci ildə tibb üzrə fəlsəfə doktoru adı almışdır. Disertasiyasının mövzusu –Piylənmədən əziyyət çəkən əməliyyatdan sonra ventral yırtığı olan xəstələrin kompleks müalicəsində təkmilləşdirilmiş abdomino-və hernioplastika metodlarının birmomentli tətbiqinin effektivliyi.
1963-cü ildə anadan olmuşdur. 1971-1981-ci illərdə orta təhsil almışdır. 1983-1984-cü illərdə ATU hazırlıq şöbəsində oxumuşdur. 1990-cı ildə ATU-nun müalicə işi fakultəsini bitirib. 2002-ci il Londonda Kral kollecində “Cərrahi travmalar”, 2003-cü il ABŞ, Hyustonda Metodist hospitalda, Beylor kollecində “Koloproktologiya”, 2004-cü ildə Bonn universitet klinikumda “Laparoskopik cərrahiyyə”, 2007-ci ildə Türkiyə cümhuriyyəti, Ankarada Qazi Tıp Universitetində “Jinikologi laparoskopik” cərrahiyyə kursları keçmişdir. 1995-2005-ci illərdə Sabirabad ”Qalaqayın”, Biləsuvar, Saatlı, Ağcabədi “Alman şəhərciklərində” məskunlaşmış məcburi köçkünlərə yerlərində və Bakı şəhəri ak. Mirqasımov ad. Respublika klinik xəstəxanasının 1-ci cərrahiyyə şöbəsində cərrahi yardım göstərmişdir. 2020-ci il 27 sentyabrdan 44 günlük vətən müharibəsində yaralanan əsgərlırimizə cərrahi tibbi yardım göstərmiş. Müxtəlif geniş spektrli əməliyyatları icra edir. 1 monoqrafiyanın - “Piylənmədən əziyyət çəkən əməliyyatdan sonrakı ventral yırtığı olan xəstəlırin müasir müalicəsi”, 1 dərs vəsaitinin - “Cərrahiyyə üzrə test və situasion məsələlər”, 1 dərsliyin - “Yoğun bağırsağın cərrahi xəstəlikləri” müəllifidir. 32 elmi məqalə xaricı və milli elmi jurnallarda dərc olunub. 2015-ci il İstanbul şəhəri “LİV” hospitalının İstanbul texniki Universitetində təşkil etdiyi “Kolo-rektal xərçənglərin “Robotik” cərrahi müalicəsinə həsr olunmuş beynəlxalq konqresində, 2017-ci il Dubay şəhərində “Onkoloji əməliyyatlardan sonra antikoaqulyantların tətbiqi”, 2019-cu il Türkiyə Cümhuriyyəti, İstanbul şəhərində keçirilən “Doğuşdan sonra 1000 gün” beynəlxalq konfranslarında iştirak etmişdir. Hal- hazırda elmi-praktik fəaliyyətini davam etdirir.
11 iyun 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərimə görə “Əməkdar həkim” fəxri adı verilmişdir.

T.ü.f.d., dosent Zahidov Zahid Telman oğlu 2018-ci ildə kafedrada baş laborant kimi fəaliyyətə başlayıb. 2020-ci ildən assistent kimi, 2023-cü ildən isə dosent vəzifəsində çalışır. 2022-ci ildə tibb üzrə fəlsəfə doktoru adı almışdır. Disertasiyasının mövzusu - Əməliyyatdan sonrakı eventerasiyalarda absorbtiv adhesion baryer və monoakril propilen torun birgə tətbiqinin klinik qiymətləndirilməsi. O, 12 elmi əsərin müəllifidir.

T.ü.f.d., dosent Yusubov İlqar Əlyəsə oğlu 2022-ci ildə kafedrada assistent kimi fəaliyyətə başlayıb, 2024-cü ildən isə dosent vəzifəsində çalışır. 2017-ci ildə tibb üzrə fəlsəfə doktoru adı almışdır. Disertasiyasının mövzusu – Torokal və abdominal yaralanmaların diaqnosstika və mülicəsinin yaxşılaşdırmasında endovideocərrahiyyənin rolu. O, 34 elmi əsərin müəllifidir.

T.ü.f.d., dosent Babayev Rəşad Mirtahir oğlu 2004-cü ildə kafedrada baş laborant kimi fəaliyyətə başlayıb. 2011-ci ildən assistent kimi, 2017-ci ildən isə dosent vəzifəsində çalışır. 2008-ci ildə tibb üzrə fəlsəfə doktoru adı almışdır. Disertasiyasının mövzusu – Vaqotomiya ilə birgə icra olunan mədədrenləşdirici əməliyyatların uzaq nəticələri. O, 31 elmi əsərin və 1 dərsliyin (Kron xəstəliyinin klinika, diaqnostika və cərrahi müalicə taktikasının xüsusiyyətləri) müəllifidir.

T.ü.f.d., professor Fəttah-Pur Vüqar Əli oğlu 2007-ci ildə kafedrada baş laborant kimi fəaliyyətə başlayıb. 2011-ci ildən assistent kimi, 2015-ci ildən dosent, 2023-cü ildən isə professor vəzifəsində çalışır. 2010-cu ildə "Helicobacter pylori nəzərə alınmaqla mədə şirəsinin reoloji xüsusiyyətlərinin selektiv proksimal vaqotomiyanın nəticələrinə təsiri" mövzusunda dissertasiyanı müdafiə edərək tibb elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. O, 28 elmi əsərin və 1 dərs vəsaitinin müəllifidir.

T.e.d., dosent Hüseynov Sahib Əhməd oğlu 2017-ci ildə kafedrada professor kimi fəaliyyətə başlayıb. 2020-ci ildən dosent dosent vəzifəsində çalışır. 1995-ci ildə tibb üzrə fəlsəfə doktoru adı almışdır. Disertasiyasının mövzusu – Aşağı ətrafların diabetik qanqrenasının kompleks müalicəsi. 2007-ci ildə isə t.ü.e.d. adı almışdır. Disertasiyasının mövzusu – Qeyri-klostridial anaerob peritonitlərin komplesk müalicəsi. O, 60 elmi əsərin və 1 dərsliyin müəllifidir.

T.e.d., assistent Səfiyeva Aynur Kamal qızı 2024-ci ildən kafedrada assistent kimi fəaliyyətə başlayıb. 2012-ci ildə tibb üzrə fəlsəfə doktoru adı almışdır. Disertasiyasının mövzusu – Pararektal fistulların müalicəsi. 2022-ci ildə isə tibb elmləri doktoru elmi dərəcəsini almaq üçün “Koloretal poliplərdə kk hüceyrələrinin klinik əhəmiyyəti” mövzusunda müdafiyə etmişdir. O, 52 elmi əsərin müəllifidir.

T.ü.f.d., assistent Əliyev Ramil Arif oğlu 2023-ci ildən kafedrada assistent kimi fəaliyyətə başlayıb. 2014-ci ildə tibb üzrə fəlsəfə doktoru adı almışdır. Disertasiyasının mövzusu –Полная артериальная реваскулиризация в хирургическом лечении ИБС. O, 24 elmi əsərin müəllifidir.

T.ü.f.d., baş laborant Mirzəliyev İbrahim Bəhram oğlu 2010-cı ildə kafedrada baş laborant kimi fəaliyyətə başlayıb. 2015-ci ildən assistent kimi, 2021-ci ildən isə yenidən baş laborant vəzifəsində çalışmağa davam edtmişdir. 2014-ci ildə tibb üzrə fəlsəfə doktoru adı almışdır. Disertasiyasının mövzusu – Qarnın ön divarının yırtıqlarının cərrahi müalicəsində yeni sintetik torların tətbiqi. O, 24 elmi əsərin müəllifidir.

T.ü.f.d., baş laborant Bədəlov Ceyhun Əmirxan oğlu kafedrada baş laborant vəzifəsində 2018-ci ildən çalışır. Rusiya Federasiyasında 2017-ci ildə tibb elmlər namizədi elmi adı almışdır.Disertasiya mövzusunun adı – “Однопортовая лапароскопическая холецистектомия. Преимущества и недостатки”. 3 məqalə və 12 tezisin müəllifidir.

Baş laborant Axundov Elməddin Cəmaləddin oğlu kafedrada baş laborant vəzifəsində 2013-cü ildən çalışır. Əsas elmi və praktiki fəaliyyəti qarın boşluğu orqanların cərrahi xəstəlikləri və onların müalicəsinə həsr olunub. Məqalə sayı 5.

Baş laborant Əliyev Tural Rza oğlu kafedrada baş laborant vəzifəsində 2013-cü ildən çalışır. O institutun Plastik və rekonstruktiv cərrahiyyə klinikasında aktiv praktik fəaliyyət görsədir.

Baş laborant Əsgərov Samir Qəşəm oğlu kafedrada baş laborant vəzifəsində 2017-ci ildən çalışır. O plastik və rekonstruktiv əməliyyatlar icra edir və praktik fəaliyyəti institutun Plastik və rekonstruktiv cərrahiyyə klinikasında görsədir.
Kafedranın ünvanı
Bakı şəhəri, M.Əzizbəyov r-nu, Sabunçu qəs., küç., Ə. Məmmədəliyev
Tel.: (012) 450-19-05
Avtoreferatlar
Qasımov Nazim Akif oğlu
"Selektiv proksimal vaqotomiyadan sonra kardiyanın funksiyasının bərpası"-14.00.27 - Cərrahiyyə. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı - 1996 "Reflüks-ezofagit: diaqnostika və cərrahi müalicəsinin müasir problemləri"-14.00.27-Cərrahiyyə. Tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı-2010.
Kazımov Aydın Kamal oğlu
"Qida borusu-Mədə keçəcəyinin çatmamazlığı (klinika, diaqnostika və müalicəsi)" -14.00.27 - Cərrahiyyə. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı - 2000.
Əliyev Tağı Müşfiq oğlu
"Qanaxan 12 barmaq bağırsaq xoraları və reflüks-ezofaqitlərdə orqansaxlayıcı əməliyyatlar" -14.00.27 - Cərrahiyyə. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı - 2007.
Babayev Rəşad Mirtahir oğlu
"Vaqotomiya ilə birgə icra olunan mədədrenləşdirici əməliyyatların uzaq nəticələri" -14.00.27 - Cərrahiyyə. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı - 2008.
Əkbərova İlahə Kamal oğlu
"On iki barmaq bağırsağın xroniki keçməməzliyinin cərrahi müalicəsinin xüsusiyyətləri"- 3213.01-Cərrahiyyə.Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı-2013.
Mirzəliyev İbrahim Bəhram oğlu
"Qarnın ön divarının yırtıqlarının cərrahi müalicəsində yeni sintetik torların tətbiqi" 3213.01-Cərrahiyyə. Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı-2014.
Camalova Təranə Paşa qızı
"Piylənmədən əziyyət çəkən əməliyyatdan sonra ventral yırtığı olan xəstələrin kompleks müalicəsində təkmilləşdirilmiş abdomino-və hernioplastika metodlarının birmomentli tətbiqinin effektivliyi."- 3213.01-Cərrahiyyə.Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı-2014.
Zahidov Zahid Telman oğlu
“Əməliyyatdan sonrakı eventerasiyalarda absorbtiv adhesion baryer və monoakril propilen torun birgə tətbiqinin klinik qiymətləndirilməsi”. 3213.01-Cərrahiyyə.Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı-2022.
Yusubov İlqar Əlyəsə oğlu
“Torokal və abdominal yaralanmaların diaqnosstika və mülicəsinin yaxşılaşdırmasında endovideocərrahiyyənin rolu”. 3213.01-Cərrahiyyə.Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı-2017.
Babayev Rəşad Mirtahir oğlu
“Vaqotomiya ilə birgə icra olunan mədədrenləşdirici əməliyyatların uzaq nəticələri”. 3213.01-Cərrahiyyə.Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı-2008.
Fəttah-Pur Vüqar Əli oğlu
"Helicobacter pylori nəzərə alınmaqla mədə şirəsinin reoloji xüsusiyyətlərinin selektiv proksimal vaqotomiyanın nəticələrinə təsiri" 3213.01-Cərrahiyyə.Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı-2010.
Hüseynov Sahib Əhməd oğlu
“Aşağı ətrafların diabetik qanqrenasının kompleks müalicəsi”. 3213.01-Cərrahiyyə.Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı-1995.
“Qeyri-klostridial anaerob peritonitlərin komplesk müalicəsi”. 3213.01-Cərrahiyyə.Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı-2007.
Səfiyeva Aynur Kamal qızı
“Pararektal fistulların müalicəsi”. 3213.01-Cərrahiyyə.Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı-2012.
“Koloretal poliplərdə kk hüceyrələrinin klinik əhəmiyyəti” mövzusunda müdafiyə etmişdir. 3213.01-Cərrahiyyə.Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı-2022.
Əliyev Ramin Arif oğlu
“Полная артериальная реваскулиризация в хирургическом лечении ИБС”.3213.01-Cərrahiyyə.Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı-2014.
Mirzəliyev İbrahim Bəhram oğlu
“Qarnın ön divarının yırtıqlarının cərrahi müalicəsində yeni sintetik torların tətbiqi. O, 24 elmi əsərin müəllifidir”. 3213.01-Cərrahiyyə.Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı-2014.
Bədəlov Ceyhun Əmirxan oğlu
“Однопортовая лапароскопическая холецистектомия. Преимущества и недостатки”-2017.
Plastik və rekonstruktiv cərrahiyyə kafedrası
Onkologiya kafedrası
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrası 1947-ci ildə təşkil olunub. Kafedra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin 600 çarpayılıq müxtəlif profilli onkoloji şöbələrində fəaliyyət göstərir. Onkologiya kafedrası 1947-ci ildə yaradılmışdır. Kafedranın ilk bazası Semaşko adına xəstəxanada yerləşib. Onkologiya kafedrasının ilk müdiri tibb elmləri doktoru, professor İ. S. Ginzburq olmuşdur. 1954-cü ildə isə tibb elmləri namizədi, dosent A.M.Nəsirov kafedra müdiri seçilmişdir. 1967-ci ildə kafedra müdiri vəzifəsinə t.e.d., prof. A.T.Abbasov seçilir. A.T.Abbasov 1957-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Klinik Onkologiya və Elmi-Tədqiqat İnstitutunun nəzdindəki aspiranturaya daxil olub, 1960-cı ilin martında doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 1967-ci ilin payızında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasının müdiri seçilir. A.T.Abbasova 1969-cu ildə professor elmi adı verilir. Kafedranın inkişafının yüksək mərhələsi 1969–1974-cü illərə təsadüf edir ki, bu da məşhur onkoloq–alim A.T.Abbasovun adı ilə bağlıdır. Onun bilavasitə rəhbərliyi altında kafedra əməkdaşlarının fəaliyyəti, həmçinin həkim–müdavimlərin ixtisaslaşması üçün hər cür şərait yaradılır. Prof. A.T.Abbasovun rəhbərliyi ilə C.Ə.Əliyev, V.A.Əlizadə, M.Q.Əliyev, M.U.Yusifov, E.Q.Saricalinskaya onkologiyanın müxtəlif problemləri üzrə namizədlik və doktorluq dissertasiyaları müdafiə edirlər. 1990-1993-cü illərdə kafedraya t.e.d. professor Ə.X.Kərimov müdir seçilmişdir. Assistent t.e.n. F.Ə.Zeynalov, assistent, t.e.n. C.C.Camalov, baş laborant N.M.Əmirəliyev Ə.X.Kərimovun rəhbərliyi altında elmi tədqiqat işləri aparmışlar. 1974-1989-cu illərdə kafedraya tibb elmləri doktoru, professor M.C. Axundova rəhbərik etmişdir. 1990-1993-cü illərdə kafedraya t.e.d. professor Ə.X.Kərimov müdir seçilmişdir. Assistent t.e.n. F.Ə.Zeynalov, assistent, t.e.n. C.C.Camalov, baş laborant N.M.Əmirəliyev Ə.X.Kərimovun rəhbərliyi altında elmi tədqiqat işləri aparmışlar.

1994-cü ildən bu günə kimi Onkologiya kafedrasına Respublika Onkoloji Elmi Mərkəzinin direktoru, görkəmli alim pedaqoq, akademik Əliyev Cəmil Əziz oğlu rəhbərlik edir. C.Ə.Əliyev 1968-1973-cü illərdə kafedranın baş laborantı olmuşdur. O, 1973-1978-ci illərdə Ümumittifaq Onkoloji Mərkəzində böyük elmi işçi kimi tədqiqat aparmış, 1973-cü ildə namizədlik, 1978-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan tibb elminin inkişafındakı xidmətlərinə görə prof. C.Ə.Əliyev 1996-cı ildə akad. Yusif Məmmədəliyev adına mükafata layiq görülmüşdür. 2001-ci ildə Rusiya Tibb Elmləri Akademiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Akademik C.Ə.Əliyev onkoloqların Tibbi Elmi Cəmiyyətinin sədri, Səhiyyə Nazirliyinin baş onkoloqu, Rusiya və Avropa Onkoloqlar Cəmiyyətinin üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının və Nyu-York Elmlər Akademiyasının üzvü, İngiltərənin Hammer–Smit Kral Universitetinin professorudur. O, dünyanın müxtəlif nüfuzlu nəşrlərində dərc edilmiş 250-dən çox elmi əsərin, o cümlədən 8 monoqrafiya, 20 metodik tövsiyə, ixtira və səmərələşdirici təklifin müəllifidir. Akad. C.Ə.Əliyev ölkəmizdə nüfuzlu onkoloji məktəb yaratmış, onun rəhbərliyi altında 40 klinik ordinator hazırlanmış, 30-dan çox namizədlik və 3 doktorluq dissertasiyası yerinə yetirilmişdir. Akad. C.Ə.Əliyev 1979-cu ildə digər müəlliflərlə birlikdə "Dəri şişlərinin müalicəsi" monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının onkologiya üzrə N.N.Petrov adına mükafatına layiq görülmüşdür. Akad. C.Ə.Əliyevin rəhbərliyi altında kafedra süd vəzi xərçənginin erkən diaqnostikası, kompleks müalicəsi istiqamətində elmi tədqiqat işləri aparılır. Elmi axtarışlar prosesində xarici ölkələrdəki onkoloji elmi mərkəzlərlə geniş təcrübə mübadiləsi aparılır. Kafedrada aparılan elmi tədqiqat işləri bədxassəli şişlərin əmələgəlmə səbəblərinin, klinik gedişinin, inkişaf mexanizminin öyrənilməsinə və müalicə profilaktikasına həsr edilmişdir.
Onkologiya kafedrasının əsas vəzifəsi ixtisaslı mütəxəssis onkoloq hazırlamaq, həmçinin ixtisasından asılı olmayaraq praktiki təbabətin bütün sahələrində çalışan həkimlərin (ginekoloq, radioloq, mammoloq, uroloq, torakal və abdominal cərrahlar, baş – boyun cərrahları, kimyaterapiyası, ortoped – travmatoloq), onkoloqların xəstəliklərin diaqnostikası və müalicəsi məsələləri üzrə biliklərinin təkmilləşdirilməsindən ibarətdir.
Kafedranın əməkdaşları t.e.d., professor Ə.X.Kərimov, t.e.n., assistent F.Ə.Zeynalov, t.e.n. assistent A.Y.Əliyev, assistent N.A.Əhmədova, aspirant N.Z.Kərimova, baş laborant Ə.Ə.Əsgərova və S.Ə.Seyranqızı akad. C.Ə.Əliyevin rəhbərliyi altında apardıqları elmi-tədqiqatlar nəticəsində tibb elminin ən mühüm məsələlərindən biri olan onkologiya problemlərinin araşdırılmasında böyük işlər görmüşlər. Kafedra şişlərin cərrahi əməliyyat və dərmanlarla müalicəsi, eksperimental və klinik müayinə üsulları sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Bu müddət ərzində kafedranın işçiləri tərəfindən dünya elmi standartlarına uyğun 10 metodik tövsiyə hazırlanmış, respublika, yaxın və uzaq xaricdə 80-dən çox elmi cəhətdən dəyərli məqalə, müxtəlif jurnal və elmi toplularda dərc olunmuşdur. Onkologiya kafedrasının əməkdaşaları mütəmadi olaraq institutun problemləri ilə sıx təmasda olub, elmi və tədris işlərinin həyata keçirilməsində fəal rol oynayır. Kafedrada il ərzində 40–50–yə yaxın həkim müdavim təkmilləşdirmə kurslarından keçir. Kurslar müxtəlif onkoloji xəstəliklərin, süd vəzisi, qadın cinsiyyət orqanlarının, qarın boşluğu üzvlərinin şişi, bədxassəli şişlərin müasir diaqnostikası və müalicəsinə həsr edilmişdir.
Kafedranın elmi istiqaməti
Kafedra əməkdaşları akad. C.Ə.Əliyevin rəhbərliyi altında "Süd vəzisi xərçəngi olan xəstələrin diaqnostikasında proqnostik faktorların qiymətləndirilməsi" mövzusunda elmi araşdırmalar aparır. Elmi - tədqiqat işinin rəhbəri: Akad. C.Ə.Əliyev Məsul icraçı: Prof. Ə.X. Kərimov İcraçılar: T.e.n. F.Ə.Zeynalov T.e.n. A.Y.Əliyev N.A. Əhədova Böyük laborant: D.Ə. Allahverdiyev Ə.Ə. Əsgərova S.Seyranqızı.
Kafedranın müalicə fəaliyyəti
Onkologiya kafedrasının yerləşdiyi Milli Onkologiya Mərkəzində bədxassəli şişlərin bütün lokalizasiyalar üzrə müasir müayinə və müalicə metodları tətbiq edilir. Kafedra əməkdaşları Milli Onkologiya Mərkəzinin işçiləri ilə birlikdə döş qəfəsi, qarın boşluğu, qulaq burun boğaz, ümumi onkologiya, ginekoloji, uroloji, travmatoloji sahələr üzrə mürəkkəb cərrahi əməliyyatlar icra edir. Həmçinin kimyaterapiyası və radioloji diaqnostika və müalicənin müasir metodları onkoloji xəstələrin gündəlik müalicəsində tətbiq edilir.
Kafedranın əməkdaşları

T.e.d., professor Kərimov Əflatun Xudkar oğlu 23 noyabr 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onkologiya kafedrasının professoru, tibb elmləri doktorudur. Təhsili: 1960 1 saylı fəhlə-gənclər orta məktəbi 1960-1966 Müalicə-profilaktika fakultəsi, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutu 1968-1971 Aspirantura, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi institutunun Döş qəfəsi cərrahiyyəsi kafedrası 1971 Respublikada ilk dəfə olaraq bronxoqrafiya və bronxoskopiya – ağ ciyərlərdə müxtəlif xəstəliklərin bronxoloji müayinəsinə aid tibb elmləri namizədi dissertasiyasını müdafiə edib. (Bronxoloqiçeskie metodı issledovaniə pri razliçnıx zabolevaniəx leqkix) 1971-1975 Cərrahiyyə üzrə müxtəlif kurslar, Bakı, Moskva və Leninqrad şəhərləri 1975 8 aylıq ingilis dili kursu, Kiyev, Ukrayna 1983-1987 Doktorantura, Sankt-Peterburq Həkimlərin Təkmilləşdirilməsi İnstitutu 1989 SSRİ Mərkəzi Pulmonoloji İnstitutunda «Ağ ciyərdə göbələk xəstəlikləri» mövzusunda tibb elmləri doktorluq dissertasiyasını müdafiə edib. (Asperqillez leqkix) Tutduğu vəzifələr: 1963-1966 Feldşer, Bakı şəhəri təcili tibbi yardım xəstəxanasının cərrahiyyə qəbul şöbəsi 1966-1968 Həkim-ordinator, akademik M.A.Mirqasımov adına Respublika xəstəxanasının cərrahiyyə şöbəsi 1972-1974 Uşaq döş qəfəsi xəstəlikləri şöbəsinin müdiri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun klinikası 1976-1978 Cərrahiyyə şöbəsinin müdiri, Hərbi Hospital, Efiopiya, Əddis- Əbəbə. Orada 1000 yaxın müxtəlif (travmatologiya, qarın boşluğu, döş qəfəsi, urologiya, ginekoloji xəstəliklər) cərrahiyyə əməliyyatları aparıb. Yaxşı işlədiyinə görə SSRİ səfirliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. - 2 - 1978-1980 Cərrahiyyə kafedrası klinikasının şöbə müdiri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutu 1980-1983 Travmatologiya kafedrası klinikasının şöbə müdiri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutu 1989-1990 Cərrahiyyə və onkologiya kafedrasının assistenti, dosenti və professoru 1990-1993 Onkologiya kafedrasının müdiri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutu 1993-2003 Onkologiya kafedrasının professoru 2003-dən Milli Onkoloji Mərkəzinin abdominal şöbəsinin professoru – şöbə rəhbəri Elmi fəaliyyəti: Cərrahiyyənin müxtəlif sahələrinə aid 263-dən çox elmi əsərlərin, 22 metodik tövsiyyənin, 6 səmərəşdirici təklifin, o cümlədən 1989-cü ildə «Süd vəzisində I-II dərəcəli xərçəng zamanı yeni cərrahiyyə orqansaxlayıcı üsulun» müəllifidir. İki mühüm cərrahiyyə əməliyyatı aparmış, onlardan biri böyük sensasiyaya səbəb olmuş – xəstənin döş qəfəsindən 750 qr. embriomanın çıxarılması. Keçmiş SSRİ-nin bütün qazetlərində və «Vestnik xirurqii» jurnalında bu hadisə geniş əks etdirilmişdir (1979). İkincisi isə Efiopiyada ürəyin dəlib keçən bıçaq yarasına görə ürək əzələsinə diafraqma loskutunun tikilməsi (ingilis dilində Efiopiyanın elmi jurnalında dərc edilmişdir). Onun rəhbərliyi altında 6 nəfər tibb üzrə fəlsəfə elmləri doktoru müdafiə etmişdir. Respublika Ali Attestasiya Komissiyasının üzvüdür. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun cərrahiyyə fakültəsinin elmi şurasının üzvüdür. Ailə vəziyyəti: Evlidir. 3 övladı, 7 nəvəsi var.

T.e.ü.f.d., assistent Zeynalov Fəxrəddin Əbil oğlu 1989-cu ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasında assistent vəzifəsində çalışır. 1996-cı ildə "Süd vəzisi xərcənginin I - IIa mərhələsi olan xəstələrdə orqansaxlayıcı radikal cərrahiyyə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. O, 115 elmi məqalənin və 18 metodik tövsiyənin müəllifidir.

Assistent Əhədova Nəzrin Akif qızı 2005-ci il noyabr ayından Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasında assistent vəzifəsində çalışır. "Disseminə olunmuş kolorektal xərcəngin kimyaterapiyası" mövzusu üzərində işləyir. O, 30 elmi məqalənin müəllifidir.
Kafedranın ünvanı
Milli Onkologiya Mərkəzi, tel.: 468-24-67
Avtoreferatlar
Алиев Джамиль Азиз оглы
Диагностика и лечение pака кожи, нижней губы и слизистой полости pта. 14.00.14 – «онкология». Дисс. на соискание ученой степени кандидата медицинских наук по специальности. Баку, 1973. Пластические операции при pаке и меланоме кожи. 14.00.14 – «онкология». Дисс. на соискание ученой степени доктора медицинских наук по специальности. Москва, 1977.
Алиев Адил Юнис оглы
Первичные злокачественные опухоли костей. 14.00.14 – «онкология». Дисс. на соискание ученой степени кандидата медицинских наук по специальности. Ташкент, 1987, с.17.
Зейналов Фахраддин Абил оглы
Органосохраняющее радикальное хирургическое лечение больных раком молочной железы. I – II стадии. 14.00.14 – «онкология». Дисс. на соискание ученой степени кандидата медицинских наук по специальности. Баку. 1996.
Mamalıq və ginekologiya kafedrası
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
Ə.Əliyev adına ADHTİ-də Mama-ginekologiya kafedrası 1936-cı ildə yaradılmış və 2№-li klinik xəstəxananın bazasında yerləşdirilmişdir. 1945-ci ildə Mama-ginekologiya kafedrası Sabunçu qəsəbəsində yerləşən 3 №-li xəstəxanaya keçirilir. Həmin vaxtdan doğum və ginekologiya şöbəsi ADHTİ-nin əsas, baza klinikasına çevrildi. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında hazırda kafedra, ADHTİ-nin binasında isə kafedranın filialı fəaliyyət göstərir. Kafedra xəstəxananın 160 çarpayılıq mama-ginekologiya şöbəsində yerləşdi-rilmişdir. ADHTİ-nin SSRİ-i Səhiyyə Nazirliyinin tabeliyində olduğu 1968-1999-cu illərdə Mama-ginekologiya kafedrasının iki bazasında öz ixtisaslarını 3624 həkim təkmilləşdirib, onlardan 522-si Rusiya və digər Respublikalardan olub. Tədris metodik proqram əsasında 1 il ərzində ümumi təkmilləşdirmə kursu mama-ginekologiya üzrə (3 ay), tematik kurslar – 2 aylıq "Kliniki mama və perinatologiya" üzrə Respublika rayonlarında səyyar kurslar keçirilmişdir.
"Dölün antenatal mühafizəsi və perinatologiya" 1,5 aylıq, "Mama-ginekologiyada seçilmiş məsələlər", "Endokrinologiya-ginekologiya" kursları aparılmışdır.
1968-ci ildən kafedrada elmi kadrların inkişafına diqqət daha da artırılır. Aspirantura və klinik ordinaturada bir çox kadrlar hazırlıq кeçmişlər. Kafedranın ilk müdiri prof. Əlirza Əsgər oğlu Atayev olmuşdur. O, 1924-cü ildə Moskva Tibb Universitetini bitirdikdən sonra üçüncü Moskva Universitetində ordinator işləmiş, sonra Almaniyada Leypsiq Universitetində ginekologiya ixtisası üzrə prof. Ştekkelin rəhbərliyi altında təcrübə keçmişdir.
1945-ci ildə Mama-ginekologiya kafedrası Sabunçu qəsəbəsində yerləşən 3 №-li xəstəxanaya keçirilir. Həmin vaxtdan doğum və gine-kologiya şöbəsi ADHTİ-nin əsas, baza klinikasına çevrildi.
O vaxtlar kafedrada S.X.Lənbəranskaya, M.M.Seyidova, S.X.Əliyeva, K.J.Bağırbəyova, B.A.İbrahimova, Ş.X.Əfəndiyeva, D.M.Axundov, S.Q.Nəzərli, A.Q.Hüseynov kimi yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərirdi.
Kafedrada doğuma yardımın təşkilinin yeni formalarının əmələ gəlməsində elmi və praktiki istiqamətlər verir, mama-ginekologiya xid-məti işinin daha da yaxşılaşmasına kömək edirdi. Kafedrada mama-ginekologiyada konservə olunmuş və plasentar qanın köçürülməsi, uşaqlıq qanaxmalarında uşaqlığın selikli qişasındakı dəyişikliklərin histoloji öyrənilməsi, endemik malyariya ocaqlarında qadınların reproduk-tiv funksiyası, doğuşların ağrısızlaşdırılması və tezləşdirilməsi və s. sahələrdə elmi işlər aparılmışdır. Bu müddətdə kafedranın əməkdaşları K.Y.Bağırbəyova, B.A.İbrahimova namizədlik dissertasiyası müdafiə edərək tibb elminə yeniliklər gətirmişlər.
1957-ci ildə S.Q.Nəzərli "Uşaqlıq miomalarının əmələ gəlməsi, böyüməsi və geri inkişafında cinsi hormonların təsiri" mövzusunda
doktorluq dissertasiyasını müdafiə etmişdi.
1962-ci ildə A.Q.Hüseynov "Doğuşun ağrısızlaşdırma və tezləş-dirilməsində neyroleptik qarışıqlar" mövzusunda namizədlik disserta-siyasını müdafiə etmişdi.
Bu zaman, eyni zamanda cavan mütəxəssislərin kliniki ordinatura və aspiranturalara hazırlanması aparılırdı.
1946-cı ildə A.K.Tağızadə, 1954-cü ildə T.D.Əfəndiyeva, 1955-ci ildə Z.A.Əhmədova, 1957-ci ildə Y.K.Axundov, 1958-ci ildə - N.A.Sa-dıxova, 1958-ci ildə E.N.Babayev, 1959-cu ildə X.R.Ramazanova, 1962-ci ildə F.K.Anzarova, 1963-cü ildə Y.N.Ələsgərov, 1963-cü ildə A.M.Əfəndiyeva, 1965-ci ildə A.D.Ağasiyeva, 1965-ci ildə O.K. Abdullayeva, 1965-ci ildə A.M.Qurova, 1966-cı ildə M.Q.Abdullayeva, 1967-ci ildə D.D.Mirbağırova dissertasiyalar müdafiə etmişlər.
Son illər kafedranın elmi potensialı atrmışdır. S.H.İsrafilbəyli, Z.M.Topçubaşova, A.D.Mailova-Kasumova, J.N.Babayeva, D.D.Mir-bağırova, A.M.Əfəndiyeva, F.İ.Salmanov, V.A.Sadıqova, A.M.Əsədov doğuma xidmətin yeni formaları üzərində elmi tədqiqat aparmış və alınan nəticələr əsasında dissertasiya müdafiə edərək tibb elmləri namizədi adını almışlar.

Kafedra müdiri əməkdar müəllim, dosent t.e.d. Rzaquliyeva Leyla Musa qızı 23.05.1952-ci ildə anadan olmuşdur. 1968-ci ildə N.Nərimanov ad. Azərbaycan Tibb İnstitunun "Müalicə-profilaktika" fakültəsinə daxil olub. 1977-ci ildə Ə.Əliyev adına ADHTİ-nin "Mama-ginekologiya" kafedrasına baş laborant vəzifəsinə qəbul edilib. 1992-ci il – namizədlik dissertasiyasını müdafiə etmişdir. 1985-ci idə həmin kafedrada assistent vəzifəsinə keçirilib. 1995-ci ildən bu günədək Mama-ginekologiya" kafedrasında dosent vəzifəsində çalışır. 68 elmi məqalənin müəllifidir. 2011-ci il oktyabr ayından kafedra müdiri əvəzi vəzifəsini icra edir.
Kafedranın elmi istiqaməti
V.A.Sadıqova, T.A.Əsədova, A.B.Qasımova, F.İ.Salmanov, T.B. Kerefova, T.Q.Əlizadə, X.B.Əliyev, T.Z.Əlizadə, E.B.Əliyeva, Z.İ. İsmayılova, M.S.Kərimov, N.A.Mustafayeva, X.T.Seyidova, U.A.Qəribov, A.N.Qazıyeva, S.A.Əkpərbəyova, P.M.Əliyeva, Ş.İ.Əliyeva, T.T. Seyidov, F.F.Babayev, Q.S.Mustafazadə, M.Mayxub və F.Məmmədova kafedrada elmi araşdırmalar apararaq hazırlıq keçmişlər.
Bu gün kafedranın əməkdaşları mama-ginekologiyada yeni elmi problemləri inkişaf etdirir və nəticələr əsasında namizədlik və doktorluq dissertasiyaları müdafiə edirlər.
Kafedranın müalicə fəaliyyəti
Kafedrada əsas hestozlu hamilələrə və ekstragenital xəstəlikləri olan hamilələrdə müalicə aparılır. Kafedrada – kolposkopiya, histoloji müayinələr, USM-dən istifadə olunur.
Kafedranın əməkdaşları

Kafedra müdiri, əməkdar müəllim, dosent, t.e.d. Rzaquliyeva Leyla Musa qızı 23.05.1952-ci ildə anadan olmuşdur. 1968-ci ildə N.Nərimanov ad. Azərbaycan Tibb İnstitunun "Müalicə-profilaktika" fakültəsinə daxil olub. 1977-ci ildə Ə.Əliyev adına ADHTİ-nin "Mama-ginekologiya" kafedrasına baş laborant vəzifəsinə qəbul edilib. 1992-ci il – namizədlik dissertasiyasını müdafiə etmişdir. 1985-ci idə həmin kafedrada assistent vəzifəsinə keçirilib. 1995-ci ildən bu günədək Mama-ginekologiya" kafedrasında dosent vəzifəsində çalışır. 68 elmi məqalənin müəllifidir. 2011-ci il oktyabr ayından kafedra müdiri əvəzi vəzifəsini icra edir.

T.e.ü.f.d., dosent Hacıyeva Reyhanə Sabir qızı 17.09.1966-cı ildə anadan olmuşdur. 1984-1990-ci ildə N.Nərimanov ad. Azərbaycan Tibb İnstitunun "Müalicə-profilaktika" fakültəsini bitirib. 1992-ci il Ə.Əliyev ad. ADHTİ-nin "Mama-ginekologiya" kafedrasına baş lobarant kimi işə qəbul edilib, sonra assistent kimi və bu günədək kafedranın dosenti vəzifəsində çalışır. 1994-1998-ci illərdə Ə.Əliyev ad. ADHTİ-nin "Mama-ginekologiya" kafedrasının dissertantı olaraq, "Puerperal infeksiyaların yayılma səbəbləri və profilaktika yolları" mövzusunda dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 20 elmi məqaləsi və 2 metodik tövsiyənin müəllifidir.

T.e.ü.f.d., assistent Əkbərbəyova Samirə Əliəkbər qızı 05.10.1968-ci ildə anadan olmuşdur. 1987-ci ildə N.Nərimanov ad. Azərbaycan Tibb İnstitutunun "Pediatriya" fakültəsinə daxil olub. 1994-cü ildə Azərbaycan Tibb Universitetinin "Pediatriya" fakültəsini bitirib. 1994-cü ildə ADHTİ-nin "Mama-ginekologiya" kafedrasına işə qəbul edilib. 2004-cü ildə baş laborant, sonra isə həmin kafedrada bu günədək asisstent vəzifəsində çalışır. İşlədiyi müddət ərzində 23 elmi işin müəllifidir.

Assistent Məlik-Qasımova Nigar Altay qızı 11.12.1976-cı ildə anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə daxil olub. 2003-cü ildə Ə.Əliyev ad. ADHTİ-nin "Mama-ginekologiya" kafedrasına baş laborant vəzifəsinə qəbul edilib. 2007-ci ildə kafedrada assistent vəzifəsinə keçirilib və bu günədək çalışır. O, 5 elmi işin müəllifidir.

Assistent Mahmudbəyova Zümrüd Faiq qızı 25.12.1981-ci ildə anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə daxil olub. 2005-ci ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2005-2006-cı illərdə Bakı şəhəri F.Əfəndiyev adına 4 Klinik Xəstəxanada internatura kursu keçmiş və həkim-cərrah ixtisasına yiyələnmişdir. 2007-2009-cu illərdə Ə.Əliyev ad. ADHTİ-nin "Mama-ginekologiya" kafedrasında klinik ordinator vəzifəsində çalışmış, tam kursu keçdikdən sonra mama-ginekoloq ixtisası verilmişdir. 2009-cu ildə Ə.Əliyev ad. ADHTİ-nin "Mama-ginekologiya" kafedrasında bu günədək kafedranın assistenti vəzifəsində çalışır. 2010-cu ildə ГОУДПО "Российская медицинская академия последипломного образования Росздрава по «Акушерству и Гинекология»" təkmilləşdirmə kursu keçmişdir. 2009-cu ildə "Объем, качество и пути совершенствования стационарной помощи беременным женщинам на республиканском уровне" mövzusunda elmi iş üzərində çalışır. O, 5 məqalənin (ikisi xaricdə nəşr edilib) müəllifidir.

Assistent Babayeva Arzu Xanrəhim qızı 04.04.1977-ci ildə Bakıda anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə daxil olub. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsini bitirib. 2002-ci ildə Ə.Əliyev ad. ADHTİ-nin "Mama-ginekologiya" kafedrasına işə qəbul edilib. 2007-ci ildə buəzifəsində çalışır.

Assistent Süleymanova Gülnarə Telman qızı 04.01.1975-ci ildə anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə daxil olub. 2000-ci ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsini bitirib. 2003-cü ildə Ə.Əliyev ad. ADHTİ-nun "Mama-ginekologiya" kafedrasına baş laborant vəzifəsinə qəbul edilib. 2007-ci ildə bu günədək Ə.Əliyev ad. ADHTİ-nin "Mama-ginekologiya" kafedrasında asisstent vəzifəsində çalışır. O, 23 elmi məqalənin müəllifidir.

Assistent Əliyeva Könül Cabir qızı 15 yanvar 1977-ci ildə Lənkəran şəhərində doğulmuşdur. 2000-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə Lənkəran şəhər mərkəzi xəstəxanasında cərrahiyyə üzrə internatura kursunu keçmişdir 2006-cı ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun «Mamalıq və ginekologiya» kafedrasında baş laborant, 2012-ci ilin aprel ayından isə həmin kafedrada assistent vəzifəsində işləyir. «Hamiləliyin 12-27 həftəliyində pozulmasının tezliyi, səbəbləri, nəticələri, prediktorları və profilaktikası» mövzusunda namizədlik dissertasiyası üzərində işləyir.

Assistent Musayeva Mətanət Salam qızı 1964-cü il 25 sentyabr Qazax rayonunda anadan olmuşdur. 1980-ci ildə Qazax rayonu 2 N-li orta məktəbi bitirib. 1981-ci ildə ADTU-nun müalicə-profilaktika fakültəsinə qəbul olub. 1988-1989 illərdə ali məktəbi bitirib. 1989-cu ildən Lazer tibb mərkəzində işləyib. 1997-ci ildən 2008-ci ilədək ADTU-nun mama-ginekologiya kafedrasında baş laborant vəzifəsində çalışır. 2008-ci ildən isə mama-ginekologiya kafedrasında asistent vəzifəsində işləyir.

Assistent Quliyeva İlahə Ariz qızı 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə 5 saylı kimya-biologiya təmayüllü Respublika baza liseyini Fərqlənmə attestatı ilə bitirərək yüksək balla (642 bal) Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olmuşdur. 1999-2005 illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini Fərqlənmə Diplomu ilə bitirərək 2005-2006 cı ildə A.T. Abbasov adına Şəhər Onkoloji Dispanserin OnkoGinekologiya şöbəsində internatura keçmişdir. 2006-2010-cu illərdə Fransanın Lyon şəhərində Claude Bernard Lyon 1 Universitetinin tibb fakültəsində və Qadın Ana Uşaq Mərkəzi Universitet Baza Xəstəxanasının Mama Ginekologiya şöbəsində Mama Ginekologiya sahəsi üzrə Rezidentura proqramını keçmiş və Fransa Mama Ginekoloq Mütəxəssisliyini qazanmışdir. Təhsil aldığı illər ərzində Fransa Dövlət Təqaüdünə və sonrakı illərdə Azərbaycan Dövlət Təqaüdünə layiq görülmüşdür. Bu illərdə aşağıdakı ixtisas artırma diplomlarını və sertifikatları əldə etmişdir:
2006-2007 Vaginal Cərrahiyyə Diplomu, Claude Bernard Lyon 1 Universiteti, Lyon, Fransa
2007-2008 Laparoskopik Anatomiya və Disseksiya Diplomu Montpellier 1 Universiteti, Montpellier, Fransa
2008-2009 Sonsuzluq üzrə Master 1, Claude Bernard Lyon 1 Universiteti, Lyon, Fransa
2009-2010 Avropa Beynəlxalq Endoskopik Ginekoloji Cərrahiyyə Diplomu, Clermont Ferrand, Fransa
Sertifikatlar:
2008 Orqan sallanması və qeyri iradi sidik qaçırmanın AMS (American Medical System) protezlərlə cərrahi müalicəsi, Lyon, Fransa
2010 Laparoskopik Ginekoloji əməliyyat texnikaları İRCAD Strasbourg, Fransa
2010 DALF C2 (fransız dili üzrə ən yüksək səviyyə), Lyon, Fransa
2010-cu il noyabr ayından Mərkəzi Gömrük Hospitalının Mama Ginekologiya şöbəsində cərrah mama ginekoloq kimi çalışmışdır. 2011- ci ildən etibarən Oksigen Klinik Xəstəxanasının Mama Ginekologiya Şöbəsinin Müdiri olmuşdur. 2012 -ci ildən Bakı Medical Plaza Klinikasında cərrah mama ginekoloq kimi fəaliyyətdə olmuşdur. 2013 -cü ilin noyabr ayından Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Mama Ginekologiya kafedrasının assistenti vəzifəsində çalışır. Fransa Milli Mama Ginekoloqlar Cəmiyyətinin və Avropa Endoskopik Ginekoloji Cəmiyyətin üzvüdür. İndiyədək çoxlu sayda konqreslərdə iştirak etmişdir və edir.

Assistent Gülməmmədova Çinarə Vaqif qızı 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1982-1992-ci illərdə Bakı şəhəri 7 saylı orta məktəbi bitirib.
1993-1999-cu illərdə Balı şəhəri N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə - Profilaktika fakultəsini bitirib.
2016-cı ildən Ə.Əliyev adlna ADHTİ-nin “Mamalıq-ginekologiya” kafedrasında assistent işləyir.
Kafedranın ünvanı
Akad. Mir-Qasımov ad. Respublika Klinik Xəstəxanası (1-ci korpus),
tel.: 43150 38 və 3 saylı Şəhər Klinik Xəstəxanası (Sabunçu qəs.) tel: 431-60-68
Avtoreferatlar
Мустафаева Нателла Арифовна
Нарушения системы гемастаза и баланса простаноидов в птогенезе сочетанных гестозов и их профилактика. 14.00.01 - акушерство и генекология. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Москва - 1988 г.
Рзакулиева Лейла Муса кызы
Самопроизвольное прерывание беременности в ранние сроки (патогенез, диогностика, лечение). Дисс. на соискание ученой степени кандидата медицинских наук. 14.00.01 - акушерство и гинекология. Москва - 1991 г. Оценка многомерной связи факторов риска и обоснование приоритетов профилактики акушерской и перинатальной патологии. Дисс. на соискание ученой степени доктора медицинских наук. 14.00.01 - акушерство и гинекология. Баку, 2012 г.
Əkbərbəyova Samirə Ələkbər qızı
Əkbərbəyova Samirə Ələkbər qızı. Hamiləlik hestozları zamanı böyrəklərin və ciftin perfuziyasının pozulmaları və onların korreksiya yolları. Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı, 2012.
Otorinolorinqologiya kafedrası
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya kafedrası 1945–ci ildə təşkil olunmuşdur. Kafedra akademik M.Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasının 40 çarpayılıq otorinolarinqologiya şöbəsində fəaliyyət göstərir. Kafedranın əsas vəzifəsi ixtisaslı mütəxəssis - otorinolarinqoloq, audioloq və foniatr hazırlamaq, həmçinin ixtisasından asılı olmayaraq praktiki təbabətin bütün sahələrində çalışan həkimlərin (terapevt, cərrah, pediatr) otorinolarinqoloji xəstəliklərin diaqnostikasına, müalicəsinə aid məsələlər üzrə biliklərini təkmilləşdirməkdən ibarətdir. İlk kafedra müdiri əməkdar elm xadimi, professor M.D.Kajlayev olmuşdur. Həmin illərdə kafedrada R.P.Qurbanlı, A.A.Eyvazov, N.M.Ağayeva, F.S.Fərəcova da çalışmışlar. O dövrdə respublikada təlabatın böyük olduğu otorinolarinqoloq kadrların hazırlanması ilə yanaşı LOR onkologiya, kəskin və xroniki orta otitlər, peşə xəstəliklərinin aktual məsələləri öyrənilmiş, alınan nəticələr elmi mətbuatda çap edilmişdir. Eyni zamanda kəskin və xroniki haymoritlərin müalicəsi, endonazal dakriosistorinostomiya əməliyyatının təkmilləşməsi istiqamətində də araşdırmalar aparılmışdır. Kafedraya 1964-cü ildən 1979-cu ilə kimi tibb elmləri doktoru, professor M.Y.Polunov rəhbərlik etmişdir. Həmin illərdə kafedrada dosent F.S.Fərəcova, tibb elmləri namizədləri S.M.Sultanova, İ.A.Aslanov, F.C.Xəlilov, O.M.Kərimova, Z.A.Səlimxanova çalışmışlar. Elmi araşdırmaların əsas istiqaməti otorinolarinqologiyada fizioterapevtik metodların tətbiqi, xroniki orta otitlərin, xroniki tonzillitlərin müalicəsinin təkmilləşdirilməsi olmuşdur. 1979-cu ildən 1989-cu ilə kimi kafedraya tibb elmləri doktoru, professor N.M.Ağayeva rəhbərlik etmişdir. Göstərilən müddətdə kafedra əməkdaşları revmatizm zamanı LOR üzvlərinin zədələnmələri, xroniki tonzillitin müalicəsi, otorinolarinqologiyada anestezioloji və reanimasiyon tədbirlər, eşitmə siniri nevritinin müalicəsi, yuxarı tənəffüs yollarının allerqoloji xəstəlikləri istiqamətində araşdırmalar aparmışlar. Alınan nəticələr praktik səhiyyəyə tətbiq edilmişdir. 1989-cu ildən kafedraya tibb elmləri doktoru, professor N.M. Hüseynov başçılıq edir. Bu dövrdə kafedrada tibb üzrə fəlsəfə doktorları T.A.Əhmədli, A.Z.Əfəndiyev, V.M.Pənahian, R.M.Həşimli işə başlamışlar. Professor N.M. Hüseynovun kafedrada rəhbərliyə başlaması elmi və tədris fəaliyyətinin səviyyəsinin daha da artmasına səbəb olmuşdur. Onun rəhbərliyi ilə kəskin və xroniki haymoritlərin, xroniki orta otitlərin müalicəsinin təkmilləşdirilməsi, xroniki böyrək çatmamazlığının eşitməyə təsiri, peşə xəstəliklərinə həsr olunmuş elmi-tədqiqat işləri yerinə yetirilmişdir. Bu zaman otorinolarinqologiyada aşağı tezlikli ultrasəsin tətbiqi kimi yeni müalicə metodu təklif olunmuşdur.
Axır illərdə aparılan elmi-tədqiqat işləri vazomotor rinitlərin klinikası, diaqnostikası, müalicəsi və profilaktikasına, kəllə-beyin travmalı, şəkərli diabet və vərəmli xəstələrdə eşitmə analizatorunun vəziyyətinin öyrənilməsinə, sensonevral ağıreşitmənin müalicəsinin təkmilləşdirilməsinə, yuxarı tənəffüs yollarının ən çox yayılmış xəstəliklərindən olan xroniki rinosinusitlərin və qırtlağın xroniki xəstəliklərinin etiologiyası, patogenezi, diaqnostikası, müalicəsi və profilaktikasına, təcili və təxirəsalınmaz otorinolarinqoloji yardımın təkmilləşdirilməsinə həsr edilmişdir. Professor N.M.Hüseynovun rəhbərliyi ilə 1tibb elmləri doktoru (A.M.Xudiyev), 8 tibb üzrə fəlsəfə doktorları (T.A.Əhmədli, V.M.Pənahian, F.A.Qurbanov, R.M.Əbu-Yusif, İ.T.Əlizadə, Y.M.Əsədi, N.F.Mehdizadə, H.M.Rüstəmova) hazırlanmışdır. Kafedra əməkdaşları tərəfindən 2 ixtira, 5 səmərələşdirici təklif edilmiş, 17 metodik tövsiyə,tədris vəsaiti və klinik protokol hazırlanmış, 220 elmi iş çap edilmişdir. Kafedranın əməkdaşları olmuş professor A.Eyvazovun vaxtılə ET Tibbi Bərpa institutunda, professor Z.Cəfərovun, dosent G.Mustafayevanın , N.Şıxlinskinin vaxtılə ATU-nun otorinolarinqologiya kafedrasında , tibb üzrə fəlsəfə doktoru G.Novruzovun hal-hazırda Gəncə şəhərində şöbə müdiri kimi çalışmaları, kafedranın aspirantı olmuş tibb elmləri doktoru F.Qurbanovun DİN Hospitalında şöbə müdiri,kafedranın dissertantları olmuş tibb üzrə fəlsəfə doktoru İ.Əlizadənın Mərkəzi Neftçilər xəstəxanasında şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru N.Mehdizadənin 2 saylı Bakı şəhər klinik xəstəxanasında şöbə müdiri işləmələri kafedranın Respublikanın elmi potensialının artmasında rolunu göstərir. Kafedranın aspirantı olmuş tibb üzrə fəlsəfə doktoru R.M.Əbu-Yusif İordaniyada şəxsi klinikaya rəhbərlik edir. Bu illər ərzində kafedrada 5 tibb elmləri doktoru (N.X.Ağayeva, A.A.Eyvazov, N.M.Hüseynov, A.M.Xudiyev, V.M.Pənahian), 23 tibb elmləri namizədi hazırlanmışdır. Elmi işlərin müdafiələri Bakı, Sankt-Peterburq, Moskva şəhərlərində keçirilmişdir. Kafedrada tədris- pedoqoji proses də daim təkmilləşir. Hal-hazırda hər il orta hesabla 60 həkim-dinləyici öz ixtisasını artırır. Bu illər ərzində kafedrada 3000-dən çox otorinolarinqoloq ixtisaslaşma və təkmilləşmə kursları keçmişdir. Hal-hazırda kafedrada təkmilləşmə və otorinolarinqologiyanın ayrı-ayrı aktual məsələlərinə həsr edilmiş tematik kurslar keçirilir. Kurslar respublikanın bütün şəhər və rayonlarının otorinolarinqoloqlarını əhatə edir.

