Kitabxana cəmiyyətin yüksək səviyyəli informasiyalaşmasında misli-bərabəri olmayan bir məkandır (mərkəzdir). Ə.Əliyev adına Az.DHTİ-nun kitabxanası tədris və elmi işlərin həyata keçirilməsinə kömək edən elmi-informasiya və ideoloji bölmədir. Kitabxana öz fəaliyyətində Azərbaycan Respublikasının konstitutsiyasına, qanunlarına, rəhbər orqanlarının qərar və göstərişlərinə habelə kitabxana işi haqqında mövcud təlimatlara və digər rəhbər materiallara əsaslanır. Kitabxana institutumuzun elmi-tibbi və mədəni maarif ocagı olaraq, professor-müəllim heyətinə, elmi işcilərə, həkimlərə, aspirantlara, orta ixtisas təhsilli tibb işcilərinə, dinləyici müdavimlərə xidmət edir. Biz oxuculara kitab, jurnal və başqa dövrü nəşrlərlə xidmət edirik. Hər il yeni jurnal və qəzetlərə abunə yazılırıq. Kitabxana fondunun komplektləşdirilməsi əsasən itirilmiş kitabların əvəzinə götürülən, həm də müəllif təşkilatlar tərəfindən bagışlanılmış kitabların əsasında həyata kecirilir. Müəyyən müəllifin hansı əsəsrləri olduguna cavab verən, kitabxanada hansı adda kitab, qəzet və jurnal, aftoreferat, dissertasiyalar oldugunu açan, oxucuların hərtərəfli sorgularını ödəməyə imkan verən soraq aparatı yaradılıb. Bu soraq aparatının özəyi ilk növbədə kataloq və kartotekalar sistemidir. Kataloqlar xüsusi qaydada tərtib olunmuş oxucu formulyarlarından ibarətdir. Biz də kitabxana sistemində geniş istifadə olunan əlifba və sistemli kataloqdan istifadə edirik. SK-da (sorğu kataloqu) iki təsnifat sistemi istifadə edilir:
1. Universal onluq təsnifatı
2. Kitabxana - biblioqrafiya təsnifatı
Hazırda bütün dünya kitabxanasında geniş tətbiq olunan təsnifat universal onluq təsnifatıdır. Bu səbəbdən də ona beynəlxalq təsnifat da deyilir. Kitabxananın kütləvi işi haqqında onu deyə bilərəm ki, hər il yubileylərlə əlaqədar sərgi və fotomontajlar təşkil olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Elmi-Tibbi kitabxanası, Azərbaycan Dövlət Tibb Universitetinin tibbi kitabxanası, Bakı Dövlət Universitetinin kitabxanası, Travmatologiya İnstitutunun kitabxanası, M.Mir-Qasımov adına Mərkəzi Klinik Xəstəxanasının kitabxanası ilə sıx əməkdaşlıq edirik. Kitabxanalar istənilən mənbədən olan müxtəlıf mənşəli informasiyanın axtarılması, toplanması, emalı, mühafizəsi və ictimai istifadəsinin təşkili ilə birbaşa məşgul olan təşkilatdır, bu səbəbdən də kitabxana proseslərin avtomatlaşdırılmasına xüsusi yer ayrılır. Kitabxanamız 2010-cu ildən EBSCO-nun üzvüdür.
EBSCO HOST (bura daxildir: 7000-dən artıq ictimai, humanitar, komputer, tibb, biologiya, fizika, kimya, riyaziyyat və s. sahələri əhatə edən jurnalların yerləşdiyi verilənlər bazası və onların seçilmiş sayına CD/DVD formatında təminatı və 2500-dən artıq tam mətnli kitab və broşurlar).
Hazırda Azərbaycan kitabxanalarında ən geniş tətbiq olunan proqram İRBİS-dir. Yaxın qələcəkdə bizim institutumuz da bu proqramı əldə edəcəyinə əminik və kitabxananin müasir tələblərə üygun inkişafı ücün bütün imkanlardan istifadə etməyə çalışırıq.
Tarix əsrlər boyu bəşəriyyətə belə bir ibrət dərsi verir ki, yalnız açıq mədəni və informasiya məkanına malik cəmiyyət yaşamaga qabildir və onun gələcəyi vardır.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|