Kafedranın müdiri tibb elmləri doktoru, professor Hüseynov Nazim Məmmədhüseyn oğlu 1976-cı ildə Azərbaycan Tibb İnstitutunun müalicə profilaktika fakültəsini bitirmişdir. 1977-1981-ci illər ərzində Salyan RMX-da otorinolaronqoloq vəzifəsində çalışmışdır. 1981-1984-cü illər ərzində İ.M.Seçenov adına 1 saylı Moskva Tibb İnstitutunda aspiranturada oxumuş və 1984-cü ildə «Клиника, диагностика, лечение и принципы профилактики оcтрых сосудистых поражений слухового анализатора» adlı dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almişdir. 1985-1986-cı illərdə Ə.Əliyev adına ADHTİ otorinolarinqologiya kafedrasında baş elmi işçi kimi çalışmışdır. 1986-1989-cu illər ərzində İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında doktoranturada olmuş və 1993-cü ildə «Пути профилактики и лечения острой нейросенсорной тугоухости» adlı dissertasiya işini müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almişdir. 2006-cı ildən professordur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş otorinolarinqoloqu, Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın alimlik dərəcəsi almaq üçün ixtisaslaşmış Elmi Şurasının sədr müavini, AR Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyası otorinolarinqologiya bölməsinin sədridir. Yaxın Avroasiya Afrika qulaq burun boğaz dərnəyinin beynəlxalq əlaqələr üzrə koordinatorudur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuş, 2008-ci ildə "Akademik Y.Məmmədəliyev mükafatı" almışdır. 2 ixtira 135 elmi işin və 3 səmərələşdirici təklifin müəllifidir.
Kafedranın elmi istiqaməti
Kafedranın elmi istiqaməti Azərbaycan Respublikasında yuxarı tənəffüs yollarının ən çox yayılmış xəstəliklərindən olan xroniki rinosinusitlər və qırtlağın xroniki xəstəlikləri və sensonevral ağıreşitmə probleminə həsr olunmuşdur. Hal-hazırda kafedrada üç istiqamətdə elmi iş gedir:
I mövzu: "Müxtəlif etiologiyalı sensonevral ağıreşitmənin etiologiyası, patogenezi və erkən dövrdə müalicəsi məsələləri"(tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün planlaşdırılan dissertasiya).
Elmi məsləhətçi: professor Hüseynov N.M.
İcraçı: dosent Əfəndiyev A.Z.
II mövzu: "Disfoniayalar zamanı müalicə-bərpaedici tədbirlər"(tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün planlaşdırılan dissertasiya).
Elmi məsləhətçi: professor Hüseynov N.M.
İcraçı: assistent Həşimli R.M.
III mövzu: "Endoskopik adenoidektomiyanın kliniki nəticələri" (tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün planlaşdırılan dissertasiya).
Elmi rəhbər: professor Hüseynov N.M.
İcraçı: dissertant Quliyev M.D.
Kafedra əməkdaşları dünyanın bir çox ölkələrində keçirilən konfrans, simpoziumlarda iştirak edib müxtəlif elmi mövzularla çıxış etmişlər:
1. Avropa otorinolarinqoloqlar və baş-boyun cərrahlarının 5-ci kongresi. 2004, Rodos-Kos.
2. 3th Bennual Milano Masterclass. 2005, Milan.
3. «Вестник оториноларингологии» jurnalının 70 illiyinə həsr edilmiş elmi-praktik konfrans. 2006, Moskva.
4. 3th Congress of International Federation of National Oncology Socity. 2006, Praga.
5. Avropa otorinolarinqoloqlar və baş-boyun cərrahlarının 6-cı kongresi. 2007, Vyana.
6. Annual Conference in the 31th Year of the EAFPS. 2008, Dusseldorf.
7. 30-cu Türk Ulusal Kulak Burun Boğaz ve Baş Boyun Cerrahisi Kongresi. 2008-ci il, Antalya.
8. Annual Conference in the 32-th Year of the EAFPS. 2009-ci il, Porto.
9. 31-ci Türk Ulusal Kulak Burun Boğaz ve Baş Boyun Cerrahisi Kongresi. 2009-cu il, Antalya.
10. Rusiya otorinolarinqoloqlarının Umumirusiya konfransı. 2010, Moskva.
11. Всероссийская научно-практическая конференция «Прикладная и фундаментальная наука – Российской оториноларингологии». 2010-cu il, Sankt-Peterburq.
12. 3th Rinoplasty Congress San Pietro. 2010-cu il, Della Termo Bologna, İtaliya.
13. 32-ci Türk Ulusal Kulak Burun Boğaz ve Baş Boyun Cerrahisi Kongresi. 2010-cu il, Antalya.
14. Rusiya otorinolarinqoloqlarının Umumirusiya konfransı. 2011, Moskva.
15. 1st Congress of CE-ORL-HNS.2011-ci il, Barselona.
16. 33-ci Türk Ulusal Kulak Burun Boğaz ve Baş Boyun Cerrahisi Kongresi.2011-cu il, Antalya.
17. Rusiya otorinolarinqoloqlarının 18-ci qurultayı. 2011-cu il, Sankt-Peterburq.
18. 10-cu Beynəlxalq Kulak Burun Boğaz ve Baş Boyun Cerrahisi Kongresi. 2012, Ankara.
19. 34-cü Türk Ulusal Kulak Burun Boğaz ve Baş Boyun Cerrahisi Kongresi. 2012-cu il, Antalya.
20. 9-cu Avropa Larinqoloji konqresi. 2012, Helsinki.
21. Rusiya otorinolarinqoloqlarının Umumirusiya konfransı. 2012, Moskva.
22. 7-ci Türk ulusal larinqoloji kongresi. 2013, İstanbul.
23. 35-ci Türk Ulusal Kulak Burun Boğaz ve Baş Boyun Cerrahisi Kongresi. 2013-cu il, Antalya.
24. 9-cu Türk Rinoloji Konqresi. 2013, Antalya.
25. "Endoskopik və mikroskopik cərrahiyyənin əsasları" konfransı. 2013, Strasburq.
26. Rusiya Rinoloqlarının 10-cu qurultayı. 2013, Moskva.
Kafedranın müalicə fəaliyyəti
Kafedranın yerləşdiyi akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasının LOR şöbəsində əməkdaşlar tərəfindən müasir otorinolarinqoloji diaqnostika və müalicə prinsiplərinə əsaslanan metodikalar tətbiq edilir. Həmin xəstəxananın bütün şöbələrinə, habelə respublika rayonlarının həkimlərinə (həm səyyari kurslar, həm də sanitar aviasiya xətti ilə) konsultativ köməklik edilir. Kafedranın əməkdaşları otorinolarinqologiyada müasir müayinə, müalicə və diaqnostika üsulları və digər mövzularda dünyanın bir sıra ölkələrində keçirilən konfranslarda iştirak edirlər və bu sahədə olan ən yeni məlumatları həkimlərə və həkim müdavimlərə çatdırırlar.
Kafedranın əməkdaşları

T.e.ü.f.d., dosent Əfəndiyev Akif Zahid oğlu 1984-cü ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. 1988-1991-ci illər ərzində Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu LOR kafedrasında əyani aspiranturada oxumuş və 1991-ci ildə "Состояние внутреннего нервно-мышечного аппарата гортани при миастении" adlı dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsı almişdir. 1991–cı ildən bu günə kimi ADHTİ-nin otorinolarinqologiya kafedrasında əvvəl assistent, sonra isə dosent (2000-ci ildən) kimi çalışır. Elmi işləri müxtəlif xəstəliklər zamanı qırtlağın sinir-əzələ aparatının funksional vəziyyətinin öyrənilməsinə, sensonevral ağıreşitmə probleminə həsr edilmişdir.ADHTİ-nun Gənc Alimlər Şurasının sədri,Cərrahiyyə fakültəsi Elmi Şurasının üzvü, AR Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyası otorinolarinqologiya bölməsinin sədr müavinidir. 74 elmi işin, 3 səmərələşdirici təklifin müəllifidir.
Kafedranın ünvanı
AZ -1012, Bakı, Tiflis prospekti, 3165-ci məhəllə, akad. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, II korpus, II mərtəbə.
Tel: (+ 99412 4314841)
Avtoreferatlar
Гусейнов Назим Мамед оглы
Клиника, диагностика, лечение и принципы профилактики острых сосудистых поражений слухового анализатора. 14.00.04 - болезни уха, горла и носа. Диссертация на соискание ученой степени кандидата медицинских наук. Москва - 1984 г.
Пути профилактики и лечения острой нейросенсорной тугоухости (Клинико-экспериментальное исследование). 14.00.04 - Болезни уха, горла и носа; 14.00.25 - Фармакология. Диссертация на соискание ученой степени доктора медицинских наук. Москва - 1993 г.
Керимова Офеля Мамедхан кызы
Применение местной гипотермии при тонзиллэктомии. 14.753 – Болезни уха, горла и носа. Диссертация на соискание ученой степени кандидата медицинских наук. Баку - 1971 г.
Эфендиев Акиф Захид оглы
Функциональное состояние внутреннего нервно-мышечного аппарата гортани при миастении. 14.00.04 – болезни уха, горла и носа, 14.00.13-нервные болезни. Диссертация на соискание ученой степени кандидата медицинских наук. Ленинград - 1991 г.
Ахмедли Томрида Асаф кызы
Заболевания верхних дыхательных путей у работников текстильного производства, лечение и профилактика. 14.00.04 – Болезни уха, горла и носа. Диссертация на соискание ученой степени кандидата медицинских наук. Баку - 1992 г.
Панахиан Вафа Мустафа оглы
Внутрипазушное применение низкочастотного ультразвука в комплексном лечении гнойно-воспалительных заболеваний верхнечелюстных пазух. 14.00.04 – Болезни уха, горла и носа. Диссертация на соискание ученой степени кандидата медицинских наук. Баку - 1996 г.
Распространенность и профилактика врожденных и наследственных заболеваний ЛОР-органов в Азербайджанской Республике. 14.00.04 - Болезни уха, горла и носа; Диссертация на соискание ученой степени доктора медицинских наук. Москва - 2004 г.
Гашимли Рамиль Муршуд оглы
Хирургическое лечение врожденных и приобретенных параличей гортани у детей. 14.00.04 – болезни уха, горла и носа. Диссертация на соискание ученой степени кандидата медицинских наук. Санкт-Петербург - 2006 г.
Hematologiya kafedrası
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrası 1967-ci ildə təşkil olunmuşdur. Kafedra akademik M.Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsində fəaliyyət göstərir. Kafedrada uzun illər görkəmli alimlər və professorlar fəaliyyət göstərmişlər. Belə alimlərdən hematoloq professorlar Hənifə Məmməd oğlu Abdullayev, Ziyəddin İbrahim oğlu Əfəndiyev bu elm və tədris ocağında çalışmışlar və bir çox mütəxəssis hazırlamışlar. Kafedranın əsas vəzifəsi ixtisaslı mütəxəssis, hematoloq və transfuzioloq hazırlamaq, həmçinin ixtisasından asılı olmayaraq praktiki təbabətin bütün sahələrində çalışan həkimlərin (terapevt, cərrah, ginekoloq, pediatr, həkim-laborant) hematoloji xəstəliklərin diaqnostikasına, müalicəsinə, həmçinin transfuziologiya və koaqulologiyaya aid məsələlər üzrə biliklərini təkmilləşdirməkdən ibarətdir. Təşkil olunduğu gündən 1988-ci ilə qədər kafedranın müdiri tibb elmləri doktoru, professor H.M.Abdullayev olmuşdur. Professor H.M. 1923-cü ildə Lənkəran şəhərində qulluqçu ailəsində anadan olmuşdur, orta məktəbi də orada bitirmişdir və Moskva şəhəri 2 saylı Tibb İnstitutuna daxil olmuşdur.
1949-cu ildə Moskva Tibb İnstitutunu bitirdikdən sonra Mərkəzi Elmi Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunda elmi fəaliyyətə başlamışdır. O, kliniki ordinatura dövründə hematologiya elminə yiyələnməsinə böyük maraq göstərmiş və eyni zamanda institutun aspiranturasına qəbul olunmuşdur. Bundan sonra Moskvada qalıb və institutun əməkdaşı kimi institutun elmi katibi və şöbə müdiri vəzifəsində çalışmışdır.
1957-ci ildə namizədlik, 1967-ci ildə isə doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmiş, professor adını almışdır və 1968-ci ildə Azərbaycana qayıtmışdır. Ə.Əliyev adına ADHTİ-da hematologiya və qanköçürmə kafedrası təşkil olunmuş və professor Abdullayev H.M. kafedra müdiri vəzifəsinə təyin edilmişdir.
O ömrünün sonunadək bu kafedranın rəhbəri olmuşdur. İlk gündən onun əsas məqsədi elmi və pedaqoji cəhətdən yüksək peşəkar kollektiv yaratmaq idi, professor bütün bacarığını və qüvvəsini bu işə sərf etmişdir. Bu gün fəxr ilə deyə bilərik ki, onun tələbələri böyük klinikalarda, hətta Respublikadan kənarda müvəffəqiyyətlə çalışırlar.
Professor Abdullayevin fəaliyyəti elmi-tədqiqat, pedaqoji və həkimlik işləri ilə məhdudlaşmırdı. Bunlarla yanaşı, o böyük ictimai və maarifçilik işləri aparırdı. Dəfələrlə müxtəlif dövlət orqanların və ictimai qurumların üzvi seçilmişdir.
1969-1979-cu illərdə isə Azərbaycan Respublikasının Səhiyyə Naziri təyin edilmişdir və bu illərdə respublikamızın səhiyyəsinin təkmilləşməsində onun böyük əməyi olmuşdur.
Bu illərdə o, Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin 28 və 29-cu qurultaylarının üzvü və üç çağırışda Azərbaycan Respublikasının deputatı olmuşdur. Professor Abdullayev H.M. elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmiş, “Qızıl Əmək Bayrağı ordeni”, “Şöhrət Nişanı” və Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanları ilə təltif edilmişdir.
Professor Abdullayevin elmi-tədqiqat fəaliyyəti özünəməxsus genişliyi və məhsuldarlığı ilə seçilirdi. Xalqımızın görkəmli alimi olmaqla yanaşı, professor Abdullayev H.M. yüzlərlə ən ağır xəstələrə şəfa verən təkrarolunmaz təbib idi. Professor Abdullayev H.M. Respublikamızda yeganə yüksək səviyyəli cərrah-hematoloq idi. Onun rəhbərlik etdiyi klinikada ilk dəfə olaraq irsi hemolitik anemiyalarda cərrahi müalicə aparılırdı.
Azərbaycanda onun rəhbərliyi altında ilk dəfə olaraq 1969-cu ildə Zaqafqaziya Elmi-Praktik Hemofiliya Mərkəzi yaradıldı və səhiyyənin aktual problemlərindən olan irsi hemoqlobinopatiyalara və hemofiliya xəstəliyinə dair çoxşaxəli elmi tədqiqat işləri aparılmağa başlandı. 1973-cü ildə SSRİ məkanında ilk dəfə “Hemofiliya” adlı fundamental, bütün həkimlərin stolüstü kitabı hesab olunan monoqrafiya çap etdirmişdir.
Professor Abdullayev H.M. 200-dən çox elmi işlərin müəllifidir. 20-dək elmi işi yaxın və uzaq xaricdə çap olunub. O eyni zamanda 1 monoqrafiya, 9 tədris metodik tövsiyə və 4 səmərələşdirici təklifin müəllifidir.
Professorun rəhbərliyi altında elmi tədqiqat işlərinin nəticələri şəxsən özünün iştirakı ilə ABŞ, AFR, ADR, ÇSSR, Fransa, İran və s. ölkələrdə elmi simpozium, qurultay və konqreslərdə məruzə edilib. Onun rəhbərliyi altında 11 namizədlik, 1 doktorluq dissertasiyası müdafiə olunub.
Professor Abdullayev H.M. ilk dəfə olaraq ölkə patologiyası olan və irsi anemiyaların bir növü hesab edilən talassemiyalı xəstələrin kompleks müalicəsində splenektomiyanın effektivliyini isbat etmişdir. Xarici ölkə alimləri onun elmi işlərinin nəticələrini bəyənib və daima yüksək qiymətləndirmişdir. Professor Abdullayev H.M. uzun illər Ümumdünya Hemofiliya Federasiyasının üzvü seçilmişdir və bu yönümdə çox geniş işlər aparmışdır.
O, dünya şöhrətli alim olduğu qədər çox təvazökar və gözəl insan idi. Onun tələbə və həkimlərə oxuduğu mühazirələr cavan kadrlara örnək idi.
Professor H.M. Abdullayev alim, pedaqoq, həkim olmaqla yanaşı nümunəvi qayğıkeş ailə başçısı olmuşdur.
Professor Abdullayev H.M. 13 mart 1991-ci ildə vəfat etmişdir. Onun çoxillik səmərəli işini, yüksək ixtisaslı mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanmasında böyük rolu qeyd edərək biz Hənifə müəllimə tanrıdan rəhmət diləyirik. Onun əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq.
1988-ci ildən 1990-cı ilədək kafedranın müdiri tibb elmləri doktoru, professor Z.İ.Əfəndiyev olmuşdur. O, kafedranın təşkil olunduğu vaxtdan 2002-ci ilədək kafedranın professoru vəzifəsində işləmişdir.
Z.İ. Əfəndiyev 1925-ci il martın 1-də Dəvəçi (indiki Şabran) rayonunun Qələgah kəndində anadan olmuşdur. O, 1945-ci ildə Azərbaycan dövlət Pedaqoji İnstitutunu, 1952 – ci ildə isə N.Nərimanov adına ATİ-nin müalicə-profilaktika fakultəsini bitirmişdir. 1959-cu ilədək Siyəzən rayonunda terapevt işləmişdir. 1961-ci ildə o, Azərbaycan ET Hematologiya və Qanköçürmə İnstitutunda klinik ordinaturanı, daha sonra aspiranturanı başa vurumuş və 1967-ci ilədək həmin institutda elmi işçi vəzifəsində çalışmışdır. Z.İ. Əfəndiyev 1966-cı ildə namizədlik, 1983-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.
O, 1968-ci ildən Ə.Əliyev adına ADHTİ-nin hematologiya və qanköçürmə kafedrasında assistent, daha sonra dosent, professor və kafedra müdiri vəzifəsində çalışmışdır.
Prof. Z.İ. Əfəndiyevin rəhbərliyi ilə 8 namizədlik dissertasiyası müdafiə olunmuşdur. O, 120-dən çox elmi məqalənin, 1 monoqrafiyanın, 8 metodik-tədris vəsaitinin müəllifidir. Bu əsərlərin əksəriyyəti ABŞ, Fransa, Türkiyə və keçmiş Sovet İttifaqında nəşr olunan jurnal və toplularda dərc olunmuşdur. Prof. Z.İ. Əfəndiyevin elmi tədqiqatlarının nəticələri 15-dən çox beynəlxalq və ümumittifaq konqress və konfranslarda təmsil olunmuşdur. O, 1979-1982-ci illərdə prof. M.M. Abdullayevin rəhbərliyi ilə nəşr edilmiş 2 cildlik ilk “ İngilis - azərbaycanca tibb lüğəti”-nin müəlliflərindən biri olmuşdur.
Prof. Z.İ. Əfəndiyevin hərtərəfli elmi fəaliyyətində qanın laxtalanması və xüsusən də hemofiliya problemləri mühüm yer tutur. Onun təşəbbüsü və bilavasitə iştirakı ilə 1974-cü ildə keçmiş Sovet İttifaqında ilk dəfə olaraq vətənimizdə internat nəzdində hemofiliyası olan şagirdlərin təhsili təşkil edilmişdir. Azərbaycanda hemofiliyanın yayılması, “imbred” populyasiyanın aşkar edilməsi, hemofiliya geninin respublikamız ərazisində “dreyfi” və ocaqlaşma səbəbləri ilk dəfə Prof. Z.İ. Əfəndiyev tərəfindən müəyyən edilmişdir.
Prof. Z.İ. Əfəndiyevin uzun müddət Respublika Hematoloqları və Transfuzioloqları Elmi Cəmiyyətinin sədri, Ə.M. Əliyev adına ADHTİ-nin cərrahiyyə üzrə elmi şurasının, B. Eyvazov adına Azərbaycan Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitunun elmi şurasının, həmçinin elmi dərəcələr üzrə xüsusi elmi şuranın üzvü olmuşdur.
Mühazirə və dərs məşğələlərini yüksək səviyyədə aparması ilə fərqlənən Ziyəddin müəllim vətənimizdə nüfuzlu pedaqoq və yüksək ixtisaslı terapevt-hematoloq kimi tanınmışdır. O, hərtərəfli inkişaf etmiş alim, həkim pedaqoq idi. O həkimlik sənəti ilə yanaşı sözə, poeziyaya böyük məhəbbət bəsləyirdi. H.Cavid, M.Müşviq, Süleyman Sani Axundov onun müəllimləri olmuşlar. Azərbaycan klassik şerini, romantizmi dərindən bilməkdə onların böyük rolu olmuşdur. Prof. Z.İ. Əfəndiyev ailə üzvləri, dostları, hətta xəstələri üçün Füzuli, Nəsimi, S.Ə. Şirvani, Sabir, Yunus İmrə, Tofiq Fikrət, H.Cavid, M.Müşfiqdən danışar, onların əsərlərini şərh edər, əzbərdən deyərdi. musiqimizin, muğamımızın vurğunu idi, onları tarda məharətlə ifa edərdi. O hətta tar sinfi üzrə musiqi təhsili də almışdır.
Prof. Z.İ. Əfəndiyev alim, pedaqoq, həkim olmaqla yanaşı nümunəvi qayğıkeş ailə başçısı olmuşdur. Onun övladları ali təhsilli olmaqla yanaşı elmi dərəcələrə layiq görülmüşlər Təsadüfi deyilki, onun 5 övladından üçü həkimdir və bu atalarının yolu ilə gedərək xalqımıza xidmət edirlər.
Prof. Z.İ. Əfəndiyevin ilahiyyət elminə xüsusi diqqət yetirərdi. Uşaq ikən mədrəsədə oxumuş və ərəb dilini öyrənmişdir. Qurani-Kərimi nəinki ərəbcə oxuyur, onun təfsirini də verərdi, istənilən dini məsələni tam aydınlaşdırardı, suallara cavab verməkdə acizlik çəkməzdi. Qeyd etmək lazımdırki, onun babaları Övliya İbrahim və Əbdülvahab əfəndi dövrlərinin nüfuzlu ruhaniləri olmuşlar.
Onun elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmiş, səhiyyə əlaçısı nişanı və bir çox fəxri fərmanlarla təltif olunmuşdur.
Prof. Z.İ. Əfəndiyev 2002-ci ildə sentyabrın 6-da vəfat etmişdir. Onun çoxillik səmərəli işini, yüksək ixtisaslı mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanmasında böyük rolunu qeyd edərək biz, Ziyəddin müəllimə tanrıdan rəhmət diləyirik. Onun əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq.
Kafedranın elmi istiqaməti
Kafedranın elmi istiqaməti Hemofiliya probleminə həsr olunub. Hal-hazırda kafedrada bu mövzuya aid 2 istiqamətdə elmi iş gedir:
I mövzu: "Hemofiliyalı xəstələrdə dayaq-hərəkət sistemi ağırlaşmalarının kompleks diaqnostika, müayinə və müalicəsi"
Elmi rəhbər: kafedra müdiri E.Ə. Qədimova
İcraçı: assistent M.M. Kazımova
II mövzu: "Hemofiliyalı xəstələrdə profilaktik müalicənin yaxın və uzaq nəticələri"
Elmi rəhbər: kafedra müdiri E.Ə. Qədimova
İcraçı: assistent G.Ə. Əlizadə
Kafedrada 2024-2026-cı illər üçün "Qadınlarda qanaxma patologiyalarının qiymətləndirilməsi və idarə olunması" mövzusunda elmi iş planlaşdırılıb.
Kafedranın professor müəllim heyyətinin 270-dən çox yerli və xarici elmi əsərləri çapdan çıxmışdır.
Kafedranın professor-müəllim heyəti dünyanın bir çox ölkələrində keçirilən konfrans, simpoziumlarda iştirak edib, müxtəlif elmi mövzularla çıxış ediblər, Azərbaycan Respublikasını təmsil ediblər.
Kafedranın müalicə fəaliyyəti
Kafedra müdiri dosent Qədimova E.Ə., dosent Yusifova N.Y və assistent Hüseynov Q.A., assistent Əlizadə G.Ə., Kazımova M.M. Respublika Hematoloqlar Cəmiyyətinin üzvüdürlər. Onlar əhalinin sağlamlığı naminə hematologiya üzrə müalicə-profilaktik iş aparırlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmri ilə bizim klinikanın nəzdində Hemofiliya mərkəzi fəaliyyət göstərir.
2002-ci ildən dosent Qədimova E.Ə. Respublika Hemofiliya mərkəzinin bilavasitə rəhbəridir və Dünya Hemofiliya Federasiyasının üzvüdür.
Hemofiliya Xəstəliyi dünya səhiyyə sisteminin aktual problemi olub, bu sahədə məşğul olan alimlərin daim diqqətini cəlb edir. Bizim ölkəmizdə hemofiliya əhali sayına görə dünya ortalamasında ön yerlərdən birini tutur. Kafedranın əməkdaşları RKX-nın Hematologiya şöbəsində xəstələrin müalicə işində bilavasitə iştirak edir. Başqa şöbələrdə, həmçinin Bakı şəhərinin başqa müalicə idarələrində xəstələri konsultasiya edirlər.
Mərkəzin fəaliyyəti Dövlət proqramında öz əksini tapmış tədbirlər planına uyğun həyata keçirilir. Əməkdaşlarımız hemofiliyanın müalicə və diaqnostikasının yeni üsullarını öyrənmək üçün hər il xarici ölkələrdə iş yerində olurlar, praktik və instrumental təcrübələri öyrənirlər. Hal hazırda dünyanın aparıcı ölkələrində olan müayinə və müalicə üsulları bizim əməkdaşlar tərəfindən Azərbaycanda da uğurla həyata keçirilir. Bununla əlaqədar elmi-tədqiqat işləri aparılır və həmin profillər üzrə xəstələrin müalicəsi ilə məşğul olunur.
Hemofiliya və Talassemiya irsi qan xəstəlikləri üzrə dövlət proqramına əsasən Hemofiliyalı xəstələrin müalicəsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq qanın laxtalanma preparatları ilə (faktor VIII, IX və s.) xəstələri təmin edir.
Kafedra əməkdaşlarının klinik protokolların hazırlanması və praktik təbabətə tətbiqi, bir sıra dərs vəsaitlərinin nəşr edilməsi, elmi araşdırmaların nəticələrinin beynəlxalq arenaya çatdırılmasında müstəsna xidmətləri vardır. Qeydiyyatda olan xəstələr xəstəxananın müxtəlif ixtisaslı həkimləri tərəfindən müayinə, müalicə və reabilitasiya baxımından hər cür xidmətlə təmin olunurlar.
2005-ci ildən başlayaraq kafedranın bilavasitə əməkdaşları tərəfindən dos. E.Ə. Qədimovanın rəhbərliyi ilə dörd beş illik Dövlət Proqramı yazılıb. Proqramın tədbirlər planına əsasən hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsi, onların laxtalanma faktorları ilə təminatı, qanaxmaların profilaktikası, ağırlaşmaların aradan qaldırılması, həyat keyfiyyətinin yaxşılaşdırılması, ömurlərinin uzadılması, əlilliyin, vaxtsız ölümlərin qarşısının alınması deməkdir. Bu dövlət proqramının tədbirlər planına əsasən xəstələr müasir müayinə müalicə alırlar.
Kafedranın əməkdaşları

1990-cı ildən bu günədək kafedranın müdiri vəzifəsində t.ü.f.d., dosent Qədimova Elmira Əbdülbağı qızı fəaliyyət göstərir. E.Ə.Qədimova 1972-ci ildən Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutu Hematologiya və qanköçürmə kafedrasında baş laborant, 1984-cü ildə assistent, dosent və 1990-cı ildən kafedra müdri vəzifəsində işləyir.
E.Ə.Qədimova 2006-cı ildə Azərbaycan Respublikasının əməkdar müəllimi, 2007-ci ildə Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə “Tərəqqi medalı”, 2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yubiley medalı, 2024-cü il Azərbaycan Respublikasının Prezidenti 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubileyi medalı ilə təltif olunmuşdur.
Tədris prosesi ilə yanaşı, t.ü.f.d., dosent Qədimova E.Ə. kafedranın elmi işlərinin planlaşdırılması və həyata keçirilməsinə rəhbərlik edir. Xüsusi ilə ölkə patologiyası olan talassemiya xəstəliyinin kompleks müalicəsində cərrahi əməliyyatın (splenektomiya) aparılmasına göstərişlər, əks-göstərişlər, əməliyyatdan əvvəl və sonrakı dövrlərdə xəstələrin hemotransfuzion və başqa terapevtik müalicələrinin taktikası dosent E.Ə.Qədimova tərəfindən işlənib hazırlanmışdır. Elmira xanımın rəhbərliyi ilə 2 namizədlik dissertasiya müdafiə olunmuşdur. O, eyni zamanda Respublika Elmi-Praktik Hemofiliya Mərkəzinin rəhbəridir və 2000-ci ildən bu günə kimi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Yeni Azərbaycan Partiyasının sədridir. Elmi-tədqiqat işlərini ümumiləşdirərək dosent E.Ə.Qədimova 1996-cı ildə "Лечение больных талассемией с применением спленэктомии" adlı monoqrafiya nəşr etmişdir. O, yerli və xarici ölkələrin jurnal və toplularında dərc edilmiş 150-dən çox elmi məqalələrin (tədqiqat işinin), 18 tədris-metodik tövsiyənin, 1 monoqrafiyanın və 4 tədris vəsaitinin müəllifidir. Dosent E.Ə. Qədimova Rusiya, Almaniya, Kanada, Türkiyə, Macarıstan, İsveçrə, İtaliya, Avstriya, Yunanıstan, İspaniya və digər ölkələrdə keçirilmiş Beynəlxalq konqress, simpozium və konfranslarda iştirak etmiş, Azərbaycanda hemofiliya problemi, əldə olunan nailiyyətlər barədə geniş təqdimat və çıxışlar etmişdir. Kafedrada hal-hazırda altı həkim-rezident hematologiya ixtisası üzrə elmi-praktik fəaliyyətdədirlər.

Kafedranın dosenti, t.ü.f.d. Yusifova Natella Yasən qızı 1999-cu ildən kafedrada işləyir, 2001-ci ildən assistent, 2008-ci ildən etibarən dosent vəzifəsində çalışır. 2003-cü ildə o, respublikamızda ilk dəfə olaraq "Hemofiliyalı xəstələrin psixoloji xüsusiyyətlərinin müalicə-profilaktika işində əhəmiyyəti" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir, 46-dan çox elmi əsərin müəllifidir. Dosent N.Yusifova dəfələrlə Türkiyə, Macarıstan, Almaniya, İsveç və s. ölkələrdə keçirilən beynəlxalq konqres və simpoziumlarda iştirak etmiş və respublikamızı layiqincə təmsil etmişdir.Əsərləri beynəlxalq koqres toplularında dərc olunmuşdur. Onun klinik hematologiya və transfuziologiyaya aid mühazirələri və seminar məşğələləri tədris materiallarının müdavimlərə anlaşılan tərzdə çatdırılması ilə fərqlənir.

Kafedranın assistenti, t.ü.f.d. Hüseynov Qiyas Adil oğlu 2005-ci ildən kafedrada assistent vəzifəsində çalışır. 2006-cı ildə "Neosit kütləsinin müalicə dozalarının alınması və onların effektivliyinin öyrənilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 32-dən artıq elmi əsəri var: dərs vəsaiti, metodik tövsiyyələr və məqalələr. Hal-hazırda qanın ekstrakorporal müalicə üsullarının öyrənilməsi haqqında elmi iş üzərində işləyir. Assistent Hüseynov Qiyas dəfələrlə Türkiyə, Macarıstan, Almaniya, İsveç və s. ölkələrdə keçirilən beynəlxalq konqres və simpoziumlarda iştirak etmiş və respublikamızı layiqincə təmsil etmişdir. Əsərləri beynəlxalq konqres toplularında dərc olunmuşdur.

Kafedranın assistenti Əlizadə Günel Əli qızı 2008-ci ildən kafedranın baş laborantı, 2009-cu ildən kafedranın assistenti vəzifəsində çalışır. 2022- ci il 23 noyabr tarixində "Hemofiliyalı xəstələrdə profilaktik müalicənin yaxın və uzaq nəticələri" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 37-dən artıq elmi əsərin müəllifidir. Kafedranın tədris prosesində həkim- müdavimlərlə praktik və seminar məşğələlər aparır. Assistent Əlizadə Günel dəfələrlə Türkiyə, Macarıstan, Almaniya, İsveç və s. ölkələrdə keçirilən beynəlxalq konqres və simpoziumlarda iştirak etmiş və respublikamızı layiqincə təmsil etmişdir. Əsərləri beynəlxalq konqres toplularında dərc olunmuşdur.

Kafedranın assistenti, t.ü.f.d. Kazımova Mehparə Musa qızı 2023-cü ildən kafedranın assistenti vəzifəsində çalışır. 2018-ci ildə “Azərbaycanda hemofiliyanın yayılması və hemartrozların müalicə prinsipləri” mövzusunda hematologiya və səhiyyənin təşkili şifrələri üzrə elmi işini uğurla müdafiə etmişdir. 2018-ci ildə cənab Prezidentin müvafiq əmri ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 32-dən artıq elmi əsərin müəllifidir. Kafedranın tədris prosesində həkim-müdavimlərlə praktik və seminar məşğələlər aparır. Assistent Kazımova Mehparə dəfələrlə Türkiyə, ABŞ, Kanada, Macarıstan, Almaniya, İsveç və s. ölkələrdə keçirilən beynəlxalq konqres və simpoziumlarda iştirak etmiş və respublikamızı layiqincə təmsil etmişdir. Əsərləri beynəlxalq konqres toplularında dərc olunmuşdur.
Nefrologiya kafedrası
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nefrologiya kafedrası 1983–cü ildə bir başa akademik M.C.Cavad-zadənin iştiraki ilə yaradılmışdır. Kafedranın ilk rəhbəri professor Fikrət Hüseynov olmuşdur. Professor F.H.Hüseynov, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Nefrologiya kafedrası keçmiş SSRİ-də Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda sonra ikinci kafedra olmuşdur.
Hal-hazırda, kafedra akademik M.Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasının 60 çarpayılıq Nefrologiya şöbəsində fəaliyyət göstərir. Kafedranın əsas vəzifəsi ixtisaslı mütəxəssis, nefrolog hazırlamaq, həmçinin ixtisasından asılı olmayaraq praktiki təbabətin bütün sahələrində çalışan həkimlərin (terapevt, cərrah, ginekoloq, pediatr, həkim–laborant) nefrolojı xəstəliklərin diaqnostikasına, müalicəsinə, həmçinin puls-terapiya və plazmaferez aid məsələlər üzrə biliklərini təkmilləşdirməkdən ibarətdir. Kafedra yarandığı gündən Respublikada nefroloji xidmətin təşkilində elmi-metodik mərkəz rolunu oynayır. Kafedra nefrologiya üzrə ixtisaslaşma və tematik təkmilləşmə kursları keçirilir. 1983-cü ildən indiyə qədər köhnə SSRİ məkanında və müstəqil Azərbaycan Respublikasında minlərlə həkim ixtisaslarını artırmışlar. Kafedranın əməkdaşları Respublikanın regionlarında sanitar aviasiya xətti ilə ağır xəstələrin diaqnostikası və müalicəsində fəal iştirak edirlər.
Kafedranın elmi istiqaməti
1. Uratlı nefrolitiaz
2. Podaqrik nefropatiya və purin mubadiləsinin pozulması
3. Şəkərli diabet zamanı böyrəklərin zədələnməsi
4. Xroniki böyrək xəstəlikləri zamanı hamiləliyin qedişatı
5. Xroniki böyrək çatışmazlığının intensivləşməsinin qiymətləndirilməsi və profilaktikası
Hal-hazırda kafedranın dissertlantları böyrəklərin uratlı zədələnməsi və hemodializli xəstələrdə metabolik sindrom mövzusunda elmi işlər aparılır.
Kafedranın əməkdaşları mütəmadi olaraq nefrologiyanın aktual məsələlərinə həsr olunmuş Respublika və Beynəlxalq simpoziumlarda iştirak etmişdir (Respublika böyrək günü simpoziumu, Moskva, İstanbul, London şəhərlərində aparılmış Beynəlxalq simpoziumlar).
Kafedra tərəfindən Moskva şəhərindəki Diplomdan Sonrakı Təhsil Rusiya Akademiyanın nefrologiya kafedrası, İstanbul, Tehrandakı nefrolojı klinikaları ilə elmi əlaqələr yaradılmışdır.
Kafedranın müalicə fəaliyyəti
Kafedra müdiri t.e.d. Sərdarlı F.Z. Respublika Nefrolojı Mərkəzinin rəhbəridir. Kafedranın əməkdaşları əhalinin sağlamlığı naminə nefrologiya üzrə müalicə-profilaktik iş aparırlar. Nefrolojı Mərkəz akademik M.Ə.Mir-Kasimov adına RKH-nın nefrologiya və hemodializ şöbələrində yerləşmişdir. Mərkəzdə elmi-tədqiqat işləri aparılır və Respublikanın rayonları üzrə nefrolojı xəstələrin müayinə və müalicəsi aparılır. Bundan əlavə kafedranın əməkdaşları tərəfindən RKH-n kardiologiya, hemotologiya, cərrahiyyə, mama-ginekologiya, hamiləlik patologiyası, reanimasiya, burun-boğaz-qulaq, nevrologiya, endokrinologiya şöbələrində konsultasiya edilir. Nefrologiya kafedrası əməkdaşları və Russiya Federasiyasının Diplomdan sonraki təhsil akademiyasının nefrologiya kafedrasının əməkdaşları sıx əlaqələr vardır və dayma ağır patologiya ilə xəstələrin müzakirəsi aparılır.
Kafedranın əməkdaşları

1995-ci ildən Nefrologiya kafedrasına t.e.d., Sərdarlı Fuad Zülfüqar oğlu rəhbərlik edir. Bu müddət ərzində kafedra öz elmi-pedaqoji fəaliyyətini daha da genişləndirmişdir. 1991–ci ildə "Hiperurikemiya xroniki böyrək xəstəlikləridə risk faktorudur" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Kafedranın müdiri tibb elmləri doktoru, professor F.Z.Sərdarlı eyni zamanda Respublika Nefroloji Mərkəzinin rəhbəridir. Onun rəhbərliyi altında 2 namizədlik dissertasiyası müdafiə olunmuşdur. Professor F.Z.Sərdarlı "Podaqrik nefropatiya" mövzusunda doktorluq dissertasiyasını 2005-ci ildə müdafiə etmişdir. Bu zaman, o, podaqralı xəstələrdə böyrəklərin zədələnmə səviyyəsini, podaqrik nefropatiyanın etiologiyasını, patogenezini və müalicəsini hərtərəfli öyrənmişdir. Bu mövzuda monoqrafiya çapa təqdim olunmuşdur. O, 80-dan çox elmi əsərin müəllifidir. Kafedrada aparılan elmi-pedaqoji və müalicə işlərinə rəhbərlik edir. Elmi fəaliyyəti geniş və hərtərəflidir. Elmi əsərləri yaxın və xaricdə çap olunmuşdur. 1995-2008- ci ilə qədər Çərrahiyyə fakultəsinin dekan vəzifəsində calışmışdır. Hal-hazırda onun rəhbərliyi altında 2 namizədlik dissertasiyası müdafiəyə hazırdır. Dosent Həsənova M.Q. birlikdə “Xroniki böyrək çatışmazlığı” dərsliyi 2013-cü ildə çapdan çıxmışdır.

T.ü.f.d., dosent Bəxtiyarova Lalə Bahadur qızı Azərbaycan Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra Təcili Yardım Xəstəxanasında internaturanı keçib. 1992-ci ildə ADHTİ-nin Terapiya kafedrasında kliniki ordinaturanı bitirdikdən sonra Nefrologiya kafedrasının assistenti vəzifəsinə təyin edilib. 1995-ci ildə "Revmatizmin müxtəlif formalarında böyrəklərin parsial funksiyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1996-cı ildən cərrahiyyə fakültəsi Elmi Şurasının elmi katibi olub. 2000-ci ildən Nefrologiya kafedrasının dosentidir. 2006-ci ildən Ə.Əliyev ADHTİ-nin elmi katibidir.

T.ü.f.d., dosent Həsənova Mətanət Qəzənfər qızı Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Təcili Yardım Xəstəxanasında işləyib. 1995-ci ildə ADHTİ-nin Nefrologiya kafedrasına kliniki ordinaturaya qəbul olunub. 1997-cı ildən kafedranın assistenti vəzifəsində fəaliyyət göstərib. 2003-cü ildə "Hiperurikemiya fonunda xroniki böyrək xəstəlikləri zamanı helium-neon lazer işığının kompleks müalicədə effektiv tətbiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2007-ci ildən ADHTİ-nin cərrahiyyə fakultəsinin Elmi Şurasının elmi katibdir. 2009-cü ildən Nefrologiya kafedrasının dosentidir.

Assistent Cabbarov Şadoğlan Mənsur oğlu 1986-cı ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1987-ci ildən Astara Rayon Mərkəzi Xəstəxanasında həkim işləyib. 1990-cı ildə ADHTİ-nin Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasına kiçik elmi işçi vəzifəsinə qədul olunub. 1996-cı ildən bu günədək Nefrologiya kafedrasının assistentidir. Hal-hazırda “Xroniki böyrək çatışmazlığının intensivləşməsinin qiymətləndirmə metodikası, risk amilləri və profilaktikasının imkanları” mövzusunda tibb üzrə fəlsəfə doktoru dissertasiyası üzərində çalışır.
Eminbəyli Xuraman Rasim qızı 1996-ci ildə Az.DHTİ-nun nefrologiya kafedrasında internaturaya daxil olunmuşdur və 1997-ci ildən bu günə qədər kafedrada baş laborant vəzifəsində çalışır. 2012-ci ildə “Функциональное состояние почек на ранних стадиях диабетической нефропатии у больных с СД 2” mövzusunda tibb üzrə fəlsəfə doktoru dissertasiyasının müdafiyyə etmişdir.
Kafedranın ünvanı
Akad. Mir-Qasımov ad. Respublika Klinik Xəstəxanası (1-ci korpus), tel.: 431-49-00
Avtoreferatlar
Сардарлы Фуад Зульфугар оглу
"Гиперурикемия как фактор риска при хронических заболеваниях почек" 14.00.05-Внутренние болезни. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Москва-1991.
"Подагрическая нефропатия" 14.00.05-Внутренние болезни. Урология. Диссертация на соискание доктора медицинских наук. Баку-2005.
Бахтиярова Лала Бахадур кызы
"Порциальные функции почек при различных формах ревматизма" 14.00.05 - Внутренние болезни. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Баку-1995.
Гасанова Метанет Газанфар кызы
"Эффективность применения чрезкожного гелий-неонового лазерного облучения в комплексном лечении больных с хроническими заболеваниями почек протекающих на фоне гиперурикемии" 14.00.05-Внутренние болезни. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Баку-2003.
Эминбейли Хураман Расим кызы
"Функциональные состояния почек на ранних стадиях диабетической нефропатии у больных с сахарным диабетом 2 типа" 14.00.05 - Внутренние болезни. Диссертации на соискание доктора философии по медицине. Баку-2012.
Мехтиева Зюмрюд Сейфулла кызы
"Особенности диабетической нефропатии" 14.00.05-Внутренние болезни. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Баку-1989.
Багирова Рияда
"Нефрогенная гипертензия" 14.00.05-Внутренние болезни. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Баку-1991.
Манаширова Флора
"Состояние внутрипочечной гемодинамики у больных с гиперурикемией, их медикоментозная коррекция" 14.00.05- Внутренние болезни. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Баку-2003.
Urologiya kafedrası
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya kafedrası 1947-ci ildə təşkil olunmuşdur. Kafedra akademik M.C.Cavad-Zadə adına Respublika Klinik Uroloji Xəstəxanasında fəaliyyət göstərir.
Kafedranın əsas vəzifəsi ixtisaslı mütəxəssis-uroloq hazırlamaq, həmçinin ixtisasından asılı olmayaraq praktiki təbabətin bütün sahələrində çalışan həkimlərin uroloji xəstəliklərin diaqnostikasına, müalicəsinə aid məsələlər üzrə biliklərini təkmilləşdirməkdən ibarətdir.
Urologiya və operativ nefrologiya Kafedrası 1947-ci ildə yaradılmış və kafedraya müdir professor M.B.Əbiyev seçilmişdir. Lakin kafedra üçün bazanın olmaması səbəbindən altı aydan sonra bağlanmışdır. 1952-ci ilin sentyabr ayında 14 nömrəli şəhər xəstəxanasının cərrahiyyə şöbəsinin bazasında Urologiya kafedrası yenidən təşkil olunmuşdur. 30 uroloji çarpayısı olan şöbə каfedra üçün, həkimlərin ixtisaslaşması və təkmilləşməsi üçün kifayət etmirdi. Həmin vaxt kafedra 3 nəfərdən - kafedra müdiri professor M.B.Əbiyev, assistent S.X.Tağiyev və ordinator V.Ə. Zeynalovadan ibarət olmuşdur. 1962-ci ildə Urologiya kafedrası kadr çatışmazlıgına görə yenə bağlanmış və 1963-cü ilin avqust ayında yenidən təşkil edilmişdir. Tibb elmləri doktoru, professor Cavad-zadə Mirməmməd Cavad oğlu kafedraya müdir seçilmişdir. 1966-cı ildə M.C. Cavad-zadənin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə keçmiş Sovetlər birliyində ilk dəfə olaraq Baki şəhərində ixtisaslaşdırılmış uroloji müalicə müəssisəsi - 250 çarpayılıq Respublika Klinik Uroloji Xəstəxanası yaradılır. Urologiya və operativ nefrologiyanın bütün bölmələri, o cümlədən hemodializ və böyrəklərin köçürülməsi, uşaq, rentgen-radioloji, anestezioloji və reanimasiya şöbələri, tibbi genetik məsləhətxanası olan bu böyük ixtisaslaşdırılmış müalicə ocağı nəinki əhaliyə uroloji xidmətin keyfiyyətinin yüksəldilməsinə, həm də urologiya sahəsində çoxistiqamətli elmi-tədqiqat işlərinin aparılmasına, Urologiya və operativ nefrologiya kafedrasında mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsinə geniş imkanlar açır.
Azərbaycanın sidikdaşı xəstəliyinin endemik zonası olduğunu nəzərə alaraq ilk gündən başlayaraq bu sahədə və aşağı sidik yollarının xəstəlikləri sahəsində elmi işlər aparılırdı. 1963-cü ildən 1970-ci ilədək ilk dissertantlar olmuş R.K. Həsənov, S.B.İmamverdiyev, Q.A.Sadıxov, K.A.İsmayılov, P.S.Malkov, F.H.Hüseynov, N.Ə.Qarayev, A.A.Nəzərov, A.Y.Rzayev, T.H.Xasıyev M.C.Cavad-zadənin rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə etmişlər. Kafedrada apardığı elmi tədqiqat işlərinin nəticəsi olaraq Hüseynov Fikrət Hüseyn oğlu 1970-ci ildə namizədlik, 1977-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, ilk dəfə olaraq klinikada uronefroloji xəstəliklərin radioloji diaqnostikası kimi böyük və mürəkkəb işi ümumiləşdirmişdir. Professor F.H. Hüseynov Ə.Əliyev adına Azərbaycan Dövlət Həkİmləri Təkmilləşdirmə İnstitutunun yeni yaradılmış Nefrologiya Kafedrasının ilk müdiri və İnstitutun tədris işləri üzrə prorektoru olmuşdur. 1973-cü ildə F.H.Hüseynovun M.C. Cavad-zadə ilə birlikdə "Operativ uronefrologiyada radioizotop müayinələri" kitabı çapdan çıxmışdır.
Pavel Sergeyeviç Malkov - urologiya üzrə ixtisaslaşma kursundan sonra 1966-cı ildə kafedraya kliniki ordinator götürülmüşdür. Kafedrada tibb elmləri doktorunadək fəaliyyət yolu keçən professor P.S. Malkov hazırda Penza Dövlət Həkİmləri Тəкmilləşdirmə İnstitutunun Nefrologiya kafedrasına rəhbərlik edir və eyni zamanda həmin institutun elmi işlər üzrə prorektorudur. K.A.İsmayılov 1969-cu ildə M.C.Cavad-zadənin rəhbərliyi ilə "Воугəк və sidik axarlarının daşlarının çıxarılması zamam qarın divarının az travmatik kəsikləri və operativ müdaxilələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. O, assistent, 1970-ci ildən 1992-ci ilədək isə dosent vəzifəsində işləmişdir. M.C.Cavadzadə ilə birlikdə "Urologiya" dərsliyinin həmmüəllifidir.
K.İ.Abdullayev l978-ci ildə M.C.Cavad-zadənin rəhbərliyi ilə Moskva şəhərində "Uşaqlarda sidikdaşı xəstəliyində böyrəküstü vəzilərin simpatoadrenal sisteminin vəziyyəti və mineralokortikoid funksiyası" mövzusunda namizədlik və 1987-ci ildə yenə orada "Adaptasiyasız sidik kisəsinin yaşla fərqli diaqnostikası və müalicəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1989-cu ildə M.C.Cavad-zadənin çapdan çıxmış "Sidİk kisəsinin neyrogen disfunksiyası" monoqrafiyasında həmmüəllifdir.
Z.K.Həmzəyeva ilk dəfə olaraq Keçmiş Sovet ittifaqında M.C. Cavad-zadənin rəhbərliyi altında Respublika Kliniki Uroloji Xəstəxanasında 1980-ci ildən fəaliyyət göstərən ixtisaslaşdırılmış tibbi genetik konsultasiya laboratoriyasının müdiri olmuşdur. Z.K.Həmzəyeva eyni zamanda ADHTİ-nin Urologiya və operativ nefrologiya kafedrasının assistenti vəzifəsində işləmişdir. Laboratoriyanın elmi materialları əsasında 1981-ci ildə Moskva şəhərində "Azərbaycanda uşaqlarda urolitiazın etiologiyasında irsi faktorların rolu" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Kafedrada hazırlanaraq namizədlik və doktorluq alimlik dərəcəsi almış çoxsaylı kadrlar keçmiş sovetlər ittifaqının müxtəlif şəhərlərində və respublikanın müxtəlif tibb müəssisələrində fəaliyyət göstərirlər: İmamverdiyev S.B. - ATU-nun Urologiya Kafedrasının müdiri; Ağayev M.M. - ATU-nun Terapiya каfedrasının professoru; Əliyev R. - Türk-Amerika tibb mərkəzinin müdiri; İsmayılov K.A. - Gəncə şəhəri A.Səhhət adına xəstəxananm urologiya şöbəsinin müdiri; Nadirov R. - Gəncə şəhəri 3 saylı xəstəxanada urologiya şöbəsinin müdiri; Şimkus E.M. - Simferopol Tibb İnstitutu Urologiya Kafedrasının müdiri; Malkov P.S. - Penza Tibb İnstitutunda prorektor; Taşiyev G.S. - Krım Tibb İnstitutunun kafedra müdiri və b. 1963-cü ildən başlayaraq həkimlərin diplomdansonrakı hazırlıq istiqamətində kafedrada "Urologiya" üzrə ixtisaslaşma və ümumi təkmilləşmə, "Uşaqlarda sidik-cinsiyyət orqanlarının cərrahi xəstəlikləri", "Vazorenal hipertoniya və xroniki böyrək çatışmazlığı", "Uşaqlarda sidik-cinsiyyət orqanlarının xəstəliklərinin diaqnostikası və müalicəsinin müasir məsələləri", "Təxirəsalınmaz urologiya" və s. mövzularda tematik təkmilləşdirmə kursları keçirilmişdir. Hal-hazırda kafedrada təqvim planına uyğun olaraq tədris ilində "Urologiya" üzrə 2 ümumi təkmilləşmə, "Operativ urologiya" üzrə 1, "Üşaq yaşlarda urologiya" üzrə 2 tematik təkmilləşmə kursları keçirilir. 1963-cü ildən bu günə kimi kafedrada 9.000-ə yaxın həkim-dinləyici diplomdansonraki hazırlıq üçün ixtisaslaşma, ümumi və tematik təkmilləşmə kurslarında təhsil almışlar. 492 həkim-dinləyici, o cümlədən 177 nəfər ümumi və 315 nəfər isə tematik təkmilləşmə kurslarında öz təhsillərini artırmışlar. "Вöугəк və sidik yolları xəstəliklərinin diaqnostikası və müalicəsi zamanı müasir radionuklid və endocərrahiyyə üsulları" (2000-2004); "Operativ uronefrologiyada urodinamik dəyişikliklərin müasir diaqnostikası metodları və müalicəsi" (2005) və s. mövzularda geniş elmi tədqiqat işləri aparılır.
Bu müddət ərzində kafedrada 16 monoqrafiya, 2 dərslik, 6 dərs vəsaiti, 16 elmi-tədris filmləri, 27 metodik tövsiyələr, 43 səmərələşdirici təkliflər, 830-dan çox elmi məqalələr hazırlanmış, 12 ixtira haqqında müəllif şəhadətnaməsi alınmışdır.
Kafedranın professor və müəllim heyəti tərəfindən ABŞ, AFR, Macarıstan, Polşa, Bolqarıstan, Türkİyə, İran, Italiya, İngiltərə, İspaniya, Avstraliya, Moskva, Sankt-Peterburq, Kiyev, Almatı, Tbilisi, Daşkənd, Riqa və Keçmiş SSRİ-nin digər şəhərlərində və yaxın xaricdə beynəlxalq simpoziumlarda və konqreslərdə məruzələr edilmişdir.
Kafedrada 7 nəfərdən ibarət professor-müəllim heyəti, o cümlədən 3 tibb elmləri doktoru-professor, 1 tibb elmləri namizədi-dosent və 1 tibb elmləri namizədi-assistent, 1 assistent və 1 baş lobarant çalışır. Uzun illər kafedranın müdiri olmuş akademik M.C.Cavad-zadə "Sidik axarlarının daşları" mövzusunda namizədlik dissertasiyasını 1954-cü ildə Moskva şəhərində, "Böyrəklərin polikistozu" mövzusunda doktorluq dissertasiyasını isə 1962-ci ildə Leninqrad şəhərində müdafiə etmişdir. Akademik M.C.Cavad-zadə 1975-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Тəкmilləşdirmə İnstitutunun rektoru vəzifəsində çalışmışdır. O, 32 monoqrafiya, dərs vəsaiti və 700-ə yaxın elmi işin müəllifi olmuşdur. Onun rəhbərliyi ilə 16 elmi-tədris filmi çəkilmişdir. O, Azərbaycanda öz uroloji məktəbini yaratmış və çoxsaylı elmi istiqamətlərin əsasını qoymuşdur. M.C. Cavad-zadə Rusiya Tibb Elimləri Akademiyasının müxbir üzvi, Azərbaycan Milli Elmlər Akademiyasının akademik vəzifəsində çalışmışdır. O, əməkdar elm xadimidir
Kafedranın bazası olan M.C. Cavad-zadə adına Respublika Klinik Uroloji Xəstəxanasında həkimlərin diplomdansonrakı təhsili üçün bütün imkanlar vardır. Kafedranm professor-müəllim heyyəti sidikcinsiyyət sisteminin anadangəlmə və qazanılma xəstəliklərində mürrəkkəb cərrahi və orijinal rekonstruktiv plastik əməliyyatları yüksək professionallıqla yerinə yetirirlər. Kafedranm bazasında 3 uroloji, litotripsiya və endocərrahiyyə, uşaq uronefroloji, reanimasiya və intensiv terapiya şöbələri, xroniki hemodializ mərkəzi fəalliyyət göstərir. Bunlarla yanaşı klinikada Radioizotop diaqnostik laboratoriyası, Tibbi-genetik məsləhətxana, Ümumklinik, biokimyəvi və ekspres laboratoriya, 2 ultrasəs müayinəsi kabinəsi, Distansion zərbə dalğalı litotripsiya (DZDL), transuretral rezeksiya (TUR) kabinələri, urodinamik tədqiqatlar laboratoriyası, rentgen və digər yardımçı tibbi kabinələr vardır. 1991-ci ildən Almaniyanın "Siemens" firmasının "Litostar- Plus" aparatı vasitəsilə distansion zərbə dalğalı litotripsiya üsulu ilə böyrək və sidik axarı daşlarının parçalanaraq çıxarılması əməlliyatı aparılır. Kafedra müasir standartlara cavab verən tibbi avadanlıqlarla təchiz edilmişdir. Kafedrada operativ nefrologiyanın bütün sahələri üzrə elmi tədqiqatlar aparılır. Elmi işlərin materialları Beynəlxalq məclislərdə (Tyer, 1967; Buxarest, 1968; Rostok, 1969; London, 1970; Belqrad, 1971; Paris, 1972; Tehran, 1975; Praqa, 1976; Bağdad, 1977; Afina, 1980; Barselona, 1981; Vena, 1982; San-Fransisko, 1982; Sofiya, 1983; Bonn, 1985; Budapeşt, 1986; Tokio, 1988; Hamburq, 1988; Yunanıstan, 1989; Təbriz, 1990; Almaniya, 1993; Türkiyə, 1994; Sidney, 1994) təmsil edilmişdir.
1963-cü ildən 2008- ci ilədək M.C.Cavad-Zadə tərəfindən cərrahi və uroloji xəstəliklərə görə 15.000-dən artıq müxtəlif cərrahi əməliyyatlar həyata keçirilmişdir. Yeni müayinə üsullarının nəticələri onun tələbələrinin namizədlik və doktorluq dissertasiyalarında öz əksini tapır. 1963-cü ildən 2008-ci ilədək Urologiya və operativ nefrologiya kafedrasında akademik M.C.Cavad-zadənin rəhbərliyi ilə 74 tibb elmləri namizədi və 16 tibb elmləri doktoru, 18 nəfər kliniki ordinator və 14 nəfər aspirant hazırlanmışdır.
Onun elmi axtarışlarının nəticəsi olaraq 40-a yaxın monoqrafiya, dərslik, onlarla metodik tövsiyələr və 700 –dən artıq elmi məqalələri çap olunmuş, 12 cərrahi əmaliyyatlara aid tədris filmi çəkilmişdir. "Sidik axarının daşları", "Böyrəklərin polikistozu", "Süni böyrək və onun klinik tətbiqi", "Böyrəklərin kistoz xəstəlikləri", "Urologiyada limfoqrafiya və çanaq fleboqrafiyası", "Böyrəklərin və sidik axarlarının daşları", "Böyrək daşı xəstəliyi", "Operativ uronefrologiyada radioizotop müayinələr", "Urologiya", "Böyrək və sidikçıxarıcı yolların iltihabi xəstəlikləri", "Operativ nefrologiyada autohemotransfuziya", "Xronik hemodializ", "Böyrək anomaliyalarının cərrahi müalicəsi", "Urologiyadan sorğu", "Kistoz xəstəliklər", "Böyrək çatışmazlığı ilə fəsadlaşan böyrək daşı xəstəliyində əməliyyatdan əvvəl hazırlıq və əməliyyatdan sonrakı dövrdə xəstələrə yanaşmanın xüsusiyyətləri", "Xroniki uremiya zamanı ürək fəaliyyətinin pozulmasının patogenezi, diaqnostika və müalicəsi", "Böyrək çatışmazlığı zamanı dərman preparatlarının tətbiqi", "Uroloji xəstəliklərin farmakoterapiyası","Qaranquş" uroloji sanatoriyasının reabilitasiya şöbəsində böyrək və sidik yolları xəstəlikləri və onların bərpaedici müalicəsinə metodik tövsiyələr, "Uşaqlarda tormozlanmayan sidik kisəsi", "Bakı saglamlıq zonasında prostatın adenomektomiyasından sonra xəstələrin reabilitasiyası", "Sidik-cinsiyyət sistemi orqanlarında cərrahi əməliyyatlar zamanı homeostazın vəziyyəti və korreksiyası üsulları", "Sidik kisəsinin neyrogen disfunksiyaları" , "Xroniki böyrək çatışmazlığı zamanı ürək-qan damar sisteminin dəyişiklikləri", "Detruzor-sfinkter dissinergiyası", "Uşaqlarda enurez", "Epidural anesteziya və urologiyada analgeziya", "Xroniki böyrək çatişmazlığı" və s. əsərlər onun qələminin məhsuludur.
M.C.Cavad-Zadə 1975-ci ildən rektoru olduğu Ə.Əliyev adına Az.DHTİ-da öz yüksək təşkilatçılıq bacarığını nümayiş etdirdi. Rektor vəzifəsini təhvil aldığı dövrdən o, bütün səyini institutun inkişafına, elmi-pedoqoji və elmi kadrların hazırlanmasına yönəltmişdir. İnstitutda daha savadlı mütəxəssislərin hazırlanması məqsədilə əlavə olaraq nefrologiyada, anesteziologiya və reanimatologiya, farmasiyanın iqtisadiyyatı və təşkili kafedraları, damar cərrahiyyəsi və immunologiyanın əsasları ilə kliniki-biokimya kursları təşkil olunmuşdur.
30 ildən artıq instituta rəhbərliyi dövründə institutda 45-dən artıq elmlər doktoru, 150 elmlər namizədi hazırlanmışdır. Onlarla monoqrafiya, müəlliflik şəhadətnamələri, səmərələşdirici təkliflər dərc etdirilmişdir.
M.C.Cavad-Zadənin rəhbərliyi ilə tibb elminin, elmi tədqiqatların effektivliyinin və klinik təbabətə tətbiqinin inkişaf etdirilməsi institut alimlərinin elmi potensiyalının yüksək səviyyəsinin bariz nümunəsidir. Deyilənlərə sübut Ə.Əliyev adına Az.DHTİ-n alimlərinin SSRİ və Azərbaycan Dövlət mükafatları, elm və texnika sahəsində Lenin komsomolu mükafatı, SSRİ Nazirlər Sovetinin mükafatı, SSRİ XTYS-in qızıl, gümüş və bürünc medalları, SSRİ Səhiyyə Nazirliyinin, Respublika Nazirlər Soveti Rəyasət heyətinin Fəxri fərmanları ilə təltif olunmasıdr.
M.C.Cavad-Zadənin təşkilatçılığı və əzmkarlığı sayəsində Ə.Əliyev adına AzDHTİ-da onun rəhbərliyi ilə Uroloqların I Ümumittifaq qurultayı (1972), Nefroloqların Rəyasət heyətinin III-cü Plenumu (1976), Transplantasiya üzrə VIII Ümumittifaq Konfrans (1979), Nefroloqların II Ümumittifaq qurultayı (1980), Nefroloqların Ümumittifaq VIII-ci qurultayı (1980), Hemodializ üzrə Sovet-Yapon simpoziyumu (1984), SSRİ həkim və provizorların diplomdan sonrakı hazırlığnın planlaşdırılması və təkmilləşdirilməsinə həsr olunmuş Ümumittifaq toplanışı (1982), cərrahiyyə, urologiya üzrə həkimlərin diplomdan sonrakı hazırlığının təkmilləşməsi proqramının müzakirəsinə həsr olunmuş ekspert komissiyasının iclasları (1983-1984), SSRİ TEA Rəyasət heyətinin səyyar iclası, Uşaq həkimlərinin UET idarə heyətinin iclası (1986), dərman preparatları-Tarevid üzrə beynəlxalq simpozium (1986), "Alkohol sahəsində nəzarət siyasəti" mövzusunda beynəlxalq toplantısı (1986), SSRİ TEA -nın pediatriya üzrə Beynəlxalq simpoziumu (1986), Gənc uroloqların III Ümumittifaq seminarı( 1987), , Herontologiya üzrə Sovet-Yapon seminarı (1988), Azərbaycan-Türkiyə simpoziumu (1990),S "Yeni minilliyin radiologiyası" Beynəlxalq simpoziumu (2002), "Endourologiyanın müasir nəaliyyətləri" Beynəlxalq simpoziumu (2006) və s. beynəlxalq tədbirləri Bakıda keçirilmişdir. Elm sahəsində görkəmli xidmətlərinə görə M.C.Cavad-Zadə 1974-cü ildən SSRi (indi Rusiya) TEA-nın müxbir üzvü, Azərbaycan EA-nın həqiqi üzvü seçilmişdir. O, Beynəlxalq və Avropa uroloqlar cəmiyyətinin həqiqi üzvü, Purkinye adına (Çexiya) tibbi cəmiyyəti və Bolqarıstan Uroloji cəmiyyətinin fəxri üzvü olmuşdur.
M.C.Cavad-Zadə SSRİ dövlət mükafatına, SSRİ nazirlər sovetinin mükafatına, Zaqafqaziyada ilk dəfə böyrək köçürülmə əməliyyatlarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.
"Urologiya və nefrologiya", "Azərbaycan tibb jurnalının" redaksiya heyətinin üzvü vəzifələrini icra etmiş M.C.Cavad-Zadənin Azərbaycan tibb elminin inkişafı və əhaliyə göstərilən tibbi xidmətin təşkilində xidmətləri əvəzsizdir.
Akademik M.C. Cavad-Zadə IX, X, XI və XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.
Akademik M.C.Cavad-Zadə Azərbaycanda uroloji məktəbi yaratmaqla bir çox elmi - kliniki - praktik sahələrin əsasını qoymuşdur ki, bunlarada anesteziologiya - reanimatologiya, nefrologiya və xroniki hemodializ böyrəkköçürmə ilə, uşaq urologiyası, radionuklid – radioimmun – immunokimyəvi müayinələrin aparılması ilə şöbənin yaradılması, endouroloji şöbə və endouroloji əməliyyatlar, autohemotransfuziologiya, tibbi – genetik laborotoriya, distansion zərbə dalgalı litotrisiya şöbəsi, angioqrafiya şöbəsi – damar müayinələri, sidik cinsiyyət orqanlarının anadangəlmə anomaliyalarında rekonstruktiv plastik əməliyyatlar və s. aiddir.
Akademik M.C.Cavad-Zadənin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O,Lenin ordeni,"Fəxri nişan", "Oktyabr inqilabı", Azərbaycan Rəyasət heyətinin fəxri fərmanı ilə mükafatlandırılmış, "Əməkdar elm xadimi" fəxri adına və "Şöhrət" ordeninə layiq görülmüşdür. 2007-ci ildə ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən akademik Mirməmməd Cavadzadə ölkənin ən ali mükafatı "İstiqlal" ordeni ilə təltif olunmuş, vəfatından sonra (2008 ci il) 2009-cu ildə isə Respublika prezidentinin sərancamı ilə uzun illər rəhbərlik etdiyi Respublika Klinik Uroloji xəstəxanasına onun adı verilmişdir.
Kafedranın tədris bazası ixtisaslaşdırılmış müaliçə müəssisəsi olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Akademik M.C.Cavad-Zadə adına Respublika klinik uroloji xəstəxanası 2008-ci ildən 2 uronefroloji şöbə, Uşaq uronefroloji, böyrəkköşürmə şöbəsi, qəbul-məsləhət şöbəsi, radiologiya və şua diaqnostika şöbəsi, klinik laboratoriya, anesteziologiya və reanimasiya şöbəsi və əməliyyat bloku şöbələri fəaliyyat göstərirlər.
Klinikada 2 mühazirə zalı var. Bu zallar müxtəlif proyeksion aparatlar və stasionar kino qurğuları ilə təchiz olunmuşdur.
Kafedrada urologiyanın bütün bölmələrin tədrisi üşün 16 elmi – metodik filmlər, rəngli və ağ-qara slaydlar, pover-poyentda elektron variantlı mühazirələr, şəkillər, mulyajlar və s. Vəsaitlər vardır. Ümumiyyətlə kafedranın və klinikanın təchizatı tədris, elm və müalicə işlərinin aparılmasına imkan verir.
Kafedranın ştatı 8 nəfərdən ibarətdir.
Kafedranın elmi əlaqələri Rusiya, Almaniya, Türkiyyə, Bolqarıstan və digər ölkələrin uroloji elmi cəmiyyətləri ilə aparılır. Kafedranın əməkdaşları Beynəlxalq Uroloqlar Cəmiyyətinin, Avropa Uroloqlar Cəmiyyətinin, Purkinye (Çexoslovakiya) adına Tibbi Cəmiyyətin fəxri üzvləri, Bolqarıstan Uroloqlar Cəmiyyətinin üzvləridirlər.
Kafedranın əməkdaşları Azərbaycan Tibb Universitrtinin Urologiya üzrə Dissertasion Şurasının üzvüdürlər.
2012- ci ildə Bakı şəhərində Avropa Uroloji Məktəbi (ESU), Azərbaycan Uroloqlar Assosiasiyası (AUA) və Ə.Əliyev adına AzDHTİ "Radikal prostatektomiyanın texniki tövsiyyələri və Böyrəkdaşı xəstəliyinin müasir müalicəsi" mövzusunda birgə konfrans, 2012 – ci ildə Gəncə şəhərində Azərbaycan Uroloqlar Assosiasiyası (AUA) təşəbbüsü ilə "Prostat vəzin adenomasının müasir müalicə üsulları" mövzusunda konfrans, Azərbaycan Uroloqlar Assosiasiyası (AUA) və androloqlar Assosiasiyasının Vİİ simpoziumu (Bakı, 2013), "Sidik yollarının residivləşən bakterial infeksiyalarının müalicəsində yeni imkanlar" mövzusunda konfrans (Bakı, 2013), " Prostat vəzin xoşxassəli hiperplaziyasınının müalicəsi" mövzusunda konfranslar (Bakı, 2013) keçirilmişdir. 2013 – cü ildə Azərbaycan Uroloqlar Assosiasiyasının (AUA) prezidenti Professor S.M.Cavadzadə və Səhiyyə Nazirliyinin baş uroloqu Professor İ.H. Fiqarov Avropa Uroloqlar Assosiasiyasının xxviii konfransında (Milan, 2013) iştirak etmişlər.

2009-ci ilin fevral ayından kafedraya tibb elmləri doktoru, professor Cavad-zadə Samir Mirməmməd oğlu başçılıq edir. Professor S.M. Cavad-zadə "Nefrolitiazlı xəstələrdə operativ müalicə və DZDL böyrəklərin funksional vəziyyətinə və каlsium homeostazının bəzi göstəricilərinə təsirinin müqayisəli qiymətləndirilməsi" mövzusunda namizədlik dissertasiyasını 1992-ci ildə Baki şəhərində, "Endemik reqionda sidikdaşı xəstəliyi" mövzusunda doktorluq dissertasiyasını isə 1999-cu ildə Moskva şəhərində müdafiə etmişdir. O, ilK dəfə Azərbaycanda sidikdaşı xəstəliyində distansion zərbə dalğalı litotripsiya və aşağı sidik yollarının xəstəliklərində transuretral rezeksiya müasir müalicə üsullarını geniş surətdə tətbiq etməklə bu istiqamətdə öz elmi işlərini davam etdirir. 2005-ci ildə "Tərəqqi’" ordeninə layiq görülmüşdür.1 kitab, 4 metodik tövsiyə, 1 patent, 7 səmərələşdirici təklif və 42 elmi məqalənin müəllifidir. Professor Cavad-zadə Samir Mirməmməd oğlu 2009-cu ildən Azərbaycan Uroloqlar Asossiasiyasının prezidentidir.
Kafedranın elmi istiqaməti
Mövzunun adı: Sidik cıxarıcı yollarının xəstəliklərinin muasir müalicə üsulları.
İşin məqsədi: Hazırkı işin məqsədi, prostat vəzin hiperplaziyası ilə olan xəstələrin müalicə taktikasının seçimi üçün optimal kriteriaların hazırlanması, prostat vəzin adenomasının müxtəlif üsullarına göstərişləri sistemləşdirmək və cərahhi müaıicə aımış xəstələri aparılmasının optimal taktikasını müəyyən etmək, şəxsi və arxiv materiallarında uretroplastikanın müxtəlif növlərinin nəticələrinə öyrənməklə uretranın strikturasına müalicəsinin optimal yanaşmanı işləyib hazırlamaq və həmçinin xroniki böyrək catişmazligi ilə fəsadlaşmiş böyrəkdaşi xəstəliyində fəaliyətdə olan böyrək parenximasi həcminin reduksiyasi dərəcəsi və böyrəklərin glomerulyar və tubulyar fəaliyətinin pozulmasi ilə hormonal sistemində baş verən dəyişiklikləri müəyyən etmək və alinmiş nəticələrə əsasən böyrəklərin fəaliyyətində və hormonal homtostazda müəyyən olunmuş pozgunluglarin təhlilini vermək.
Gözlənilən nəticələr: Bütün yuxarıda göstərilənlər böyrəklərin, sidik kisəsinin, prostat vəzin və uretranın xəstəlikləri ilə olan xəstələrin müayinəsini yüngülləşdirilməyə imkan verəcək, müalicəni və diaqnostikanı yüksək dərəcədə aparılması üçün klinik tibbin müasir tələblərini nəzərə alaraq şərait yaradacaq, həmçinin xəstənin və stasionar maliyyə xərclərində müsbət təsir göstərəcək. Alinmiş nəticələrə əsasən böyrəklərin fəaliyyətində və hormonal homtostazda müəyyən olunmuş pozgunlugları təhlilini vermək.
I mövzu: "Xroniki böyrək çatişmazliğinda böyrəklərin fəaliyyəti və hormonal sistemdə olan dəyişikliklər".
Konsultant: kafedra müdiri Prof. Cavadzadə S.M.
İcraçı: Dosent Qarayev M.H.
II mövzu: "Sidik kanalının strikturalarında uretroplastika əməliyyatlarının effektivliyi"
Elmi rəhbər: kafedra müdiri Prof. Cavadzadə S.M.
İcraçı: Assistent Əbilov N.A.
III mövzu: "Критерии выбора методов оперативного лечения доброкачественной гиперплазии предстательной железы и сравнительная оценка их эффективности"
Elmi rəhbər: kafedra müdiri Prof. Cavadzadə S.M.
İcraçı: Baş laborant Aşurov C.B.
Kafedranın professor müəllim heyətinin 250–dən çox yerli və xarici elmi əsərləri çapdan çıxmışdır (növbəti səhifələrdə). Onlar dünyanın bir çox ölkələrində keçirilən konfrans, simpoziumlarda iştirak edib, müxtəlif elmi mövzularla çıxış edərək Azərbaycan Respublikasını təmsil ediblər.
Kafedranın müalicə fəaliyyəti
Kafedranın yerləşdiyi akademik M.C.Cavad-Zadə adına Respublika Klinik Uroloji Xəstəxanasında kafedranın əməkdaşları tərəfindən müasir uroloji diaqnostik və müalicə prinsiplərinə əsaslanan metodikalar tətbiq edilir. Həmin xəstəxananın bütün şöbələrinə, habelə respublika rayonlarının həkimıərinə (həm səyyari kurslar, həm də sanitar aviasiya xətti ilə) müalicə-konsultativ köməklik edilir. Kafedranın əməkdaşları urologiyada müasir müayinə, müalicə və diaqnostika üsulları və digər mövzularda dünyanın bir çox ölkələrində keçirilən konfranslarda iştirak edirlər və bu sahədə olan ən yeni məlumatları həkimlərə və həkim müdavimlərə çatdırırlar. Kafedra müdiri professor S.M. Cavad-Zadə, professor İ.H. Fiqarov, professor Hüseynov E.Y.,dosent Qarayev M.E., assistent Hüseynova T.T., assistent Əbilov N.A. və baş laborant Aşurov C.B. Azərbaycan Uroloqlar Assosiasiyasının üzvüdürlər.
Kafedranın əməkdaşları Akademik M.C.Cavad-Zadə adına Respublika Klinik Uroloji Xəstəxanasında xəstələrin müalicə işində bilavasitə iştirak edir, Bakı şəhərinin başqa müalicə idarələrində konsultasiya aparılır. Səhər konfransları kafedranın, şöbənin əməkdaşları və kursantların iştirakı ilə aparılır, mürəkkəb diaqnozlu xəstələrin tibbi yoluxması da müzakirə edilir. Hər gün kafedranın müdiri professor Cavad-Zadə S.M. ağır xəstələrə baxır.
Kafedranın əməkdaşları

Kafedranın professoru, tibb elmləri doktoru Fiqarov İsmət Hüseyn oğlu 2 kitabın, 8 metodiki tövsiyənin, 1 patentin, 12 səmərələşdirici təklif və 82 elmi məqalənin müəllifidir. Professor İ.H.Fiqarov hipertenziyada damar müayinələrinin aparılması, vazorenal hipertenziyanın diaqnostikası və cərrahi müalicəsi istiqamətində - uroonkologiya, sidikdaşı xəstəliyi və böyrəklərin anomaliyalarında, sidikcinsiyyət orqanlarının zədələnmələrində çoxsaylı elmi işlərin müəllifidir. Onun rəhbərliyi ilə "Varikosele" və "vazorenal hipertoniya" elmi-tədris filmi çəkilmişdir. Respublikanın əməkdar həkimidir və səhiyyə nazirliyinin baş uroloqudur.

Kafedranın professoru, tibb elmləri doktoru Hüseynov Eldar Yəhya oğlu 1990-cı ildən kafedranın assistenti, 1995-ci ildən dosenti, 2005-ci ildən professorudur. 1989-cı ildə Moskva şəhərində Pediatriya ETİ-də "Enurezlə olan uşaqlarda sidik kisəsinin funksional pozgunluqlarının urodinamik diaqnostikası və müalicəsi" mövzusunda namizədlik, 2001-ci ildə Moskva şəhərində Urologiya ETİ-də "Obstruktiv və refluksu uropatiyalarda aparılan rekonstruktiv plastik əməliyyatlar" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildə akademik M.C. Cavad-zadə ilə müştərək "Uşaqlarda sidik yollarında aparılan rekonstruktiv-plastik əməliyyatlar", 2014-cü ildə "Uşaqlarda hidronefroz" monoqrafiyaları çapdan çıxmışdır. 2 monoqrafiya, 70-a qədər elmi məqalənin,1 ixtiranın, 12 səmərələşdirici təklifin, 3 metodik tövsiyyənin müəllifidir.

Assistent Hüseynova Tamilla T. qızı 1994-cü ildən kafedranın assistenti vəzifəsində çalışır. 1994-cü ildə "Qalxanvari vəzinin funksional vəziyyəti və uşaqlarda urolitiazın genetik aspektləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 16 elmi məqalənin müəllifidir.

Assistent Əbilov Nicat Arif oğlu 2004-2005-ci illərdə akad. M.C.Cavad-zadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında həkim-intern, 2005-ci ildən 2010-cı ilə qədər kafedrada baş-laborant, 2010-cı ildən assistent vəzifəsində çalışır. "Uretranın daralmalarında uretroplastika əməliyyatlarının effektivliyi" mövzusunda elmi-axtarış işi aparır. 4 elmi məqalənin müəllifidir.
Kafedranın ünvanı
Ünvan: Bakı şəhəri, AZ1001 Zərgər Palan küçəsi, 4
Tel.: (+ 994 12) 492-24-25, 492-25-47
Avtoreferatlar
Гусейнов Эльдар Яхья оглы
Уродинамическая диагностика нарушений функции очевого пузыря у детей с энурезом и его лечение. 14.00.35 - детская хирургия. Диссертации на соискание учёной степени кандидата медицинских наук. Москва - 1989.
Гусейнов Эльдар Яхья оглы
Реконструктивно - пластические операции при обструктивных и рефлюксирующих уропатиях у детей. 14.00.40 - урология. Диссертации на соискание учёной степени доктора медицинских наук. Баку - 2001.
Фигаров Исмет Гусейн оглы
Лечение нефрогенной гипертензии при хронической почечной недастаточности. 14.00.40 - урология, 14.00.05 - внутренние болезни. Диссертации на соискание учёной степени доктора медицинских наук. Баку - 1995.
Oftalmologiya kafedrası
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
1935-ci ildə Ə.Əliyev adına ADHTİ-nin həyatında mühüm hadisə baş verdi, Azərbaycanın tibb elmi tarixində və respublikada yaddaqalan iz buraxmış oftalmologiyanın inkişafında Göz xəstəlikləri kafedrası təşkil olundu. Kafedra ölkəmizdə oftalmologiyanın inkişafına böyük təsir göstərmişdir. Belə ki, orada praktiki və nəzəri oftalmologiyanın inkişafına çoxlu güc sərf etmiş Azərbaycan oftalmologiyasının tanınmış nümayəndələri çalışırdılar.
Kafedranın təhsil, elmi və müalicə diaqnostika işi üçün bazası Azərbaycan Klinik İnstitutunun göz şöbəsi oldu. Belə ki, 1946-cı ildə Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu təşkil edildikdə onun kliniki və laborator şöbələri kafedranın yeni bazasına çevrildi. 1966-cı ildən bu günədək baza akad. M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının göz şöbəsindədir. Eyni zamanda 1977-ci ildən 1983-cü ilədək kafedranın bazası 4№-li Şəhər Klinik Xəstəxanasının göz şöbəsi olmuşdur. Kafedranın ilk müdiri professor Y.K.Varşavski (1935-1937) olmuşdur. Sonralar kafedraya professor S.İ.Vəlixan (1939-1971), professor U.N.Səmədova (1971-1982), akademik Z.Ə.Əliyeva (1982-1985), professor M.Y.Sultanov (1985-1996), professor Ç.C.Cərullazadə (1996-2000), professor N.S.Tağızadə (2000-2004) rəhbərlik etmişlər.
Hal-hazırda kafedraya tibb elmləri doktoru E.M.Qasımov rəhbərlik edir. Eyni zamanda kafedrada professor R.V.Hacıyev, dosentlər K.Q.Tağıbəyov, N.F.Qurbanova, assistentlər N.M.Hacıyeva, V.Ə.Aslanova, P.V.Museyibova, 8 baş laborant çalışır. Əvvəllər müxtəlif illərdə kafedrada Fprofessor S.A.Axundov-Bağırbəyova, tibb elmləri namizədləri P.Zairova, B.X.Novruzova, X.A.Rəcəbova, Z.X.Vəlixan, T.Mirzəyev, S.M.Əsgərova çalışmışlar. Professor S.İ.Vəlixan Peterburq Qadın Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, yüksək biliyə, dünya görüşünə malik, əla peda-qoq və 1928-ci ildə doktorluq disseratasiya müdafiə edib, professor adına layiq görülmüş ilk azarbaycanlı qadın idi. O, 32 il müddətində - 1939-cu ildən 1971-ci ilədək Ə.Əliyev adına ADHTİ-nin göz xəstəlikləri kafedrasına rəhbərlik edib, Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işlərin təşkilində aktiv iştirak etmiş və elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 1938-ci ildən 1946-cı ilədək keçmiş klinik institutun göz şöbəsinin müdiri olaraq, elə orada traxoma ilə mübarizə şöbəsi yaratmışdır. Elmi tədqiqatlarının əksəriyyətini traxoma probleminə və bu patologiya zamanı görmə orqanında baş verən histoloji və sitoloji dəyişikliklərin öyrənilməsinə yönəltmiş, eyni zamanda traxoma əleyhinə mübarizədə metodik-təşkilati iş formasının təşkilində aktiv iştirak etmişdir. Prof. S.İ.Vəlixan 61 elmi işin müəllifidir. Məsələn: "Gözün cü-zam xəstəlikləri zamanı anatomik dəyişiklikləri", "Azərbaycanda traxomaya qarşı mübarizə barədə suallar", "Gözləri traxomadan, konyunktivitdən və başqa xəstəliklərdən necə qorumalı?". Onun rəhbərliyi altında 4 doktorluq (prof. K.Qanboy, prof. L.S.Slyuski, prof. S.X. Axundova-Bağırbəyova, prof. Ü.N.Səmədova), 16 namizədlik dissertasiyası müdafiə olunmuşdur. Prof. S.İ.Vəlixanın fəaliyyəti yüksək qiy-mətləndirilmişdir. 1942-ci ildə ona SSRİ-nin əməkdar elm xadimi adı verilmiş, "Qırmızı ulduz" və "Şərəf nişanı" ordenlərinə, eyni zamanda bir sıra medallara layiq görülmüş, Az.SSR-in Səhiyyə Nazirliyi tərəfindən bir neçə Fəxri Fərman ilə təltif olunmuşdur.
Prof. S.X.Axundova-Bağırbəyova 1946-cı ildə kafedrada assistent, sonradan dosent və 1954-cü ildən professor vəzifəsində çalışmışdır. 1949-cu ildə tibb elmləri namizədliyi və 1954-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Az.ET Göz Xəstəlikləri İnstitutunun təşkilində aktiv iştirak etmişdir. O, buynuz qişanın köçürülməsi, toxuma terapiyası, torlu qişanın qopması problemi haqqında elmi işlərin müəllifidir. Oftalmologiya üzrə 2 doktorluq və 12 namizədlik disseratasiyasının elmi rəhbəridir. Qırmızı Əmək Bayrağı və Lenin ordenləri ilə təltif olunmuşdur, Azərbaycan SSR-in əməkdar həkimi və elm xadimidir. 1946-cı ildə SSRİ Ali Sovetinə deputat seçilmişdir.
Prof. Ü.N.Səmədova traxomalı xəstələrdə qlaukomanın diaqnostikasına həsr olunmuş bir sıra elmi işlərin müəllifidir. O, buynuz qişanın bitişmiş leykomalarının və stafilomalarının nəticəsində əmələ gələn ikincili qlaukomada patohistoloji dəyişiklikləri öyrənmişdir.
Kafedraya böyük şöhrəti insanlarda görmə üzvünün peşə patologiyası probleminə həsr olunmuş fundamental tədqiqatların aparılması gətirmişdir. Azərbaycan oftalmologiyasının parlaq nümayəndəsi akademik Z.Ə. Əliyevadır. O, Azərbaycanda oftalmologiyanın gələcək müvəffəqiyyətli inkişafına təsir göstərmiş, respublikada sənaye oftalmologiyasının təşkilatçısı olaraq, SSRİ Tibb Elmləri Akademiyasının M.İ. Averbax adına mükafatının laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan əməkdar elm xadimi, professor və görkəmli alim idi. 1979-cu ildə onun birbaşa iştirakı ilə görmə orqanının fiziologiyası və peşə patologiyası üzrə problem laboratoriyası təşkil olunmuşdur. Onun şina istehsalında və yod sənayesində gözün peşə patologiyası sahəsində apardığı tədqiqatları oftalmologiyaya gətirilən dəyərli yeniliklərdəndir.
Akademik Z.Ə.Əliyeva sərbəst və MDB-nin bir çox tanınmış oftalmoloqları ilə birgə 18 əsaslı monoqrafiyanın müəllifidir (akad. A.P.Nesterov, prof. N.B.Şulpina, prof. Z.M.Skripniçenko, L.K. Maşetova, prof. U.S.Veltxover, prof. M.Q.Marqolis, prof. M.Y.Sultanov və başqaları). Məsələn: "Terapevtik oftalmologiya", "Görmə üzvünün peşə patologiyası", "İrididiaqnostokanın əsasları", "Şəkərli diabet zamanı gözün xəstəlikləri", "Görmə üzvünün vərəmi", "Yaşaparmanın fiziologiyası", "Yaşaxmanın cərrahi müalicəsinin müasir üsulları", "Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya", "Şina istehsalında görmə üzvünün sənaye parologiyası" və başqaları. Akademik Z.Ə.Əliyevanın 140 elmi məqaləsi dərc edilmişdir. O, 1 ixtiranın həmmüəllifidir, 4 tibb elmləri namizədliyi dissertasiyasının elmi rəhbəri olmuşdur. Akademik Z.Ə.Əliyeva Dünyanın Müdafiə Komitəsinin, "Bilik" cəmiyyətinin, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, "Oftalmologiyada yeniliklər" jurnalı redaksiya heyətinin üzvü olaraq böyük ictimai iş aparmışdır.
Prof. M.Y.Sultanov dakriologiyanın inkişafında nəzərəçarpacaq yeniliklər əldə etmişdir. O, yaşaparıcı yolların patologiyası zamanı cərrahi müalicə və diaqnostika sahəsində çox çalışmış, yaşaparıcı yolların xəstəliyinin təsnifatını işləyib hazırlamışdır. Prof. M.Y.Sul-tanov kafedradakı cərrahi alətlərin modelinə uyğun olaraq yaşaparıcı yolların cərrahi müalicəsinin orijinal üsullarını hazırlamışdır ki, bu da hazırda oftalmocərrahiyyədə geniş istifadə olunur.
Prof. M.Y.Sultanov 186 elmi məqalənin müəllifidir, ixtiraya görə 8 müəlliflik şəhadətnaməsi almışdır. O, Akademik Z.Ə.Əliyeva ilə birgə yaşaparmanın fiziologiyası və yaşaparıcı yolların patologiyasının cərrahi müalicəsinə aid 3 monoqrafiya yazmışdır. Onun rəhbərliyi altında 2 doktorluq və 4 namizədlik dissertasiyası müdafiə olunmuşdur.
Prof. Ç.C.Cərullazadə rekonstrukriv oftalmocərrahiyyədə silikon implantların və qurğuların tətbiq edilmə imkanlarının klinik eksperi-mental olaraq öyrənilməsi ilə məşğul olmuşdur. İxtiraya görə 20 həmmüəllif şəhadətnaməsi var, 3 tibb elmləri namizədliyi dissertasiyasına rəhbərlik etmişdir.
Prof. N.S.Tağızadə kafedra müdiri və institutun elmi işlər üzrə prorektoru olmuşdur. O, orqanizmə stirol və tetraxloretilen buxarlarının xroniki təsiri zamanı gözdə baş verən zədələnmələrə qarşı müalicə və profilaktika tədbirləri işləyib hazırlamışdır. Onun tərəfindən peşə zərərlərinin yaşaparıcı yollarının xəstəliklərinin etiologiya və patogenezinə təsir rolu aşkara çıxarılmış və prof. M.Y.Sultanovla birgə müalicəsinin yeni üsulları təklif olunmuşdur (xarici dakriosis-torinostomiya, dakrioduktorinostomiya üsulu, yaş kisəsinin hidropsunun müalicəsi və s.). 48 məqalənin müəllifidir, ixtiraya görə 7 həmmüəllif şəhadətnaməsi var, 2 tibb elmləri namizədliyi dissertasiyasının elmi rəhbəri olmuşdur.
Kafedranın işçiləri maraqlı və məhsuldar elmi tədqiqatlar aparır. Qlaukomanın və kataraktanın dərindən öyrənilməsi və cərrahi müalicəsi, buynuz qişanın köçürülməsi ilə bağlı problemlərin öyrənilməsi, okuloplastika və rekonstruktiv cərrahiyyə, peşə patologiyaları, yaşaparıcı yolların xəstəlikləri, diabetik retinopatiya, buynuz qişanın xəstəliklərinin öyrənilməsi kafedrada aparılan orjinal tədqiqatlardır.
Hazırda kafedrada qlaukomanın əmələ gəlməsinə səbəb olan faktorlar, gözdə damar dəyişiklikləri, eyni zamanda görmə üzvünün infeksion xəstəlikləri ilə bağlı suallar, uşaqlarda və böyüklərdə yaşaparıcı yolların patologiyası və cərrahi müalicə üsulları, okuloplastik və rekonstruktiv cərrahiyyəsi ilə məşqul olur.
Kafedrada 7 tibb elmləri doktoru, 12 tibb elmləri namizədi, 27 klinik ordinator hazırlanmışdır. Onlardan bir çoxu respublikanın və xarici dövlətlərin tibb müəssisələrində çalışır.
Kafedranın əməkdaşları tərəfindən oftalmologiyanın müxtəlif bölmələrinə aid olan 30-dan artıq monoqrafiya yazılıb, 300-dən artıq elmi məqalə dərc olunub, 20 metodik tövsiyə hazırlanıb və ixtiraya görə 10 həmmüəllif şəhadətnaməsi alınıb. Tibb elminin son nailiyyətlərindən lazer cərrahiyyəsi metodundan istifadə olunur.
Kafedrada əsas yeri tədris tutur. Tədris işi diplom aldıqdan sonra ixtisaslaşmaya və təkmilləşməyə uyğunlaşdırılmış proqram üzrə aparı-lır ki, bunun əsasında həkim-oftalmoloqlar xəstəyə yüksək nəzəri və professional oftalmoloji kömək göstərmək imkanına malik olurlar. Tədris planları daim təkmilləşir. Təhsil prosesinə bilik və qavra-manın yeni forma və texnologiyası tətbiq edilir. Bunlara testləşməni, təhsilin prezentasiya şəklində keçirilməsi və s. göstərmək olar. Kafedranın və akademik Z.Ə. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin işçiləri tərəfindən 1050 Attestasiya testləri tərtib olunmuşdur və Səhiyyə Nazirliyində təsdiq edilmişdir. Bu testler oftalmologların sertifikasiyası zamanı istifadə olunur. Təhsil zamanı proqramın yerinə yetirilməsi üçün praktik məşğələlərdən, müxtəlif növ seminarlardan, tədris konferensiyalarından istifadə olunur. Kafedrada oftalmologiyanın bütün bölmələrini tədris etmək qabiliyyətinə malik yüksək hazırlıqlı müəllimlər və bu proqrama uyğyn tədris ləvazimatı vardır. Ləvazimatlardan slaydlar, mühazirə mətnləri, həkim-dinləyicilər üçün metodik tövsiyələr, testlər, Azərbaycan, rus və ingilis dillərində kompyuter proqamlarını və s. göstərmək olar. Hər kursun başlanğıcında həkimdinləyicilərin bilikləri və hansı yeniliklərlə tanış olduqları aşkar olunur. Tədris prosesində bu iş tez-tez təkrar olunur. İmtahan kursun sonunda test üsulu ilə keçirilir.
Tədris işi ixtisaslaşdırma, ümumi və tematik təkmilləşmə kurs-larında aparılır. Məsələn, "Oftalmologiya", "Oftalmologiyada aktual suallar", "Göz xəstəliklərinin diaqnostikasında və terapiyasında seçil-miş müasir üsullar", "Qlaukoma", "Görmə üzvünün damar patologiya-sı", "Yaxındangörmə və digər ametropiyalar", "Attestasion kurs" və başqaları. Akademik Z.Ə.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi göz xəstəlikləri kafedrasının tədris bazasıdır.
Kafedrada keçmiş SSRi-nin müxtəlif regionlarından, Azərbaycanın rayonlarından, Bakı, Gəncə, Sumqayıt və s. şəhərlərdən 5000-dən artıq oftalmoloq hazırlanmışdır. Kafedrada 1939-1971-ci illərdə 1500, 1971-1982-ci illərdə 500-dən artıq, 1982-ci ildən hazırkı vaxtadək 2000 oftalmoloq öz ixtisaslarını artırmışlar. Müəllim heyətinin hazırlanması, tədris prosesinin yüksəlməsi, elmi axtarışların keçirilməsi kafedranın beynəlxalq əlaqələrindən çox asılıdır. Kafedra tədris prosesində Rusiya, Türkiyə, ABŞ və digər dövlətlərin tanınmış, qabaqcıl və ən mühüm nailiyyətlər əldə etmiş tədris və elmi mərkəzlərinin təcrübəsindən istifadə edir.
Bu gün kafedra bütün qətiyyəti ilə öz gücünü Ə.Əliyev adına ADHTİ-də əla təhsilli, professional hazırlıqlı, yüksək təkmilləşmiş of-talmoloqların hazırlanmasına yönəltmişdir.

2004-cü ildən bu günədək kafedranın müdiri işləyən tibb elmləri doktoru, professor Qasımov Elmar Mustafa oğlu, eyni zamanda akad. Z.Ə.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru vəzifəsində çalışır. Moskva oftalmologiya məktəbinin yetirməsidir (Moskva şəhəri, Dövlət Tibb Universitetinin müalicə fakültəsinin göz xəstəlikləri kafedrası). O, torlu qişada və görmə sinirində baş verən metobolik pozulmaların korreksiyası üçün trofiki lazerokoaqulyasiyanı dərindən öyrənmış və ətrafdakı toxumanın minimal zədələnməsini təmin edən mis buxar lazerindən istifadə etmişdir.
Kafedranın elmi istiqaməti
Tor qişanın damar mənşəli patologiyalarında müasir diaqnostika və müalicə üsullarının səmərəliliyinin öyrənilməsi.
İcraçılar: Məsul: prof. Qurbanova N.F.
Assistentlər: Hacıyeva N.M., Tağıbəyov K.Q., Aslanova V.A., Ocak P.V., Hidayət-zadə S.S., Həsənova S.O., Həsən-zadə L.Y.
Kafedranın müalicə fəaliyyəti
Kafedranın bazası akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yerləşir. Kafedranın professor və dosentləri müntəzəm olaraq müxtəlif xəstələrə baxış keçirir, diaqnostika və müalicə məsələlərində həkimlərə yaxından kömək göstərirlər. Bu prosesdə kafedranın digər işçiləri, həkim- müdavimlər, rezidentlər də iştirak edirlər. Diaqnostikası çətin olan xəstəliklər araşdırılır, tez-tez kliniki təhlillər, konsiliumlar təşkil edilir. Eyni zamanda kafedrada tez-tez göz xəstəliklərinin müxtəlif sahələrinə dair elmi-praktik konfranslar da keçirilir, diskussiyalar aparılır. Kafedranın assistentləri müxtəlif patologiyalı xəstələrin müalicəsi ilə məşğul olur.
Kafedranın əməkdaşları

Kafedranın professoru, t.e.d. Rasim Vahid oğlu Hacıyevin tədqiqatları diabetik retinopatiyanın patogenezinə və bu patologiya zamanı görmə üzvünün qlial hüceyrələrində, ekstrasellulyar matriksdə və kapilyarlarda baş verən dəyişikliklərə həsr olunmuşdur.

T.e.d., professor Nigar F. Qurbanova kafedranın professorudur. Moskvada namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişdir. Namizədlik dissertasiyası fakoemulsifikasiya əməliyyatından sonra uzunmüddətli müşahidə dövründə revers İOL olan gözlərin funksional vəziyyətinin klinikasına həsr olunmuşdur. Doktorluq dissertasiyasında diaqnostika üsulları əsasında oftalmotravmotoloji yardımın müasir aspektlərini öyrənmışdır. Hal-hazırda katarakta və qlaukomanın cərrahi müalicəsiylə məşqul olur. 60dən çox elmi məqalə və bir çox tezisin müəllifidir.

T.e.ü.f.d., dosent Hacıyeva Nüşabə Mirzəli qızı kafedranın dosentidir. "B-talassemiyalı xəstələrin görmə organının vəziyyəti" mövzusunda namizədlik dissertasiyanı müdafiə edib. Hal-hazırda gözün ön hissəsinin cərrahiyyəsi ilə məşqul olur. 40 yaxın məqalələrin müəllifidir. 2012-ci ildə Moskva şəhərində Oftamologiya üzrə Təkmilləşmə kursu keçmişdir.

Assistent, t.e.ü.f.d. Aslanova Vəfa Əli qızı kafedranın assistentidir. "Yaşaparıcı yolların irinli-iltihabi xəstəliklərinin bir sıra etiopatogenetik amilləri" mövzusunda namizədlik disertasiyasını müdafiə edib. 2010-cu ildə Ankara şəhərində iki göz xəstəxanasında və Başkent universitetində kurs keçib. 40-dan artıq elmi məqalələrin, 2 metodik tövsiyənin və 2 tı tədris vəsaitinin həmmüəllifidir. (müəlif t.e.d. prof Qasımov E.M.)

Assistent Ocak Pərvin Vaqif qızı kafedranın assistentidir. 2000-2002-ci il tarixində Moskva şəhərində kliniki ordinaturada, 2010-2011 ildə İstanbul Beyoglu Göz Xəstəxanasında okuloplastika və rekonstruktiv cərrahiyyə kursunu keçib. Hal-hazırda "Dakriosistitlərin residivlərinin profilaktikasının yeni üsulu" mövzusunda dissertasiya üzərində işləyir və okuloplastik cərrahi əməliyyatları aparır.
Kafedranın ünvanı
Akad. Z.Əliyeva ad. Milli Oftalmologiya Mərkəzi, 6-cı mkr., Cavadxan küçəsi, m. 32/15, tel.: 569-09-38
Avtoreferatlar
Qurbanova Nigar F. qızı
Клинико-функциональное состояние глаз с «реверсной» ИОЛ после факоэмульсификации при миопии высокой степени в отдаленном периоде наблюдения. 14.00.08 - Глазные болезни. Диссертация на соискание ученой степени кандидата медицинских наук. Москва-2001 г.
Разработка комплексной системы мероприятий по оказанию офтальмотравматологической помощи на основе современных методов диагностики и лечения. 14.00.08 - Глазные болезни. Диссертация на соискание ученой степени доктора медицинских наук. Москва-2004 г.
Hacıyeva Nüşabə Mirzəli qızı
Состояние органа зрения больных бета-талассемией. 14.00.08 - Глазные болезни. Диссертация на соискание ученой степени кандидата медицинских наук. Москва-1997 г.
Aslanova Vəfa Ə. qızı
Gözyaşı aparıcı yolların irinli-iltihabi xəstəliklərinin bir sıra etiopatogenetik amilləri. 14.00.08 - Göz xəstəlikləri. Tibb elmləri namizədi elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasının avtoreferatı. Bakı-2004-cü il.
Anesteziologiya və reanimatologiya kafedrası
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
Azərbaycanda ilk dəfə olaraq 1967-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun döş qəfəsi cərrahiyyəsi kafedrası nəzdində həkim anestezioloq-reamimatoloqlar üçün kurslar təşkil olunmuşdur. Kurslarda aparılan tədris işi anesteziologiya və reanimatologiya ixtisası üzrə ixtisaslaşdırmanı (6 aylıq kurslar) və həkim anestezioloq-reanimatoloqların təkmilləşdirilməsini (4 aylıq kurslar) nəzərdə tuturdu. Həmin kurslara tibb elmləri namizədi, dosent A.Q.Axundov rəhbərlik edirdi.
Azərbaycanda həkim anestezioloq-reanimatoloqlar üçün ilk iş yerlərinin (ştatların) açılması 1960-cı illərə təsadüf etdiyinə görə ölkəmizdə mütəxəssis anestezioloq-reanimatoloqların hazırlanmasında bu kursların böyük rolu olmuşdur. 1980-ci ildən başlayaraq kursların tədrisi ADHTİ-nin cərrahiyyə kafedrasının nəzdində (3 saylı Bakı Şəhər Klinik Xəstəxanasının bazasında) davam etmişdir.
Ölkəmizdə anestezioloq-reanimatoqlara olan tələbatın getdikcə artması, yeni bir elmi-praktik sahə olan anesteziologiya və reanimatologiyanın sürətlə inkişafı, müasir diaqnostika və müalicə metod və texnologiyaların yayılmasında izlənən sıçrayış artıq bu sahə üzrə mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsi ilə məşğul olan bazanın genişləndirilməsini tələb edirdi. Tədris imkanları məhdud olan kurslar bu işin aparılması üçün kifayət etmirdi.
Beləliklə, anesteziologiya və reanimatologiya sahəsində həkimlərin ixtisaslaşma və təkmilləşdirmə prosesini daha geniş miqyasda və müasir tələblərə uyğun formada təşkil etmək məqsədilə 1984-cü ildə ADHTİ-də anesteziologiya və reanimatologiya kafedrası yaradıldı. Kafedranın müdiri vəzifəsinə tibb elmləri doktoru, professor S.N.Lınyov təyin edildi. Kafedra müəllim ştatı ilə komplektləşdirildi və akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxana və Respiblika Uroloji Klinik Xəstəxana (hazırda akademik M.C.Cavadzadə adına) kafedranın klinik bazaları təyin edildi. Həmin dövr ərzində kafedranın bazalarında yüzlərlə həkim anesteziologiya və reanimatologiya ixtisası üzrə ixtisaslaşdırma (5 aylıq kurslar), ümumi təkmilləşdirilmə (3 aylıq kurslar) və tematik təkmilləşdirilmə (0,5 aydan 2 aya qədər) kursları keşmişdir. İlk addımlardan kafedra həkimlərin ixtisasının artırılması ilə yanaşı elmi tədqiqatlarla da məşğul olmuşdur. Bu illərdə həyata keçirilmiş elmi-tədqiqat işlərin mövzuları sepsis və endotoksikozlar zamanı intensiv terapiya, travmatoloji xəstələrdə, qanaxmalarla müşayiət olunan anemiyalı ginekoloji xəstələrdə əməliyatlar zamanı anesteziya və intensiv terapiyası ilə bağlı olmuşdur.
Anesteziologiya və reanimatologiya kafedrasının nəzdində 2001-ci ildə “Təxirəsalınmaz halların reanimasiyası və intensiv terapiyası” kursu təşkil olunmuşdur. Kursa rəhbərlik t.e.n. F.C.Tağızadəyə həvalə edilmişdir. Kurslar Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təlim-tədris mərkəzinin binasında yerləşir. Kurslarda aparılan tədris işi təcili yardım həkimlərin ümumi təkmilləşdirilməsini (4 həftəlik kurslar) və müxtəlif mövzularda tematik təkmilləşdirilməsini (2 həftəlik kurslar) nəzərdə tutur. Təlim-tədris mərkəzi bütün lazımi texniki-tədris avadanlığı, mulyajlar, simulyatorlar və əyani vəsaitlərlə təmin olunub.
Kafedranın elmi istiqaməti
Hazırda anesteziologiya və reanimatologiya kafedrasında 2011-2015 illər üçün planlaşdırılmış ”Tənəffüs sistemi və qan dövranı pozğunluqları olan xəstələrdə anesteziya və intensiv terapiya metodlarının optimallaşdırılması və ağırlaşmaların profilaktikası”mövzu üzrə elmi-tədqiqat işi aparılır. Kafedrada planlaşdırılan növbəti elmi istaqamət transplantoloji əməliyyatlarda anesteziya və intensiv terapiyanın təkmilləşdirilməsi ilə bağlıdır. Bu günə kimi ADHTİ-nun anesteziologiya və reanimatologiya kafədrasında 3 doktorluq və 12 namizədlik dissertasiyası müvəffəqiyyətlə müdafiə olunub, 300-ə yaxın elmi məqalə, 3 monoqrafiya, 4 dərs vəsaiti, 1 kliniki protokol, 5 elmi ixtira və 20-dən çox tədris-metodik işləmələr işıq üzünü görüb.
Kafedranın müalicə fəaliyyəti
Kafedra əməkdaşlarının müalicə işi akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və akademik M.C.Cavadzadə adına Respiblika Uroloji Xəstəxanasında yerləşən anesteziologiya şöbələrində habelə intensiv terapiya və reanimasiya şöbələrində aparılır.
Kafedranın əməkdaşları

T.ü.e.d., dosent Nəsirova Rimma İlyas qızı 1977-ci ildə N.Nərimanov adına Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olub, 1983-cü ildə bitirib. R.İ.Nəsirova ATU-ni və 2 saylı Bakı Şəhər Klinik Xəstəxanasında 1 illik internatura kursunu bitirdikdən sonra 1984-1987-ci illərdə Gəncə Şəhər İnfeksion Xəstəxanasında həkim-reanimatoloq vəzifəsində işləmişdir. O, 1987-1989-cu illərdə Ə.Əliyev adına ADHTİ-də anesteziologiya və reanimatologiya kafedrasında klinik ordinatura, 1989-1992-ci illərdə həmin kafedrada aspiranturanı keçmişdir. 1992-ci ildə "Uşaq yaşlı ortoped-travmatoloji xəstələrdə anesteziyanın antistressor komponentləri" mövzusunda yazırmış namizədlik dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmişdir. 1992-1998-ci illərdə ADHTİ-nin anesteziologiya və reanimatologiya kafedrasında assistent vəzifəsində, 1998-ci ildən isə dosent vəzifəsində çalışır. O, işlədiyi dövr ərzində kafedranın ixtisası üzrə mütəxəssislərin hazırlanması və təkmilləşməsi işini yüksək səviyyədə aparmışdır. 1998-2003-cü illərdə Dissertasiya şurasının elmi katibi, 2009-cu ildən bu günə kimi institutun cərrahiyyə fakültəsinin dekanı vəzifəsində çalışır. 24.09.2012 il tarixində "Gerontoloji Urologiyada Regionar Anesteziya və Analgeziya metodlarının optimallaşdırılması mövzusunda Tibb elmləri doktoru adını almışdır. O, 29 elmi məqalənin, 6 tezis, 3 səmərələşdirici təklif və 1 metodik tövsiyyə müəllifidir.

Assistent, t.ü.f.d. Quliyev İsrafil Qara oğlu 1984-cü ATU-nun II-müalicə-profilaktika fakultəsinə qəbul olunub. 1990-cı ildə həmin institutu bitirərək 1990-91-cı ildə M.Topçubaşov ad. ETKECİ-da anesteziologiya və reanimatologiya ixtisası üzrə internnatura keçib. 1991-2000-ci ildə RKUX-nun anesteziologiya və reanimatologiya şöbəsində anestezioloq və reanimatoloq vəzifəsində işləyib. 2000-ci ildən Ə.Əliyev ad. ADHTİ-nun anesteziologiya və reanimatologiya kafedrasının assistenti vəzifəsində çalışır. 2007-ci ildə "Transuretral əməliyyatlar zamanı anesteziya metodlarının optimallaşdırılması" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 10 elmi əsərin müəllifidir. metodlarının optimallaşdırilması" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. Hal-hazırda İ.Q.Quliyev Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnsitutunun anesteziologiya və reanimatologiya kafedrasında fəaliyyətini davam etdirir və anesteziologiya və reanimatologiya ixtisası üzrə kadır hazirlığında pedaqoq kimi yaxından iştirak edir. O, 10 elmi məqalənin və 1 elmi ixtiranın müəllifidir.

Assistent, t.ü.f.d. Fətullayeva Aida Ağadadaş qızı 1995-ci ildə N.Nərimanov adına ATU-nun müalicə-profilaktika fakultəsinə qəbul olunub. 2001-ci ildə həmin universiteti bitirmiş, respublika kliniki xəstəxanasında bir illik internatura keçdikdən sonra anestezioloq – reanimatoloq ixtisasını yiyələnmişdir. 2002- ci ildən 2015- ci ilədək 2 saylı doğum evində həkim anestezioloq – reanimatoloq vəzifəsində çalışıb.
2008-ci ildə ATU-nun “I Daxili xəstəliklər və reanimatologiya” kafedrasına müsabiqə yolu ilə anesteziologiya və reanimatologiya ixtisası üzrə aspiranturaya daxil olmuş, kafedra müdiri ə.e.x. prof. A.Ə.Axundbəylinin rəhbərliyi altında “Baş- beyin əzilməsi zamanı hemostaz sistemin pozulmasının ilkin diaknostikası və kompleks müalicənin korreksiyası” mövzusunda dissertasiya işi yerinə yetirilmişdir və 2013-cü ildə müdafiə etmiş və 2014-cü ildə ATU-nun cərrahiyyə klinikasında həkim anestezioloq – reanimatoloq vəzifəsində çalışıb.
2015-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institutunun anesteziologiya və reanimatologiya kafedrasında kadr hazırlığında pedaqoq kimi yaxından iştirak edir və RKX-da həkim anestezioloq – reanimatoloq vəzifəsində çalışır. O, 11 elmi məqalənin və 3 tezislərin müəllifidir.
Kafedranın ünvanı
Bakı şəh., AZ 1122, A.Şərifzadə küç., 212, akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanası (2-ci korpus).
Bakı şəh., AZ 1001, Zərgərpalan küç., 4, akademik M.C.Cavadzadə adına Respiblika Uroloji Xəstəxanası.
Tel.: (+994 12) 431 30 40; (+994 12) 492 03 85.
Avtoreferatlar
Hacımuradov Kamil Nizam oğlu
“Prostat vəzinin adenoması olan xəstələrdə əməliyyatdan sonraki trombotik ağırlaşmaların profilaktika metodların effektivliyinin öyrənilməsi”. 14.00.40 - Urologiya. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Kiyev - 1986.
“Sidik-cinsiyyət sistemi orqanların cərrahi əməliyyatlarında epidural anesteziyanın tətbiqi”. 14.00.37 – Anesteziologiya və reanimatologiya, 14.00.27 – Cərrahlıq. Tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı – 1995.
Nəsirova Rimma İlyas qızı
“Uşaq yaşlı ortopedo-travmatoloji xəstələrdə anesteziyanın antistressor komponentləri”. 14.00.37 – Anesteziologiya və reanimatologiya. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı – 1992.
“Gerontoloji urologiyada regionar anesteziya və analgeziya metodlarinin optimallaşdirilmasi”. 14.00.37 – Anesteziologiya və reanimatologiya. Tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı – 2012.
Qədirov Aydın Vəli oğlu
“Anemiyalı qadınların fibromiomasına görə uşaqlığın amputasiyası əməliyyatı zamanı kecirilən ümumi keyləşmənin gedişində lipoperoksidləşmə-antioksidləşmə prosesinin tənzimi”. 14.00.37 – Anesteziologiya və reanimatologiya. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı - 1997.
Quliyev İsrafil Qara oğlu
“Transuretral əməliyyatlar zamanı anestеziya metodlarının optimallaşdırılması”. 14.00.37 – Anesteziologiya və reanimatologiya, 14.00.40 - Urologiya. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı - 2007.
Fətullayeva Aida Ağadadaş qızı
“Baş-beyin əzilməsi zamanı hemostaz sistemin pozulmasının ilkin diaknostikası və kompleks müalicənin korreksiyası” 14.00.37 – Anesteziologiya və reanimatologiya. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı - 2013.
Radiologiya kafedrası
Kafedra üzrə modul saatları (1-4)
(5-6)
(7-8)
Kafedra haqqında
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rentgenologiya kafedrası 1950-ci ildə rentgenologiya kursunun əsasında yaradılmışdır və ilk müdiri dosent İ.İ.Şakov seçilmişdir. 1967-1972 illərdə kafedra müdiri dosent K.V.Polatxanova, 1972-2011 illərdə isə professor Ə.A.Əkbərbəyov seçilmişdirlər. 2011-ci ildən bu günədək kafedraya dosent F.C.Nəsirova rəhbərlik edir.
Hələ 1936-1945-ci illərdə institutun nəzdində fəaliyyət göstərən rentgenologiya kurslarında həkim-müdavimlər, əsasən, ixtisaslaşma keçmişlər. Tədris müddəti 10 ay davam etmişdir. 10 il ərzində cəmi 30 nəfər həkim-rentgenoloq ixtisasını artırmışdır. Rentgenologiya kurslarına dosent A.A.Ştuss rəhbərlik etmişdir.
Kursun ilk bazası 3 № Sabunçu Klinik Xəstəxanası olmuşdur. Sonralar 1950-1962-ci illərdə kafedra Rentgen Radiologiya İnstitutunda və 1962-ci ildən akad. M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında fəaliyyət göstərir. Kafedranın ilk əməkdaşları K.V.Polatxanova, Z.C. Murtuzayeva (eyni zamanda ilk aspirantı), R.K.Səfərəliyev olmuşlar. 1962-1990-ci illərdə kafedranın əməkdaşları sırasına Ə.A.Əkbərbəyov, Z.Z.Ramazanova, X.A.Musayev, G.Ə.Əlizadə, T.A.Həsənov, S.Ə.Mirzəməmmədov, S.S.Manafov assistent, T.O.Rəhimova baş laborant vəzifəsinə qəbul olunmuşlar.
1991-ci ildə Ə.Əliyev adına ADHTİ-nin Rentgenologiya kafedrası nəzdində endoskopiya üzrə kurslar təşkil olunmuşdur. Kursları Səhiyyə Nazirliyinin endoskopiya üzrə baş mütəxəssisi O.K.Şirəliyev təşkil edirdi. 1999-cu ildə bu kursların bazasında “Şüa diaqnostikası və endoskopiya” kafedrasının yaradılması haqqında qərar qəbul edildi. Yeni yaradılmış kafedranın qarşısında endoskopiya ilə yanaşı, ötən əsrin 90-cı illərində sürətli inkişafa nail olmuş diaqnostikanın yeni metodu - ultrasəs tədqiqatları metodu üzrə də mütəxəssislər hazırlamaq işini qaydaya salmaq məsələsi qoyulmuşdur. 2009-ci ildə “Rentgenologiya” kafedrası və “Şüa diaqnostikası və endoskopiya” kafedrası ilə birləşib və “Şüa diaqnostikası” kafedrası adlanıb. Müasir dövrdə xəstəliklərin şüa terapiyası geniş tətbiq olunmasına baxmayaraq ölkəmizdə bu ixtisas üzrə ixtisasartırma kursları keçmək üçün ixtisaslaşmış mərkəz olmamışdır. “Şüa diaqnostikası” kafedrasının nəzdində şüa terapiyası kursunun açılması bu məsələni həll etmiş olur. 27.11.2018-ci il tarixində keçən Böyük Elmi şurada müzakirələrdən sonra yekdilliklə qərara alındı ki, ”Şüa diaqnostikası” kafedrasının adı dəyişdirilərək, “Şüa terapiyası kursu ilə şüa diaqnostikası” kafedrası olsun.
Müdavimlər ümumi təkmilləşdirmə kursu zamanı müasir tədqiqat metodları ilə (rentgenologiya, ultrasəs müayinəsi, kompüter tomoqrafiya, radionuklid diaqnostika və maqnit rezonans tomoqrafiya) tanış olurlar. Hal-hazırda kafedrada dosentlər Fəridə Nəsirova, Arzu Nuriyeva və Gövhər Qasımzadə, assistentlər Qiyas Məmmədov, Müqabil Mürsəlov, baş laborantlar Fidan Sərdarlı və Jalə Əkbərova əməkdaşları işləyir, həmçinin Gülmira Nəsirova (Milli Onkologiya Mərkəzinin şüa terapiyası şöbəsinin əməkdaşı) saat üzrə müəllim vəzifəsində çalışır. Tədrisin keyfiyyətini artırmaq məqsədi ilə kafedraya 2015-ci ilin aprel ayından əlavə olaraq radiologiya üzrə Aydın Mirzəyev və fetal EXO üzrə mütəxəssisi Azər Fərəc, 2021-ci ildən isə invaziv radiologiya üzrə uzman Alışev Nicat seminar dərsləri aparılması üçün dəvət olunub və hal hazırda fəaliyyət göstərirlər.
Xarici mütəxəssislərin də dərs prosessinə cəlb edilməsi istiqamətində işlər aparılır. Belə ki, 2010-cu ildə kafedrada Rusiya Federasiyasının Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri, akademik Ternovoy S.K. maqnit-rezonans tomoqrafiya üzrə mütəxəssisi mühazilələrlə çıxış etmişdi.
Rusiya Federasiyasının Moskva şəhərində yerləşən Diplomdan sonra Təhsil Akademiyasının 09.09.2012-ci il tarixindən 30.09.2012 il tarixinə kimi kafedrada ultrasəs diaqnostikası kafedrasının başda professor Mitkov V.V. rəhbərliyi altında kurs keçirilib, və oktyabr ayında 07.10.12 – 27.10.12 il tarixlərində həmin Akademiyanın şüa diaqnostikası kafedrasının başda kafedra müdiri prof. Tyurin İ.Y. rəhpərliyi altında prof. Koçergina N.V., ass. Kolomin V.Q., dos. Korjenenko Q.P.-nun rentgen və kompüter tomoqrafiya üzrə mühazirələri olmuşdur.
Respublikamızda praktik səhiyyədə çalışan yüksək ixtisaslı əcnəbi mütəxəssislər heyətinin kafedrada keçirilən ixtisasartırma kurslarında tədris prosesinə cəlb olunmuşlar: 2015-2018-cı illərdə Van Lessen və Allard Olthof (şüa diaqnostikasının Master Klass tədris aparan mütəxəssisi).
Mühazirələrdə institutumuzda təhsil alan həkim-müdavimlərlə yanaşı respublikanın müxtəlif tibb idarələrinin həkimləri və rezidentlər də iştirak edirlər. Tədris ili ərzində kurslarda 800-900 həkim təkmilləşmə keçərək ixtisasını artırır. Kafedranın əməkdaşları Azərbaycan Respublikasında şüa terapiyası və şüa diaqnostikası sahəsində milli kadrların təkmilləşməsində çox böyük və səmərəli işlər hazırlanır. Paralel olaraq azərbaycanlı həkimlər üçün treninqlər, distant və səyyar kurslar da keçirilir. Eyni zamanda kafedrada namizədlik və doktorluq elmi işlər aparılır.
Kafedranın elmi istiqaməti
Kafedra əsasən bir neçə istiqamətdə elmi araşdırmalarla məşğuldur:
Kafedra əsasən bir neçə istiqamətdə elmi araşdırmalarla məşğuldur:
1. Ağır müştərək travmalar zamanı şüa diaqnostikasının müasir metodlarının proqnostik əhəmiyyəti. İcraçı – G.Ş.Qasımzadə
2. Sümük bədxassəli şişlərinin şüa diaqnostikası. İcraçı – F.C.Nəsirova
3. Sumqayıt şəhərində məskunlaşmış əmək qabilliyyətli 20-59 yaşlı məcburi köçkün əhali arasında arterial hipertenziyanın və metabolik pozğunluqların yayılması. İcraçı - M.M. Mürsəlov
4. Birinci trimestrdə hamiləlik patologiyalar (düşüklər, beçəxor, xoriokarsinoma, ektopik hamiləlik). İcraçı - A.A. Nuriyeva
5. Hiperurikemiyalı xəstələrdə USM, rentgen, radionuklid, KT-sı müayinələrinin diaqnostik imkanları. İcraçı - F.F. Sərdarlı
Kafedranın müalicə fəaliyyəti
Kafedranın bazasında yeni müasir rentgen, MRT və KT aparatı ilə təchiz olunmuş şüa diaqnostikası şöbə təşkil olunub ki, bu da kəllənin, döş qəfəsi və qarın boşluğu orqanlarının, həmçinin oynaqların və sümüklərin müayinəsini aparmağa imkan verir. USM kabinetində qarın boşluğu üzvləri - qaraciyər, öd kisəsi, böyrək, sidik kisəsi, mədəaltı və prostat vəzilərinin tibbin müasir tələblərinə uyğun ultrasəs müayinələri aparılır. Müdavimlərə seminar məşğələləri təkmilləşdirmək məqsədi ilə metodik tövsiyələr və tədris-metodik vəsaitlər işlənib hazırlanıb. Dosent F.C.Nəsirova və kafedranın digər əməkdaşları, əsasən, qarın boşluğu üzvlərinin müasir kompleks diaqnostikası, ürək-damar sistemi xəstəlikləri və sümük xəstəliklərinin şüa diaqnostikası istiqamətində elmi işlərini davam etdirirlər.
Kafedranın müdiri

Dosent Nuriyeva Arzu Aydın qızı 1972-ci il aprelin 9-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-1989-cu illərdə Bakı şəhəri 248 №-li məktəbdə orta təhsil almış və oranı gümüş medalla bitirmişdir. 1990-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna müalicə profilaktika fakultəsinə daxil olmuş, 1996-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1996-1997-ci illərdə Bakı şəhəri 5 №-li Klinik xəstəxanasında anesteziologiya və reanimatologiya üzrə internatura kursunu bitirmişdir. 2005-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun anesteziologiya və reanimatologiya kafedrasına assistent vəzifəsinə təyin edilmişdir. Bu illər ərzində Nuriyeva A. həmçinin Respublika Klinika xəstəxanasının patoloji hamiləlik şöbəsində anestezioloq vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə yüzlərlə hamilə qadınlara keyser əməliyyatlarında anesteziya keçirmişdir. 2011-ci ildə iyul ayının 1-də həmin İnstitutun Şüa diaqnostikası kafedrasının assistenti vəzifəsinə təyin olunmuşdur. 2011-ci il oktyabr-noyabr aylarında Moskva şəhəri Diplomdansonraki Təhsil Akademiyasında V.V.Mitkovun rəhbərliyi etdiyi "Şüa diaqnostikası" kafedrasında teoretik kurslarda iştirak etmişdir. Həmçinin həmin müddətdə Moskva şəhərində "Şüa diaqnostikası" üzrə keçirilmiş IV-cü qurultayın iştirakçısı olmuş assosiasiyanın üzvü seçilmişdir. 2016-ci ildə professor Ə.A.Əkbərbəyovun rəhbərliyi altında “Ultrasəs müayinəsinin hestasiyanın müddətindən asılı diaqnostik və proqnostik əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Hal hazırda Ə.Əliyev adına AzDHTİ-nun "Şüa terapiyası kursu ilə şüa diaqnostikası” kafedrasında dosent vəzifəsində çalışır. Kafedrada işlədiyi müddətdə 13 elm məqalə, 1 dərslik və 1 metodik tövsiyyə müəllifidir. Tibb üzrə fəlsəfə doktorudur. Ailəlidir, iki övladı var.
Kafedranın əməkdaşları

Dosent Mürsəlov Müqabil Mursəl oğlu 1999-cu ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin II-ci müalicə işi fakültəsini bitirmişdir. 2001-ci ildə Ə.Əliyev adına AzDHTİ-nun terapiya kafedrasının əməkdaşı olub. 2009-cu ildə Rusiya Diplomdansonrakı təhsil Akademiyasında Radiologiya kafedrasında 6 ay müddətində təhsil alıb və hal-hazırda Ə.Əliyev adına AzDHTİ-nun "Şüa terapiyası kursu ilə şüa diaqnostikası” kafedrasında dosent vəzifəsində çalışır. 2011-ci ildən İnstitutun rezidentura şöbəsinə inspektor vəzifəsinə təyin olunmuşdur. 2014-cü ildən isə Ə.Əliyev adına AzDHTİ-nun Tədris hissəsinin müdiri vəzifəsində çalışır. 33 elmi işlərin müəllifidir. Ailəlidir.

Dosent, t.e.ü.f.d. Nəsirova Fəridə Cahangir qızı 1982-ci ildə N.Nərimanov adına ADTİ müalicə profilaktika fakültəsinə daxil olub, 1988-ci ildə qırmızı diplom ilə bitirib. 1988-1989-ci illərdə akad. M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 1 illik internaturanı keçmişdir. 1989-cu ildə Respublika Diaqnostika Mərkəzində həkim radioloq vəzifəsində iş fəaliyyətinə başlamışdır. 1990-ci ildə F.Nəsirova Moskva şəhərinə Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda radiologiya ixtisası üzrə təkmillləşdirmə kursuna göndərilmişdir və müvəffəqiyyətlə keçmişdir. Sonralar o, digər xarici ölkələrdə də kurslarda olmuşdur. 1995-ci ildə "Xroniki böyrək çatışmamazlığı olan xəstələrdə sümük sisteminin dəyişilməsi və onun korreksiyası" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 8 sentyabr 1998-ci ildən Ə.Əliyev adına ADHTİ-da rentgenologiya kafedrasında assistent, 2007-ci ildən bu günə kimi dosent vəzifəsində çalışır. 2009-ildən həmin kafedra şüa diaqnostikası kafedrası adlanır. Son illərdə Bakı, Bodrum, Münxen, Ulan-Bator, Viyana və Sinqapur şəhərlərində keçirilən ümumdünya elmi konfranslarında və radioloji cəmiyyətin konqresslərində iştirak etmişdir. O, yerli və xarici ölkələrin jurnal və toplularında dərc edilmiş 50-dən yuxarı elmi əsərin, o cümlədən 7 məqalənin xarici dilində, 1 dərs vəsaiti, 4 tədris–metodik tövsiyənin və 2 səmərələşdirici təkliflərin müəllifidir. 2011-ci ilin oktyabr ayından kafedra müdiri vəzifəsini rəhbərlik edir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun böyük elmi və cərrahiyyə fakültəsinin elmi şuralarının üzvüdür. Rezidentlər və şüa diaqnostikası həkim müdavimlər üçün test sertifikasiyası suallarının hazırlanması və tərtib edilməsində bilavasitə iştiraki olmuşdur. Ailəlidir, iki övladı var.

Assistent Məmmədov Qiyas Murad oğlu 1979-cu il mart ayının 12-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. 2004-cü ildə ATU-də təhsilini bitirmişdir. 2004-2005-ci illər ərzində Milli Onkolgiya Mərkəzində (MOM) rentgenolgiya üzrə internatura kursunu bitirmişdir. 2005-ci ilin avqust ayından – 2019-cü ilin aprel ayına qədər Az ETTOİ-də həkim rentgenoloq kimi çalışıbdır. 2006-cı ildə MOM-də “şüa diaqnostikası və terapiyası” ixtisası üzrə qiyabi aspiranturaya daxil olmuşdur. Akademik R.N.Rəhimovun rəhbərliyi altında “Qeyri-spesifik immunoloji şərtlənən rezistentlik göstəricilərinə aşağı ionlaşdırıcı şüalanmanın təsiri” mövzusu üzrə dissertasiya hazırlayaraq, 2010-cu il tarixdə dissertasiyanı müdafiyə etməklə, aspiranturada təhsilini bitirmişdir. 2019-cu ilin aprel ayınadək şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasının assistenti vəzifəsinə təyin olunmuşdur. 34 elmi məqalə və 1 patentin sahibidir. Ailəlidir, 2 övladı var.

Dosent Qasımzadə Gövhər Şahin qızı 2007-ci ildə I saylı şəhər xəstəxanasında (Kliniki Tibbi Mərkəz) funksional - diaqnostika şöbəsində ultrasəs müayinəsində həkim vəzifəsində işə başlamışdır (və hazırda, Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsində həkim radioloq vəzifəsində çalışır). 2010-cu ilin fevral - aprel aylarında Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda "Şüa-diaqnostikası" üzrə ümumi təkmilləşmə kursu üzrə 2 ay təhsil almış və ixtisaslaşmanı keçərkən şua-diaqnostikası üzrə həkim vəsifəsini almışdır. 2010-cu ilin may-iyul aylarında Türkiyənin Ankara şəhərinin Ataturk və Türkiyə Yüksək İhtisas Eyitim və Araştırma xəstəxanalarında "Radioloji" ixtisası üzrə təhsili fərqlənmə ilə bitirmişdir. Bu müddət ərzində Türk Radioloji Dərnəyinin və Hacettepe universitetinin düzənlədiyi radioloji kurslarına qatılmışdır (N:2010/7-31). 2012-ci il 7 fevral tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan respublikası ərazisində Şüa diaqnostikası ixtisası üzrə praktik fəaliyyətlə məşqul olmaq üçün icazə verilmişdir (N:AH 002975). 2015-ci ilin 20 aprel - 09 may tarixləri arasında Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin "Rusiya Tibb akademiyasının lisansüstü təhsili" 114 saatlıq həcmində "Rentgen Kompyuter və Maqnit rezonans tomoqrafiya" əlavə peşə proqramı əsasında ixtisas artırma kursu keçmişdir və 05-C/548.8 saylı qeydiyyat nomrəli ixtisas artırma haqda şəhadətnamə almışdır (14 0567808). 2016-cı il 9 fevral tarixində Azərbaycan Resublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (protokol N 04-k) qərarı ilə Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır (diplom FD № 0113-m). 2016-cı il 25 oktyabr tarixindən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun Şüa diaqnostikası və terapiyası kafedrasında assistent vəzifəsində işə başlamışdır. 2019-cu il 8 noyabr tarixindən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun Şüa terapiyası kursu ilə Şüa diaqnostikası kafedrasında dosent vəzifəsinə təyin olunmuşdur. 2019-cu il 3 iyul tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan respublikası ərazisində Şüa diaqnostikası ixtisası üzrə praktik fəaliyyətlə məşqul olmaq üçün icazə verilmişdir (N:AH 035171). 05.10.2021-ci il tarixində Azərbaycan Resublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə elmi-pedaqoji fəaliyyətə görə tibb elmləri elm sahəsinin Şüa diaqnostikası və terapiyası ixtisası üzrə dosent elmi adı almışdır (DS № 08104).
Şüa diaqnostikası sahəsində 53-ə yaxın elmi işlər, monoqrafiya, 2 dərs vəsaiti, 2 səmələşdirici təklif, metodik tədris vəsaiti, məqalələr dövrü nəşriyyatda və respublikadan kənar çap olunmuşdur. Azərbaycanda və xaricdə keçirilən beynəlxalq elmi konfranslarda, simpoziumlarda və radioloji cəmiyyətin konqresslərində iştirak etmişdir.
Kafedranın ünvanı
Ə.Əliyev adına ADHTİ, Tbilisi pr. 3165-ci məh., tel.: 565-04-28
Avtoreferatlar
Насирова Фарида Джахангир кызы
Изменение костной системы у больных с хронической почечной недостаточностью и ее коррекция. 14.00.05. – внутренние болезни, 14.00.19 – лучевая диагностика и лучевая терапия. Диссертация на соискание ученой степени кандидата медицинских наук. Баку – 1995 г.
Məmmədov Qiyas Murad oğlu
Qeyri-spesifik immunoloji şərtlənən rezistentlik göstəricilərinə aşağı ionlaşdırıcı şüalanmanın təsiri. 14.00.19 – şüa diaqnostikası və terapiyası. Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı – 2010 il.
Nuriyeva Arzu Aydın qızı
Ultrasəs müayinəsinin hestasiyanın müddətindən asılı diaqnostik və proqnostik əhəmiyyəti. 3225.01 – şüa diaqnostikası və terapiyası. Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı – 2016 il.
Qasımzadə Gövhər Şahin qızı
Dalağın travmatik zədələnmələrinin və splenektomiyadan sonrakı ağırlaşmaların diaqnostikasında ultrasəs müayinəsinin effektivliyinin qiymətləndirilməsi. 3225.01 – şüa diaqnostikası və terapiyası. Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı – 2016 il.
Mürsəlov Müqabil Mürsəl oğlu
Əmək qabiliyyətli kişi əhalisi arasında arterial hipertenziya, metabolik sindromun yayılması və onların ürəyin işemik xəstəliyinin risk amilləri ilə qarşılıqlı əlaqəsi. 3205.01 – daxili xəstəliklər.Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı – 2019 il.
Travmatologiya və ortopediya kafedrası
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
Travmatologiya və ortopediya kafedrasının əsası, 1939-cu ildə prof. Ağaxan Rüstəm oğlu Talışinskinin aktiv iştirakilə qoyulmuşdur. Bazası 1 saylı BŞ Xəstəxanasında yerləşmiş, 60 çarpayıdan ibarət olmuşdur. Kafedranın assistentləri B.Y.Frankinberq və S.F.Rəfibəyli idi. Kafedra ölkənin aparıcı klinikaları ilə (Xarkov, Leninqrad) geniş elmi-praktiki əlaqələri onun elmi və praktiki fəaliyyətini müəyyən etmişdir. Sklet dartması sistemi, iri oynaqların artroplastikası, həm anadangəlmə, həm də poliomelitik deformasiyaların düzəldilməsi praktikada geniş tətbiq edilirdi. Kafedrada sınaqdan keçirilmiş orijinal əməliyyat üsulları gündəlik şöhrətini tapırdı: Piroqov əməliyyatının modifikasiyası, tarm (sərt) yalançı oynaqların autotransplantatı ilə bioloji osteosintez. A.R.Talışinskinin Tibb institutunun tələbələri üçün Azərbaycan dilində ilk "Travmatologiya-ortopediya" dərsliyinin əhəmiyyətini göstərməmək olmaz (Bakı, "Azərnəşr", 1939). Böyük Vətən müharibəsi illərində kafedra böyük müalicəvi praktiki işlər aparmışdır. Onun bazasında qeyri cərrahi ixtisaslı həkimlər üçün hərbi səhra cərrahiyyəsi üzrə qısamüddətli kurslar təşkil edilmişdi. Dinləyicilərlə praktiki məşğələlər Bakı və Gəncə hospitallarında keçirilirdi. Müharibədən sonrakı illərdə kafedra əvvəlcə 3 saylı BŞK Xəstəxanada, sonra Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunda, daha sonra Respublika kliniki xəstəxanasının travmatoloji şöbəsinin, ADHTİ klinikasının bazasında əsaslanmışdır. Böyük Vətən müharibəsi əlillərinin bərpaedici müalicəsinə görə Bakı ETİ-nin təşkili və açılışında kafedranın və professor A.R.Talışinskinin böyük rolu olmuşdur. Sonralar bu institut Travmatologiya və ortopediya elmi tədqiqat institutuna çevrildi. 1975-cü ildən kafedraya professor R.R.Talışinski rəhbərlik edir. Kafedranın elmi fəaliyyəti çox məhsuldardır. O, diafizar, daxili və oynaqətrafı sınıqların osteosintezi, iltihablaşmış sınıqların kompleks müalicəsi, kompression distraksion osteosintez üzrə üsulların dərindən işlənməsi ilə xarakterizə olunur. İlk dəfə Respublika müəssisələrinin təcrübəsində sümük reqenerasiyasının elektrostimulyasiyası metodikası, açıq və iltihablaşmış sınıqların qnotobioloji müalicə üsulu, iki ayaq üzərində əzələ plastikası, pəncə sümükləri sınıqlarının müalicəsi zamanı supinator-içlik, kollateral damarlar vasitəsilə infuzion terapiya tətbiq edilmişdir. Növbəti illərdə kafedraya professor S.M.Hacıqasımov (1944-1952), dosent D.H.Ləmbəranski (1952-1958), dosent A.K.Behbudov (1958-1963), dosent A.A.Talışinski (1964-1974), professor R.R.Talışinski (1975-1989), dosent D.M.Əliyev (1989-1990), assistent D.X.Taptıqlı (1990-1991), professor E.Ş.Abasov (1991-1994) rəhbərlik etmişlər. 2019-cu ildən etibarən kafedraya t.e.d İlqar Əbülfəz oğlu Qasımov rəhbərlik edir. Kafedranın elmi fəaliyyəti çox məhsuldardır. O, diafizar, daxili və oynaqətrafı sınıqların osteosintezi üzrə üsulların dərindən işlənməsi ilə xarakterizə olunur. Respublika və ölkənin müalicə müəssisələrinin təcrübəsində Ləmbəranskinin mıx-ştiftləri, Ləmbəranski Əliyevin polimer oynaqları, A.A. Talışinskinin kompresedici lövhələri tətbiq edilmişdir. Kafedra TOMİ, Moskva, Sankt-Peterburq, Xarkov, Tbilisinin qohum kafedraları ilə əlaqə saxlayır. Onun əməkdaşları tərəfindən 13 müəlliflik şəhadətnaməsi alınmışdır. Kafedrada 5 doktorluq və 16 namizədlik dissertasiyaları müvəffəqiyyətlə müdafiə olunmuşdur. 1 namizədlik və 1 doktorluq işləri müdafiəyə hazırlanır, 7 patent alınmışdır.
Kafedranın elmi istiqaməti
Kafedranın elmi fəaliyyəti onurğa deformasiyaları zamanı cərrahi müalicə metotlarının optimallaşdırılması, nəticələrin öyrənilməsi istiqamətindədir. Bu istiqamətdə tədqiqatlar aparılır və məruzələr hazırlanmışdır. Cərrahi müalicələr zamanı nəticələrin yaxşılaşdırılması istiqamətində nəticələr əldə edilmiş və tövsiyələr hazirlanmişdır.
Kafedranın müalicə fəaliyyəti
2019-cü ildən kafedranın bazası Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitundur. Burada Artroplastika və Artroskopiya şöbəsi, Travmatologiya şöbəsi, Ortopediya şöbəsi, Uşaq travmatologiya və ortopediya şöbəsi, Əl cərrahiyyəsi və yaralar şöbəsi, Fizioterapiya və reabilitasiya şöbəsi, Qəbul şöbəsi və Poliklinika şöbəsi mövcuddur. Ölkəmizdə ilk və hələlik tək olan Artroplastika və Artroskopiya şöbəsi 2017-ci ildən fəaliyyət göstərir. Gün ərzində poliklinika şöbəsinə 300-ə yaxın ambulator xəstə müraciəti, qəbul şöbəsinə 100-ə yaxın travma almış xəstə müraciəti olur. İnstitutda 150 çarpayı, 8 əməliyyatxana otağı və 10 çarpayılıq reanimasiya bloku var. Gün ərzində 30-a yaxın əməliyyat icra edilir. Tədris pedaqoji prosesin səviyyəsinin gələcəkdə yüksəldilməsi üçün çox işlər görür. Hər il kafedrada ortoped travmatoloqlar və cərrahlar diplomdan sonrakı müdavimlərin ixtisaslaşdırma və təkmilləşdirmə dövrünü keçirlər. Kafedranın profili birləşmiş və çoxsaylı sınıqların müalicəsi ilə bağlıdır. Artroskopiya, KT-tomoqrafiya, rentgenoqrafiya, ultra səs müayinəsi (USM). Müalicə üsulu həm operativ, həm də konservativ.
Kafedranın müdiri

T.e.d. Qasımov İlqar Əbülfəz oğlu 12 aprel 1965-ci il tarixdə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 134 saylı orta məktəbi bitirib, həmin ildə Azərbaycan Tibb İnstitutunun müalicə-işi fakultəsinə daxil olub, 1988-ci ildə oranı bitirib. 1989-cu il tarixdən 1990-cı il tarixə kimi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda “Travmatologiya və ortopediya” ixtisası üzrə internatura keçib. İnternaturanı bitirdikdən sonra 1999-cu il tarixdən həmin institutda kiçik elmi işçi kimi fəaliyyətə başlayıb.
1994-cü il tarixdə Priorov adına Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda tibb elmləri namizədliyi, 1996-cı ildən 2000-ci il tarixədək Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda doktoranturada olub və tibb elmləri doktoru elmi dərəcəsini alıb. 2000-ci il tarixdən 2004-cü il tarixə kimi Moskva şəhərinin Priorov adına Moskva ETTOİ-da İri oynaqların artroplastikası və endoprotezləşdirilməsi şöbəsində baş elmi işçi vəzifəsində, 2004-2006-cı il tarixə kimi Rusiya Tibb Akademiyasının Diplomdan sonrakı Təkmilləşdirmə İnstitutunda Travmatologiya və Ortopediya kafedrasının elmi işçisi, 2006-cı il tarixdən 2017-ci il tarixədək Bakı şəhərinin bir neçə özəl klinikalarında fəaliyyət göstərib.
17.08.2017-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi əsasında Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
Eyni zamanda 2019-cu il tarixdən Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun “Travmatologiya və ortopediya” kafedrasının müdiri vəzifəsində çalışır.
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.
Ailəlidir, 2 övladı var.
Kafedranın əməkdaşları

T.e.d. İlqar Əbülfəz oğlu Qasımov 1994-cü il tarixdə Priorov adına Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda tibb elmləri namizədliyi, 1996-cı ildən 2000-ci il tarixədək Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda doktoranturada olub və tibb elmləri doktoru elmi dərəcəsini alıb. 2000-ci il tarixdən 2004-cü il tarixə kimi Moskva şəhərinin Priorov adına Moskva ETTOİ-da İri oynaqların artroplastikası və endoprotezləşdirilməsi şöbəsində baş elmi işçi vəzifəsində, 2004-2006-cı il tarixə kimi Rusiya Tibb Akademiyasının Diplomdan sonrakı Təkmilləşdirmə İnstitutunda Travmatologiya və Ortopediya kafedrasının elmi işçisi, 2006-cı il tarixdən 2017-ci il tarixədək Bakı şəhərinin bir neçə özəl klinikalarında fəaliyyət göstərib.
17.08.2017-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi əsasında Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
2019-cu il tarixdən Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun “Travmatologiya və ortopediya” kafedrasının müdiri vəzifəsində çalışır.
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.

T.e.d. dosent İbrahimov Firudin İsmayıl oğlu.
ELMİ FƏALİYYƏTİ: İbrahimov Firudin İsmayıl oğlu Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti və tibb elmləri doktoru kimi fəaliyyət göstərir.
İCTİMAİ FƏALİYYƏTİ: Həkim travmatoloq-ortoped İbrahimov Firudin İsmayıl oğlu 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür və təşkil olunmuş tədbirlərdə yaxından iştirak edir. Həmçinin 2-ci Qarabağ müharibəsinin ilk günündən ön cəbhədə həkim travmatoloq-ortoped kimi bir çox yaralılara yardım etmişdir.Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən “Vətən müharibəsi” dövründə göstərdiyi xidmətlərə görə Təşəkkürnamə verilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə xəstələrə göstərdiyi yüksək xidmətə görə Fəxri Fərman ilə təltif edilmişdir.
PRAKTİK FƏALİYYƏTİ: Sabunçu Tibb Mərkəzi Publik Hüquqi Şəxsi Uşaq Travmatologiyası və Ortopediyası şöbəsinin şöbə müdiri vəzifəsində işləyir. Tərəfindən xəstəxanada çoxsaylı əməliyyatlar icra edilir. Xəstələrin həm konservativ üsulla müalicəsi həm də cərrahi üsulla müalicəsi ilə məşğuldur.

T.ü.f.d., dosent Səməd-zadə Rüstəm Rasim oğlu 1999-cu ildən kafedrada fəaliyyət göstərir. R.R.Səməd-zadə 2004-cü ildə Bakı şəhərində «Лечение диафизарных переломов длинных костей с применением электрических полей (клинико - экспериментальное исследование)» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2005-ci ildən dosent vəzifəsində calışır. R.R.Səməd-zadə 50-dən çox elmi əsərin, 8 patent, 16 səmələşdirici təklifin, 5 metodik tövsiyənin, 1-dərsıiyin müəllifidir. 2013 ildə dosent elmi adını qazanmışdır.

T.ü.f.d. Kamil Elşad oğlu Eyvazov 2009-cu ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirərək travmatologiya və ortopediya ixtisası üzrə internatura keçməsi üçün Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnistituna göndərilmişdir. 2010-2015-ci illərdə Türkiyə Respublikası Qazi Universiteti Travmatologiya və Ortopediya Kafedrasında uzmanlıq təhsili almış və travmatoloq-ortoped ixtisasına sahib olmuşdur. Uzmanlıq Təhsili sonrasında 03 Avqust - 30 Noyabr 2015-ci il tarixində İngiltərənin Nottingham Universitetində, 16 Yanvar - 30 İyun 2016-ci il tarixində Honq Konq SAR-ın Honq Konq Universitetində onurğa cərrahiyyəsi üzrə ixtisaslaşmışdır. 14 Yanvar 2016-ci il tarixindən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnistitunun Ortopediya şöbəsində kiçik elmi işçi olaraq çalışır. Kamil Eyvazovun 19-22 Aprel 2017-ci il tarixində Türkiyənin Antalya şəhərində keçirilən XII Beynəlxalq Onurğa Konqresində məruzə etdiyi məruzələr mükafatlandırılmışdır. Kamil Eyvazov mütəmadi olaraq yerli və beynəlxalq konfranslarda məruzəçi və iştirakçı kimi iştirak etmişdir. Qeyd edilənlərlə yanaşı olaraq 2019-cu ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında və 2022-ci ildən ADHTİ Travmaologiya və ortopediya kafedrasında müəllim kimi pedaqoji fəaliyyətiylə də məşğuldur. 2023-cü ildən hazırkı dövrə qədər AzETTOİ-nin baş həkim vəzifəsində çalışır.

Assistent Seidov İnar İlham oğlu 2013-cü ildən kafedrada assistent vəzifəsində çalışır. 2012-cı ildə Moskva şəhərində «Клинико-анатомическое обоснование применения бедренных компонентов проксимальной фиксации при эндопротезировании тазобедренного сустава» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. O, 41 elmi əsərin müəllifidir.
Kafedranın ünvanı
Baku, Abbas Sahhat 32., tel.: 440-53-21
Avtoreferatlar
Самед-Заде Рустам Расим оглы
Лечение диафизарных переломов длинных костей с применением электрических полей (клинико - экспериментальное исследование). 14.00.22 - травматология и ортопедия. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Баку - 2004 г.
Таптыхлы Дурдана Ханбаба кызы
Лечение и реабилитация при переломах пяточной кости. 14.00.22 - травматология и ортопедия. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Тбилиси - 1988 г.
Pulmonologiya kafedrası
Kafedra haqqında
Ə.Əliyev adına ADHTİ-nun ftiziatriya kafedrsı 1 saylı MŞVƏD-nin bazasında yerləşir və 5 otaqda fəaliyyət göstərir: kafedra müdirinin kabineti, auditoriya və 3 həkim kabineti. Kafedrada müxtəlif ağciyər-bronx xəstəliklərinin rentgen arxivi saxlanılır ki, bu, əyani vəsait kimi istifadəyə və kursantlara təqdim olunan materialların asan mənimsəməsinə imkan verir. Kafedra 1946-cı ildə təşkil olunmuşdur. ADHTİ–də kafedra yaranana qədər, 1935-ci ildən vərəm üzrə kurs mövcud olmuşdur. 1938-ci ildən həmin kurs terapiya kafedrasında fəaliyyət göstərmiş , 1944-cü ildən isə kurs sərbəst ayrılmışdır. Mövcudluğunun ilk illərində Respublika ET Vərəm İnstitutunda, Bakı şəhər və Respublika vərəm dispanserlərində yerləşən kafedrada ftiziatrlar üçün təkmilləşmə və ixtisaslaşma kursları ilə yanaşı, hər il terapevtlər, infeksionistlər və səhiyyə təşkilatçıları üçün qısa müddətli proqramlar üzrə məşğələlər aparılırdı. Kafedrada müxtəlif illərdə dosentlər: M.M. Əliyev, O.İ. Blinova, N.Q. Tahirbəyova, Q.M. Muxtarova, assistentlər: Y.A. Əliyev, R.M. Stepanov, F.Ş. Quliyev, M.E. Əsədov, R.İ. Məmmədov, V.F. Tsım, Q.A. Cəlilova, F.A. Məmmədyarova işləmişlər. 1969 -cu ildə kafedraya F.M İsmyılov rəhbərlik etmişdir. O, tədris işinin daha da yaxşılaşması, elmi tədqiqatların keyfiyyətinin yüksəlməsi üçün çoxlu güc və enerji sərf etmişdir. Onun səyləri nəticəsində kafedrada ftiziocərrahiyyə şöbəsi təşkil olunmuşdur. 1977-ci ildən 1986-cı ilə qədər kafedraya professor Ş.P. Topçıyev rəhbərlik etmişdir. Görkəmli ftiziatr alim, təcrübəli pedaqoq öz assistentləri - tibb elmləri namizədi Ə.L. Tağıyeva, V.A. Polyanski, S.T. Şarınski, N.A. Starova ilə birlikdə kafedranın işini daha da fəallaşdırdı.
1. Ftiziatriya üzrə ixtisaslaşma
2. Ftiziatriya üzrə ümumi təkmilləşmə
3. Uşaq və yeniyetmə yaşların
4. Tənəffüs orqanlarının vərəmi və onun differensial diaqnostikası
5. Uşaq və yeniyetmələrdə vərəmin ilkin formalarının erkən diaqnostikası və profilaktikası
6. Ftiziopulmonologiya
Tsikllər daim yenilənir. Bundan başqa Azərbaycanın rayonlarında əlavə tematik tsikllər keçirilmişdir. Tsikillərin bu cür keçirilməsini yerli səhiyyə orqanlarının tələbatları diktə etmişdir. Ftiziatriya kafedrası sistematik olaraq qarışıq terapiya və pediatriya kafedrasında məşğələlər keçirir. Belə qarşılıqlı faydalı əlaqələr tədris prosesini xeyli zənginləşdirir. Kafedrada təhsilin öyrədilməsinin müasir metodları tətbiq edilir, proqramlaşdırılmış təlim həyata keçirilir. Kursantların biliklərinin əsas hüdudi və yekun nəzarəti təyin olunur. Vərəmin müxtəlif formaları üzrə həmçinin onun diaqnostikası, differensial diaqnostikası və müalicəsi üzrə test proqramları istifadə olunur. Son illərdə ağciyər vərəmilə xəstələnmənin azalma meylinin qeyd olunmasına baxmayaraq, vərəm mikobakteriyalarının dərmana davamlı formalarının xüsusi çəkisinin vərəmli xəstələrdə yüksək səviyyəsi qalmaqdadır. Bu zaman vərəmin polirezistent formalarını proqressivləşən artımı nəinki xronik xəstələr arasında, həm də ilk dəfə aşkar olunmuş xəstələr arasında qeyd olunur. Bununla bağlı olaraq kafedra ağciyər vərəmini polirezistent formaları olan xəstələrin müalicəsinin effektliyinin yüksəlməsi probleminə həm tədris, həm də elmi planda böyük diqqət ayırır. Qeyd etmək lazımdır ki, kafedrada kursantların müstəqil işinə xüsusi diqqət ayrılır. Onlar dövri mətbuata yanaşmaya və elmi və praktik məsələlərin düzgün işlənməsinə öyrədilir. Mənimsənilmiş vərdişlərin dəyərləndirilməsi müntəzəm keçirilən həkim-dinləyici konfranslarında qiymətləndirilir. Bununla yanaşı, kafedrada fənlərin daha dərindən öyrənilməsini təmin edən seminarların keçirilməsinə böyük diqqət ayrılır: seminar- kollokviumlar, seminar - müzakirələr, klinik təhlillər üzrə seminarlar, yoxlama işlərinin müzakirəsi üzrə seminarlar. Müasir şəraiti nəzərə alaraq kafedra tədris prosesinin planlaşdırılması zamanı ilkin tibb xidmətləri həkimləri üçün tematik tsikillərin və dekadniklərin keçirilməsindən fəal istifadə edir.

Kafedra müdiri, professor, t.e.d. Məmmədbəyov Elcan Nazim oğlu 1987-ci ildən kafedraya rəhbərlik edir. Hal-hazırda kafedrada tibb elmləri doktoru Y.Ş. Şıxəliyev və aparıcı elmi işçi, t.e.n. L.H.Kazımova fəaliyyət göstərirlər. Kafedranın əməkdaşları aspiranturanı Moskvada ET Vərəm İnstitutunda bitirmişlər və elə orada da namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişlər. Hal-hazırda kafedra Rusiyanın, Türkiyənin və Kazaxstanın Elmi-Tədqiqat İnstitutları və elmi mərkəzlərilə sıx əlaqələri qoruyur. E.N. Məmmədbəyovun rəhbərliyi altında ümumi təkmilləşdirmə və ixtisaslaşma silsilələrilə yanaşı pediatrlar üçün «Uşaq və yeniyetmə yaşında vərəm» və «Uşaq və yeniyetmələrdə vərəmin ilkin formalarının erkən diaqnostikası və profilaktikası» mövzularında tematik kurslar keçirilir.
Kafedranın elmi istiqaməti
İxtisaslaşma və ümumi təkmilləşmə tsiklləri ilə yanaşı ağ ciyər vərəminin tənəffüs orqanlarının digər xəstəlikləri ilə rentgen diaqnostikası üzrə, vərəmli xəstələrin müalicəsi üzrə, vərəmin vərəmsiz xəstələrlə differensial diaqnostikası üzrə tematik təkmilləşmə kurslar da aparılmağa başladı. Digər kafedralarla əməkdaşlıq gücləndirildi. Dərslərin aparılmasına səhiyyənin təşkili, dermotovenerologiya, oftalmologiya, urologiya və cərrahi nefrologiya, travmatologiya, ortopediya kafedralarının əməkdaşları da cəlb olundular. Kafedra institutda unifikasiya edilmiş proqramla işləməyə başlayan birincilərdən olmuş, təhsildə test üsulunu tətbiq etmişdir. Kafedranın elmi potensialı xeyli artmış oldu. Burada limfoterapiyanın effektivliyi, süni pnevmotoraks, vərəm zamanı maddələr mübadiləsi, vərəmin müxtəlif formalarında ürək-damar və tənəffüs sisteminin funksional dəyişilmələri, vərəmin ağciyərin qeyri spesifik xəstəliklərlə birgə mövcudluğu, reabilitasiya və residivlər, ağciyər vərəmi, ağciyər vərəminin və plevritlərin cərrahi müalicə məsələləri hərtərəfli öyrənilmişdir. 1987-ci ildən kafedra müdiri tibb elmləri doktoru E.N. Məmmədbəyovdur. Hal-hazırda kafedrada tibb elmləri doktoru Y.Ş. Şıxəliyev, tibb elmləri namizədi, böyük elmi işçi L.Q. Kazımova çalışır. Kafedranın bütün əməkdaşları Moskva Elmi Tədqiqat Vərəm İnstitutunda aspirantura bitirmiş doktorluq və namizədlik dissertasiyaları müdafiə etmişlər. Hal-hazırda kafedra Rusiya, Türkiyə və Qazaxıstanın elmi tədqiqat institutları və elmi mərkəzləri ilə sıx əlaqə saxlayır. E.N. Məmmədbəyovun rəhbərliyi altında kafedrada ümumi təkmilləşmə və ixtisaslaşma kursları ilə yanaşı, «Uşaq və yeniyetmə yaşlarda vərəm», «Uşaqlarda və yeniyetmələrdə vərəmin birincili formalarının erkən diaqnostikası və profilaktikası» mövzuları üzrə pediatrlar üçün tematik kurslar da aparılır. Son illərdə tədris istehsalat planında tematik təkmilləşmə tsiklləri getdikcə daha çox yer alır. 2000-ci ildən kafedrada terapevtlər və pulmonoqlar üçün yeni tematik kurslar təşkil olunmuşdur: Ftiziopulmonologiya», «Tənəffüs orqanlarının vərəmi və onun differensial diaqnostikası». Son 40 ildə 4 mindən artıq kursant kafedrada təlim prosesindən keçmişlər. Məşğələlər zamanı kafedranın əməkdaşları təkcə vərəm haqqında deyil, tənəffüs orqanlarının digər zədələnmələri barədə də hərtərəfli məlumatlar verirlər. Vərəm patologiyası ilə digər orqan və sistemlərin birgə zədələnmələrinə xüsusi diqqət ayrılır.
Kafedranın müalicə fəaliyyəti
Müalicə və konsultasiya işinə böyük diqqət ayrılır. Kafedranın klinik bazası 1 saylı Mərkəzi Şəhər Vərəm Əleyhinə Dispanserdə ( MŞVƏD) yerləşir. (Alatava küçəsi 2). Dispanserdə ambulator şöbə ilə yanaşı 160 çarpayılıq stasionar şöbə mövcuddur. Kafedra ftizioterapevtik profilli 40 çarpayıya xidmət edir. Xəstələrin müayinəsi üçün rentgen müayinə, KT müayinə, klinik məlumatlar, bakteroloji, biokimyəvi immunoloji laboratoriyalardan, həm də endobronxial müayinədən istifadə edilir. Kafedrada ftiziopulmonologiya üzrə konsultativ mərkəz təşkil edilmişdir. Kafedranın əməkdaşları stasionar və ambulator şöbə tərəfindən təqdim olunan bütün mürəkkəb xəstələrin konsultasiyasını aparır, sahə ftiziatrlarına kuratorluq edirlər, dispanser müşahidələrin doğruluğunu periodik olaraq yoxlayırlar. ADHTİ-nin qarışıq kafedraları, Səhiyyə Nazirliyi müəssisələri və başqa tabeçilikdə olan xəstəxanalar tərəfindən göndərilən tənəffüs orqanları patologiyalı xəstələrin konsulatasiyasını aparırlar. Kafedranın əməkdaşları bütün ilkin aşkar olunmuş xəstələrin diaqnozunun dəqiqləşdirilməsi və müalicəsinin korreksiyası üzrə Mərkəzi HMK – in tərkibinə daxildir; dispanserin patoloqoanatomik konfranslarında iştirak edirlər. Kafedranın bütün işçiləri şəhər ftiziatriya cəmiyyətinin üzvüdürlər. Cəmiyyətin işində iştirak aktivdir. Hər kəs il ərzində cəmiyyətin iclasında 1-2 məruzə edir, həmməruzəçi kimi çıxış edir, təcrübədə rast gələn ən maraqlı hadisələri nümayiş etdirir. Beləliklə, səhiyyə orqanlarına konsultativ yardım mümkün olan maksimal həcmdə göstərilir. Kafedrada təlim prosesində səyyari tsikillərdən və dekadniklərdən bundan sonra da daha aktiv istifadə etmək, ümumi müalicə şəbəkəsi həkimləri üçün metodik tövsiyələrin hazırlanması və nəşri planlaşdırılır.
Kafedranın əməkdaşları

T.e.ü.f.d., assistent Kazımova Leyla Hacağa qızı 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitunun müalicə - profilaktika fakültəsini fərqlənmə ilə bitirmişdir. 5 il sahə terapevti və 3 il Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun vərəm kafedrasında ftiziatr işlədikdən sonra 1983-cü ildə SSRİ Səhiyyə Nazirliyinin Moskva şəhərində Mərkəzi ET Vərəm İnstitutunfa aspiranturaya daxil olmuşdur və 1986-cı ildə onu müvəffəqiyyətlə bitirmişdir. Yüksək ixtisaslı bir ftiziatr kimi "Ağciyər vərəminin vərəm mikobakteriyalarının L - transfomasiyasından asılı olaraq klinik və morfoloji xüsusiyyətləri" kimi aktual bir mövzuda dissertasiya üzərində tez və fəal bir şəkildə işə qoşuldu. 1986-cı ildən başlayaraq L.Q. Kazımova özünün elmi və praktik fəaliyyətini Azərbaycan Səhiyyə Nazirliyinin ET Ftiziatriya və pulmonologiya institutunda böyük elmi işçi vəzifəsində davam etdirdi. 1988-ci ildən İnstitutun elmi katibi işləmişdir. 1990-cı ildən Azərbaycan Səhiyyə Nazirliyinin Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitunda ftiziatriya kafedrasında əməkdaşdır. Öz fəaliyyəti dövründə o, özünü yüksək ixtisaslı tədqiqatçı, erudist həkim kimi göstərmişdir. Onun elmi işləri aktual ftiziatriya məsələlərinə həsr olunmuş və ciddi elmi yeniliklərə malikdir. Elmi tədqiqatları müvəffəqiyyətlə təcrübədə həyata keçmişdir. Kazımova L.Q. 80-ə yaxın dərc olunmuş elmi işin, ixtiranın müəllifidir. Dəfələrlə respublika və beynəlxalq səhiyyə konfransların, qurultayların işində iştirak etmişdir. L.Q. Kazımova öz elmi fəaliyyəti ilə yanaşı böyük praktik iş yerinə yetirir. Ağciyərin vərəmi və digər ağ ciyər - bronx xəstəlikləri olan xəstələrə müalicəvi və konsultativ yardım göstərir.

Əməkdar həkim, t.e.d, professor, Elm və Təhsil üzrə Beynəlxalq Elmlər akademiyasının Azərbaycan bölməsinin həqiqi üzvü Şıxəliyev Yavər Şıxəli oğlu Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakultəsini 1972-ci ildə bitirmişdir. Moskva şəhərində Mərkəzi Elmi Tədqiqat Vərəm İnstitutunda 1984-cü ildə “Ucqar dağ kəndlərində vərəmin erkən aşkarı və müalicəsinin təkmilləşdirilməsi”, 2001-ci ildə “vərəm residivlərinin erkən aşkarı və müalicəsinin təkmilləşdirilməsi” mövzusunda namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişdir. Yerli və xarici tibb ədəbiyyatlarında 200-ə yaxın elmi məqalələri dərc olunmuşdur. Təşkilatçı – ftiziatr vəzifəsində 1973-cü ildən çalışmışam və Bakı şəhərinin Mərkəzi Vərəm Dispanserinin baş həkimidir. Fəaliyyəti dövründə respublikada Vərəm Əleyhinə tədbirlərin həyata keçirilməsində və bu sahədə bir sıra problemlərin həlli istiqamətində elmi-praktiki işlər görmüşdür. Belə ki:
- ilk dəfə respublikada vərəmin erkən aşkarı istiqamətində profilaktik flüoroqrafiyanın təşkilinin xüsusiyyətlərini öyrənərək praktik ftiziatriyaya tətbiq edərək və müvafiq tövsiyyələr vermişdir;
- ilk dəfə olaraq respublikada vərəmin epidemiologiyasını gərginləşdirən vərəm residivlərinin qarşısının alınması məqsədi ilə A.Valdın ardıcıl riyazi statistik proqnozlaşdırma metodundan istifadə edərək vərəm əleyhinə müəssisələr üçün risk qruplarının xarakteristikasını vermişdir;
- ilk dəfə olaraq vərəmin passiv aşkarlanmanı effektliyinin yüksəldilməsi istiqamətində yoluxucu vərəm xəstələrinin, xüsusən spesifik dərmanlara davamlı formaların erkən aşkarı üçün risk qruplarını təyin etmişdir;
- ilk dəfə olaraq respublikada vərəmin epidemiologiyasının klimatik, coğrafi, ekoloji amillərdən asılılığını göstərərək xəstəliyin yayılmasının coğrafi xəritəsini tərtib etmişdir;
- ilk dəfə olaraq ölkədə vərəmin epidemioloji vəziyyətinə qiymət vermək üçün hesabat forması və epidemioloji göstəricilərin təyini metodlarını hazırlamışdır.
Bu tədbirləri həyata keçirmək üçün yazdığı bir sıra metodik tövsiyyələr Azərbaycan Səhiyyə Nazirliyinin elmi-tibbi şurası tərəfindən təsdiq edilmiş və dərc olunmuşdur ki, bunlara: “ucqar dağ kəndlərində flüoroqrafiya müayinə metodunun təşkili”; “vərəm xəstəliyinə aid hesabatın tətbiqi”; “vərəm residivlərinin ardıcıl riyazi proqnozlaşdırma metodu ilə erkən aşkarı”; “vərəm xəstəliyinin epidemiologiyasını xarakterizə edən əsas göstəricilər və onların təyin metodları”; “vərəm xəstəliyinin erkən aşkarında bakterioloji müayinə metodunun təşkili”; tuberkulin diaqnostikasının təşkili və interpritasiyası; bakterioloji müayinənin təşkili; fərdi tuberkulin diaqnostikasının təşkili və interpritasiyası; “vərəm mənşəlli meninqoensefalit və mielitlərin müasir diaq¬nostikası”, “Vərəm əleyhinə dərmanlar və onların əlavə təsirlərinin aradan qaldırılması yolları” və s. aiddir. Ftiziatrlar, ftiziopediatrlar, həkim rent¬ge¬no¬loqlar və gigiyena-epidemiologiya mərkəzinin əməkdaşları üçün mühüm elmi-praktiki əhəmiyyətə malik olan dərc edilmiş üç monoqrafiya, bir dərs və¬saiti və bir dərsliyin müəllifidir ki, bunlara:
- “müasir şəraitdə ağ ciyərin destruktiv vərəminin erkən diaqnostikasının və profilaktikasının istiqamətləri” (monoqrafiya);
- “vərəmin erkən və gecikmiş residivləri” (monoqrafiya);
- “vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda və¬rəm əleyhinə tədbirlərin intensiv şəkildə aparma metodları” (monoqrafiya);br>
- “vərəmli xəstələrin erkən aşkarı, müalicəsi və müşahidəsi” (dərs vəsaiti);
- “Vərəm xəsətəlikləri’’ dərsliyi aiddir. Dərs vəsaiti və dərslik Azərbaycan Təhsil Nazirliyinin icazəsi ilə dərc edilmiş və bu dərslik Tibb Universitetinin tələbələri və Həkimləri Təkmilləşdirmə İnstitutunun dinləyiciləri tərəfindən istifadə olunur.
Praktik ftiziatriya üçün “Vərəm xəstəliyinin aşkarlanması”, “Vərəm xəstəliyinin kimyəvi terapiyası”, “Vərəm xəstəliyinin cərrahi müalicəsi”, “Vərəm xəstəliyinin profilaktikası”, “Ağ ciyərdən kənar üzvlərin vərəminin diaqnostikası və müalicəsi” və s. kliniki protokollar mənim rəyindən sonra Azərbaycan Səhiyyə Nazirliyinin elmi tibbi şurası tərəfindən təsdiq edilmiş və kollegiyanın qərarı ilə dərc edilmişdir. Azərbaycan Tibb Universitetinin tələbələri üçün dərc edilmiş bir sıra dərslik və dərs vəsaitlərinə rəyçi olmuşdur ki, bunlara F.M.İsmayılov və N.Ə.Abbasovun “Vərəm” dərsliyi, F.Ş.Quliyevin “Sümük oynaq sisteminin vərəmi” dərsliyi, F.M.İsmayılov və N.Ə.Abbasovun “Vərəm xəstəliyinə dair suallar” dərsliyi, F.Ş.Quliyevin “Ftiziatriya” dərsliyi, N.Ə.Abbasov, R.İ.Bayramov, C.M.İsmayılzadə və başqalarının hazırladıqları “Ftiziatriyadan Testlər” dərs vəsaiti, E.N.Məmmədbəyov, V.Q.Verdiyev, N.R.İbrahimov tərəfindən yazılmış “Vərəm spondiliti” monoqrafiyası, E.N.Məmmədbəyov və s. aiddir.
Elmi-pedoqoji fəaliyyətə 1972-ci ildə Heyran xanım adına Naxçıvan tibb məktəbində başlamış, Azərbaycan Səhiyyə Nazirliyinin Elmi –Tədqiqat Ağ ciyər Xəstəlikləri İnstitutunda elmi-təşkilat şöbəsinin müdiri, Azərbaycan Təfəkkür Universitetində tibb fakultəsinin professoru kimi elmi-pedoqoji fəaliyyətini davam etdirmişdir. Tibb üzrə fəlsəfə doktoru və elmlər doktoru alimlik dərəcəsi alan 20-dən çox alimin rəsmi opponenti olmuşdur. Onun rəhbərliyi altında bir neçə tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alanlar var və bu gün də bu fəaliyyətini davam etdirir. Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun “Ftiziatriya” kafedrasının müəllimi olmaqla yanaşı Azərbaycan prezidenti yanında AAK-nın tibb üzrə ekspert şurasının üzvü kimi fəaliyyət göstərir.
O, ictimai fəaliyyətinə Azərbaycanın baş ftiziatrı, Mərkəzi Həkim Məsləhət Komissiyasının sədri, ftiziatriya ixtisası üzrə sertifikasiya komissiyasının sədri, respublika üzrə spesifik dərmanlara davamlı xəstələrin müalicəsinə nəzarət komissiyasının sədri və s vəzifələr daxildir. İşlədiyi müddətdə respublikada, o cümlədən Bakı şəhərində vərəmin epidemik stabilliyi istiqamətində gördüyü işlərə və qüsursuz fəaliyyətinə görə dəfələrlə Azərbaycan, Naxçıvan Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif olunmuşdur. Azərbaycan Respublika prezidentinin fərmanı ilə Azərbaycanın “Əməkdar həkim”-i adına laiq görülmüşdür.
Kafedranın ünvanı
1 saylı Vərəm əleyhinə Dispanser, tel.: 431-00-51
İnfeksion xəstəliklər və kliniki mikrobiologiya kafedrası
Kafedra haqqında

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Yoluxucu xəstəliklər kafedrası 1945-ci ildə yaradılmışdır.
Təşkil olunandan indiyənədək kafedra 3 saylı ŞKX-nın nəzdində fəaliyyət göstərir. Kafedranın ilk müdiri Azərbaycanın əməkdar elm xadimi, t.e.d., prof. Ş.S.Xalfen olmuşdur. O zaman kafedrada t.e.n., dos. E.A.Ştivel, assistentlər H.D.Mehdiyev, A.T.Qulibekova çalışmış və elmin inkişafı ilə yanaşı, tədrisin keyfiyyətinin artırılması üçün səy göstərmişlər.
İlk addımlardan kafedra həkimlərin ixtisasının artırılması ilə yanaşı, elmi tədqiqatlarla da məşğul olub.
Kafedranın ilk aspirantı (1946-1949-cu il) M.M.Quliyev olub. Sonrakı illərdə aspirantlar M.Ə.Quliyev (1956-1959-cu illər), N.B.Tağıyeva (1957-1960), Vinoqradova-Rəhmanova A.H. (1961-1964), Məmmədova-Mirişli N.M. (1962-1965), Əsildarova A.İ. (1964-1967), Vəliyev Ə.H. (1968-1971), Səmədova-Hüseynova N.H. (1969-1972), Fərzəliyev F.Ə. (1986-1989), Məcidova E.Q. (1985-1988), Süleymanov V.Q. (1987-1990), həmçinin klinik ordinatorlar Simberova R.M., Babayeva-Abdullayeva O.Ə., İbrahimov Ə.Ə. olmuşdur.
Ənənəvi olaraq kafedranın ilk elmi istiqaməti kəskin və xroniki bağırsaq patologiyası, daha sonralar isə virus hepatitləri olmuşdur. Kafedrada indiyənədək 13 dissertasiya işi yerinə yetirilib və müvəffəqiyyətlə müdafiə olunub. Kafedrada aparılmış elmi-tədqiqatların çoxu praktiki əhəmiyyətli olub, belə ki, Azərbaycanda birinci olaraq 1946-cı ildə Quliyev M.M. tərəfindən o vaxtlar üçün geniş yayılmış və yüksək insan təlafatına səbəb olan qarın yatalağının müalicəsində sintomisin preparatı tətbiq olunub və bununla xəstəliyin tam sağalmasına və fəsadların profilaktikasına nail olunmuşdur. Sonrakı illərdə Quliyev M.M. qarın yatalağına tutulmuş xəstələrdə immunoloji dəyişiklikləri öyrənmiş və onların korreksiyasını təklif və tətbiq etmişdir.
1961-64-cü illərdə Vinoqradova A.H. uşaqlarda və böyüklərdə virus hepatitlərinin silinmiş və sarılıqsız formalarını öyrənmış və onların aşkarı metodunu işləyib hazırlamışdır. Hazırki dövrdə qaraciyərspesfik fermentlərin qan zərdabında təyini virus hepatitlərinin bütün formalarının ilkin diaqnostikasında öz əhəmiyyətini itirməyib. O, həmçinin fulminant virus hepatitlərinin bəzi aktual aspektlərini öyrənib və onun tövsiyyə etdiyi müalicə üsulları indiyə kimi tətbiq olunur.
1962-ci ildə Azərbaycanda ilk dəfə Mirişli N.M. tərəfindən kəskin və xroniki kolitlət zamanı bağırsaq mikroflorası öyrənilib və onun korreksiyası metodu tətbiq olunub, bu üsullar indi də öz aktuallığını itirməyib. Sonrakı illərdə Mirişli N.M. xroniki B virus hepatitinin Bakı şəhərinin iri sənaye müəssisələrində yayılması yollarını öyrənib və infeksiyanın profilaktikasının kompleks tədbirlər sistemini hazırlayaraq tətbiq edib.
1964-cü ildə kafedrada aspirant Əsildarova Ə.İ. tərəfindən aparılmış tədqiqatlarda şigellyoz bakteriya gəzdiricilərinin dərin müayinəsi sübut etmişdir ki, bu xəstələrin hamısı xroniki xəstələrdir, onlar müalicə olunmalıdır. Dekretləşmiş qruplara daxil olanlar isə işdən kənarlaşdırılmalıdırlar.
İlk illərdə kafedrada eyni vaxtda təkmilləşdirmə kurslarında təhsil alan həkimlərin sayı 7-10 nəfər olub, hazırda 12-15 nəfərdir. Son illərdə kafedrada yoluxucu xəstəliklər ixtisası üzrə ümumi təkmilləşmə, bağirsaq infeksiyaları və invaziyaları, müxtəlif aktual infeksiyalara, o cümlədən malyariya, virus hepatitləri, Qazanılmış immunçatmamazlıq sindromuna həsr olunmuş 1 aylıq tematik təkmilləşmə kursları keçirilir və bu kurslara infeksionistlərlə yanaşı, sahə və ailə həkimləri də cəlb olunurlar. Bu kurslarda həkim müdavimlər tibb elminin son nailiyyətləri haqqında məlumatlandırılır. Müdavimlər həftə ərzində professorun və dosentin keçirdiyi baxışlarda iştirak edir, sonra mürəkkəb, ağır xəstələri birgə təhlil edirlər, həmçinin həm yoluxucu, həm də digər şöbələrdə keçirilən konsultasiya və konsiliumlarda iştirak edirlər. Onların aktiv iştirakı ilə mütəmadi olaraq aktual mövzulara dair konfrans və seminarlar keçirilir. Kursların sonunda müdavimlərin nəzəri bilikləri və praktik vərdişləri obyektiv qiymətləndirilir.
Prof. Xalfen Ş.S. 1968-ci ilədək kafedraya rəhbərlik etmişdir. Bağırsaq infeksiyalarının dərindən öyrənilməsində onun böyük əməyi vardır. Onun tərəfindən 2 monoqrafiya, infeksion və parazitar xəstəliklərə həsr olunmuş bölmə, metodik tövsiyələr, 100-ə qədər elmi məqalə nəşr olunmuşdur. Onun üç aspirantı Quliyev M.M., Rəhmanova A.H., Mirişli N.M. sonrakı illərdə doktorluq dissertasiyalarını müdafiə etmiş və professor adına layiq görülmüşlər. 1968-75-ci illərdə kafedraya Quliyev M.M. rəhbərlik edib. O, kafedranın ənənələrinə sadiq olaraq elmi tədqiqat işlərini davam etdirib. Onun rəhbərliyi ilə Hüseynova N.H. namizədlik dissertasiyasını müdafiə edib. Sonralar isə t.e.d. və professor adına layiq görülüb. Həmçinin bu dövrdə bir doktorluq (Quliyev M.M.) və iki namizədlik dissertasiyaları (Əsildarova A.İ., 1969, Vəliyev Ə.N., 1973) müdafiə olunub.
1975-ci ildən 2011-ci ilədək kafedraya respublikanın əməkdar həkimi, t.e.d., prof. Mirişli Nisəxanım Məmməd qızı rəhbərlik etmişdir. O, 1990-cı ildə Sankt-Peterburq şəhərində "B virus hepatiti iri sənaye şəhərində" mövzuda doktorluq dissertasiyasını müdafiə etmişdir. Bu müddətdə kafedrada 6 namizədlik dissertasiyası müdafiə olunub (Fərzəliyev F.Ə.-1987, Məcidova E.Q.- 1988, Süleymanov V.Q.-1990, Məhərrəmov A.A.-1996, Eyvazov T.H.-1997, Əhmədova L.-1998). Prof. Mirişli N.M. tərəfindən 12 metodik vəsait, metodik tövsiyələr, 100-dən çox elmi məqalə nəşr olunub. Kafedra əməkdaşları mütəmadi olaraq respublikanın müxtəlif regionlarında aktual yoluxucu xəstəliklərə həsr olunmuş səyyar kurslar təşkil edir və əhaliyə eyni zamanda konsultativ yardım göstərirlər. Kafedra əməkdaşları bir sıra xarıcı ölkələrdə və respublikamızda keçirilmiş konfranslarda iştirak edərək məruzələrlə çıxış etmişlər. Bunlardan Avrasiya qastroenteroloqlarının 1-ci konqresini (Bakı, 1997), Avropa Qaraciyər Tədqiqi Assosiasiyasının müxtəlif toplantıları (Vyana 2010, Berlin 2012, Amsterdam 2013, sankt-Peterburq 2013) və b. göstərmək olar.
Kafedra uzun illər Sankt-Peterburq Diplomdansonrakı Təhsil Akademiyasının Yoluxucu xəstəliklər kafedrası ilə sıx əlaqə saxlamışdır. Kafedranın keçmış əməkdaşı A.H. Rəhmanova uzun illər həmin kafedranın müdiri olmuş və hal-hazırda Sankt-Peterburq şəhərinin baş infeksionistidir. Digər əməkdaşımız t.e.d. N.H. Hüseynova Azərbaycan Tibb Universitetinin uşaq yoluxucu xəstəliklər kafedrasının professoru və müdiri, t.e.n. Ə.Ə. Vəliyev isə yoluxucu xəstəliklər kafedrasının dosenti, kafedranın klinik ordinatoru olmuş O.S. Abdullayeva isə assistenti vəzifəsində çalışır.
Son illər kafedrada virus hepatitlərinin öyrənilməsinə daha çox diqqət yetirilir. Kafedranın dissertantı olmuş Eyvazov Təyyar Haşım oğlu 1989-cu ildən kafedrada çalışır, 2000-ci ildən kafedra dosenti vəzifəsinə irəli sürülüb.Onun namizədlik dissertasiyasının mövzusu «HbsAg pozitiv müxtəlif əhali qruplarında xroniki B və D virus hepatitlərinin klinik, biokimyəvi və immunoloji xüsusiyyətləri»-dir.Bu elmi-tədqiqat işində dos. Eyvazov T.H. xroniki B və D virus hepatitlərinin müxtəlif aktivlikli formalarının xüsusiyyətlərini öyrənmış və onların erkən aşkarı metodlarını hazırlayaraq praktikaya tətbiq etməsi nəticəsində xəstəliyin proqnozunu xeyli yaxşılaşdırmışdır. O, 50-a yaxın elmi nəşrin müəllifidir, onlardan 5-i metodik tövsiyədir. T.ü.f.d. T.H.Eyvazov 2011-ci ildən indiyənədək kafedraya rəhbərlik edir.
Kafedra assistenti Paşabəyli Sevinc Elmiyə virus hepatitlərinin müalicəsində interferonların tətbiqinə həsr olunmuş namizədlik dissertasiyası üzərində çalışır.
1994-cü ildən Bağırova Leyla Şərif qızı kafedrada assistent vəzifəsində çalışır. Onun namizədlik dissertasiyasının mövzusu «Kəskin bakterial meningitlərin etioloji diaqnostikası» adlanır. O, 30-dək elmi işin müəllifidir.
2010-cu ildən isə Nəcəfova Aytən Məsim qızı assistent vəzifəsinə qəbul edilib. Hal-hazırda o, "ARVİ-terapiya alan HİV-infeksiyalı xəstələrdə B və C virus hepatitlərinin kliniko-biokimyəvi və immunoloji xüsusiyyətləri" mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını yerinə yetirir. Elə həmin ildən eyni vəzifədə Şeydayeva Sevinc Rafik qızı çalışır və kafedranın elmi-tədqiqat işlərində yaxından iştirak edir.
Kafedranın elmi istiqaməti
Kafedranın elmi istiqaməti Parenteral yoluxma mexanizmli virus hepatitləridir. Kafedranın bütün əməkdaşları bu istiqamətdə çalışırlar. Yerinə yetirilən son mövzu ARVİ-terapiya alan HİV-infeksiyalı xəstələrdə B və C virus hepatitlərinin xüsusiyyətlərini öyrənilməsidir.
Kafedranın müalicə fəaliyyəti
Kafedra 3 saylı şəhər kliniki xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin nəzdində fəaliyyət göstərir. Şöbə 30 çarpayıdan ibarət olub virus hepatitli və kəskin bağırsaq infeksiyalı xəstələr üçün nəzərdə tutulmuşdur. Bundan başqa kafedra əməkdaşları xəstəxananın bütün şöbələrində həmçinin 1,5,7 saylı uşaq yoluxucu xəstəxanalarında konsultativ kömək göstərirlər.
Kafedranın əməkdaşları

1989-cu ildən t.ü.f.d., dosent Eyvazov Təyyar Haşım oğlu kafedrada işləyir. Hal-hazırda virus hepatitlərinə dair elmi tədqiqatlarını davam etdirir. 1997-ci ildə "HbsAq pozitiv əhali qruplarında müxtəlif aktivlikli xroniki B və D virus hepatitlərinin klinik, biokimyəvi və immunioloji xüsusiyyətləri" mövzusunda tibb üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir. O, 2000-ci ildən 2011-ci ilədək kafedra dosenti vəzifəsində çalışmışdır. 50-yə yaxın elmi işlərin müəllifi, 45 elmi məqalə, 5 metodik vəsaitdir. 2011-ci ildən kafedraya rəhbərlik edir.

1994-cü ildən Bağırova Leyla Şərif qızı kafedrada assistent vəzifəsində çalışır. Onun namizədlik dissertasiyasının mövzusu «Kəskin bakterial meningitlərin etioloji diaqnostikası» adlanır. O, 30-dək elmi işin müəllifidir.

2010-cu ildən assistent Nəcəfova Aytən Məsim qızı kafedra assistenti vəzifəsinə qəbul edilib. Hal-hazırda o," ARVİ-terapiya alan HİV-infeksiyalı xəstələrdə B və C virus hepatitlərinin klinik-biokimyəvi və immunoloji xüsusiyyətləri" mövzulu fəlsəfə doktorluğu dissertasiyası üzərində çalışır.

Assistent Şeydayeva Sevinc Rafiq qızı, 1967-ci il Bakı şəhərində anadan olub. 1984-ci ildə 91 № li orta məktəbi bitirib. 1984-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olub. 1991-ci ildə bitirib. 1997-ci ildən 2010-cu ilə kimi Bakı Qarnizon Hərbi qospitalında həkim infeksionist vəzifəsində çalışıb. 2010-ci ilin oktyabr ayından Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun yoluxucu xəstəliklər kafedrasında assistent vəzifəsində çalışır.
Kafedranın ünvanı
Bakı şəhəri, Sabunçu qəs., 3 saylı klinik xəstəxanası
Tel.: (+012 994) 450-18-88
Avtoreferatlar
Eyvazov Təyyar Haşım oğlu
HBs Ag pozitiv əhali qruplarında hepatit B və D virus infeksiyalarının müxtəlif aktivlikli xronik formalarının klinik, biokimyəvi və immunoloji xüsusiyyətləri. 14.00.05 - daxili xəstəliklər, 14.00.10 - infeksion xəstəliklər. Tibb elmləri namizədi alimlik dərəcəsini almaq üçün təqdim edilən dissertasiya. Bakı - 1997.
Məhkəmə tibbi-ekspertiza və patologiya kafedrası
Kafedra haqqında
Respublikamızın məhkəmə-tibb ekspertləri və patoloq anatomlarının diplomdan sonrakı təhsilləri əvəllər Moskva, Kiyev, Xarkov şəhərlərində və Baltikyanı ölkələrdə keçirilirdi. Bununla əlaqədar elmi, təhsil və tədris proqram və sənədlərin, həmçinin praktik fəaliyyətə aid elmi-metodoloji və digər normativ sənədlərin işlənib hazırlanması Moskva şəhərində Ümumittifaq həkimləri Təkmilləşdirmə İnstitutunun müvafiq kafedralarında – məhkəmə təbabəti və patoloji anatomiya kafedralarında həyata keçirilirdi. Keçmiş sovetlər ittifaqı dağıldıqdan sonra isə bir neçə il respublikanın məhkəmə-tibb ekspertləri və patoloqanatomları ixtisaslaşma və təkmilləşmə kurslarını keçə bilmirdilər. Yaranmış bu vəziyyətdən çıxış yolu kimi 1994-cü ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun (AzDHTİ) Klinik-laborator diaqnostika kafedrasının nəzdində müvəqqəti olaraq "Məhkəmə təbabəti və patoloji anatomiya" kursu yaradıldı. 5 il müddətində fəaliyyət göstərən bu kursa əvəzçilik üzrə tibb elmləri namizədi, Səhiyyə Nazirliyi "Məhkəmə-tibb ekspertizası və Patoloji anatomiya" Birliyinin Baş direktorunun müavini Musayev Şakir Məzlum oğlu rəhbərlik edirdi. Yarandığı gündən bu kurs öz gücü və məhz səlahiyyətləri daxilində çalışmış, hər təqvim ilində ya məhkəmə təbabəti, ya da patoloji anatomiya ixtisasları üzrə ən azı bir kurs təşkil edə bilmişdir. Mövcüd olduğu bu müddət ərzində respublikanın onlarla məhkəmə-tibb eksperti və patoloqanatomu bu kursdan keçmişdir. Kursun əməkdaşları tərəfindən çoxlu sayda elmi əsərlər yazılıb çap edilmişdir. Lakin təbabət elminin və praktik səhiyyənin 2 böyük sahəsi olan məhkəmə təbabətinin və patoloji anatomiyanın diplomdansonrakı təhsillərinin başqa profilli bir kafedranın nəzdində, özü də sadəcə bir kurs şəklində fəaliyyəti, təbii ki, çox davam edə bilməzdi. Ona görə də 1998-ci ildə "Məhkəmə təbabəti və patoloji anatomiya, hüququn əsasları kursu ilə" kafedrası yaradıldı. Kafedranın ilk müdiri vəzifəsinə ictimai əsaslarla tibb elmləri doktoru, Səhiyyə Nazirliyi "Məhkəmə-tibb ekspertizası və patoloji anatomiya" ETT Birliyinin Baş direktoru, Səhiyyə Nazirliyi Baş məhkəmə-tibb eksperti Ş.M.Musayev seçilmişdi. Kafedranın maddi-texniki və tədris bazasını bu kafedranın, hətta kursun yarandığı vaxtdan etibarən Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" ETT Birliyinin bütün şöbə və bölmələri, meyitxana, ambulatoriya və laboratoriyaları təşkil edir. Birliyin şöbələrində kafedranın əməkdaşları və müdavimlərinə nəzəri və praktik dərslər üçün hər bir şərait yaradılmışdır. Əksər hallarda dərslər, xüsusi ilə də mühazirə və seminarlar Birliyin Patoloji Anatomiya Bürosunda, büronun mühazirə zalında keçirilir. Kafedrada Birliyin müxtəlif şəhər, rayon və laborator şöbələrinin, Müdafiə Nazirliyi "Mərkəzi Məhkəmə-tibbi ekspertiza laboratoriyası"nın, eləcə də Azərbaycan Tibb Universitetinin patoloji anatomiya və məhkəmə təbabəti kafedralarının əməkdaşları vaxtaşırı ümumi təkmilləşmə və tematik təkmilləşmə kursları keçirlər. Yarandığı vaxtdan bu günə qədər kafedrada yüzlərlə müdavim ixtisaslaşma, ümumi təkmilləşmə, tematik təkmilləşmə və s. kurslar keçmişlər. Bu kurslarda məhkəmə-tibb ekspertləri və patoloqanatomlar nəzəri və praktik məhkəmə təbabəti və patoloji anatomiya elmlərinin müasir tələblərinə cavab verə biləcək səviyyədə öz biliklərini təkmilləşdirməyə nail olmuşlar. Həkimlər diplomdansonrakı təhsil kurslarında məhkəmə təbabəti ixtisası üzrə 11, patoloji anatomiya ixtisası üzrə isə 8 kursda 1, 1,5, 2, 3, 4 və 5 aylıq tsikillərlə öz ixtisaslarını artırmışlar. Bu illər ərzində kafedrada məhkəmə təbabəti və patoloji anatomiya ixtisasları üzrə hər il mütəmadi olaraq diplomdansonrakı çoxsaylı ixtisaslaşma, ümumi təkmilləşmə və tematik təkmilləşmə kurslarının keçirilmələri ilə yanaşı, böyük intensivlikdə elmi fəaliyyət də göstərmiş, çoxşaxəli elmi-tədqiqat işləri həyata keçirilmişdir. Proqramlaşdırılmış və icrasına başlanılmış elmi-tədqiqat işlərinin əsas məqsədi şəxsiyyətin məhkəmə-tibbi identifikasiyası sahəsində indiyə qədər istifadə olunan diaqnostik (xüsusi ilə osteoloji) parametrlərin elmin və texnikanın son nailiyyətlərindən istifadə etməklə istifadə etməklə daha müasir üsullarla təyini, yeni diaqnostik kriteriyaların işlənib hazırlanması və daha da təkmilləşdirilməsi, sümük qalıqlarına əsasən yaşın, cinsin, irqi və müəyyən coğrafi mənsubiyyətliklərin təyinidir. Mövzu üzrə kafedrada artıq 1 doktorluq disseratasiyası işlənib başa çatdırılmış və müvəffəqiyyətlə müdafiə olunmuşdur. (Ş.M.Musayev: "Qafqaz əhalisinin məhkəmə-tibbi identefikasiyasında kraniometrik tədqiqatların imkanları"). Kafedrada aparılan elmi tədqiqatların nəticəsi olaraq aspirant İbrahimov A.Ş. tərəfindən bu ümumi elmi istiqamətə müvafiq olaraq "İnsan kəlləsinin kraniometrik ölçülərinə görə insanın bədəninin uzunluğunun təyininin imkanları və onun məhkəmə-tibbi əhəmiyyəti" mövzusunda, aspirant Hüseynov V.K. tərəfindən isə "Dişlərin sürtünmə dərəcəsinə görə, eləcə də sifətin xarici görünüş əlamətləri toplusuna əsasən yaşın təyini" mövzusunda disseratasiya işləri müdafiə edilmişdir. Tədqiqatçı Mahmudov E.Y. tərəfindən isə "Defektləri olan kəllələrdə çatışmayan ölçülərin riyazi üsullarla müəyyən edilməsi" mövzusunda elmi tədqiqat işləri aparılır. Kafedranın professor-müəllim heyəti 5 nəfərdən ibarətdir. Kafedranın əməkdaşları tərəfindən indiyə qədər çoxlu sayda dərslik və monoqrafiyalar, metodik tövsiyələr və digər tədris vasitələri, elmi məqalələr çap olunmuşdur. Ş.M.Musayevin 1999-cu ildə "Məhkəmə təbabəti" dərsliyinin birinci nəşri, 2001-ci ildə isə bu dərsliyin ikinci nəşri çap olunmuşdur. Bundan başqa kafedranın əməkdaşları tərəfindən 12 monoqrafiya (hamısı prof. Ş.Musayevin müəllifliyi ilə): V.Y.Berinq. "Судебно-медицинское построение портрета", "Современная диагностика возраста и пола по черепу", "Судебно-медицинская краниологическая диагностика основных антропологических типов" və başqaları, 30 metodik vəsait, 100-dən çox elmi məqalə və tezislər çap olunmuşdur. Kafedranın professor-müəllim heyəti tərəfindən 2001-ci ildə həm məhkəmə təbabəti, həm də patoloji anatomiya ixtisasları üzrə həkimlərin diplomdansonrakı təhsil proqramları (ixtisaslaşma, ümumi təkmilləşmə və tematik təkmilləşmə kursları) işlənib hazırlanmış, institutun Elmi Şurasında və Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasında təsdiq edilmişdir. Ölkədə məhkəmə-tibbi və patoloji anatomiya xidmətlərinin iş fəaliyyətlərini nizamlayan əsasnamələr, qaydalar, təlimatlar və ümumilikdə digər 18 adda normativ sənədlərin hazırlanmasında, onların hüquq-mühafizə orqanları tərəfindən razılaşdırılmasında kafedranın əməkdaşlarının xüsusi əməkləri olmuşdur. Kafedrada institutun başqa kafedra və laboratoriyaları ilə yanaşı, respublikanın digər elmi-tədqiqat institutları, idarə və təşkilatları, müvafiq qurumları ilə də elmi-təcrübi əlaqələrin təməli qoyulmuş, bu əlaqələr fasiləsiz olaraq daha da inkişaf etdirilmişdir. O cümlədən də yaxın və uzaq xarici ölkələrin uyğun profilli təşkilat və qurumları, assosiasiya və cəmiyyətləri ilə sıx elmi, praktik və metodoloji təcrübi mübadilələr formasında qarşılıqlı işlər həyata keçirilir. Kafedra əməkdaşları tərəfindən həyata keçirilmiş elmi-tədqiqat işlərinin nəticələri Azərbaycanda və dünyanın müxtəlif ölkələrində keçirilən konfrans və elmi cəmiyyətlərdə məruzə edilmiş, məqalə ya tezislər şəklində bu konfransların elmi əsərlər toplularında çap olunmuşlar. Kafedranın müdiri, professor Ş.M.Musayev 1999-cu ildə II Nikolayın və onun ailə üzvlərinin sümük qalıqlarının məhkəmə-tibbi müayinəsi məqsədilə Rusiya Federasiyasının hökuməti tərəfindən təşkil edilmiş Beynəlxalq Komissiyanın tərkibində iştirak etmişdir. Kafedra əməkdaşlarının elmi məqalələri ABŞ, Türkiyə, Böyük Britaniya, Finlandiya, Slovakiya, Rusiya, İran və s. yaxın və uzaq xarici ölkələrin elmi jurnal və məcmuələrində çap olunmuşdur.
Kafedra respublikanın bütün məhkəmə-tibb ekspertləri və patoloqanatomları üçün nəzəri və praktik təkmilləşmə məktəbi olmaqla yanaşı, eyni zamanda metodoloji mərkəz və məhsuldar elm ocağıdır.

Kafedranın müdiri, tibb elmləri doktoru, professor Ş.M.Musayev kafedraya müdir seçilməmişdən əvvəl 1994–1998-ci illərdə "Məhkəmə təbabəti və patoloji anatomiya" kursunun rəhbəri olmuşdur. 1998-ci ildən hal-hazıra qədər isə institutun "Məhkəmə təbabəti və patoloji anatomiya, hüququn əsasları kursu ilə" kafedrasına rəhbərlik edir.

Kafedranın əvəzçilik üzrə assistenti, t.e.d., dosent V.K.Hüseynov Səhiyyə Nazirliyi "Məhkəmə-tibb ekspertizası və Patoloji anatomiya" ETT Birliyinin məhkəmə-tibb eksperti vəzifəsində çalışır. C.Yusifov və G.Budaqova kafedranın rezidentləridir.
Kafedranın elmi istiqaməti
Kafedrada elmi tədqiqat işləri və tədris proseslərində Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya" ETT Birliyinin bazasından, avadanlıq və inventarlarından, reaktiv və dərman preparatlarından istifadə edilir. Kafedranın əməkdaşları və müdavimləri Birliyin bütün şöbə və laboratoriyalarında həyata keçirilən meyit müayinələrində, ekspertiza və tədqiqatlarda, biopsiya və digər mikroskopik müayinələrdə nəinki iştirak edir, həm də özləri bu ekspertiza və müayinələri sərbəst şəkildə icra edirlər. Kafedranın ümumi elmi istiqaməti olan "Şəxsiyyətin məhkəmə-tibbi identifikasiyası" və digər mövzular üzrə kafedra əməkdaşları tərəfindən geniş sperktrlərə malik elmi-tədqiqat işləri həyata keçirilir.
Kafedranın əməkdaşları
Kafedranın ünvanı
Şərifzadə küç., 212, «MTE və PA» ETT Birliyinin Patoloji Anatomiya Bürosu,
tel.: 431-13-13, 495-21-25
Terapiya kafedrası
Kafedra üzrə modul saatları (1-8)
Kafedra haqqında
Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının bazaları akademik M.A.Mir-Qasımov adına Respublika Klinik Xəstəxana və “Metabolit” Klinikasıdır. Terapiya kafedrasının tədris bazası Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inzibati binasında 5-ci mərtəbədə yerləşir. Burada tədris otaqları, 90 və 30 nəfərlik mühazirə zalları yerləşir.
Tibb Universitetini bitirdikdən sonra 5-ildən artıq işləməyən həkimlər təcrübə keçmək üçün terapiya kafedrasına göndərilir. Onlar təcrübəli dosent və assistentlərin rəhbərliyi altında 2 aylıq daxili xəstəliklərin bütün bölmələrinin diaqnostika və müalicəsini öyrənirlər. Son 10 il ərzində kafedrada 4275-dən çox həkim yenidən hazırlanma kursu keçmişdir.
Terapiya kafedrası 1962-ci ildə yaradılmışdır. Kafedra yarandığı gündən akademik M.A. Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasının I və II terapiya şöbələrində yerləşdirilmişdir. Kafedranın ilk müdiri tibb elmləri doktoru, professor Teyyub Musa oğlu Əfəndiyev olmuşdur. 2000-ci ildə terapiya kafedrasının nəzdində allerqologiya və endokrinologiya şöbələri yaradılıb. Hazırda kafedra kardiorevmatoloji, allerqoloji və endokrinoloji şöbələrin bazasında yerləşir. Tədris prosesində praktiki məşğələlər Respublika Klinik Xəstəxanasının palatalarında və “Metabolit” Klinikasında, nəzəri kursun tədrisi isə institutda aparılır. Kafedra terapiya üzrə ixtisaslaşma və ümumi təkmilləşmə, kardiologiya, pulmonologiya, qastroenterologiya, endokrinologiya, allerqologiya, terapiyanın seçilmiş məsələləri və s. mövzular üzrə təkmilləşmə kursları keçirir. Kafedranın əməkdaşları respublikanın rayonlarında distant-səyyar və səyyar təkmilləşmə kursları keçirirlər. 1988-ci ilə qədər kafedraya həkim-dinləyicilər təkcə Azərbaycandan yox, SSRİ-nin başqa respublikalarından da göndərilirdi. 1988-ci ildən sonra kafedra Bakı şəhəri və respublikamızın başqa şəhər və rayonlarından həkim-dinləyiciləri qəbul edir. Son 10 ildə 13248 həkim-dinləyici kafedrada ixtisasını artırmışdır.
Kafedranın profili:
1. Ürək-damar sisteminin xəstəlikləri
2. Bronx-ağciyər sisteminin xəstəlikləri
3. Allergoloji xəstəliklər
4. Mədə-bağırsaq sisteminin xəstəlikləri
5. Revmatoloji xəstəlikləri
6. Böyrək xəstəlikləri
7. Qan yaradıcı sistemin xəstəlikləri
8. Endokrin sisteminin xəstəlikləri
9. Təxirəsalınmaz vəziyyətlər
1979-2011-ci illərdə kafedraya tibb elmləri doktoru, əməkdar elm xadimi, professor Nurəddin Bahadur oğlu Hümbətov rəhbərlik edib. 1984-cü ildə professor N.B. Hümbətovun təşəbbüsü ilə kardiorevmatoloji şöbədə intensiv terapiya bloku yaradılmışdır. «Səhiyyə əlaçısı» döş nişanına, əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Professor Hümbətov N.B. dəfələrlə Azərbaycan Republikası və Səhiyyə Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir. Professor N.B. Hümbətov, professor İ.İ. Mustafayev, dosentlər Z.Z. Paşabəyli, S.B. Camalov, F.Z. Qasımova, S.X. Mehdiyev, Z.Q. Əhmədova, S.S. İsmayılova A.N. Hümbətova, assistentlər R.N. Məmmədova, G.H. Hacıyeva və b. tibbi kadrların ixtisaslaşması və təkmilləşməsində, səmərəli elmi-tədqiqat işlərinin aparılmasında böyük xidmətləri olmuşdur. Aparılan elmi-tədqiqatların nəticəsində kafedrada bu günədək 48 namizədlik və 5 doktorluq dissertasiyası müdafiə edilmişdir.
2011-2018-ci illərdə tibb elmləri doktoru, professor İsax İsmayıl oğlu Mustafayev kafedra müdiri əvəzi vəzifəsini icra edib. Mustafayev İ.İ. 1982-ci ildə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Elmi Kardioloji Mərkəzinə aspiranturaya daxil olmuş, 1985-ci ildə müvəffəqiyyətlə «Влияние гипотензивных препаратов на липопротеиды крови» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək vətənə dönmüşdür. Həmin ildən Ə. Əliyev adına ADHTİ-nin Terapiya kafedrasının assistenti vəzifəsinə təyin edilmişdir. Apardığı elmi tədqiqatların əsas istiqaməti arterial hipertenziyaların uzun müddətli medikamentoz müalicəsinin effektivliyi və təhlükəsizliyi məsələlərinə həsr olunmuşdur. 1990-cı ildə Azərbaycan Lenin Komsomolu mükafatına layiq görülmüşdür. 2005-ci ildə «Гормональный гомеостаз организма при длительной антигипертензивной терапии у мужчин с гипертонической болезнью» mövzusu üzrə doktorluq dissertasiyası müdafiə etmiş, 2006-cı ildə Terapiya kafedrasının dosent vəzifəsinə keçmişdir. 2007-ci ildə professor adına layiq görülmüşdür. Professor İ.İ. Mustafayev böyük əksəriyyəti yaxın və uzaq xarici ölkələrin aparıcı elmi jurnallarında çap olunmuş 186 elmi işin, o cümlədən, 3 monoqrafiya, 3 metodik tövsiyə, 2 həkimlər üçün rəhbərliyin və 1 kliniki protokolun müəllifidir. Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri olub, Avropa Kardiologiya Cəmiyyətinin üzvüdür, ürək catışmazlığının müalicəsi ”Synglefay” ümümdünya tədqiqatının Azərbaycan üzrə milli koordinatorudur.
2019-ci ilin fevral ayından Terapiya kafedrasının müdir vəzifəsini tibb elmləri doktoru Valeh Ağasəfa oğlu Mirzəzadə icra edir. 2016-2018-ci illərdə Valeh Ağasəfa oğlu Mirzəzadə Ə.Əliyev adına Azərbaycan Dövlət HəkimləriTəkmilləşdirmə İnstitutunun "Terapiya” kafedrasında professor vəzifəsində çalışmışdır. V.A. Mirzəzadə 1981-ci ildə «Объективизация критериев оценки оральных тестов толерантности к глюкозе (ОТТГ)» mövzusunda namizədlik dissertasiyasını, 1991-ci ildə isə «Автономная диабетическая нейропатия (патогенез, клиника, диагностика, лечение)» doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.
1995-2003-cü illərdə Bakı Şəhər Diabetoloji Bərpa Mərkəzində müdir vəzifəsini icra etmişdir. 2003-2014-cü illər ərzində V.M. Endokrinologiya, Diabet və Metabolizm Mərkəzinin elmi rəhbəri kimi fəaliyyət göstərmişdir. 1995-ci ildən 2005-ci ilə qədər Sent Vinsent Bəyannaməsi Komitəsində Azərbaycan Respublikasının nümayəndəsi olmuşdur. 1995-ci ildən bu günə qədər Avropa Diabetin öyrənilməsi üzrə Assosiasiyasının üzvüdür.
1998-ci ildən Beynəlxalq Diabet Federasiyasının daimi üzvi seçilmişdir. 05.01.20015-15.04.2015-ci ildə “Astoriya Tibb Mərkəzi” MMC-nin elmi və tibbi məsələlər üzrə məsləhətçisi kimi çalışmışdır. Mirzəzadə V.A. 1994-cü ildən Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədri, 2019- cu ildən Azərbaycan Respublikası Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının sədri, 2000-ci ildən isə “Azərbaycan Metabolizm Jurnalı” nın baş redaktoru vəzivəsini icra edir.
V.A. Mirzəzadə yerli və xarici ölkələrin jurnal və məcmuələrində dərc edilmiş 282 elmi və tədris-metodik işin, 3 monoqrafiyaların, DESQ məktublarının və beynəlxalq diabetik pəncə üzrə konsensusun müəllifidir. V.A. Mirzəzadə müxtəlif ölkələrdə keçirilmiş beynəlxalq konqres və konfranslarda iştirak etmiş və məruzələrlə çıxış etmişdir.
2012-ci ildən Terapiya kafedrasına Fizioterapiya və tibbi bərpa kursu əlavə olunub. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Fizioterapiya kursları 1940-cı illərdə yaradılmışdır və ilk klinik bazası Kirov adına Elmi-Tədqiqat Fiziki Amillərlə Müalicə və Kurortologiya İnstitututunda yerləşmişdir. Fizioterapiya kurslarının rəhbəri uzun illər (1950 -1965) görkəmli alim, kurortoloq, respublikada ilk dəfə «Sağlamlıq zonası» yaradılmasının təşəbbüskarı və istedadlı pedaqoq professor Ş.M. Həsənov olmuşdur. Prof. Ş.M. Həsənov Azərbaycanın kurort sərvətlərinin öyrənilməsinə dair bir sıra əsərlərin müəllifi kimi tanınmışdır. Bundan başqa, onun iştirakı ilə mineral sərvətlərin rayonlaşmış sxemlərininin və müalicəvi resurslarının istifadəsi perspektivləri də işlənilmişdir. 60-cı illərdə (1965-1975) kafedra fizioterapiya, kurortologiya və funksional diaqnostika adlandırılmışdır. Kafedranın rəhbəri isə professor, görkəmli elm xadimi, tanınmış kurortoloq A.X.Quliyev olmuşdur. Bu illərdə kafedrada dosent Allahverdiyev, assistent T.İskəndərova çalışmışlar. 1978-ci ildən fizioterapiya kafedrası sinir xəstəlikləri kafedrası ilə birləşmiş və fizioterapiya kursu adı altında fəaliyyətini davam etdirmişdir. Kursa dosent Z.Bədəlova rəhbərlik etmişdir. Assistent vəzifəsində t.e.n. L.Dağıstanlı, R.İsmayılova çalışmışlar. Ümummilli liderimiz H.Əliyevin təşəbbüsü və sərəncamı ilə respublikada cavan elmi kadrların yetişdirilməsi üçün geniş imkanlar yaradılmışdır və bu məqsədlə Moskva və SSRİ - nin başqa şəhərlərinə cavan kadrlar ordinatura, aspirantura və doktoranturaya oxumağa göndərilmişlər. 1982 - ci ildə N.Y.Məmmədova Moskva şəhərinə SSRİ Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda fizioterapiya və kurortologiya ixtisası üzrə məqsədli aspiranturaya göndərilmiş və akademik V.M. Boqolyubovun rəhbərliyi altında «Hipotalamo - hipofizar zonaya UYT e.s. təsiri ilə revmatoid artritinin müalicəsi» mövzusu üzrə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Kafedrada həkim - fizioterapevtlərin təcrübi bacarıqlara yiyələnməsinə, peşə ixtisasının artırılmasına, müdavimlərin bilik səviyyəsinin mütəmadi test üsulu ilə yoxlanmasına, müasir fizioterapevtik aparatların və müxtəlif texniki tədris vəsaitlərinin daha geniş istifadəsinə böyük diqqət yetirilir. Həmçinin kafedranın fəaliyyəti tədris planlarının, tematik təkmilləşmə kursları proqramının, mühazirə, seminar və təcrübə məşğələlərinin metodik işləmələrinin tərtib olunmasına yönəldilmişdir. Təhsil proqramı ixtisaslaşma, ümumi təkmilləşmə, tematik təkmilləşmə və tematik informasiya kurslarından ibarətdir. Son 20 ildə 65 kurs üzrə 800 - dən çox həkim - müdavim ixtisaslaşma və təkmilləşmə kurslarından keçmişlər. 2005 - 2012-ci illərdə fizioterapiya kursu «Fizioterapiya və Tibbi bərpa» kafedrası adı altında sərbəst fəaliyyət göstərib. Fizioterapiya üzrə 3 nəfər ordinaturada oxumuş, 10 nəfər stajkeçmə, o cümlədən xarici ölkə mütəxəsisləri (Türkiyə, Rusiya) kurs keçmişlər, 6 namizədlik, 2 doktorluq dissertasiyası müdafiə olunmuşdur. 8 monoqrafiya, 160 yaxın elmi məqalə, 4 metodik tövsiyə və səmərələşdirici təkliflər işlənib hazırlanmış və çap olunmuşdur.
Kafedranın elmi istiqaməti
Prediabet və şəkərli diabetin skrininqinin, diaqnostikasının optimallaşdırılması, müalicəsi və komorbid vəziyyətlərlə əaqəsi
İşin rəhbəri: Terapiya kafedrasının müdiri t.e.d. V.A. Mirzəzadə
Məsul icraçılar: t.e.d., prof. İ.İ.Mustafayev, t.e.d., prof. N.A.Fərəcova
İcraçılar: dos. Sultanova S.S., İsmayılova N.R., Hüseynova N.N., baş lab. İmaməliyeva Ü.X., İsmayılova S.M., Əliyeva A.Z., Hüseynzadə N.H., Azadova Ə.F.
Son 10 il ərzində kafedrada dərsliklər, dərs vəsaitləri və monoqrafiyalar dərc olunmuşdur, o sıradan V.A. Mirzəzadə «Endokrin xəstəlikləri», «COVID-19 və komorbid xəstəliklər», «Diabetes mellitus type 2, prediabetes and chronic heart failure», İ.İ. Mustafayev «Kardiomiopatiyalar», «Hepatologiyanın əsasları», Z.Q. Əhmədova «Şəkərli diabet tip 2 və şəkərli diabetin bəzi spesifik tipləri», S.S. Sultanova «Podaqra».
Kafedranın müalicə fəaliyyəti
Kafedranın bazaları akademik M.A.Mir-Qasımov adına Respublika Klinik Xəstəxanası və “Metabolit” klinikasıdır. Kafedranın professor və dosentləri müntəzəm olaraq müxtəlif terapevtik profilli xəstələrə baxış keçirir, diaqnostika və müalicə məsələlərində həkimlərə yaxından kömək göstərirlər. Bu prosesdə kafedranın digər işçiləri, həkim-müdavimlər, rezidentlər də iştirak edirlər. Diaqnostikası çətin olan xəstəliklər araşdırılır, tez-tez kliniki təhlillər, konsiliumlar təşkil edilir. Eyni zamanda kafedrada tez-tez daxili xəstəliklərin müxtəlif sahələrinə dair elmi-praktiki konfranslar da keçirilir, diskussiyalar aparılır. “Metabolit” klinikasında kafedra əməkdaşları müasır instrumental avadanlıqlar ilə xəstələri müayinə edib, son tövsiyələrə əsasən müalicə təyin edirlər. Bu proseslərdə həkim-müdavimlər, peşə hazırlığı həkimləri və rezidentlər fəal iştirak edirlər.
Bundan başqa respublikanın müxtəlif tibb müəssisələrində Fizioterapiya və Tibbi Bərpa şöbələrində həkim - müdavimlərə xüsusi diaqnozlu xəstələrin müalicəsində istifadə olunan müasir Tibbi Bərpa və Fizioterapiya texnologiyaları nümayiş etdirilir. Bu müəssisələrdən Respublika Neyrocərrahiyyə Mərkəzi, Milli Onkoloji Mərkəz, Uşaq Bərpa Mərkəzi, Əlillərin Bərpa Mərkəzi, 5 saylı Uşaq poliklinikasının Müalicə - Bərpa şöbəsi və bir sıra başqa müəssisələri göstərmək olar.
Kafedra müdiri

2016-2018-ci illərdə Mirzəzadə Valeh Ağasəfa oğlu Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun "Terapiya” kafedrasında professor vəzifəsində çalışmışdır. 2019-ci ilin fevral ayından həmin kafedranın müdir vəzifəsini icra edir. Mirzəzadə V.A. 1981-ci ildə namizədlik dissertasiyasını, 1991-ci ildə isə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.
1995-2003-cü illərdə Bakı Şəhər Diabetoloji Bərpa Mərkəzində müdir vəzifəsini icra etmişdir. 2003-2014-cü illər ərzində V.M. Endokrinologiya, Diabet və Metabolizm Mərkəzinin elmi rəhbəri kimi fəaliyyət göstərmişdir. 1995-ci ildən 2005-ci ilə qədər Sent Vinsent Bəyannaməsi Komitəsində Azərbaycan Respublikasının nümayəndəsi olmuşdur. 1995-ci ildən bu günə qədər Avropa Diabetin öyrənilməsi üzrə Assosiasiyasının üzvüdür. 1998-ci ildən Beynəlxalq Diabet Federasiyasının daimi üzvi seçilmişdir. 05.01.20015-15.04.2015-ci ildə “Astoriya Tibb Mərkəzi” MMC-nin elmi və tibbi məsələlər üzrə məsləhətçisi kimi çalışmışdır. Mirzəzadə V.A. 1994-cü ildən bu günə qədər Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədri, 2000-ci ildən isə “Azərbaycan Metabolizm Jurnalı” nın baş redaktoru vəzivəsini icra edir.
Mirzəzadə V.A. kafedrada işlədiyi müddət ərzində yüksək dərəcədə təcrübəsi olan həkim, özünü bacarıqlı, elmi-praktik hazırlığa malik pedaqoq kimi göstərmiş, elmi kadrların yetişdirilməsində öz bacarığını əsirgəməmişdir. Apardığı elmi tədqiqatların əsas istiqaməti endokrinologiya ixtisası üzrə elmin son nailiyyətlərini əhatə edən məlumatlar əsasında mühazirələr, seminar dərslər və təcrübi məşğələlər aparır.
Mirzəzadə V.A. yerli və xarici ölkələrin jurnal və məcmuələrində dərc edilmiş 282 elmi və tədris-metodik işin, 3 monoqrafiyaların, DESQ məktublarının və beynəlxalq diabetik pəncə üzrə konsensusun müəllifidir. Mirzəzadə V.A. müxtəlif ölkələrdə keçirilmiş beynəlxalq konqres və konfranslarda iştirak etmiş və məruzələrlə çıxış etmişdir.
Kafedranın əməkdaşları

Tibb elmləri doktoru, professor Mustafayev İsax İsmayıl oğlu 1982-ci ildə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Elmi Kardioloji Mərkəzinə aspiranturaya daxil olmuş, 1985-ci ildə müvəffəqiyyətlə «Влияние гипотензивных препаратов на липопротеиды крови» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək vətənə dönmüşdür. Həmin ildən Ə. Əliyev adına ADHTİ-nin Terapiya kafedrasının assistenti vəzifəsinə təyin edilmişdir. Apardığı elmi tədqiqatların əsas istiqaməti arterial hipertenziyanın uzun müddətli medikamentoz müalicəsinin effektivliyi və təhlükəsizliyi məsələlərinə həsr olunmuşdur. 1990-cı ildə Azərbaycan Lenin Komsomolu mükafatına layiq görülmüşdür. 2005-ci ildə «Гормональный гомеостаз организма при длительной антигипертензивной терапии у мужчин с гипертонической болезнью» mövzusu üzrə doktorluq dissertasiyası müdafiə etmiş, 2006-cı ildə Terapiya kafedrasının dosent vəzifəsinə keçmiş, 2017-ci ildə professor elmi adına layiq görülmüşdür. 2011-2018-ci illərdə terapiya kafedrasının müdir əvəzi vəzifəsini içra etmişdir. Professor Mustafayev İ.İ. böyük əksəriyyəti yaxın və uzaq xarici ölkələrin aparıcı elmi jurnallarında çap olunmuş 186 elmi işin, o cümlədən 3 monoqrafiya, 3 metodik tövsiyə, 2 dərs vəsaiti və 1 klinik protokolun müəllifidir.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Fizioterapiya və Tibbi Bərpa kafedrası 2005-ci ildə yaradılmışdır və professor Nailə Yusifqızı Məmmədova həmin ildən kafedraya rəhbərlik edir. Uzun illər Fizioterapiya kafedrası ilə Rusiya Səhiyyə Nazirliyi Rusiya Tibbi Bərpa və Kurortologiya Elmi Mərkəzi və Rusiya Həkimlərin diplomdan sonrakı hazırlanması Akademiyasının fizioterapiya kafedrası arasında elmi əlaqələr daima inkişaf etmişdir. Bunun nəticəsi olaraq 2001-ci ildə N.Y.Məmmədova tərəfindən yazılmış “Современные принципы формирования сети физиотерапевтических подразделений в системе восстановительной медицины” adlı doktorluq dissertasiyasına Rusiya Səhiyyə Nazirliyinin Rusiya Tibbi Bərpa və Kurortologiya Elmi Mərkəzinin elmi şurasında baxılıb və təsdiq olunmuşdur. 2002-ci ildə N.Y.Məmmədova tərəfindən hazırlanan “Tibbi yardımın müəyyən sahələrə aid olan standartlar həcmi tərkibində fizioterapevtik qulluq növlərinin yerinin əsaslandırılması” adlı müalicə standartları təsdiq olunub və çap olunmuşdur. 2003-cü ildə N.Y. Məmmədova tərəfindən Moskva şəhərində Rusiya Elmi Tibbi Bərpa və Kurortologiya Mərkəzində “Azərbaycanda müalicə - profilaktika idarələrinin fizioterapevtik şöbələrinin formalaşdırılmasının elmi əsasları və fizioterapevtik yardımın təkmilləşdirilməsi yolları” adlı elmi-tətqiqat işi yazılmış və bu mövzu üzrə doktorluq dissertasiyası müdafiə olunmuşdur. Geniş yayılmış nozoloji diaqnozlu xəstəliklər üçün 109 yeni fizioterapevtik standartlar və hərəsinə 3 növ kompleks müalicə tətbiqi işlənib hazırlanmışdır. Professor N.Y.Məmmədovanın 2008-ci ildə “Методы совершенствования физиотерапии в системи восстановительной медицины” adlı monoqrafiyası çap olunmuşdur. Monoqrafiya həkim fizioterapevtlər, kurortoloqlar, balneoloqlar, reabilitoloqlar, müalicəvi bədən tərbiyyəsi həkimləri, tibbi idman həkimləri, səhiyyə təşkilatçıları və bir çox ixtisas həkimləri üçün nəzərdə tutulub. Bununla yanaşı, 90 yaxın elmi məqalələri, 4 metodik tövsiyələr, səmərələşdirici təkliflər dərc olunmuşdur. Professor N.Y. Məmmədova Azərbaycan Respublikasının müxtəlif mətbuat mənbələrində elmi məqalələri ilə çıxış edib, müxtəlif beynəlxalq forumlarda və konqreslərdə iştirak edib (Moskva, Antalya, Tunis və s).

T.e.d., professor Fərəcova Natəvan Alış qızı, 1985-1987-ci illərdə Ə. Əliyev adına ADHTİ-də Kardiologiya ixtisası üzrə klinik ordinatura keçmişdir. 1987-ci ildə Moskva şəhərində MHTİ-də Daxili xəstəliklər üzrə məqsədli aspiranturaya daxil olmuş və 1990-cı ildə «Состояние мукоцилиарной транспортной функции легких и центральной гемодинамики у курящих больных хроническим бронхитом» mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildə «Эффективность гало- и лазеротерапии в комплексном лечении хронических неспецифических заболеваний легких» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1990-cı ildən 1995-ci ilə qədər assistent kimi fəaliyyət göstərmişdir. 1995-ci ildən dosent, 2013-ci ildən isə professor vəzifəsində çalışır. 178 elmi işin, o cümlədən 10 dərs vəsaiti və metodik tövsiyələrin, həmçinin 10 səmərələşdirici təklifin müəllifidir.

T.e.d., dosent Əhmədova Ziba-Bəyim Qulam qızı 1985-ci ildə «Ранняя диагностика нарушений фосфорно-кальциевого обмена при сахарном диабете 2 типа» adlı namizədlik dissertasiyasını müdafiyə edib. 1987-ci ildə Ə.Əliyev adına ADHTİ-nin Terapiya kafedrasına assistent vəzifəsinə dəvət olunmuşdur. 1993-cü ildə dosent adına layiq görülmüşdür. Şəkərli diabetin öyrənilməsinə dair Avropa və Amerika Assosiasiyasıların (EASD, IDF, ADA) üzvüdür.
2017-ci ildə “Клиническое значение коррекции глюкозо- и липотоксичности в эффективном управлении сахарным диабетом 2 типа “mövzusunda doktorluq dissertasiyasını müdafiyə edib. 125 elmi işin, o cümlədən 6 dərs vəsaiti, 4 monoqrafiya, 1 metodik tövsiyə və 1 müəllif şəhadətnamənin müəllifidir.

T.e.d., dosent Mehdiyev Samir Xasay oğlu, 1992-1994-cü illərdə Ə. Əliyev adına ADHTİ-nin Terapiya kafedrasında kliniki ordinatura keçmişdir. 1994-cü ildən həmin kafedranın assistenti vəzifəsinə seçilmişdir. 2001-ci ildə «Hipertoniya xəstəliyi olan xəstələrdə heliometeoroloji faktorların mərkəzi, serebral hemodinamikaya təsiri və kardio-serebrovaskulyar fəsadların profilaktikası» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2023-cü ildə “Azərbaycanda şəkərli diabet tip 2 xəstələrdə mikro- və makroangiopatiyaların kliniki-epidemioloji xüsusiyyətləri” mövzusunda tibb üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 2006-cı ildən dosent vəzifəsində çalışır. 123 elmi işin müəllifi, o cümlədən 2 metodik tövsiyənin həmmüəllifidir.

T.ü.f.d., dosent Babayeva Gülüstan Həmid qızı, 1972-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1989-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinə Pediatriya fakultəsinə daxil olub, 1995-ci ildə oranı bitirib. 2011-ci ildə “Особенности состояния здоровья и образа жизни студентов из разных регионов страны» mövzusunda tibb üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2011-ci ildən Terapiya kafedrasının assistenti, 2012-2015-ci ildə Rusiya Diplomdan sonrakı Tibb Akademiyasında, 2017-ci ildə Seçenov akademiyasın “Qastroenterologiya” ixtisası üzrə ümümi təkmilləşmə kursu keçib, 2013-cü ildən dosent vəzifəsində çalışır. 141 elmi iş, 2 metodik tövsiyyələrin, 3 dərs vəsaitinin müəllifidir. Hal hazırda «Воспалительные заболевания кишечника: клинико-диагностические аспекты, критерии консервативной терапии и основы организации специализированной медицинской помощи» mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.

T.ü.f.d., dosent Sultanova Sədaqət Sabir qızı, 2000-ci ildə Ə. Əliyev adına ADHTİ-nin Terapiya kafedrasına kliniki ordinaturaya qəbul olunmuşdur. 2002-ci ildə baş laborant, 2007-ci ildə isə assistent vəzifəsinə təyin edilmişdir. 2012-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün «Осложнения сахарного диабета типа 2 и частота нарушений углеводного обмена, их связь с ИБС и факторами риска в популяции женщин трудоспособного возраста г. Сумгаит» adlı dissertasiya müdafiə etmişdir. 2017-ci ildən həmin kafedrada dosent vəzifəsində çalışır. 116 elmi işin, 2 dərs vəsaiti, 2 səmərələşdirici təklifin müəllifidir.

T.ü.f.d., dosent Hüseynova Nərgiz Nüsrət qızı, 1994-cü ildə Ə. Əliyev adına ADHTİ-nin Terapiya kafedrasının baş laborantı qəbul edilmişdir. 2007-ci ildə isə assistent vəzifəsinə keçmişdir. 2015-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün «Распространенность заболеваний легких, их связь с ИБС и факторами риска в популяции вынужденных переселенцев г. Сумгаит» adlı dissertasiya müdafiə etmişdir. 2017-ci ildən həmin kafedrada dosent vəzifəsində çalışır. 71 elmi işin, 1 dərs vəsaiti, 2 səmərələşdirici təklifin müəllifidir.

T.ü.f.d., dosent İsmayılova Natəvan Ramiz qızı, 2005-ci ildə Ə. Əliyev adına ADHTİ-nin Terapiya kafedrasına assistent vəzifəsinə qəbul edilmişdir. 2015-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün «Распространенность ИБС и ее факторов риска среди мужского населения трудоспособного возраста в горном районе Азербайджанской Республики» adlı dissertasiya müdafiə etmişdir. 2017-ci ildən həmin kafedrada dosent vəzifəsində çalışır. 67 elmi işin, 2 səmərələşdirici təklifin müəllifidir.

T.ü.f.d., assistant Nurməmmədova Gülnarə Sadıq qızı, 2000-2002-ci illərdə Ə.Əliyev adına ADHTİ-nin Terapiya kafedrasında klinik ordinatura keçmişdir. 2005-ci ildən isə assistent vəzifəsində çalışır. 2013-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün «Влияние терапии современными бета-блокаторами на состояние гормонов гипофизарно-гонадной системы и половую функцию у мужчин с артериальной гипертонией» adlı dissertasiya müdafiə etmişdir. 35 elmi işin müəllifidir.

T.ü.f.d., assistant Musayeva Ağabacı Vaqif qızı, 2004-cü ildən Ə. Əliyev adına ADHTİ-nin Terapiya kafedrasının baş laborantı vəzifəsində çalışmışdır, 2015-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün «Клинико-эпидемиологические и метаболические изменения артериальной гипертензии в популяции вынужденных переселенцев» adlı dissertasiya müdafiə etmişdir. 2017-ci ildən assistent vəzifəsində çalışır. 60 elmi işin, 2 səmərələşdirici təklifin müəllifidir.

T.ü.f.d., assistant Qasımova Fidan Natiq qızı, 2001-cü ildən Ə. Əliyev adına ADHTİ-nin Terapiya kafedrasının baş laborantı vəzifəsində çalışmışdır, 2015-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün «Клинико-эпидемиологические особенности ИБС, факторов риска и их взаимосвязь с гормональной перестройкой женского организма» adlı dissertasiya müdafiə etmişdir. 2018-ci ildən assistent vəzifəsində çalışır. 223 elmi işin, 2 səmərələşdirici təklifin müəllifidir.

Assistant Hüseynova Aygün Rəhim qızı, 2009-2014 cü illərdə Angioloji və Mikrocərrahiyə Mərkəzinin cərrahiyə şöbəsində həkim endokrinoloq vəzifəsində çalışmışdır. 2014-2018 ci illərdə Bakı Sağlamlıq Mərkəzinin endokrinologiya şöbəsində həkim endokrinoloq vəzifəsində çalışmışdır. 2017 ci ildən ADHTİ-nin Terapiya kafedrasının doktorantıdır. 2018-ci ildə ADHTİ-nin Terapiya kafedrasının laborant vəzifəsində çalışmışdır. 2019-cu ildən assistant vəzifəsində çalışır. Hal hazırda «Дефицит витамина В12 и ассоциированные с ним состояния у больных сахарным диабетом типа 2» dissertasiyası üzərində çalışır. 26 elmi işin müəllifidir.

Baş laborant Ülkər İmaməliyeva Xosrof qızı 2000-ci ildən Ə. Əliyev adına ADHTİ-nin Terapiya kafedrasının baş laborant vəzifəsində çalışır. Terapiyaya dair 16 elmi işi, məqalə və tezislər çap olunmuşdur.

Baş laborant Aygün Əliyeva Zəlimxan qızı 2019-cu ildən Ə. Əliyev adına ADHTİ-nin Terapiya kafedrasının baş laborant vəzifəsində çalışır. Terapiyaya dair 19 elmi iş, məqalə və tezislər respublikada və xaricdə dövrü nəşriyyatda çap olunmuşdur.

Baş laborant Sevil Ismayılova Məşədi qızı 2019-cu ildən Ə. Əliyev adına ADHTİ-nin Terapiya kafedrasının baş laborant vəzifəsində çalışır. Terapiyaya dair 20 elmi iş, məqalə və tezislər respublikada və xaricdə dövrü nəşriyyatda çap olunmuşdur.

Baş laborant Natiqə Hüseynzadə Həsənəli qızı 2019-cu ildən Ə. Əliyev adına ADHTİ-nin Terapiya kafedrasının baş laborant vəzifəsində çalışır. Terapiyaya dair 6 elmi işi çap olunmuşdur.

Baş laborant Ayşə Musayeva Baxşalı qızı 2017-ci ildən etibarən Ə. Əliyev adına ADHTİ Terapiya kafedrasının baş laborant vəzifəsində çalışır.

Baş laborant Ətrabə Azadova Fikrət qızı 2019-ci ildən etibarən Ə. Əliyev adına həkimləri təkmilləşdirmə institutu baş laborant vəzifəsində çalışır. Terapiyaya dair 9 elmi işi çap olunmuşdur.
Kafedranın ünvanı
Bakı şəhəri, AZ1-122, A.Şərifzadə küçəsi, 212
Tel: (+ 99412) 431-30-60, 431-19-11
Avtoreferatlar
Мирзазаде Валех
«Объективизация критериев оценки оральных тестов толерантности к глюкозе (ОТТГ)» 14.00.03. - Эндокринология, диссертация на соискание ученой степени кандидата медицинских наук, Москва -1981.
«Автономная диабетическая нейропатия (патогенез, клиника, диагностика, лечение)» 14.00.03. - Эндокринология, 14.00.05 - Внутренние болезни. Автореферат диссертации на соискание ученой степени доктора медицинских наук. Москва -1991 г.
Мустафаев Исах Исмаил оглу
«Влияние гипотензивных препаратов на липопротеиды крови» 14.00.06. - кардиология, диссертация на соискание ученой степени кандидата медицинских наук, Баку -1985.
«Гормональный гомеостаз организма при длительной медикаментозной профилактике гипертонической болезни». 14.00.05 - Внутренние болезни. диссертация на соискание ученой степени доктора медицинских наук. Баку - 2005 г.
Мамедова Наиля Юсиф кызы
Лечение ревматоидного артрита воздействием э.п. УВЧ (27, 12Мгц) на гипоталамо-гипофизарную область (битемпорально). 14.00.34-курортология и физиотерапия, 14.00.89-ревматология. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Москва - 1986.
Современные принципы формирования сети физиотерапевтических подразделений в системе восстановительной медицины. 14.00.51-восстановительная медицина, лечебная физкультура и спортивная медицина, курортология и физиотерапия. Диссертации на соискание ученой степени доктора медицинских наук. Москва - 2003.
Фараджева Натаван Алиш кызы
«Состояние мукоцилиарной транспортной функции легких и центральной гемодинамики у курящих больных хроническим бронхитом» 14.00.05 - внутренние болезни, 14.00.19 - лучевая диагностика, лучевая терапия. Диссертации на соискание ученой степени кандидата медицинских наук, Москва - 1990.
Эффективность гало- и лазеротерапии в комплексном лечении хронических неспецифических заболеваний легких. 14.00.43 - Пульмонология. Автореферат диссертации на соискание ученой степени доктора медицинских наук. Баку -2010 г.
Ахмедова Зиба-Бегим Гулам кызы
«Клинико-патогенетические особенности изменений костной системы при сахарном диабете старших возрастных групп. 14.00.03 - Эндокринология. Автореферат диссертации на соискание ученой степени кандидата медицинских наук. Москва - 1985 г.
«Клиническое значение коррекции глюкозо - и липотоксичности в эффективном управлении сахарным диабетом 2 типа» Автореферат диссертации на соискание ученой степени доктора медицинских наук. Баку -2017 г.
Mehdiyev Samir Xasay oğlu
Hipertoniya xəstəliyi olan şəxslərdə heliometeoroloji faktorların mərkəzi, serebral hemodinamikaya təsir i və kardioserebrovaskulyar fəsadların profilaktikası. 14.00.05 - Daxili xəstəliklər. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı - 2001.
Садыгова Гюлюстан Гамид кызы
Особенности состояния здоровья и образа жизни студентов из разных регионов страны. 14.00.33-Общественное здоровье и Организация здравоохранения. Автореферат диссертации на соискание ученой степени доктора философии по медицине. Баку-2011.
Султанова Садагят Сабир кызы
«Осложнения сахарного диабета типа II и частота нарушений углеводного обмена, их связь с ИБС и факторами риска в популяции женщин трудоспособного возраста г. Сумгаит». 14.00.05 - Внутренние болезни. Автореферат диссертации на соискание ученой степени доктора философии по медицине. Баку-2012.
Гусейнова Наргиз Нусрат
«Распространенность хронической обструктивной болезни легких, связь с ишемической болезнью сердца и ее факторами риска в популяции вынужденных переселенцев г.Сумгаит. 3205.01 - Внутренние болезни. Автореферат диссертации на соискание ученой степени доктора философии по медицине. Баку-2015.
Исмаилова Натаван Рамиз кызы
«Распространенность ишемической болезни сердца и ее факторов риска среди мужского населения трудоспособного возраста в горном районе азербайджанской республики» 3205.01 - Внутренние болезни. Автореферат диссертации на соискание ученой степени доктора философии по медицине. Баку-2014.
Мусаева Агабаджи Вагиф кызы
«Клинико-эпидемиологические и метаболические особенности артериальной гипертензии в популяции вынужденных переселенцев женского пола трудоспособного возраста» 3205.01 - Внутренние болезни. Автореферат диссертации на соискание ученой степени доктора философии по медицине. Баку-2014.
Касумова Фидан Натик кызы
«Клинико-эпидемиологические особенности ишемической болезни сердца, факторы риска и их взаимосвязь с гормональной перестройкой женского организма». 3205.01 - Внутренние болезни. Автореферат диссертации на соискание ученой степени доктора философии по медицине. Баку-2015.
Нурмамедова Гюльнара Садыг кызы
«Влияние терапии современными бета-блокаторами на состояние гормонов гипофизарно-гонадной системы и половую функцию у мужчин с артериальной гипертонией» 3205.01 - Внутренние болезни. Автореферат диссертации на соискание ученой степени доктора философии по медицине. Баку-2013.
Kardiologiya kafedrası
Kafedra üzrə modul saatları (1-2)
(3-4)
(5-6)
(7-8)
Kafedra haqqında
Kardiologiya kafedrası 7 sentyabr 2009-cü ildə I Daxili xəstəliklər və funksional diaqnostika kafedrasının bazasında yaranıb. 1935-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu yaradılanda, onun tərkibində olan kafedralardan biri 2 saylı ŞKX-nın nəzdində yerləşən Terapiya kafedrası olub. Kafedranın ilk rəhbəri 1935-1939-cu illərdə M.İ. Mqebrov olmuşdur. O zaman kafedranın tədris imkanları məhdud və kollektivi kiçik tərkibli idi. Kafedrada 4 assistent və 1 aspirant çalışırdı. O illərdə kafedrada elmi-tədqiqatların ilk təməli qoyulurdu. Təkmilləşmə kurslarının sayı az, tədris prosesində iştirak edən müdavimlərin sayı isə məhdud - 10 nəfərə qədər idi. Kafedranın elmi istiqaməti aqranulositozun etiologiya və patoqenezinin öyrənilməsi, Azərbaycanın rayonlarında malyariya və vərəmin yayılması məsələləri idi. 1939-cu ildən 1956-cı ilə qədər kafedraya professor Mirxalıq Mirqasım oğlu Yaqubov rəhbərlik etmişdir. Professor M.M.Yaqubov 1923-cü ildə Kiyev Tibb İnstitutunu bitirmişdir. O, kafedrada ilk dəfə olaraq yüksək səviyyədə tədris-pedaqoji prosesi təşkil etmişdir. Professor M.M. Yaqubov tərəfindən müdavimlərə oxunan mühazirələr dərin məzmunu, kliniki problemin əsaslı analizi və şərhi ilə fərqlənirdi. Bunlar leykozların və brusselyozun patogenezi, hamilə qadınlarda ürək qüsurları kimi problemlər idi. Respublikada ilk dəfə ağ ciyər sətəlcəmi və absessinin penisilinlə müalicəsi haqqında məlumatları professor M.M. Yaqubov dərc etmişdir.
1939-cu ildən 1956-ci ilə qədər kafedrada terapiya ixtisası üzrə hər il 6 ay müddətində 2 ixtisaslaşdırma və 5 ay müddətli təkmilləşdirmə kursları keçirilmişdi. O, illərdə aparılan elmi işlərin əsas istiqaməti leykozların patogenezi, brusselyozun klinika və gedişatı, hipertoniya xəstəliyinin patogenezi, klinikası, gedişatının xüsusiyyətləri kimi məsələlər olmuşdur. 1952-ci ildə professor M.M.Yaqubovun rəhbərliyi altında kafedranın dosenti S.M. Qusman doktorluq dissertasiyası müdafiə etmişdir. Ümumiyyətlə, professor M.M.Yaqubovun kafedraya başçılıq etdiyi 1939-1956-ci illər dövründə onun rəhbərliyi altında 6 tibb elmləri doktoru və namizədi hazırlanmışdır. Kafedranın müdiri, böyük alim, yüksək səviyyətli təşkilatçı, həkim-terapevt professor M.M. Yaqubov 1940-cı ildə respublikanın əməkdar həkimi, 1942-ci ildə əməkdar elm xadimi kimi fəxri adlara layıq görülmüş və Lenin ordeni ilə təltif edilmişdi.
1956-cı ildən 1980-cı ilə qədər kafedraya respublikanın əməkdar elm xadimi, professor Solomon Moiseyeviç Qusman rəhbərlik etmişdir. Onun rəhbərliyi altında klinikada çarpayıların sayı 80-dən 305-ə qədər artmış, kafedranın avadanlıqla təchizatı yaxşılaşmış, funksional diaqnostika bloku müasir səviyyədə təşkil olunmuş, kliniki-diaqnostik və biokimyəvi laboratoriyalar xeyli genişlənmişdir.
Professor S.M. Qusman birincilər sırasında mədə xərçəngi zamanı qanın morfologiyası və sümük iliyinə aid qanyaranma məsələlərini öyrənmiş, xroniki benzol intoksikasiyasının qan sisteminə təsirinin tədqiqatını aparmışdır. Eyni zamanda kafedranın əməkdaşları müxtəlif mənşəli anemiyalarda, ürəyin işemik xəstəliyində, stenokardiya və hipertoniya xəstəlikləri zamanı periferik qanın vəziyyətinin tədqiqatını aparmışlar. 1960-cı ildən kafedranın elmi işi ürəyn işemik xəstəliyi, hipertoniya xəstəliyi və aterosklerozun patogenezi, klinikası və müalicəsi məsələləri mövzuları istiqamətində dəyişmişdir. Aparılan tədqiqatların nəticəsində professor S.M. Qusman miokard infarktının atipik formalarının təsnifatını işləyib hazırlamışdır. Praqa şəhərində Purkinyenin xatirəsinə həsr olunmuş Ümumdünya Tibb Konqresinda bu təsnifat müsbət rəy almışdır.
1962-ci ildə həkimlərin təkmilləşmə prosesini daha geniş miqyasda aparmaq, terapiyanın yeni sahələri üzrə ixtisaslaşdırma kurslarının sayını artırmaq məqsədilə institutda II Terapiya kafedrası yaradılır və ilk terapiya kafedrası öz fəaliyyətini I Terapiya kafedrası adı altında davam etdirir.
O illərdə kafedranın elmi işi qanın laxtalanma və əks-laxtalanma sistemi, mübadilə prosesləri, həmçinin orqanizmdə müxtəlif xəstəliklər zamanı B1, B6, C vitaminlərinin miqdarının öyrənilməsi istiqamətində aparılırdı. Eyni zamanda ürəyin işemik xəstəliyi, hipertoniya xəstəliyi və hipertenziyalara həsr olunmuş tədqiqatlar davam edirdi. Müayinələrin arasında əsas diqqət daxili xəstəliklər zamanı xarici tənəffüs funksiyasının tədqiqinə, oksidləşmə-reduksiya proseslərinin, qanın elektrolit və mikroelementlər tərkibinin, həmçinin yağlar mübadiləsinin öyrənilməsinə yönəldilmişdir. Sonrakı illərdə kafedra əməkdaşları professor M.Ə. Ələkbərov ilə birgə kafedra müdirinin rəhbərliyi altında daha bir problemlə - şəkərli diabetlə məşğul idi. Şəkərli diabetin müalicəsində sulfanilamid sıralı preparatların tədbiqinin effektivliyi, şəkərli diabet zamanı böyrəklərin funksional vəziyyəti, mədə və onikibarmaq bağırsağın və xroniki qastritlərdə böyrəküstü vəzilərin qabıq hissəsinin funksional vəziyyətinin həlli istiqamətində elmi-tədqiqat işləri aparılırdı. Aparılan tədqiqatlar öz əksini namizədlik və doktorluq dissertasiyalarında tapmışdır. Professor S.M. Qusmanın rəhbərliyi altında 6 doktorluq və 30 nəmizədlik dissertasiyaları müdafiə olunmuşdur.
Kafedranın əməkdaşlarından tibb elmləri namizədləri, dosentlər H.M. Rəhmanova, İ.İ. Məmmədov, R.H. Əliyeva, A.F. Hacıyev, assistentlər V.G. Əliyev (eyni zamanda 1974-cü ildən respublikanın baş terapevti idi), S.Ə. Əlizadə, T.X. Əzizbəyova, H.A. Listenqarten, M.V. Yeryomina, L.H. Atakişiyeva və b. fəaliyyətləri dövründə tədris-pedaqoji, elmi-tədqiqat və təcrübələri ilə Azərbaycanın tibb elmi tarixində silinməz izlər qoymuşlar.
O, illərdə kafedranın aspirantları olan və kafedranın rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etmiş elmi işçilər E.M. Səfərova, N.F. Vəkilova, klinik ordinatorlar T. Quliyev, O. Zeynalova hal-hazırda ATU-nun müxtəliv kafedralarında dosent vəzifələrində çalışırlar. Professor S.M. Qusmanın kafedraya rəhbərlik etdiyi dövrün müxtəlif illərində elmi-pedaqoji fəaliyyətə başlayan və indiyə qədər bu fəaliyyəti I Terapiya kafedrasında davam etdirən əməkdaşlardan dosentlər - t.e.n. N.Ə. Ağasiyeva, assistentlər - t.e.n. A.M. Qasımova, t.e.n. R.H. Kərimovanın adlarını çəkmək olar.
1978-ci ildə Funksional diaqnostika kafedrası I Terapiya kafedrasına birləşdirildikdən sonra I Terapiya və funksional diaqnostika kafedrası yaranmışdır. Bu, elmi problemlərin dairəsini daha da genişləndirdi və həkim-müdavimlərin yeni ixtisasa yiyələnməsinə imkan yaratdı. Bunun sayəsində kafedranın ştatı artmış, kursların sayı 4 vahidə yüksəlmişdi. Onlardan ikisi 2 aylıq «Kliniki elektrokardioqrafiya», ikisi isə 3 aylıq «Kardiologiyada funksional diaqnostika» kursları idi. Bunlardan əlavə kafedra Azərbaycanın bir sıra rayonlarında, Bakı və Sumqayıt şəhərlərinin müalicə müəssisələrində səyyar kurslar təşkil edirdi. 1980-cı ildə S.M. Qusmanın vəfatından sonra 1995-ci ilə qədər kafedraya professor M.Ə.Ələkbərov rəhbərlik etmişdir. Ələkbərov Mikayıl Ələskər oğlu kafedrada 1955-ci ildən işləyir. Bu illər ərzində o, kafedranın assistenti vəzifəsindən professor vəzifəsinə qədər uzun bir yol keçmişdir. 1955-ci ildə o, SSRİ Tibb Elmləri Akademiyası Müalicəvi Qidalanma Klinikasının maddələr mübadiləsi şöbəsinin klinik ordinatoru olduğu zaman «Tireotoksikozlarda qaraciyərin funksional vəziyyəti» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının assistenti, 1963-cü ildən isə kafedranın dosenti vəzifəsində çalışır. 1964-cü ildə «Daxili üzvlərin bəzi xəstəliklərində böyrəküstü vəzinin qabıq hissəsininn funksional vəziyyəti» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Professor M.Ə.Ələkbərov kafedrada çalışdığı ilk günlərdən elmi araşdırmalar aparmış, fəaliyyətinin çox hissəsini xronopatologiya və xronoterapiya probleminə həsr etmiş, ictimai-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1980-cı ilə qədər kafedra professor M.Ə. Ələkbərovun rəhbərliyi altında daxili üzvlərin müxtəlif xəstəlikləri zamanı sutkalıq ritm və bioritm dəyişməsi istiqamətində elmi iş aparmışdı. S.Ə. Ələkbərovun rəhbərliyi altında 7 namizədlik dissertasiyası müdafiə olunub.
2005-ci ildən kafedra I Daxili xəstəliklər və funksional diaqnostika adını daşıyır. Onun hazırki tərkibi 1 professor, 6 dosent, 6 assistent, 4 baş laborant və 2 laborantdan ibarətdir. 2009-cü ilin sentyabr ayından kafedranın adı dəyişir «Kardiologiya» kafedrasına və hal-hazırda burada 1 professor, 3 dosent, 2 assistnt, 1 baş laborant, 2 laborant çalışırlar.
Tədris prosesi ilə yanaşı, kafedrada həm planlı, həm də fərdi surətdə elmi-tədqiqat işləri davam etdirilir. I Terapiya və funksional diaqnostika kafedrası tərəfindən ümumi və tematik təkmilləşmə kurslarının vahid proqramı işlənib hazırlanmış və institutun Elmi Şurasında təsdiq olunmuşdur. Hal-hazırda tədris prosesi bu proqram əsasında aparılır. 10 ilə qədər iş stajı olan həkimlərin ümumi təkmilləşdirilməsi üçün kafedrada 3 aylıq kurslar nəzərdə tutulmuşdur. Digər tematik təkmilləşmə kurslarının müddəti müdavimlərin kontingentindən və seçilən mövzudan asılı olaraq 0,5 aydan 2,5 aya qədərdir. Kafedrada tədris prosesi yeni səviyyədə təşkil olunmuşdur. Məşğələlər vahid proqram əsasında tərtib olunan tematik cədvəl üzrə aparılır. Dərslər mühazirə, praktiki məşğələ və seminar şəklində keçirilir. Kafedranın əməkdaşları elmi konfransların, qurultayların fəal iştirakçılarıdır. Bunlardan Bakı şəhərində keçirilmiş Rentgenologiya və Radiologiyaya dair Beynəlxalq simpoziumu, Kardiologiyanın aktual problemlərinə aid olunmuş Beynəlxalq konfransları, Azərbaycan Ftiziatrları və Pulmonoloqlarının I qurultayını, I Avrasiya Qastroenteroloji konqressi, İtaliyanın Florensiya şəhərində keçirilən «İntervensiale kardiologiya» adlı Beynəlxalq konfransı və s. qeyd etmək olar.
Kafedranın 70 illik fəaliyyəti dövründə son 15 ildə 34 ümumi və 114 tematik təkmilləşdirmə kursları keçirilmişdir. Onlarda iştirak edən həkim-müdavimlərin sayı isə 5094 olmuşdur. Aparılan elmi tədqiqat işlərinin nəticəsində 13 doktorluq və 50-dən artıq namizədlik dissertasiyaları hazırlanmışdır. Bu dövrdə 32 monoqrafiya, 54 dərs, tədris-metodik vəsaitləri, metodik tövsiyələr və 2000-dən artıq müxtəlif elmi əsərlər, məqalələr, konfrans, qurultay, simpozium tezisləri dərs olunmuşdur. Kardiologiya kafedrası respublika daxili və beynalxalq konfranslar təşkil edir. «Ürəyin işemik xəstəliyi», «Ürək çatışmazlığı, «Arterial hipertenziyalar», «Aritmiyalar», «Metabolik sindrom» mövzularında konfranslar, simpoziumlar, seminarlar keçirilir. Bu konfranslarda xaricdən gələn alimlər, klinisistlər və həkimlər iştirak edirlər.
Cahangirov Tofiq Şahmur oğlu 1971-1981-ci illərdə orta məktəb təhsilini başa vurub.
1981-1987-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb və müalicə işi ixtisası üzrə təhsilini tamamlayıb.
1991-1993-cü illərdə Rusya Fedarasiyası, A.L Myasnikov adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda namizədlik dissertasiyası (ixtisas şifri 14.00.06, Kardiologiya) (tibb elmləri namizədi); 2006-cı ildə Rusiya Federasiyası, Moskva Dövlət Tibbi-Stomatoloji Universitetində doktorluq dissertasiyası, (ixtisas şifrləri 14.00.06 - "Kardiologiya"; 14.00.03 - "Endokrinologiya") (tibb elmləri doktoru); 1994-1997-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun klinikasının baş həkimi; 1997-ci ildən 2019-ci ilə kimi Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun «Ürək Çatışmazlığı» şöbəsində böyük elmi işçi, 2019-cu ildən hal-hazıra kimi «Arterial Hipertenziya» şöbəsinin rəhbəri; 2011-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya Kafedrasının professoru, 2022-ci ildən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının “Daxili Xəstəliklər” kafedrasının professoru, 2023-cü ildən hal-hazıra kimi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya Kafedrasının müdiri vəzifəsində çalışır.
Rusiyanın «Ürək çatışmazlığı üzrə mütəxəssislər cəmiyyətinin»; «Ultrasəs diaqnostikası üzrə mütəxəssislər assosiasiyasının»; «Avropa Ürək Çatışmazlığı Cəmiyyətinin» üzvü və «Avropa Kardiologiya Cəmiyyətinin» həqiqi üzvüdür (FESC).
Kafedranın elmi istiqaməti
Kafedra bazalaşmış şöbələrdə müalicə alan xəstələr arasında aşağıda göstərilən nozoloji formalar üstünlük təşkil edir:
1) ürəyin işemik xəstəliyi - miokardın infarktı, stenokardiya, postinfarkt kardioskleroz;
2) ürək ritminin pozulmasının müxtəlif formaları;
3) xroniki ürək çatışmazlığı;
4) hipertoniya xəstəliyi (müxtəlif dərəcələrdə);
5) simptomatik arterial hipertenziyalar;
6) miokarditlər;
7) qazanılmış və anadangəlmə ürək qüsurları;
8) revmatik qızdırma: kəskin və xroniki;
9) revmatoidli artrit;
10) qırmızı qurd eşənəyi;
11) sistemli sklerodermiya;
12) müxtəlif mənşəli vaskulitlər;
13) sistemli dermatomiozit / polimiozit;
14) reaktiv artritlər;
15) kardiomiopatiyalar;
16) osteoartroz, osteoxondroz;
17) osteoporoz.
Kafedranın müalicə fəaliyyəti
Müasir tibbi texnika ilə təchiz olunmuş diaqnostik kabinetlərdə və farmakoloji sınaqlarla aparılan elektrokardioqrafiya, spirometriya, və müasir diaqnostika üsullarından istifadə edilir. Ultrasəs müayinəsi kabinetində, ultrasəs müayinəsi, qarın boşluğu üzvləri, qaraciyər, öd kisəsi, böyrək, sidik kisəsi, prostat vəzilərinin müayinələri aparılır.
Kafedra nəzdində yeni müasir rentgen aparatı ilə təchiz olunmuş rentgenoloji şöbə təşkil olunub ki, bu da döş qəfəsi, qarın böşluğu orqanlarının, həmçinin oynaqların, kəllənin və sümüklərin müayinəsini aparmağa imkan verir. Müasir səviyyədə klinik-laborator, biokimyəvi, bakterioloji və seroloji müayinələr apaılır.Bunlardan periferik qanın müayinəsi, plazmada kalsium, natrium, kalium, maqnezium, fosfor, dəmir, diastaza, kreatinin, sidik cövhəri, qalıq azotun təyini, qaraciyər və revmatik sınaqların aparılması, koaquloqrammanın tədqiqi, qanın və digər mayələrin əkilməsi və s. qeyd etmək olar.
Kafedra müasir diaqnostika imkanlarından istifadə edərək xəstələrin müayinəsi ilə bərabər yeni müalicə metodları və müalicə sxemləri də işləyib hazırlayır. Müdavimlərə kömək və seminar məşğələlərini təkmilləşdirmək məqsədilə metodik tövsiyələr, dərs və tədris-metodik vəsaitlər işlənib hazırlanır. Bunlardan monoqrafiya «Prostat vəzinin adenoması zamanı ağciyər hipertenziyası», (F.Ə.Quliyev), kliniki protokollar «Kəskin koronar sindrom», «Xroniki ürək çatışmazlığının diaqnostikası və müalicəsi», «Arterial hipertenziyaların diaqnostikası və müalicəsi», «Sabit stenokardiyanın diaqnostikası və müalicəsi» (F.Ə.Quliyev və başqaları), «WPW sindromu və miokard infarktı zamanı elektrokardioqrafik diaqnostika (F.Ə.Quliyev, E.Ə.Məlik-Abbasova və başqaları), «Ürəyin qeyri koronar xəstəlikləri zamanı elektrokardioqrafik diaqnostika» (F.Ə.Quliyev, E.Ə.Məlik-Abbasova və başqaları), «Miokard infarktı və mədəcikdaxili blokadalar zamanı elektrokardioqrafik diaqnostika» (F.Ə.Quliyev, E.Ə.Məlik-Abbasova, K.X.Zahidova), «Ürək şöbələrinin hipertrofiyası», (F.Ə.Quliyev və başqaları), «Ürəyin mədəciküstü keçiricilik qabiliyyətinin pozulmaları (M.Ə.Ələkbərov və başqaları), «Arterial hipertenziyaların müalicəsi» (F.Ə.Quliyev, N.A.Fərəcova və başqaları), «Revmatik xəstəliklərin immunoloji diaqnostikası» (N.A.Fərəcova, K.X.Zahidova), «Ateroskleroz» (K.X.Zahidova) və s. qeyd etmək olar.
Kafedranın əməkdaşları
Quliyev Faiq Əlimuxtar oğlu 1984-87-ci illərdə Moskvada Mərkəzi Həkimləri Təkmlləşdirmə İnstitutunda aspiranturada təhsil almış, 1988-ci ildə «Yeniyetmələrdə bronxobstruktiv sindrom» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin ildən o, Ə.Əlyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun I Terapiya və funksional diaqnostika kafedrasında assistent, sonra isə dosent vəzifəsində çalışıb. 1989-93-cü illərdə institutun Urologiya və operativ nefrologiya kafedrasının doktoranturasında təhsilini davam etdirmişdir. O, Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Latviya, Portuqaliya, Almaniya, İtaliyada keçirilən terapiya, kardiologiya və farmakoterapiya problemlərinə həsr olunan beynəlxalq konfranslarda iştirak etmişdir. 1998-ci ildə dosent F.Ə.Quliyev «Bir sıra uronefroloji xəstələrdə mərkəzi hemodinamika, sol mədəcik miokardının yığılma funksiyası və ağciyər qan dövranı pozulmalarının diaqnostika və müalicə məsələləri» mövzusunda doktorluq dissertasiyasını başa çatdırmışdır və uğurla müdafiə etmişdir. O, eyni zamanda Beynəlxalq Ekoenergetika Akademiyasının professorudur. Kafedrada keçirilən «Terapiyanın müasir məsələləri», «Daxili xəstəlikləri klinikasında kliniki farmakologiya», «Daxili xəstəliklərin klinikasında farmakoterapiya», «Kliniki kardiologiya», «Kliniki elektrokardioqrafiya», «Revmatologiya», «Poliklinika şəraitində daxili xəstəliklərin profilktikası, diaqnostikası və müalicəsi», «Kliniki qastroenterologiya» və b. göstərmək olar. O, Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Latviya, Portuqaliya, Almaniya, İtaliyada keçirilən terapiya, kardiologiya və farmakoterapiya problemlərinə həsr olunan beynəlxalq konfranslarda iştirak etmişdir. O, eyni zamanda Beynəlxalq Ekoenergetika Akademiyasının professorudur. Ümumdünya kardioloji cəmiyyətin konqresslərində 2006-cı ildə Barselona, 2008-ci ildə Buenos-Ayresdə və Avropa Kardioloji Cəmiyyətinin konqresslərində Münhendə (2004, 2008 illərdə), Stokholmda 2005-ci ildə, Vyanada 2007-ci ildə, Barselonada 2009-cu ildə iştirak edib. Avropa Kardiologiya Cəmiyyətinin və Türkiyə Kadioloji Cəmiyyətinin üzvüdür. 2007-ci ildə Milan şəhərində «Hipertension» konfransında «Angiotenzin II reseptorlarının blokatoru valsartanla arteriyal hipertoniyanın pilləvari müalicəsi» elmi məruzə ilə çıxış edib. 2008-ci ilin iyun ayında Berlin şəhərində «Hypertension» konfransında «Arterial hipertenziyalı xəstələrdə atorvastatinin endoteliy reseptorlarına təsiri və effekti» məruzə ilə çıxış edib. Quliyev F.Ə. 150-dən artıq elmi məqalə, «Prostat vəzinin adenoması olan xəstələrdə mərkəzi və ağciyər hemodinamikası» monoqrafiyası və 10-dan artıq dərs vəsaitinin müəllifidir. F.Ə.Quliyevin əsərləri beynəlxalq konfranslarda «Heart feilure» Nitsa şəhərində çap olunub, beynəlxalq jurnallarda 200-ə yaxın elmi işləri çap olunub. Onun rəhbərliyi altında 2 doktorluq, 3 namizədlik dissertasiyaları hazırlanır. Quliyev F.Ə. 2006-cı ildən Azərbaycan Respublikasının Baş Kardioloqu təyin edilib. 2009-cu ildə Azərbaycan Kardiologiya Cəmiyyətinin sədridir. 2009-cu ilin aprelindən Ə.Əliyev adına ADHTİ-nin I prorektorudur. 1995-ci ildən 2023-cü ilədək kafedraya rəhbərlik edib. F.Ə.Quliyevin təşəbbüsü ilə bir sıra ixtisaslar üzrə tematik təkmilləşdirmə kurslarının mövzuları və sayı xeyli genişlənmişdir. Quliyev F.Ə. İnstitutun Elmi Şurasının Gigiyena və Terapiya fakültəsi Elmi Şurasının sədridir.

T.e.ü.f.d., dosent Zahidova Kəmalə Xalid qızı 1993-cü ildən kafedrada çalışır. 2001-ci ildən kafedranın dosentidir. 2009-cu ildə institutun Elmi şurasında təsdiq edilmiş «Xroniki ürək çatışmazlığı və anemiya» mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Beynəlxalq konfranslarda iştirak edir. «Heart failure» konfransında 2009-cu ildə Nitsa şəhərində elmi məruzə ilə çıxış edib. Avropa kardioloji cəmiyyətinin «Heart failure» seksiyasının üzvüdür. O, 167 elmi işlərin - 96 elmi məqalə və 10 dərs vəsaitinin müəllifidir.

Məmmədova Günel 2006-2018-ci illərdə Ə.Əliyev ad Az.DHTİ-nun I Daxili xəstəliklər kafedrasında assistent.
Kafedrada həkim müdavimlərlə praktiki məşgələlər, seminarlar, klinik araşdırmalar, metodik tövsiyələrin işlənib hazirlanması və elmi məqalələr.
2004-2005-ci illərdə 3N-li Şəhər Klinik Xəstəxanasında həkim-intern.
Kafedranın ünvanı
Bakı şəhəri, Sabunçu qəsəbəsi Əsildar Məmmədəliyev küçəsi 20, 3 saylı Bakı Şəhər Kliniki Xəstəxanası Tel.: (99412) 450-14-51.
Avtoreferatlar
Кулиев Фаик Алимухтар оглы
Нарушения центральной гемодинамики, сократительной функции миокарда левого желудочка и легочного кровообращения при некоторых уронефрологических заболеваниях (вопросы диагностики и лечения). 14.00.05. - внутренние болезни. Диссертации на соискание ученой степени доктора медицинских наук. Баку - 1998 г.
Захидова Кямаля Халид кызы
Влияние галотерапии на показатели врохолегочной системы при комплексной терапии больных бронхальной астмой. 14.00.43 - пульмонология. Диссертации на соискание ученой степени доктора медицинских наук. Баку - 1998 г.
Pediatriya kafedrası
Kafedra üzrə modul saatları (1-8)
Kafedra haqqında
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrası Respublika Klinik Uşaq Xəstəxanası nəzdində fəaliyyət göstərir. Kafedranın əsas vəzifəsi ixtisaslı pediatr hazırlamaq, həmçinin iş yerindən asılı olmayaraq uşaq xəstəliklərin diaqnostikasına, müalicəsinə aid məsələlər üzrə biliklərini təkmilləşdirməkdən ibarətdir.
Pediatriya kafedrası 1935-ci ildə yaradılmışdır, ilk müdiri professor S.Q.Şteyn olmuşdur. Kafedra əvvəlcə 2 №-li şəhər kliniki xəstaxanasının uşaq şöbəsində yerləşmiş, 1 ildən sonra isə 1 №-li uşaq xəstaxanasına köçürülmüşdür. Sonrakı illərdə kafedraya E.Y.Gindes (1946-1951), A.O.Useynov və T.A.Listerqarten rəhbərlik etmişdir. Kafedra müdiri professor E.Y.Gindesin dövründə 1946-1951-ci illərdə kafedrada “Yenidoğulmuş uşaqlarda malyariya” mövzusuna həsr olunmuş elmi-tədqiqat işi aparılmışdır (məsul Kutilova R.İ.). Sonrakı illərdə kafedranın əmakdaşları uşaqlarda kəskin bağırsaq infeksiyaları, brüsellyoz və qarın yatalağı problemləri ilə məşğul olmuşdur. 1963-2003-cü illərdə kafedranın klinik bazası 3 №-li şəhər uşaq klinik xəstəxanası olmuşdur. 2004-cü ildən kafedra Respublika Klinik Uşaq Xəstaxanasında yerləşir.
1969-1994-cü illərdə professor N.M.İsrafilova kafedraya rəhbərlik etmişdir. Professor N.M.İsrafilovanın kafedraya rəhbərlik etdiyi 25 il ərzində 3 doktorluq və 14 namizədlik dissertasiyası müdafiə edilmiş, onlarla ordinator və stajorlar hazırlanmışdır. Bu müddət ərzində kafedra prof. İsrafilovanın rəhbərliyi altında uşaqlarda bağırsaq infeksiyaları və nefrologiya problemləri öyrənilmişdir. 1970-ci illərdə o, institutun ilkin partiya təşkilatının katibi olmuş, institun ictimai həyatında fəal iştirak etmişdir. Kafedranın əməkdaşları Səhiyyə Nazirliyinin qərarına əsasən, uzun illər tabelikdə olan rayonlara konsultativ-metodik yardım göstərmişdir. Sovetlər dövründə nəinki ittifaq miqyasından, həmçinin, xarici ölkələrdən, o cümlədən Bolqariya, Monqolustan, Türkiyə dövlətlərindən də həkimlər təkmillləşdirmə kurslarında iştirak etmişlər. Kafedranın assistenti L.T.Cəfərova və 1942-1995-ci illərdə baş laborant vəzifəsində çalışmış V.Y.Dikova 1962-ci ildə ilk dəfə olaraq “Uşaqlarda orağabənzər hüceyrəli anemiyalar zamanı “orağvari eritrositlər” fenomenini aşkar etmiş və bu nailiyyətləri ilə kafedranın tarixində və təbabətdə silinməz iz qoymuşlar. Kafedranın əməkdaşları tərəfindən 1970 -2019 illər ərzində 16 namizədlik, 4 doktorluq dissertasiyaları müdafiə olunmuşdur.
Kafedrada “Pediatriya” ümumi təkmilləşmə kursları 8 Modullərə yerləşdirilmişdir. Bundan başqa pediatriyada yeni müassir yanaşmaların tədbiqinə dair mövzular üzrə təkmilləşdirmə proqramları hazırlanmış və həyata keçirilir.
Belə ki, “Erkən yaşlı uşaqların inkişafına nəzarət”, “Erkən uşaqların qidalanmasının əsasları”, “Uşaqlarda yoluxucu xəstəliklər zamanı təxirəsalınmaz vəziyyətlərdə yardım”, “Uşaqlarda allerqoloji xəstəliklər” , “Uşaqlarda genetik xəstəliklərin erkən diaqnostikası”, “Yenidoğulmuşlarda reanimasion tədbirlər” “Təxirəsalınmaz pediatriya”, “Uşaqlarda vaksinasiya və onun fəsadları”, “Yenidoğulmuşlara tənəffüs dəstəyi”, “Yenidoğulmuşların reanimasiyası və təxliyyə məsələləri” kimi tematik təkmişləşmə kursları keçirilir. Davamlı Tibbi Təhsil prinsiplərinə əsasən kafedrada yeni texnologiyalar istifadə edilir (mulyajlar, təlim avadanlıqları). Hər il səyyar və distant kurslar təşkil olunur. Kafedranın əməkdaşlarının qazandıqları elmi nailiyyətlər müntəzəm olaraq tədris prosesinə, xəstələrin müayinə və müalicəsinə tədbiq olunur.
Kafedranın əməkdaşları tərəfindən 3 səmərələşdirici təklif və patent ixtira təklif edilmişdir: prof. L.Z. Əhmədova tərəfindən “Uşaqlarda böyrəklərin iltihabi prosesinin ağırlıq dərəcəsinin müəyyənləşdirilməsi”, “Uşaqlarda qlomerulonefritin residivlərinin profilaktikası üsulu” və “Uşaq nefrologiyasında radiometriyanın tətbiqi” (2003), ass. S.Rüstəmova tərəfindən “Ürəyin sağ qulaqcığının hipertrofik dəyişiliklərinin proqnozlaşdırılması” adlı ixtiraya patent almışdır (2004).
Kafedra Səhiyyə Nazirliyinin müxtəlif elmi mərkəzləri və tibb müəssisələri: İçtimai Səhiyyə Və İslahatlar Mərkəzi, ATU, ET Pediatriya, ET Mama - Ginekologiya, ET Milli Profilaktika İnstitutları, Respublikası Uroloji Klinikası, İcbari Tibbi Sığorta Agentliyi və həmçinin bir sıra özəl tibbi-diaqnostik mərkəzləri, QHT-la sıx əməkdaşlıq edir. Bununla yanaşı kafedranın nümayyəndələri Səhiyyə Nazirliyi tərəfindən həyata keçirdiyi “Ana və uşaqların sağlamlığı. 2020-Gələcəyə baxış" Dövlət Proqramlarının icra olunmasında cəlb olunurlar. Bununla bağlı, Azərbaycanda uşaq inkişafı çətinliklərini erkən aşkarlanmasına dair yeni yanaşmaları tədbiq etmək məqsədilə 2014-cü ildən başlayaraq, UNİCEF-in dəstəyi ilə, Ankara Universitetinin İnkişaf Pediatriyası kafedrası və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Bakı Bərpa Müalicə Mərkəzi ilə əməkdaşlığa başlanmışdır. Belə ki, kafedranın dosentləri Z.Quliyeva, M.Qaraxanova, N.Hacıyeva, S.Vəliyeva və ass. T.İbadova UNİCEF-in dəstəyi ilə ölkədə həyata keçirilən “Erkən yaşlı uşaqların inkişafı və qidalanması” proqramına cəlb olunub, təlimatçı qismində ölkədə fəaliyyət göstərirlər. 2017-ci ildən isə əməkdaşlıq çərçivəsində Ə.Əliyev adına AzDHTİ pediatriya (nevrologiya və ailə təbabəti kafedraları daxil olmaqla) təkmilləşdirmə proqramlarında yer alan uşaq inkişafı, tez-tez rast gəlinən çətinliklər, İDİR-in istifadəsinə dair mövzular üzrə təlimlər təşkil olunur. 2019-cu ildən kafedranın dosentləri M.Qaraxanova, N.Hacıyeva, UNİCEF-in həyata keçirdiyi “ Azərbaycanda bəsləyici qayğı üzrə ailələrə dəstək”, “Patronaj xidmətin gücləndirilməsi” layihələrdə təlimçı kimi iştirak edirlər.
Eyni zamanda kafedra Rusiya Federasiyası EA ET Pediatriya İnstitutu və Uşaqların Sağlamlıq Mərkəzi (Moskva), Uşaq Yoluxucu Xəstəliklər üzrə Elmi-kliniki Mərkəz (Sankt-Peterburq) ilə elmi əlaqələri davam etdirir. Belə ki, kafedranın əməkdaşları beynəlxalq və milli konfrans, seminar və təlimlərdə iştirak etmişlər.
COVİD-19 Pandemiya başlanandan 2020-bugünədək, kafedranın əməkdaşları disentlər M.Qaraxanova və T.İbadova USAD, ÜST, Avropa Birliyi, UNİCEF kimi təşkilatlar tərəfindən dəstəklənən “Proact traning”, “Proact care” və “COVİD-19 vaksinasiyaya dəstək” layihələrində təlimçi qismində iştirak edirlər.
Avropa İttifaqının dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar üzrə Agentliyinin birgə həyata keçirdiyi “Avropa İttifaqı gender bərabərliyi naminə: gender stereotipləri və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində “Hamiləlik və doğuş zamanı kişilərlə işin təşkili” layihəsinin icrasında kafedranın dosentləri M.Qaraxanova və N.Hacıyeva cəlb olunublar.
Kafedranın elmi istiqaməti
Kaferdanın elmi mövzusu: “Vaxtından əvvəl yenidoğulmuşlarda mərkəzi sinir sisteminin zədələnmələri zamanı vazorequlyator mexanizmlərinin rolu”
İşin rəhbəri: pediatriya kafedrasının professoru Həsənov A.İ.
Məsul icraçı: aspirant Əsədova Təranə
Müddət: 2018-2020 illər.
Kafedranın müalicə fəaliyyəti
Kafedra iki kliniki bazada - Respublika Klinik Uşaq Xəstəxanası və K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu öz fəaliyyətini həyata keçirir. Kafedranın əməkdaşları şöbələrdə öz konsultativ köməklərini göstərirlər. Kafedra müdiri əməkdaşların, həkim-dinləyicilərin, yenidən hazırlıq keçən həkimlərin iştirakı ilə klinikanın şöbələrində ağır xəstələrin müayinəsində müntəzəm iştirak edirlər. Kafedranın dosent və assistentləri klinikanın müxtəlif şöbələrinə təhkim olunublar və bilavasitə həmin şöbələrin məsləhətçiləridirlər. Əsasən müxtəlif profilli, xüsusilə pulmonoloji, allerqoloji, nefroloji və neonatoloji patologiyalarla əlaqədar xəstələrin müalicəsi ilə məşğul olunur. Bunlardan əlavə kaferdanın əməkdaşları tərəfindən Bakı şəhərindən və Respublikanın müxtəlif region və rayonlarından göndərilən xəstələrə ambulator yardım göstərirlər.
Kafedra müdiri

Kafedranın professoru, tibb elmləri doktoru Məmmədova Rəqsanə Yusif gızı 1991-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Pediatriya kafedrasında işləyir.
1978-ci ildə N.Narimanov DTİ bitirib. 1981-ci ildə Moskva şəhərində 101 №-li uşaq poliklinikasında sahə həkimi işləyib.1982-1984 Moskva şəhərində SSRİ Tibb Akademiyasının Pediatriya akademik ordinaturanı keçib. 1985-1991 illərdə Azərbaycan Səhiyə Nazirliyi Birinci poliklinikasında allerqoloji kabinetin müdiri vəzifəsində işləyir.
1991-cı ildə Moskva şəhərində SSSR-in Tibb Akademiyasının Pediatriya İnstitutunda tibb elmləri üzrə namizədlik dissertasiyasını yerinə yetirib.
1991-ci-ildən Ə.Əliyev adına ADHTİ-n pediatriya kafedrasında assistent, 1997-2015-ci ilə qədər dosent vəzifəsində çalışıb. 2015-ci ildən bugünədək kafedranın professoru vəzifəsində çalışır.
1999, 2003, 2007 illərdə Federativ Almaniya Respublikasının DAD-Cəmiyyətinin müxtəlif ölkələrlə elmi əməkdaşlıq proqramı çərçivəsində Köln, Frayburq və Münhen Universitetlərinin Astma üzrə uşaq klinikalarında elmi-tədqiqat işi aparmışdır.
R.Y.Məmmədova 2008-ci ildə azərbaycan respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda Bronxial Astma üzrə Milli Proqramının hazırlanmasına cəlb olunmuşdur. Az.Respublikası Səhiyyə Nazirliyi İçtimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə həyata keçirilən allerqologiya üzrə klinik protokollarının hazırlanmasına cəlb olunmuşdur.
2011-ci ildə («Клинико-эпидемиологическая характеристика аллергических заболеваний органов дыхания у детей и подростков города Баку и обоснование противорецидивной терапии») mövzusunda doktorluq işini müdafiə etmiş və 4014-cü ildə tibb elmləri doktor dərəcəsini Alə Attestasiya Kimissiyası tərəfindən təsdiqlənmişdir.
R.Y.Məmmədova kafedranın elmi-praktiki fəaliyyətində fəal iştirak edir. Onun rəhbərliyi altında rezident və stajorlar hazırlanır.
R.Y.Məmmədova tərəfindən 91 elmi məqalə, 4 metodik tövsiyyələr, 1 kitab və 1 dərs vəsaitinin müəllifidir.
R.Y.Məmmədova müxtəlif beynəlxalq və milli simpozium və konqreslərdə iştirak edib.
Kafedranın əməkdaşları
Kafedranın professoru, tibb elmləri doktoru Həsənov Aslan İsmayıl oğlu, 1994-2019 cü illər ərzində kafedranın müdiri vəzifəsində fəaliyyət göstərmişdi. Həsənov Aslan İsmayıl oğlu 1949-cu il təvəllüdlü, azərbaycanlı, ali tibb təhsillidir. Həsənov A.İ. 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirmiş, 1974-cü ilə qədər Sumqayıt şəhəri 2№-li uşaq poliklinikasında sahə həkimi işləmişdir. 1978-ci ildə Moskva şəhərində SSRİ TEA Pediatriya ETİ-da aspiranturanı bitirib, 1979-cu ildə “Ферментный статус лейкоцитов при различных хронических бронхолегочных заболеваниях у детей” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1978-1985-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K. Fərəcova adına Pediatriya ETİ-də kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1985-1991-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu pediatriya kafedrasında baş elmi işçi, 1991-1994-cü illərdə həmin kafedranın dosenti olmuşdur. 1994-cü ildə Moskva şəhərində Rusiya Federasiyası TEA Pediatriya ETİ-də "Эффективность внебольничной помощи детям с болезнями органов дыхания” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və həmin ildən Az.DHTİ-nin pediatriya kafedrasına rəhbərlik edir. 2007-ci ildə A.İ.Həsənova professor elmi adı verilmişdir. Kafedrada A.İ.Hasanov planlı elmi-tədqiqat işinə rəhbərlik edir və onun rəhbərliyi altında doktorantlar ve ordinatorlar müvəffəqiyyətlə çalışırlar. Onun rəhbərliyi ilə 1 doktorluq ve 4 namizədlik dissertasiyası müdafiə olunmuşdur.O, yerli və xarici ölkələrin jurnal və toplularında dərc edilmiş 130 elmi tədqiqat işinin, 45 məqalənin, 4 tədris-metodik tövsiyənin, 2 ders vəsaitinin müəllifidir.

Kafedranın t.e.d., dosenti Quliyeva Zemfira Mehdi qızı, 1987-ci ildən kafedrada kliniki ordinaturaya daxil olub, 1994-cü ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1991-ci ildən assistent, 2001-ci ildən isə dosent vəzifəsində çalışır. 2005-ci ildən terapiya fakultəsinin dekanı vəzifəsində çalışır. 2018-ci ildə “Erkən yaşlı uşaqlarda təxirəsalınmaz vəziyyətlərlə nəticələnən kəskin bağırsaq infeksiyalarının müasir diaqnostikası və müalicə prinsipləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 102 elmi əsərin, 36 məqalənin, 2 metodik tövsiyə və 3 tədris-metodik vəsaitin və 1 dərs vəsaitinin müəllifidir.

Kafedranın t.e.ü.f.d., dosenti Qaraxanova Mətanət Sabir qızı, 1989-cu ildə aspiranturaya daxil olmuş, 1993-cü ildə “Распространенность нейрогенных дисфункций мочевого пузыря у детей и значение некоторых факторов риска” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdikdən sonra kafedranın assistenti, 1996-cı ildən isə dosent vəzifəsində çalışır. O, 63 elmi işin, 32 məqalə, 2 metodik tövsiyə, 1 tədris-metodik vəsaitin, 1 dərs vəsaitinin və 1 tarixi-publisistik oçerkin müəllifidir.

Kafedranın t.e.ü.f.d., dosenti Qarayev Fəxrəddin Aslan oğlu 1994-cü ildən kafedrada assistent, 2010-cu ildən isə dosent vəzifəsində çalışır. 2007-ci ildə “Yarımçıq doğulmuş uşaqlarda bəzi infeksion-iltihabi xəstəliklər zamanı lipidlərin mənimsənilməsinin xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. F.A.Qarayev kafedranın elmi-praktiki fəaliyyətində fəal iştirak edir. 2005-ci ilə qədər kafedrada keçirilən neonatoloji kursların kuratoru, hazırda isə pediatriya üzrə kursların kuratorudur. F.A.Qarayev 20 elmi işin, 9 məqalə və 1 metodik tövsiyyənin müəllifidir.

Kafedranın t.e.ü.f.d., dosenti Hacıyeva Nigar Adil qızı, 2010-cu ildən kafedrada assistent, 2012-ci ildən isə dosent vəzifəsində çalışır. 2005-ci ildə “Цитокиновый статус у детей, больных бронхиальной астмой и его коррекция” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. O, 39 elmi işin, o cümlədən, 19 məqalənin, 2 dərs vəsaitin, 1 məsləhət vermənin, 1 kitabın müəllifidir.

Kafedranın t.e.ü.f.d., dosenti Vəliyeva Sənubər Tağı qızı, 1999-cu ildə kafedraya aspiranturaya daxil olmuş, 2005-ci ildə “Mamalıq anamnezi bronxial astma və atopik dermatit ilə fəsadlaşmış uşaqlarda veqetativ sinir sisteminin və bəzi hematolojı göstəricilərin xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, həmin ildən kafedranın assistenti, 2012-ci ildən isə dosent vəzifəsində çalışır. Hal-hazırda “İrsiyyəti atopiya ilə ağırlaşmış uşaqlarda preventiv və korreksiya tədbirlərinin kliniki və patogenetik əsaslandırılması” mövzusunda doktorluq dissertasiyası üzərində tədqiqat işini davam etdirir. 70 elmi işin, 2 dərs vəsaiti, 2 metodik tovsiyyələrinin və 1 potent - Ürəyin sağ qulaqçıgının qipertrofik dəyişiklərinin prognozllaşdırılması. № И 2004 0082 ixtiranın müəllifidir.

Kafedranın t.e.ü.f.d., dosenti İbadova Təranə İlyas qızı, 2007-ci ildən kafedrada baş laborant, 2009-cu ildən institutu Ailə təbabəti kafedrasında assistent, 2014-ci ildən pediatriya kafedrasının assitenti, 2019cu ildən isə dosent vəzifəsində çalışır. 2017-ci ildə “Клинико-иммунологические показатели у детей с перинатальными поражениями и пути их коррекции.» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 10 elmi işin, məqalənin müəllifidir.

Kafedranın assistenti Zeynalova Elnarə Rəşid qızı, 1992-ci ildə kafedraya ordinaturaya daxil olmuş, 1994-cü ildən 1999-cu ilə qədər baş laborant hazırda isə assistent vəzifəsində çalışır. “Bakı şəhərində bətndaxili inkişafın ləngiməsi sindromunun (BDİL) rastgəlmə tezliyinin və yaranmasına səbəb olan amillərin öyrənilməsi” mövzusunda elmi-tədqiqat işi üzərində işləyir. O, 27 elmi işin, 18 məqalənin müəllifidir.

Kafedranın assistenti Feyzullayeva Nərgiz Nicat qızı, 1995-ci ildən kafedrada baş laborant, 2003-cü ildən assistent vəzifəsində işləyir. “Uşaqlarda uronefroloji xəstəliklərin exokardiografik göstəricilərə təsiri” mövzusunda elmi-tədqiqat işini yekunlaşdırıb. Tədris prosesində fəal iştirak edərək həkim müdavimlərlə seminar və praktik məşğələlər aparır. O, 17 elmi işin, 7 məqalənin müəllifidir.

Kafedranın assistenti İsrafilbəyova İlahə Baba qızı, 1991-ci ildən kafedrada baş laborant, 2003-cü ildən assistent vəzifəsində çalışır. “Erkən yaşlı uşaqlarda bağırsaq infeksiyası zamanı təxirəsalınmaz vəziyyətlərin yaranmasında şərti-patogen mikrofloranın rolu” mövzusunda elmi-tədqiqat işi üzərində işləyir. Tədris prosesində fəal iştirak edərək həkim müdavimlərlə seminar və praktik məşğələlər aparır. O, 25 elmi işin, 1 məqalənin müəllifidir.

Pediatriya kafedrasının həkim-laborantı Əliyeva Səidə Həmid qizi 1982-1989-cu ildə Azerbaycan Tibb Universitetində pediatriya üzrə təsil alıb Universitetin bitirənən sonra 1990-1993 ilərdə Təcili və Təxilə salınmaz yardım podstansiyasında həkim-pediatr kimi faliyyət qöstərib.
1994-97 ildə Azərbaycan Dövlət Həkimləri Təkminləştırmə institutun pediatriya kafedrasının aspiranturasında təsilin davam edib.
1998-2003 “ Uşaqlarda hematurik sindromun diffferensial diaqnostikası” mövzusunda elmi is aparılıb.2004 ildə tibb elmlər namizədlik (tibb elmləri üzrə fəlsəfə doktoru) adına nail olub.
2005- 2015 ildənən Azərbaycan Dövlət Həkimləri Təkminləştırmə institutun Pediatriya kafedrasinda baş laborant vəzifəsində işləyib
2015-2020 ilərdə Azərbaycan Dövlət Həkimləri Təkminləştırmə institunun Ailə təbabəti kafedrasında kurator vəzifəsində işləyib
2020 ildən Azərbaycan Dövlət Həkimləri Təkminləştırmə Pediatriya kafedrasında faliyətinin davam edir.
15 elmi işin müəllifidir.
Kafedranın ünvanı
Respublika Uşaq Klinik Xəstəxanası, Zərdabi küç., 89
Avtoreferatlar
Мамедова Раксана Юсиф кызы
Клинико-патогенетическое значение изменений циклазной системы при пищевой аллергии у детей. 14.00.09 - педиатрия. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Москва-1990.
Клинико-эпидемиологическая характеристика аллергических заболеваний органов дыхания у детей и подростков города Баку и обоснование противорецидивной терапии. 14.00.09 - педиатрия. Диссертации на соискание ученой степени доктора мед. Наук., Баку 2011.
Кулиева Земфира Мехти кызы
Клиническая и медико-социальная характеристика детей с жизнеугрожающим состоянием. 14.00.09 - педиатрия. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Баку- 1994.
“Erkən yaşlı uşaqlarda təxirəsalınmaz vəziyyətlərlə nəticələnən kəskin bağırsaq infeksiyalarının müasir diaqnostikası və müalicə prinsipləri” 14.00.09 - педиатрия. Диссертации на соискание ученой степени доктора мед. Наук., Баку 2018.
Караханова Мэтанэт Сабир кызы
Распространенность нейрогенных дисфункций мочевого пузыря у детей и значение некоторых факторов риска. 14.00.09 - педиатрия. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Баку- 1993.
Гасанов Аслан Исмаил оглы
Эффективность внебольничной помощи детям с болезнями органов дыхания. 14.00.09 - педиатрия. Диссертации на соискание ученой степени доктора медицинских наук. Москва-1994.
Алиева Саида Гамид кызы
Клинико-диагностическое значение синдрома гематурии у детей с уронефрологическими заболеваниями. 14.00.09 - педиатрия. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Баку - 2004.
Рустамова Санубар Таги кызы
Особенности вегетативной нервной системы и некоторых гематологических показателей у детей с бронхиальной астмой и атопическим дерматитом с отягощенным акушерским анамнезом. 14.00.09 - педиатрия. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Баку-2005.
Гаджиева Нигяр Адиль кызы
Цитокиновый статус у детей, больных бронхиальной астмой и его коррекция. 14.00.09 - педиатрия. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Баку - 2005.
Qarayev Fəxrəddin Aslan oğlu
Yarımçıq doğulmuş uşaqlarda bəzi infeksion-iltihabi xəstəliklər zamanı lipidlərin mənimsənilməsinin xüsusiyyətləri. 14.00.09 - pediatriya. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiya. Bakı- 2007.
İbadova Təranə
Клинико-иммунологические показатели у детей с перинатальными поражениями и пути их коррекции. 14.00.09 - педиатрия. Диссертации на соискание ученой степени кандидата медицинских наук.Баку - 2017.
Psixiatriya və narkologiya kafedrası
Kafedra üzrə modul saatları (1-8)
Kafedra haqqında
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun psixiatriya və narkologiya kafedrası 1970-ci ildə yaradılmışdır. Kafedranın klinik bazası Bakı şəhər Ruhi Əsəb Dispanserində fəaliyyət göstərir.
Təhsil proqramı həkim-psixiatrların, narkoloqların, psixoterapevtlərin və başqa sahə həkimlərinin diplomdansonrakı dövrdə psixiatriya, narkologiya, psixoterapiya, seksopatologiya, psixosomatik pozuntular sahəsində tədrisi üçün nəzərdə tutulub. Təhsil proqramı ixtisaslaşma, ümumi təkmilləşmə, attestasiya və sertifikat almaq üçün təkmilləşmə , ali attestasiya dərəcəsini almaq üçün təkmilləşmə kurslarından ibarətdir.
Psixiatriya kafedrası 1970-ci ildə yaradılmışdır. Bununla əlaqədar Bakı şəhər 1 saylı Psixonevroloji Xəstəxana Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Psixiatriya kafedrasının kliniki bazası kimi təyin edilmişdir. Keçirilən müsabiqə nəticəsində 17 yanvar 1970-ci ildə kafedranın müdiri vəzifəsinə professor Həsənov Xamis Əbdülhüseyn oğlu seçilmiş və ömrünün sonuna qədər kafedraya rəhbərlik etmişdir.
Həsənov X.Ə. 1948-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. İnstitutun və Səhiyyə Nazirliyinin göndərişi ilə X.Ə.Həsənov Moskva şəhərində prof. V.P.Serbski adına Məhkəmə-Psixiatriya Elmi Tədqiqat İstitutunun kliniki ordinaturasına daxil olmuşdur.Kliniki ordinaturanı bitirdikdən sonra X.Ə.Həsənov birbaşa həmin institutun aspiranturasına qəbul olmuşdur və professor İ.N.Vvedenskinin bilavasitə rəhbərliyi altında 1954-cü ildə “Ağ isitmənin məhkəmə-psixiatrik və patofizioloji aspektləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin il Bakı şəhərinə qayıdan X.Ə.Həsənov Azərbaycan Dövlət Tibb İnstitutunun psixiatriya kafedrasının assistenti öz fəaliyyətinə başlamışdır.
Həsənov X.Ə. alkoqol psixozlara aid olan elmi tədqiqatlarını davam etdirərək 1960-cı ildə Moskva şəhərində İ.M.Seçenov adına 1 saylı Tibb İnstitutunun Elmi Şurasında “Kəskin alkoqol psixozların klinikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1960-1963-cü illərdə t.e.d. X.Ə.Həsənov Azərbaycan EA-nın Eksperimental və Kliniki Təbabət Elmi Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərmişdir. Professor X.Ə.Həsənov 1963-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun elmi işlər üzrə prorektoru, 1964-cü ildə isə həmin institutun rektoru vəzifəsinə təyin olunmuşdur və bu vəzifədə o, 1968-ci ilə qədər çalışmışdır. Onun sonrakı pedaqoji və elmi fəaliyyəti Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Psixiatriya və narkologiya kafedrası ilə bağlı olmuşdur. Prof. X.Ə.Həsənov 140-dan çox elmi işin, o cümlədən, 6 monoqrafiyanın, 8 metodiki tövsiyənin, Azərbaycan dilində yazılmış ilk “Psixiatriya” (1967) dərs vəsaitinin və “Alkoqolizm” (1987, həkimlər üçün) vəsaitin müəllifidir. Prof. X.Ə.Həsənovun elmi nailiyyətlərini nəzərə alaraq, 1990-cı ildən ona əməkdar elm xadimi fəxri adı verilmişdir. Prof. X.Ə.Həsənovun 1999-cu ildə vaxtsız vəfatından sonra kafedra əməkdaşları onun unudulmaz xatirəsini əziz tuturlar.

Kafedranın müdiri, tibb elmləri doktoru, əməkdar müəllim, dosent Qafarov Teymur Əli oğlu kafedrada 1984-cü ildən işləyir, 1999-cu ildən kafedra müdiri vəzifəsində fəaliyyət göstərir. 1987-ci ildə Moskva şəhərində prof. V.P.Serbski adına ümumi və məhkəmə psixiatriya Elmi Tədqiqat İnstitutunda tibb elmləri namizədliyi dissertasiyasını müdafiə etmiş və 1989-cu ildə kafedranın dosenti vəzifəsinə seçilmişdir. Sonrakı illərdə Qafarov T.Ə. psixi xəstəliklərdə özünüdərketmə problemi ilə əlaqədar elmi araşdırmalar aparmış və bu araşdırmaların nəticəsində 2000-ci ildə Moskva şəhərində prof. V.P.Serbski adına Sosial və məhkəmə psixiatriya Elmi Mərkəzində “Şizofreniyanın patokinezində özünüdərketmənin psixopatologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Tədris prosesi ilə yanaşı, t.e.d. T.Ə.Qafarov kafedranın elmi işlərinin planlaşdırılması və həyata keçirilməsinə rəhbərlik edir. T.e.d. Qafarov T.Ə. 71 elmi işin müəllifidir, onlardan 5 metodik tövsiyələrdir.
Kafedranın elmi istiqaməti
Kafedranın elmi istiqaməti qaçqın və məcburi köckünlərdə psixogen travmaların təsirinin öyrənilməsi probleminə həsr olunub. 2013-2018 illərdə kafedra tərəfindən «Psixi xəstəliklərdə və pozuntularda somatoform pozuntuların kliniki xüsusiyyətləri, differensial diaqnostikası və müalicəsi» mövzusunda elmi-tədqiqat işi planlaşdırılıb. 2008-2013 illərdə kafedranın planlaşdırılmış «Şizofreniyanın, şizoaffektiv və affektiv pozuntuların klinikası və dinamikasına uzun müddətli psixogen təsirlərinin xüsusiyyətləri və onların müalicə-bərpa tədbiri üçün əhəmiyyəti» mövzusunda elmi-tədqiqat işi davam edir.
Elmi rəhbər: kafedra müdiri t.e.d. Qafarov T.Ə.
İcraçı: assistent Haqverdi E.R.
Bundan əlavə, 2003- cü ildən aparılan “Qaçqın və məcburi köckünlərin qadın kontinqentində psixogen travmaların uzaq dövrünün kliniki- psixopatoloji fəsadları və onların tibbi- sosial korreksiyası” mövzusunda elmi-tədqiqat işi davam edilir.
Elmi rəhbər: kafedra müdiri t.e.d. Qafarov T.Ə.
İcraçı: assistent Qaziyev V.S.
Mövzular üzrə ədəbiyyat, kliniki material yığılır, xüsusi müayinə kartları və metodik işləmələr hazırlanır, çoxsaylı məqalələr çap olunur.
Kafedranın müalicə fəaliyyəti
Psixiatriya kafedrasının klinik bazası Bakı şəhər Ruhi Əsəb Dispanserində fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri, Hidayət-zadə küç.,4
Müəllim heyyəti isə PND-nin stasionar şöbəsində həkim-müdavimlərlə birgə tədris prosessi zamanı (təcrübə saatlarında) xəstələrin təhlilini aparır və müvafiq məsləhətlər verirlər.
Kafedranın müdiri, t.e.d. Qafarov T.Ə. həftənin müəyyən günlərdə kafedranın kliniki bazsı üzrə konsultativ diaqnostik iş aparır.
Assistent Qaziyev V.S. RƏD-inin stasionarında müalicə işi aparır, xəstələrin müalicəsilə bilavasitə məşqul olur.
Assistent Haqverdi E.R. kliniki bazanın gündüz stasionar şöbəsində müalicə işini aparır.
Kafedranın əməkdaşları

Kafedranın müdiri, tibb elmləri doktoru, əməkdar müəllim, dosent Qafarov Teymur Əli oğlu kafedrada 1984-cü ildən işləyir, 1999-cu ildən kafedra müdiri vəzifəsində fəaliyyət göstərir. 1987-ci ildə Moskva şəhərində prof. V.P.Serbski adına ümumi və məhkəmə psixiatriya Elmi Tədqiqat İnstitutunda tibb elmləri namizədliyi dissertasiyasını müdafiə etmiş və 1989-cu ildə kafedranın dosenti vəzifəsinə seçilmişdir. Sonrakı illərdə Qafarov T.Ə. psixi xəstəliklərdə özünüdərketmə problemi ilə əlaqədar elmi araşdırmalar aparmış və bu araşdırmaların nəticəsində 2000-ci ildə Moskva şəhərində prof. V.P.Serbski adına Sosial və məhkəmə psixiatriya Elmi Mərkəzində “Şizofreniyanın patokinezində özünüdərketmənin psixopatologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Tədris prosesi ilə yanaşı, t.e.d. T.Ə.Qafarov kafedranın elmi işlərinin planlaşdırılması və həyata keçirilməsinə rəhbərlik edir. T.e.d. Qafarov T.Ə. 71 elmi işin müəllifidir, onlardan 5 metodik tövsiyələrdir.

Kafedranın professoru, tibb elmləri doktoru Əliyev Nadir Abbasəli oğlu 2010-cu ildən kafedrada işləyir. 1983-cü ildə Moskva şəhərində prof. V.P.Serbski adına ümumi və məhkəmə psixiatriya Elmi Tədqiqat İnstitutunda “СРАВНИТЕЛЬНАЯ ХАРАКТЕРИСТИКА СОСТОЯНИЙ НЕЙРОМЕДИАТОРНЫХ СИСТЕМ ПРИ РАЗЛИЧНЫХ ФОРМАХ И ТИПАХ ТЕЧЕНИЯ ШИЗОФРЕНИИ” mövzusunda tibb elmləri namizədliyi dissertasiyasını müdafiə etmişdir. 1989-cu ildə Moskva şəhərində SSRİ Səhiyyə Nazirliyinin Ümumittifaq Narkologiyanın Tibbi-bioloji Problemləri üzrə Elmi mərkəzində “KЛИНИКА, ПАТОГЕНЕЗ И ТЕРАПИЯ АЛКОГОЛИЗМА, СОЧЕТАННОГО С ТУБЕРКУЛЕЗОМ ЛЕГКИХ” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. N.A. Əliyev 154 elmi işin müəllifidir. Onlardan 4 ədəd (3 - ün tək müəllifi və 1 - nin həmmüəllifi) metodik tövsiyələr, 2 ədəd dərs vəsaiti (1-in tək və 1-in həmmüəllifi), 2 ədəd ixtiradır. N.A. Əliyev 3 tibb elmiləri namizədliyinin və 1 tibb elmləri doktorluq dissertasiyalarının elmi rəhbərliyi və məsləhətçisi olmuşdur. Hal-hazırda Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun psixiatriya və narkologiya kafedrasının müdiri T.Ə. Qafarov və Azərbaycan Tibb Universitetinin əməkdaşı, t.e.d. Z.N. Əliyevlə birlikdə “Narkologiya üzrə dərs vəsaiti” üzərində çalışırlar. N.A. Əliyev elmi araşdırmalarını psixiatriya və narkologiyanın aktual problemləri üzərində davam etdirir.

Kafedranın assistenti Haqverdi Eldar Rahib oğlu 2006-cı ildən kafedrada assistent vəzifəsində çalışır. “Uzunmüddətli psixogen amillərin şizofreniyanın klinika və dinamikasına təsiri” mövzusunda elmi işin üzərində çalışır. Assistent Haqverdi E.R. 5 elmi məqalənin müəllifidir.
Kafedranın ünvanı
Ruhi-Əsəb Dispanseri, Hidayətzadə küç. 4, tel.: 566-24-09
Avtoreferatlar
Qafarov Teymur Əli oğlu
Terapevtik remissiyaların müxtəlif mərhələrində alkoholizm residivlərin inkişafını xususiyyətləri. 14.00.18 - psixiatriya. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Moskva - 1987-ci il.
Qafarov Teymur Əli oğlu
Şizofreniyanın patokinezində özünüdərketmənin psixopatologiyası. 14.00.18 - psixiatriya. Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Moskva - 2000-ci il.
Алиев Надир Аббасали оглы
Сравнительная характеристика состояний нейромедиаторнных систем при различных формах и типах течения шизофрении. 14.00.18 - Психиатрия. Диссертации на соискание ученой степени кандидата медицинских наук. Москва -1983 г.
Алиев Надир Аббасали оглы
Клиника, патогенез и терапия алкоголизма, сочетанного с туберкулезом легких. 14.00.45 - Наркология. Диссертации на соискание ученой степени доктора медицинских наук. Москва -1989 г.
Nevrologiya və klinik neyrofiziologiya kafedrası
Kafedra üzrə modul saatları (1-5)
(7-8)
Kafedra haqqında
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Sinir xəstəlikləri və fizioterapiya kafedrası 1948-ci ildə təşkil olunmuşdur. Kafedra akademik M.Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasının 100 çarpayılıq 1-ci və 2-ci sinir xəstəlikləri şöbələrində fəaliyyət göstərirdi. Kafedranın əsas vəzifəsi ixtisaslı nevroloqlar hazırlamaq, həmçinin ixtisasından asılı olmayaraq praktiki təbabətin bütün sahələrində çalışan həkimlərin (terapevt, təcili yardım həkimlərinin, pediatr, psixiatr) nevroloji xəstəliklərin diaqnostikasına, müalicəsinə dair məsələlər üzrə biliklərini təkmilləşdirməkdən ibarətdir. Kafedranın təşkilatçısı və 22 il müddətində rəhbəri dosent A.B. Mustafaev olmuşdur. A.B. Mustafaev assistenti V.V.Argentov ilə birlikdə diplomdan sonrakı dövürdə həkimlərin təkmilləşdirməsi kurslarını təşkil etmişlər. 1970-1990-cı illər ərzində kafedraya Azərbaycanın Əməkdar Həkimi, prof. Nazim Zəbi oğlu Mollazadə rəhbərlik etmişdir. N.Z.Mollazadənin rəhbərliyi ilə 11 namizədlik dissertasiyası müdafiə edilmişdir. 1978-ci ildən fizioterapiya sinir xəstəlikləri kafedrasına birləşdirilmişdir. 1990-1994-cü illər ərzində nevrologiya və fizioterapiya kafedrasına Tatyana Yuryevna Kurdyumova rəhbərlik etmişdir. Onun elmi tədqiqatları baş-beyin xəstəliklərinin klinik-genetik xüsusiyyətlərindən bəhs edir. Onun rəhbərliyi ilə 1 namizədlik dissertasiyası müdafiə olunmuşdur. O dövürdə il ərzində kafedrada 4-5 kurs üzrə 80-100 həkim təkmilləşmə keçərək ixtisasını artırırdı. Eyni zamanda, burada MDB respublikalarından göndərilmiş həkimlər də diplomdan sonrakı tədris prosesi üzrə hazırlıq keçirdilər.
Hal hazırda kafedranın professor-müəllim heyəti 2 professor, 1 dosent və 4 assistentdən ibarətdir.
Kafedra əməkdaşlarının əsas fəaliyyəti həkim nevroloqların diplomdan sonrakı peşə hazırlığıdır. Gənc həkimlərin yüksək səviyyəli mütəxəssis kimi hazırlanması üçün kafedrada mütəmadi olaraq master klassların, seminarların, geniş diskussiyaların aparılması həyata keçirilir.
Eyni zamanda müdavimlərə nevroloji xəstəliklərin müasir funksional diaqnostika üsulları da (dopler, EEQ, ENMQ) öyrədilir.
Həmçinin kafedrada həkim-rezidentlərin nevrologiya ixtisasına dair mühazirələr, seminarlar və təcrübi dərslər aparılır.
Bununla yanaşı, kafedra həmkarları tərəfindən 5 ildən artıq işləməyən həkimlər üçün xüsusi tədris proqramına əsasən hazırlıq dərsləri aparılır.

1994-cü ildən bu günədək kafedraya tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Şirəliyeva Rəna Kazım qızı rəhbərlik edir. 1994-cü ildən Rusiya Federasiyası üzrə tibb elmləri doktorudur.
2004-cü ildə Azərbaycan Respublikası tibb elmləri doktoru elmi dərəcəsi nostrifikasiya edilib.
1985-ci ildən etibarən Rusiya və Azərbaycanda dağınıq sklerozun öyrənilməsinə həsr olunmuş elmi axtarışlarını davam etdirir.
R.K.Şirəliyeva Azərbaycan dilində nəşr olunmuş, Tibb universiteti tələbələri və nevroloqlar üçün mühüm teoritik və praktik cəhətdən dəyərli, əvəzolunmaz əhəmiyyətə malik olan və azərbaycan dilində çap olunmuş kitablarının müəllifidir: 2003-cü ildə "Sinir sistemi xəstəlikləri", 2007-ci ildə "Nevrologiya", 2009-cu ildə "Kliniki nevrologiya", 2015-ci ildə “Klinik nevrologiya”, 2020-ci ildə “Nevrologiyada müayinə metodları (şkalalar, testlər, sorğu anketləri)”, 2021-ci ildə “Nevrologiya”.
Nevrologiya sahəsində 250-dən artıq elmi əsər, o cümlədən 6 dərslik, 8 tədris vəsait, 2 monoqrafiya, 2 məlumat kitabçası, 8 metodik tövsiyə, məqalələr dövrü nəşriyyatda və respublikadan kənar çap olunmuşdur.
Tədris prosesi ilə yanaşı, professor R.K.Şirəliyeva kafedranın elmi işlərinin planlaşdırılması və həyata keçirilməsinə rəhbərlik edir. Xüsusi ilə yayılmış patologiyadan biri olan demiyelinizə edici xəstəliklərin müayinə və müalicə taktikası professor R.K.Şirəliyeva tərəfindən işlənib hazırlanmışdır.
Elmi rəhbərlik altında 9 namizədlik, 1 tibb elmləri doktorluq dissertasiyaları müdafiə olunmuşdur.
2012-2021-ci illər “Dağınıq skleroz xəstələrin müalicəsi, profilaktikası və onunla mübarizə” tədbirlərinə dair Dövlət proqramının üzvü;
2019-cu ildən Türkdilli Dövlətlərin Nevrologiya Cəmiyyətinin prezident;
2016-cı ildən Daxili İşlər Nazirliyi, professor - konsultant;
2016-cı ildən Lomonosov ad. Moskva Dövlət Universitetinin Bakı filialı, professor;
2015-ci ildə “Əməkdar Elm Xadimi” adı verilib.
2012-ci ildən “Milli nevrologiya jurnalı” baş redaktorudur.
2011-ci ildən “Nevroloqların milli assosiasiyası”nın prezidentidir.
Kafedranın elmi istiqaməti
Kafedranın əsas elmi istiqaməti dağınıq sklerozun epidemiologiyası, klinikası, diaqnostikası və müalicəsi; beyin qan dövranının pozulmalarının araşdırılması, epilepsiyanın kliniki-epidemioloji xüsusiyyətlərinin, baş ağrılarının epidemiolagiyası və sosio-ekonomik amillərin təsirinin öyrənilməsinə yönəlmişdir. Kafedranın əsas elmi tədqiqatlarından biri - Dövlət proqramına əsasən, dağınıq sklerozun Azərbaycanda epidemioloji və kliniki xüsusiyyətlərinin araşdırılmasına yönəlmişdir.
Kafedranın əməkdaşları tərəfindən nevrologiya ixtisası üzrə müxtəlif nozologiyalarla bağlı kliniki protokollar tərtib edilib (dağınıq skleroz, insult, baş ağrıları və s.).
“Nevroloqların Milli Assosiasiyası” kafedranın əməkdaşları tərəfindən 2011-ci ildə təsis edilməsinə baxmayaraq, kollektiv tərəfindən artıq 2007-ci ildən hər il konfranslar: (2007, 2008, 2010 (yanvar), beynəlxalq mütəxəssislərin iştirakı ilə Azərbaycan nevroloqlarının IV konfransı (2010 dekabr), 2012, 2017, Neonatal nevrologiyanın aktual məsələləri (2018), Uşaqlıq dövrünün nevrolojı xəstəlikləri (2018), Genetikanın nevrologiyada müasir aspektləri (2019), Azərbaycan nevroloqlarının VII-ci, Uşaq nevroloqlarının IV-cü konqresi (2019), Ümümdünya dağınıq sklerozla mübarizə gününə həsr olunmuş onlayn konfrans (2021), Klinisistlərin təcrübəsində orqan xəstəlikləri (2021); konqreslər: (Türkdilli ölkələrin I-ci Beynəlxalq Nevrolojı Konqresi (2013), Uşaq nevroloqlarının IV-cü konqresi (2019) və seminarlar: (EAN Regional Teaching course (2014), (Professor Yoham Selver Kristian-Dopler klinika, Onurğa beyin infarktı-Avstriya 2018), İnsult mərkəzinin yaradılmasının pilot layihəsi (2020), Hərəki pozuntular - canlı təlim (2022) təşkil edilir. Assosiasiyanın əsas məqsədi müxtəlif ölkələrdən mütəxəssisləri bir yerə toplamaq, yeni biliklərlə bölüşmək, tibbi xidmətin keyfiyyətini yüksəltmək və mütəxəssislərin nevroloji xəstəliklər üzrə praktiki bacarıqlarını artırmaqdır.
Asssosiasiyanın rəsmi nəşri olan resenziyalaşmış elmi praktiki “Milli Nevrologiya jurnalı” 2012-ci ildən, ildə 2 dəfə (azərbaycan, rus və ingilis dilində) dərc edilir. Jurnalda respublikanın və digər ölkələrin qabaqcıl nevroloqlarının məqalələri çap edilir.
Kafedranın müalicə fəaliyyəti
Kafedranın əməkdaşları RKX–nın və digər müalicə müəssisələrinin Nevrologiya şöbəsində xəstələrin müalicə işində bilavasitə iştirak edir, konsultiv yardım göstərirlər. Müayinələrin aparılmalarına dair nəzəri biliyin artırılması ilə bağlı kafedranın nəzdində neyrofizioloji üsulların (ENMQ, dopler, EEQ, göz dibinin yoxlanılması, lümbal punksiyanın icrası) öyrənilməsinə həsr edilmiş dərslər təşkil edilib. Xəstəliklərin müasir təsnifata uyğun klinik kriterilər əsasında diaqnostikası və müvafiq müalicəsi tədbiq olunur. Həmçinin stasionarda təxirəsalınmaz nevroloji yardım istiqamətləndirilməsi və neyroreabilitasiya kimi müalicə metodları tətbiqi həyata keçirilir.
Kafedranın əməkdaşları

Kafedranın t.e.d., professoru Həsənov Rövşən Lazər oğlu 1989-cu ildən kafedrada işə başlayıb. Bu müddət ərzində ixtisaslı həkim kadrların hazırlanmasında və elmi kadrların yetişdirilməsində öz qüvvə və bacarığını əsirgəməyib.
O, bir tədqiqatçı kimi hərtərəfli elmi işlər həyata keçirməklə, çox mürəkkəb məsələlərin həllini tapmaq iqtidarına malikdir. Əsas elmi istiqaməti beynin qeyri spesifik törəmələrinin öyrənilməsinə istiqamətlənmişdir.
Nevrologiya sahəsində 90-a yaxın elmi işlər, eyni zamanda metodik tədris vəsaitləri, məqalələr dövrü nəşriyyatda və respublikadan kənarda çap olunmuşdur.
Kafedranın elmi tədqiqat işinin məsul icraçısıdır.
Onun elmi rəhbərliyi altında 2 namizədlik dissertasiyası müdafiə olunmuşdur.
2017-ci ildən 2021-ci ilədək Səhiyyə Nazirliyinin Nevropatologiya üzrə baş mütəxəssisidir.

Kafedranın t.e.ü.f.d., dosenti Sadıxova Zəminə Manaf qızı 1982–ci ildən kafedrada işləyir, 1999-cu ildən dosent vəzifəsində çalışır. O, “Serebrovaskulyar xəstəliklərin klinikasında epileptik paroksizmlər” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. O, 70-ə qədər elmi əsərin və 3 metodik tövsiyələrin müəllifidir. Onun klinik nevrologiyaya aid mühazirələri və seminar məşğələləri, tədris materiallarının müdavimlərə anlaşılan tərzdə çatdırılması ilə fərqlənir. Kafedranın tədris işi üzrə məsul şəxsdir. 1994-2003-ci illər ərzində institutun Terapiya fakultəsinin elmi şurasının katibi olmuşdur. Azərbaycan Tibb Universitetinin dissertasiyalarının aprobasiya şurasının üzvüdür. 2014-ci ildə “Səhiyyə Əlaçısı” medalı ilə təltif edilmişdir.

Assistent Məmmədova Mehriban Niyazi qızı 2012-ci ildən kafedrada işləyir. O, “- uşaq serebral iflicinin etiologiyası və klinik təzahürlərinin xüsusiyyətləri” mövzusunda tibb üzrə fəlsəfə doktoru dissertasiyasının üzərində işləyir. 19 elmi məqaləsi var. Elmi istiqaməti uşaq serebral iflicinin öyrənilməsinə yönəlmişdir.

Kafedranın assistenti Quliyeva Aygün İsa qızı 2003-ci ildən kafedrada işləyir. 2009-cu ildən elektroensefaloqrafiya müayinəsiylə məşğuldur. 25 elmi məqaləsi var.

Ülkər Əsgər qızı Əsədova 2022-ci ildən Ə.Əliyev adına ADHTİ-nun “Nevrologiya və kliniki neyrofiziologiya” kafedrasının assistenti vəzifəsində çalışır. 2018-ci ildə ATU-nun “Nevroloğiya” kafedrasının dissertanturasında başladığı “Bakı şəhəri Maştağa qəsəbəsində epilepsiyanın kliniki-epidemioloji xarakteristikası” mövzusunda dissertasiya işini 2021-ci ildə müvəffəqiyyətlə bitirmişdir. 2022-ci ildə tibb elmləri üzrə fəlsəfə doktoru adının alınmasına layiq görülmüşdür. Nevrologiya üzrə bir sıra beynəlxalq konfranslarda iştirak və çıxışlar etmişdir. 2016-cı ildən Azərbaycan Nevroloqlar Assosiasiyasının, Epilepsiya ilə Beynəlxalq Mübarizə Liqasının və Ümumdünya Nevroloqlar Federasiyasının üzvüdür. Nevrologiya sahəsində 20-yə yaxın elmi məqalələri dövrü nəşriyyatda və respublikadan kənar çap olunmuşdur.

Məmmədova Mərziyyə Yusif qızı 2022-ci ildə Ə.Əliyev adına ADHTİ-nun “Nevrologiya və klinik neyrofiziologiya” kafedrasında assistent vəziəsinə təyin edilmişdir və hal hazıra kimi bu vəzifədə çalışır.
Hazırda «Transkranial və çoxsəviyyəli maqnit stimulyasiyasının insultdan sonrakı xəstələrin müalicə və bərpasında tətbiqi» mövzusunda tibb üzrə fəlsəfə doktorluq (PhD) dissertasiyasının müdafiəsi ərəfəsindədir.
2022-ci ildə Eskişehir Osmanqazi Üniversitesi İnme Merkezinde İnme Ünitesi Yönetimi, Akut İnme Tedavisi, İnme Organizasyonu və 2024-cü ildə Ankara şəhəri Sağlık Bilimleri Universitesi Algoloji şöbədə Algologiya üzrə ixtisasartırma və təkmilləşmə təlimləri keçmişdir. Nevrologiya sahəsində bir sıra yerli və beynəlxalq konfranslarda iştirak və çıxışlar etmişdir, təlimçi olmuşdur. Beynəlxalq Parkinson və Hərərəkət Pozğunluqları Cəmiyyəti/ The International Parkinson and Movement Disorder Society, Beynəlxalq Başağrı Cəmiyyəti International/Headache Society, Avropa Nevrologiya Akademiyası/European Academy of Neurology, Amerika Nevrologiya Akademiyası/American Academy of Neurology, Azərbaycan Uşaq Nevroloqlar Cəmiyyətinin, Milli Nevroloqlar Cəmiyyətinin, Epilepsiya ilə Beynəlxalq Mübarizə Liqasının (ILAE) Azərbaycan bölməsinin üzvüdür. M.Y. Məmmədova 20-dən çox dövrü nəşriyyatda və respublikadan kənar çap olunmuş elmi işin müəllifidir.
2023-cü ildən hazıradək Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertidir.
Kafedranın ünvanı
Akad. Mir-Qasımov ad. Respublika Klinik Xəstəxanası (1-ci korpus ), tel.: 431-89-48
Avtoreferatlar
Гаджиева Тамилла Гаджи кызы
Электромиографические изменения при пояснично-крестцовом радикулите. Дисс. на соискание ученой степени кандидата медицинских наук. Ленинград, 1974. - 17 с.
Садыхова Замина Манаф кызы
Эпилептические пароксизмы в клинике цереброваскулярных заболеваний. Дисс. на соискание ученой степени кандидата медицинских наук. Ташкент, 1990. - 22 с.
Гасанов Ровшан Лазер оглы
Роль вегетативной нервной системы в развитии незаторможенного мочевого пузыря у детей. Дисс. на соискание ученой степени кандидата медицинских наук. Баку, 1994. - 25 с.
Ширалиева Рена Кязым кызы
Диагностика и патогенетические механизмы рассеянного склероза (клиническое, компьютерно-томографическое, иммуно-генетическое, иммунологическое и биохимическое исследование). Дисс. на соискание ученой степени кандидата медицинских наук. Москва, 1995. - 33 с.
Ягубов Вагиф Алыкулу оглы
Клинико-неврологические проявления и обоснование мануальной терапии спондилогенных абдоминалгий. Дисс. на соискание ученой степени кандидата медицинских наук. Казань, 2009. - 22 с.
Əliyev Rahim Rafail oğlu
Quba-Xaçmaz iqtisadi rayonunda baş beyni insultunun və onun risk amillərinin yayılmasının və nəticələrinin xüsusiyyətləri. Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işinin avtoreferatı, Bakı, 2013. - 24 s.
Dermatovenerologiya kafedrası
Kafedra üzrə modul saatları (1-8)
Kafedra haqqında
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda üçüncü fəaliyyətə başalayan Dermatovenerologiya kafedrası olmuşdur. Kafedrada ilk 5 aylıq kurs 1936-ci ilin 7 fevralından 21 iyununa kimi keçirilmişdir. Kafedranın ilk kliniki bazası Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutu olmuşdur. Bundan sonra kafedra Sabunçu qəsəbəsindəki 3 saylı klinik xəstəxanaya keçirilmişdir və Bakı şəhər Dəri-Zöhrəvi Xəstəlikləri Dispanseri əlavə olaraq kliniki baza kimi kafedraya verilmişdir. Dispanserdə həkimlərin ixtisaslaşması və təkmilləşməsi üçün geniş şərait yaradılmışdır. Bu gün də kafedra həmin dispanserdə yerləşir.
Dermatologiya və Venerologiya kafedrasının əsas vəzifəsi ixtisaslı mütəxəssis dermatoloq və veneroloq hazırlamaq, həmçinin ixtisasından asılı olmayaraq praktiki təbabətin bütün sahələrində çalışan dermatoloq və veneroloqların xəstəliklərin diaqnostikası və müalicəsi məsələləri üzrə biliklərinin təkmilləşdirilməsindən ibarətdir.
Kafedrada tədris işi daha yüksək səviyyədə aparılır. Tədris prosesində müasir təhsil və texniki texnologiyalardan istifadə olunur, tədris proqramları müasir tələbələrə uyğun tərtib edilir. Hər il yeni mövzulara aid tematik kurslar keçirilir. Bunlar da həkimlərin bilik səviyyəsinin daha da yüksək olmasına imkan verir.
Kafedranın ilk müdiri respublikanın əməkdar həkimi, əməkdar elm xadimi, tibb elimləri doktoru, professor Məhərrəm Məhəmməd oğlu Hüseynov olmuşdur. O, müəyyən fasilələrlə 1935-ci ildən 1981-ci ilədək kafedraya rəhbərlik etmişdir. Professor M.M. Hüseynov 1901-ci ildə Gədəbəy rayonunun Qalakənd kəndində anadan olmuşdur. O, 1923-cü ildə Bakı Dövlət Universitetinin tibb fakültəsini bitirmiş, 1925-ci ildə Moskva Dövlət Universitetinin tibb fakültəsini başa vurmuşdur. 1927-1929-cu illərdə professor M.M. Hüseynov Almaniyanın ən qabaqcıl klinikasında, görkəmli alimlərin (Yadason və s.) yanında təkmilləşmə keçmişdir. Almaniyadan qayıtdıqdan sonra o, Azərbaycan Tibb İnstitutunun dəri və zöhrəvi xəstəlikləri kafedrasının dosenti, Azərbaycan Dəri və Zöhrəvi Xəstəlikləri İnstitutunun direktoru vəzifələrində işləmişdir. Prof. M.M. Hüseynov tərəfindən Bakı şəhər Dəri-Zöhrəvi Xəstəlikləri Dispanseri təşkil edilmişdir və 1942-1948-ci illərdə o bu dispanserin baş həkimi vəzifəsində çalışımışdır.
Prof. M.M. Hüseynov çox geniş elmi araşdırmalar aparırdı. Bunlardan gecikmiş dəri porfiriyası, ekzema, neftçilərdə dəri xəstəlikləri, sifilis, qonoreya və göbələk xəstəliklərini göstərmək olar. Prof. M.M. Hüseynov tərəfindən gecikmiş dəri porfiriyası mövzusunda fundamental tədqiqatlar aparılmış və bu xəstəliyin klinikası, gedişatı, diaqnostikası və müalicəsinin bir çox problemləri həll edilmişdir. Qeyd etmək lazımdır ki, prof. M.M. Hüseynov respublikamız üçün vacib olan neftçilərin peşə dəri xəstəliklərini öyrənməyə başlamışdır. Bundan başqa, onun tərəfindən bir sıra orijinal müalicə üsulları: başın tüklü hissəsinin mikozlarında kaliy-yodun tətbiqi, bəzi dematozların perhidrol və natrium selenitlə müalicəsi təklif olunmuşdur. Prof. M.M. Hüseynov dermatovenerologiyanın ayrı-ayrı sahələrinə aid 80-dən çox elmi əsərin müəllifidir və onun rəhbərliyi altında 6 tibb elmləri namizədi yetişdirilmişdir.
Geniş elmi tədqiqat fəaliyyətindən başqa prof. M.M. Hüseynov Azər-baycanda dermatovenerologiya sahəsində həkimlərin ixtisaslaşmasının əsaslarını qoyaraq inkişaf etdirmişdir.
Prof. M.M. Hüseynov uzun illər Azərbaycan Dermatoveneroloqları Elmi Cəmiyyətin sədri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Attestasiya Komissiyasının sədri, “Вестник дерматологии и венерологии” və “Azərbaycan tibb jurnalı” Redaksiya Şurasının üzvü və SSRİ Dermatoveneroloqları Elmi Cəmiyyətinin fəxri üzvü və 4 dəfə idarə heyətinə seçilmişdir.
1948-ci ildə dermatologiya üzrə Azərbaycanda ilk tibb elmləri doktoru, əməkdar elm xadimi, professor İbrahim Məmməd oğlu İsmayılzadə kafedraya ikinci professor seçilmişdir. Prof İ.M. İsmayılzadə 1989-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1923-cü ildə I Moskva Tibb Universitetini bitirdikdən sonra 1923-1925-ci illərdə Almaniyanın mərkəzi şəhərlərində (Berlin, Münhen, Heydelberq və s.) 2 illik təkmilləşməyə göndərilmişdir. Almaniyanın dünya şöhrətli alimi Tsumbuşla dostluq etmiş, onunla birgə elmi iş aparmışdır. Prof. İ.M. İsmayılzadə dəri və uroloji xəstəliklərin naftalanla müalicəsini ətraflı öyrənmiş və bu mövzuya həsr olunmuş monoqrafiya nəşr etdirmişdir. Abşeronun sənaye neftinin onkoloji xassələrini 1929-cu ildə məhz professor İ.M. İsmayılzadə öyrənmişdir və onun doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. Prof. İ.M. İsmayılzadənin Azərbaycan dilində tədrisin təşkilində böyük əməyi olmuşdur. Onun Azərbaycan dilində nəşr etdiyi bir neçə dərs vəsaiti və latın-rus-azərbaycan dilində tibbi terminoloji lüğəti həkimlərə böyük kömək etmişdir. Alimin elmi əsərləri institutun, respublikanın və Moskvanın jurnallarında dərc olunmuşdur. Prof. İ.M. İsmayılzadə 1948-1962-ci illərdə Azərbaycan Dermatoveneroloqları Elmi Cəmiyyətinin sədri olmuşdur.
Kafedranın inkişafında çox vacib mərhələ professor Qurban Məsin oğlu Hüseynzadə ilə bağlıdır. 1960-cı ildə tibb elimləri namizədi Q.M. Hüseynzadə kafedraya assistent vəzifəsinə seçilmişdir və assistentlikdən tibb elimləri doktoru, professor və nəhayət, 1981-ci ildə kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. Prof. Q.M. Hüseyzadənin rəhbərliyi dövründə kafedrada daha yüksək səviyyədə elmi araşdırılmalar və tədris prosesi aparılmışdır. Kafedranın qocaman əməkdaşları ilə birlikdə (t.e.n. N.Cəfərov və t.e.n. L.Hüseynova) yeni, cavan elmi-pedaqoji kadrlar yetişdirilmişdir. Bunlardan prof. C.C.Ağakişiyev, t.e.d. S.H.Kərimov, t.e.d. M.M.Cavad-zadə, t.e.n. T.Ş. Şükürov və b. qeyd etmək olar. Prof. Q.M. Hüseynzadənin rəhbərliyi altında bu cavan kadrlar alim və pedaqoq kimi inkişaf edib püxtələşmişlər.
Prof. Q.M. Hüseynzadənin əsas elmi tədqiqatları dəri leyşmaniozu və neftin insan dərisinə təsirinin öyrənilməsi istiqamətində olmuşdur. Bu araşdırmalar nəticəsində fundamental nəticələr alınmış, namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir. Qeyd etmək lazımdır ki, prof. Q.M. Hüseynzadənin Gəncədə dəri leyşmaniozunun ləğvində müştəsna rolu olmuşdur. Prof. Q.M. Hüseynzadə 180-ə yaxın elmi işin, o cümlədən 2 dərslik, 3 monoqrafiya, 20 metodik göstərişin müəllifidir. Onun rəhbərliyi altında 2 doktorluq və elimlər namizədi disserta-siyaları müdafiə edilmişdir. 1988-ci ildə prof. Q.M. Hüseynzadə kafedranın professor vəzifəsinə keçmişdir və ömrünün axırına kimi (2004-cü il) bu vəzifədə çalışmışdır.
Prof. Q.M. Hüseynzadədən sonra 1988-ci ildə kafedra müdiri dosent C.C. Ağakişiyev seçilmişdir. 1982-ci ildə kafedrada assistent kimi işə başlayan C.C. Ağakişiyev 1988-ci ildə dosent olmuşdur. 1992-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş və professor adına layiq görülmüşdür. Ona respublikanın əməkdar həkimi fəxri adı verilmişdir. Prof C.C. Ağakişiyevin elmi araşdırılarının əsas istiqamətlərini nefçilərdə dəri peşə xəstəlikləri, cinsi yolla keçən urogenital infeksiyalar, sifilis və təbii amillərlə müalicə üsulları mövzuları təşkil edir. Prof. C.C. Ağakişiyev 100-dən çox elmi işin, o cümlədən 2 monoqrafiya, 1 terminoloji lüğətin müəllifidir. Onun rəhbərliyi altında 2 tibb elimləri namizədi dissertasiyaları müdafiə edilmişdir.
Bu gün kafedraya tibb elimləri doktoru Sənan Hüsü oğlu Kərimov rəhbərlik edir. Son illər kafedrada tədris işi daha yüksək səviyyəyə qaldırılmışdır. Tədris prosesində müasir təhsil və texniki texnologiyalardan istifadə olunur, tədris proqramları müasir tələbələrə uyğun tərtib edilir. Hər il yeni mövzulara aid tematik kurslar keçirilir. Bunlar da həkimlərin bilik səviyyəsinin daha da yüksək olmasına imkan verir. Kafedra ənənələrini davam etdirərək bu gün də cavan, perspektivli kadrları işə cəlb edir. Bunlardan assistent M. İsmayılova və N.Axundovanı qeyd etmək olar.
Bu gün də kafedranın əməkdaşları Azərbaycan həkimlərinin bilik səviyyəsinin artması, daha yüksək ixtisaslı müxtəssislərin hazırlanması üçün yeni-yeni elmi axtarışların aparılması yolunda var qüvvələri ilə çalışırlar.

T.e.d., dosent Kərimov Sənan Hüsi oğlu 1982-ci ildə Ə.Əliyev ad. ADHTİ tərəfindən Moskvaya, Mərkəzi Elmi Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutuna məqsədli aspiranturaya göndərilmişdir və burada “Sarkoma Kapoşi” mövzusunda elmi araşdırmalar apararaq 1985-ci ildə müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmişdir. Kafedraya qayıtdıqdan sonra o, assistent, sonralar isə dosent vəzifəsində çalışmışdır və 1999-cu ildə “psoriazın Azərbaycanda epidemiologiyası” mövzusunda Moskva şəhərində Mərkəzi Elmi Tədqiqat Dəri-Zohrəvi Xəstəlikləri İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2000-ci ildə t.e.d. S.H.Kərimov Ə.Əliyev ad. ADHTİ-nin birinci prorektoru və 2001-ci ildə kafed-ranın müdiri seçilmişdir. T.e.d. S.H. Kərimov 80-dən çox elmi əsərin, o cümlədən 1 monoqrafiyanın, 1 dərsliyin və 4 metodik göstərişin müəllifidir. Onun rəhbərliyi altında 1 doktorluq və 3 namizədlik elmi işləri aparılır. T.e.d. S.H. Kərimov bir sıra xarici elmi cəmiyyətlərin üzvüdür (Pospelov adına Moskva dermatoveneroloqları Elmi Cəmiyyəti, Türk dilli Dermatoloqlar Cəmiyyəti, Türkiyə Dermatopatoloqları Elmi Cəmiyyəti və s.) Türkiyə Dermatopatologiya və Rusiyanın “Dermatologiya, venerologiya və kosmetologiya” jurnallarının redaksiya şurasının üzvüdir. T.e.d. S.H. Kərimovun böyük elmi-pedaqoji fəaliyyətini nəzərə alaraq o, Respublika Prezidentinin Fərmanı ilə “Tərəqqi” Medalı ilə təltif olunmuşdur.
Kafedranın elmi istiqaməti
Kafedrada hal-hazırda elmi işlər 2 əsas istiqamətdə aparılır. Bunlardan biri Azərbaycanda psoriazın epidemiologiyası, klinikası və müalicəsinə və ikinci, cinsi yolla keçən urogenital infeksiyaların epidemiologiyasınına, klinikasına, patogenezinə və müalicəsinə həsr olunur. Bundan başqa bəzi xroniki dəri xəstəliklərinə aid (vitiliqo, qırmızı yastı dəmrov, pemfiqus və s.) elmi işlər də aparılır. Kafedranın xarici ölkə alimləri ilə (Rusiya, Türkiyə, İngiltərə, İsrail, Macararıstan, Bolqarıstan, İtaliya və s.) çox geniş əlaqələri var və hər il kafedranın ayrı-ayrı əməkdaşları konqreslərdə, simpoziumlarda məruzə və məqalələrlə çıxış edirlər.
Kafedranın əməkdaşları

T.e.d., professor Cavad-zadə Mir-Riad Mir-Məmməd oğlu, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dermatovenerologiya kafedrasının professoru, tibb elmləri doktoru. Təvəllüd: 22.03.1969-cu il. Bakı şəhəri. 1985-1991-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1991-1993-cü illər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dermatovenerologiya kafedrasında klinik ordinaturada olub. 1993-1996-cı illər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dermatovenerologiya kafedrasında assistent vəzifəsində çalışıb. 1994-cü ildə "Роль нарушений взаимодействий кальцийрегулирующих гормонов в патогенезе зудящих дерматозов и их коррекция Верапамилом (клинико-лабораторное исследование)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1996-2004-cü illər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dermatovenerologiya kafedrasında dosent vəzifəsində çalışıb. 2000-ci ildə "Клиника, диагностика и лечение урогенитального хламидиоза в Азербайджане (клинико-экспериментальное исследование)" mövzusunda tibb elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edib. 2004-cü ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dermatovenerologiya kafedrasında professor vəzifəsində çalışır.

T.e.ü.f.d., dosent, əməkdar həkim Şükürov Təyyar Şahmar oğlu 1959-cu ildə Bakı şəhərində anadan olumuşdur. 1975-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1981-ci ildə həmin fakültəni bitirmişdir. 1981-1986-cı illərdə Xaçmaz şəhərində dermatoveneroloji dispanserdə çalışmış, 1987-ci ildə ADHTİ-nin Dermatovenerologiya kafedrasının assistenti vəzifəsinə təyin olunmuşdur. 1994-cü ildə dissertasiya müdafiə etmiş və elmlər namizədi elmi dərəsini almışdır. 2003-cü ildən kafedranın dosenti vəzifəsində çalışır. 20-dən çox elmi əsəri və məqaləsi çap olunmuşdur. 2013-cü ildə Azərbaycan Respublikasının prezidentitnin fərmanı ilə “Azərbaycanın əməkdar həkimi” adına layiq görülmüşdür.

Assistent İsmayılova Mədinə Yunus qızı 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə N.Nərimanov adına Azərbycan Tibb Universitetinin pediyatriya fakültəsinə daxil olmuş və 1993-cü ildə həmin fakültəni bitirmişdir. 1993-1994-cü illərdə Pediyatriya Elmi Tətqiqat İnstitutunda internaturada olmuşdur. 1994-2000-ci illərdə Psoriaz ilə Mübarizə Mərkəzində həkim-ordinator kimi çalışmış və həmin dövrdə Ə.Əliyev adına ADHTİ-nin Dermatovenerologiya kafedrasında 6 aylıq ixtisasdəyişmə kursu keçmişdir. 2000-2002-ci illərdə həmin kafedrada kliniki ordinaturanı keçmiş və müvafəqqiyyətlə bitirmişdir. 2002-ci ildən bu günə kimi ADHTİ-nin Dermatovenerologiya kafedrasının assistenti vəzifəsində çalışır. 20-ə yaxın elmi əsəri və məqaləsi çap olunub. Hal-hazırda “Psoriaz xəstələrinin kəskinləşmə dövründə psixo-emosional vəziyətinin xüsusiyyətləri” mövzusunda elmi iş üzərində çalışır.

T.e.ü.f.d., assistent Əliyev Fəxrəddin Əliağa oğlu 1989-1995-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun xəstəlikləri üzrə internaturanı bitirib. 1996-1999-cu illər Azərbaycan Silahlı Qüvvələrində həkim-dermatoloq kimi hərbi hospitalda çalışıb. 1999-2001-ci illərdə Təkmilləşdirmə ordinaturada olub. 2002-2004-ci illərdə Təkmilləşdirmə İnstitutunun dermatovenerologiya kafedrasında əyani aspiranturada təhsil alıb. 2008-2009-cu illərdə «Состояние иммунной и антиоксидантной системы больных урогенитальным уреаплазмозом и разработка патогенетически обоснованных методов лечения» mövzusunda tibb elmləri namizədlik dissertasiyasını müdafiə edib. 2009-cu ildə Təkmilləşdirmə İnstitutunun dermato-venerologiya kafedrasında assistent vəzifəsində bu günə kimi çalışır. Hal-hazırda cinsi yolla keçən infeksiyalar (CYKİ) sahəsində yeni müasir müalicə üsullarının tədqiqi, normativ baza və klinik protokolların işlənib-hazırlanması/yenilənməsi/yenidən baxılması üzərində çalışır. CYKİ-nı kontrol edən ÜST-nın Azərbaycanda olan işçi qruplarında müxtəlif işlər aparır.
Axundova Nairə Ruslan qızı 1966-cı ildə Tbilisi şəhərində anadan olmuşdur. 1983-ü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1989-cu ildə həmin fakültəni bitirmişdir. 1990-1991-ci illərdə Əfəndiyev adına şəhər klinik xəstəxanasında internaturada olmuşdur. 1993-cü ildə N.Nərimanov Rayon Səhiyyə Şöbəsinin TSH-nə həkim-dermatoveneroloq vəzifəsinə işə keçmişdir. 1994-cü ildə AzDHTİ-un Dermatovenerologiya kafedrasının baş laborant vəzifəsinə təyin olunub. 2004-cü ildən bu günə kimi həmin kafedranın assistenti vəzifəsində çalışır. “Demodekozla fəsadlaşmış, endokrinopatiya fonunda davamlı gedişli çəhrayı sızanaqların kompleks müalicəsi” və bir sıra diqər məqalələrin müəllifidir.
Kafedranın ünvanı
Bakı ş., Dəri-Zöhrəvi dispanseri, Tolstoy küç. 135, tel.: 494-68-51, 494-35-03
Ailə təbabəti kafedrası
Kafedra haqqında
2002-ci ildə Ə. Əliyev adına ADHTİ-nun Terapiya kafedrasının nəzdində ilk dəfə olaraq Ailə təbabəti kursları təşkil olunmuşdur. 2005-ci ildə müstəqil Ailə təbabəti kafedrası təşkil edilmişdir. Kafedranın təşkilatçısı və ilk müdiri t.e.d., professor Səadət Yunis qızı Mahmudova olmuşdur.
2019-cu ildən kafedraya t.e.d., dosent Eldar Mürsəl oğlu Hətəmzadə rəhbərlik edir. Hal-hazırda kafedrada t.e.d, professor İ.İ. Ələkbərov, t.ü.f.d. dosent A.F. Zeynalov, t.ü.f.d., assistentlər İ.T. Rəsul, D.İ. Qəhrəmanova, baş laborant G.N. İsgəndərova, laborant S.A. Əliyeva çalışırlar.
İlk vaxtlar kafedranın tədris bazası Ə. Əliyev adına ADHTİ-nun inzibati binasının 3-cü mərtəbəsində yerləşmiş, 2018-ci ildə Yeni Günəşli ünvanında fəaliyyət göstərən, 24 saylı Birləşmiş Şəhər Xəstəxanasının 6-cı mərtəbəsinə köçürülmüşdür. Burada tədris otaqları, mühazirə zalı, kafedra müdirinin və əməkdaşlarının kabinetləri vardır. BŞX-nın digər mərtəbələrində poliklinika və 50 çarpayılıq stasionar şöbələri vardır ki, kafedrada aparılan praktiki məşğələlər və seminarlar poliklinikanın müxtəlif kabinetlərində və stasionar palatalarında, nəzəri kurs və mühazirələr isə dərs otaqlarında tədris edilir.
Kafedranın əsas vəzifəsi alə həkimi hazırlaması olmaqla, ilkin səhiyyə xidməti göstərən, poliklinika və ambulatoriyalarda çalışan, sahə terapevt və pediatrların təcrübəsində rast gələn aktual xəstəliklərin diaqnostika və müalicəsi üzrə təkmilləşdirmə kurslarının təşkili və aparılmasından ibarətdir. Həmçinin, kafedranın əməkdaşları respublikanın müxtəlif şəhər və rayonlarında distant-səyyar təkmilləşdirmə kursları keçirirlər. Hər il kafedrada 600-dən çox həkim ixtisasını artırır. Kafedra əməkdaşları tədris işləri ilə yanaşı elmi fəaliyyətlə məşğuldular və 1 tibb elmləri doktoru, 1 tibb üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir, hal-hazırda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan iki dissertasiya üzərində çalışılır.
Kafedranın elmi istiqaməti
Ağciyərlərin Xroniki Obstruktiv Xəstəliyinin erkən diaqnostikasının optimallaşdırılması.
Kafedranın müalicə fəaliyyəti
Ailə təbabəti kafedrasının terapiya bölməsi Suraxanı Tibb Mərkəzinin bazasında yerləşir. Terapiya şöbəsini t.e.d dosent H.Eldar, dosent Z.Aydın və prof. Ə.İsfəndiyar kurasiya edir. Onlar müəyyən olunmuş cədvəl üzrə xəstələrin müntəzəm baxışını həyata keçirir, zəruri hallarda digər mütəxəssisləri cəlb etməklə geniş konsiliumlar təşkil edir, diaqnozların düzgün qoyulmasına və stasionar xəstələrin müalicəsinə nəzarət edir, digər şöbələrdə həyata keçirilən konsiliumlarda da iştirak edir.
Kafedranın müdiri

Hətəm-zadə Eldar Mürsəl oğlu Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini 1977-ci ildə bitirmiş, 1979-2000-ci illərdə Semaşko adına 1 saylı Şəhər Klinik Xəstəxanasında ümumi reanimasiya və intensiv terapiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
1990-cı ildə “Стимуляция лимфатического дренажа в комплексной терапии инфаркта миокарда” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, tibb elmləri namizədi adına layiq görülüb.
1999-2000-ci illərdə 1 saylı şəhər klinik xəstəxanasında kardiologiya intensiv blokunun rəhbəri olmuş, 2000-2004-cü illər ərzində Səudiyyə Ərəbistanı Krallığında “Central Hospital” klinikasında, 2005-2012-ci illərdə L.Şıxlinskaya adına klinikada həkim-kardioloq kimi işləmişdir. 2012-ci ildən bu günədək “Oksigen” klinikasında həkim-kardioloq kimi fəaliyyət göstərir.
2018-ci ildə “Динамика риска кардиоваскулярной смерти в Азербайджане в зависимости от экологических, климатических и социально-экономических условий и приоритетные направления ее профилактики” mövzusunda doktorluq dissertasiyanı müdafiə edərək, tibb üzrə elmlər doktoru adına layiq görülmüşdür.
2019-cu ildən Ə. Əliyev adına ADHTİ-nun Ailə təbabəti kafedrasının müdiri vəzifəsində çalışır.
2023-cü ildə dosent vəzifəsi verilmişdir.
Kafedranın əməkdaşları

T.e.ü.f.d. dosent Zeynalov Aydın Firudin oğlu 1984-cü ildən kafedranın aspirantı, 1993-cü ildən dosent vəzifəsində çalışır. 1990-cı il Azərbaycan Respublikasının Komsomol Mükafatının laureatıdır. Ə.Əliyev adına ADHTİ-nin sanitariya-gigiyena və terapiya fakültələrinin Elmi Şurasının üzvüdür, ADHTİ-nin nəzmində dəri-zöhrəvi xəstəliklər üzrə İxtisaslaşmış Şurasının üzvüdür. Münxen, Stokholm şəhərlərində Elmi konfransların iştirakçısıdır. «Епидемиология основных хронических неинфекционных заболеваний среди мужского и женского населения трудоспособного возраста города Баку mövzusunda doktorluq dissertasiyasını hazırlayıb. «Епидемиология основных хронических неинфекционных заболеваний среди мужского и женского населения трудоспособного возраста города Баку» mövzusunda doktorluq dissertasiyasını hazırlayıb. O, 100-dən çox elmi əsərlərin, o cümlədən 24 məqalə, 5 metodik tövsiyənin müəllifidir.

Qəhrəmanova Dinar İlqar qızı 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1991-2001-ci illərdə Baki şəhərin 160 saylı orta məktəbində təhsil almışdır. 2001-ci ildə “Odlar Yurdu” Universitetin “Mualicə-profilaktika” fakultəsinə Daxil olmuşdur. 2007-2008-ci illərdə 4 №-li Şəhər Kliniki Xəstəxanasında Endokrinoloq ixtisası üzrə internatura keçmişdir. 2014-cü ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşmə İnstitutun “Ailə Təbabəti” kafedrasında fəaliyyətə başlamışdır. 2017-ci ildən “Оптимизация скрининга диагностики и лечения ранних нарушений углеводного обмена в практике семейного врача” mövzusunda dissertasiya üzərində çalışır.

İlahə Rəsul Telman qızı 1994-cü ildə ATU-nun “Müalicə-profilaktika” fakultəsini bitirib. 1997-2017-ci illərdə 10 və 3 saylı şəhər poliklinikalarında işləyib. 2003-cü ildən bu günə qədər ATU-nun “Ailə təbabəti” kafedrasında fəaliyyət göstərir. 2014-cü ildən etibarən ADHTİ-nin “Ailə təbabəti” kafedrasına assistent vəzifəsinə daxil olub.

T.e.d., dosent Ələkbərov İsfəndiyar İbad oğlu 2019-cu ildə Ə.Əliyev ad. ADHTİ-nun Ailə təbabəti kafedrasına professor vəzifəsinə təyin edilib. 1983-cü ildən etibarən Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstutunda fəaliyyət göstərir, hazırda həmin institutun terapiya bölməsinin baş elmi işçisi və Elmi Şuranın üzvüdür. İ.İ. Ələkbərov ATU-nun yanında fəaliyyət göstərən D03.012 Dissertasiya şurasının tərkibində 3218.01 “Kardiologiya” ixtisası üzrə üzvüdür, Azərbaycan Kardiologiya Cəmiyyətinin idarə heyətinin, Avropa Ürək Çatışmazlığı Assosiasiyasının, Avropa Preventiv Kardiologiya Assosiasiyasının, Avropa Kardiologiya Cəmiyyətinin professional üzvüdür, Vyana, Münxen, Stokholm, Barselona və s. şəhərlərdə keçirilmiş beynəlxalq konqress, konfrans və simpoziumların istirakçısıdır. İ.İ.Ələkbərov 70-ə yaxın elmi əsərlərin, o cümlədən həkimlər üçün 1 rəhbərliyin, tibbi yardım üçün standartların və bir klinik protokolun həmmüəllifidir.

İsgəndərova Günay Nazim qızı 1989-cu ildə Bakı şəhərində anadan olub. 1997-2007-ci illərdə Bakı şəhəri 39 saylı orta məktəbdə təhsil alıb. 2007-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika 1 fakültəsinə daxil olub və 2013-cü ildə bitirib. 2018-ci ildə “Yazıçılar” poliklinikasında ailə həkimi vəzifəsində işləyib. 2019-cu ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Ailə təbabəti” kafedrasında baş laborant vəzifəsində çalışır. 5 məqalə, 3 tezisin müəllifidir.
Kafedranın ünvanı
Suraxanı Tibb Mərkəzi, Bakı, Suraxanı rayonu. Yeni Günəşli qəsəbəsi A-B yaşayış massivi, 355
Əlaqə nömrəsi: (012) 477 20 04
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|