Səhiyyənin təşkili və menecmenti kafedrası
Kafedra haqqında
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Sosial gigiyena və səhiyyənin təşkili (indiki adı: Pedaqogika, psixologiya və xarici dil kursu ilə səhiyyənin təşkili və menecmenti) kafedrası 1949-cu ildə yaradılmışdır. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Sosial gigiyena və səhiyyənin təşkili kafedrası, 1949-cu ildə professor M.Ə.İbrahimov (ömrünün axırına qədər 1979-cu ilədək kafedraya rəhbərlik etmişdir) tərəfindən əsası qoyulmuş və 1991-ci ildən 2008-ci ilə qədər inistitutun gigiyena kursu onun tərkibində daxil edilmişdir, Kafedra səhiyyə idarələrinin və müəssisələrinin baş həkimləri və müavinlərinin, həkim-statistlərin və metodistlərin, gigiyeneistlərin ixtisaslaşması ilə məşğul olur. Elmi işləri Azərbaycanda səhiyyənin tarixi, əmək, uşaq və ətraf mühit gigyenası, sağlamlıq göstəricilərinin dinamikası, ekoloji şərait və sanoekloji monitorinq problemlərinə həsr edilmişdir.
Kafedranın elmi istiqaməti
Elmi tədqiqatların əsas istiqamətləri ana və uşaqların mühafizəsi (9 dissertasiya işi), əhalinin sağlamlıq durumu və onun yaxşılaşdırılması yolları (7 disseratasiya işi), əmək şəraiti və sağlamlıq (5 dissertasiya işi), səhiyyə və marketinq (5 disseratasiya işi) problemlərinin öyrənilməsidir.
Kafedra müdiri

Tibb elmləri doktoru, dosent Hikmət İsfəndiyar oğlu İbrahimli 21 aprel 1964-cü ildə Şəmkir rayonunda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin Stomatologiya fakültəsinə qəbul olmuş və 1986-cı ildə həmin fakültəni bitirmişdir. 1986-1997-ci illər ərzində təyinatla Gəncə şəhərində həkim stomatoloq işləməyə başlamışdır. 1997-ci ildə Bakı şəhərində 8 saylı Stomatoloji poliklinikada həkim stomatoloq kimi işləmişdi. 2000-ci ildən Azərbaycan Tibb Universitetinin Terapevtik stomatologiya kafedrasında "Bakı şəhərinin yaşlı əhalisi arasında ağız boşluğu kandidozunu yayılması və stomatoloji xəstəliklərin kompleks terapiyasına antimikotiklərin daxil edilməsinin klinik-patogenetik cəhətdən əsaslandırılması" mövzusu üzrə dissertasiya işinə başlamış və 2004-cü ildə isə namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və səhiyyənin təşkili kafedrasında "Azərbaycan Respublikasının əhalisinin stomatoloji xəstəliklərin və ixtisaslaşdırılmış yardıma tələbatı" mövzusu üzrə doktorluq dissertasiyası üzərində işə başlamışdı. 2006-cı ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun "Sosial gigiyena və səhiyyənin təşkili" kafedrasına baş müəllim vəzifəsinə qəbul edilmişdir. 2009-cu ildə həmin institutun Tədris hissəsi şöbəsinin müdiri təyin edilmişdir. 2011-ci ildə "Azərbaycan Respublikasının əhalisinin stomatoloji xəstəliklərin və ixtisaslaşdırılmış yardıma tələbatı" mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır. 60-dan artıq elmi məqalənin, 1 monoqrafiyanın, 4 metodik tövsiyənin və 3 dərsliyin müəllifidir.
2012-ci ildən – 2016-cı ilədək Pedaqogika, psixologiya və xarici dil kursu ilə səhiyyənin təşkili və menecmenti kafedrasında dosent, 2018-ci ildən “Pedaqogika, psixologiya və xarici dil kursu ilə səhiyyənin təşkili və menecmenti” kafedrasının müdiri vəzifəsində fəaliyyətini davam etdirir.
Kafedranın əməkdaşları

Tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Ekologiya Elmləri Beynəlxalq Akademiyasının müxbir üzvi Ağayev Fazil Balamirzə oğlu 1944-cü ildə Azərbaycan Respublikasının Lerik rayonunun Gürdəsər kəndində anadan olmuş, orta təhsilini kənd məktəbində gümüş medalla başa vurub, 1964- cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. İnstitutu bitirəndən sonra 1970-1972-ci illərdə tibb xidməti leytenantı kimi həqiqi hərbi xidmətdə olmuş, Ermənistanın Leninakan şəhərində yerləşən 18500 hərbi hissəsində həkim-mütəxəssis vəzifəsində qulluq etmişdir. Ordudan tərxis olunandan sonra Sumqayıt şəhərində sahə həkim terapevti və təcili yardım xəstəxanasının terapiya şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1974-cü ildə Azərbaycan Respublika Səhiyyə Nazirliyinin M. Əfəndizadə adına əmək gigiyenası və peşə xəstəliləri elmi tədqiqat institutunun aspiranturasına daxil olmuş və 1977-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının əmək gigiyenası və peşə xəstəlikləri institutunda "Benzonitril peşə zəhəri kimi-gigiyenik normallaşdırma, yaş həssaslığı və metobolizm məsələləri" mövzusunda dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1978-ci ilə qədər həmin institutda baş elmi işçi, sonralar isə 1979-cu ilə qədər Sumqayıt şəhərində 1 saylı xəstəxanada baş həkimin müalicə işləri üzrə müavini kimi fəaliyyət göstərmişdir. 1979-cu idən indiyə qədər Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sosial gigiyena və səhiyyənin təşkili kafedrasına rəhbərlik edir (indiki ictimai sağlamlıq, səhiyyənin təşkili və gigiyena kafedrası). Bu müddətdə elmi fəaliyyətinin əsas istiqaməti ana və uşaqların mühafizəsi problemi olmuşdur. 1988-ci ildə "Perinatalogiyanın sosial-gigiyenik problemləri" mövzusunda doktorluq dissertasiyasını SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda müdafiə etmiş və müvafiq elmi dərəcə almışdır. 1990-cı ildə ona sosial gigiyena və səhiyyənin təşkili kafedrası üzrə professor adı verilmişdir. Azərbaycan alimlərinin elmi pedaqoji kadr hazırlanması çətin dövrdə professor F.Ağayevin rəhbərliyi altında "Atmosfer havasının çirklənməsi və onun bir yaşa qədər uşaqların sağlamlıq durumuna təsiri" və "İri sənaye şəhərlərində atmosferin çirklənməsinin ana ölümü və mamalıq patologiyalarına təsirinin kompleks qiymətləndirilməsi" mövzularında tibb elmləri namizədliyi dissertasiyaları hazırlanır və müvəffəqiyyətlə müdafiə olunur və bir neçə namizədlik və doktorluq dissertasiyası planlaşdırılır. 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar elm xadimi adı verilir. F.Ağayevin sonrakı elmi tədqiqatlarında da ana və uşaq sağlamlığı probleminin prioritetləri seçilmişdir. Bu sahədə 9 namizədlik dissertasiyası hazırlanmış və müdafiə olunmuşdur. Onun çoxsahəli elmi tədqiqat istiqamətlərindən biri səhiyyənin perspektiv planlaşdırılması və tibb müəssisələrinin şəbəkəsinin ölkə ərazisində yerləşdirilməsi prinsiplərinin elmi əsaslandırılmasıdır. Bu sahədə 3 elmlər doktoru dərəcəsinə layiq görülmüş işlər xüsusi qeyd olunmalıdır: "Azərbaycan kəndlərində müalicə-profilaktika müəssisələri şəbəkəsinin ərazi yerləşdirmə və perspektiv inkişafının tibbi sosial əsasları"; "Ambulator-poliklinika və stasionar tibb müəssisələri şəbəkəsinin rayon, rayonlararası və zona səviyyəsində yaradılmasının elmi əsasları"; "Bərpa təbabəti sistemində fizioterapiya bölmələri şəbəkəsinin yaradılmasının müasir prinsipləri". F. Ağayevin tədqiqatlarında əhalinin ayrı-ayrı sosial təbəqələrinin sağlamlıq durumu, ona təsir edən risk amillərinin öyrənilməsi xüsusi yer tutur. Pedaqoji işçilərin, superfosfat və məişət kondisionerləri istehsalında çalışanların, dəniz gəmiçilərinin, neftçilərin və digər sənaye mütəxəssilərinin sağlamlıq durumu dərindən araşdırılmış və onların sağlamlığının mühafizəsi üçün tədbirlər kompleksini əsaslandrmaq məqsədi ilə ölkədə ölümün səbəblərinə həsr olunmuş doktorluq və namizədlik dərəcələrinə layiq görülmüş dissertasiyalara rəhbərliyi diqqəti cəlb edir. "Qan dövranı patologiyalarının pedaqoqlar arasında inteqral profilaktikasının elmi əsasları", "Azərbaycan kənd rayonlarında tibbi-demoqrafik vəziyyətin xüsusiyyətləri və səhiyyənin islahat yolları", "Uşaq əhalisinin ölümün səbəbləri, risk amilləri və profilaktika yolları", "Vaxtsız ölüm" və sair işlər müvəffəqiyyətlə müdafiə olunmuşlar. Bütövlükdə F.Ağayevin rəhbərliyi ilə 9 elmlər doktoru, 52 namizədlik işləri bitirilmiş və bir neçə müvafiq tədqiqatlar planlaşdırılmışdır. Tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, F.B. Ağayev 1979-cu ildən 2018-ci ilədək müdiri vəzifəsində çalışmışdır. 2018-ci ildən kafedranın professoru vəzifəsini daşıyır.

T.e.ü.f.d., dosent Məmmədova Nailə Oqtay qızı, tibb üzrə fəlsəfə doktoru, Sosial gigiyena və səhiyyənin təşkili kafedrasının dosenti. 30 elmi əsərin müəllifidir. 5 metodik tövsiyələri və tədris vəsaitləri nəşr olunmuşdur. Əsərləri Rusiyanın mərkəzi jurnallarında, o cümlədən, «İmpakt faktoru» yüksək olan elmi məcmuələrdə (Fourth Baku International congress, «Гигиена и санитария», «Гигиена труда и промышленная экология», «Проблемы управления здравоохранением», «Sağlamlıq») nəşr olunmuşdur. Tədqiqatların əsas istiqaməti Qadınların reproduktiv sağlamlığının öyrənilməsidir.

Baş müəllim, t.e.ü.f.d. Ağayeva Kəmalə Fazil qızı, tibb üzrə fəlsəfə doktoru, baş müəllim. 33 elmi əsərin müəllifidir. Əsərləri Rusiyanın mərkəzi jurnallarında, o cümlədən, «İmpakt faktoru» yüksək olan elmi məcmuələrdə («Журнал неврологии и психиатрии им.Корсакова», «Гигиена и санитария», «Гигиена труда и промышленная экология», «Проблемы управления здравоохранением») nəşr olunmuşdur. Nəşr olunmuş əsərlərinə 15-dən çox istinad edilmişdir. Tədqiqatların əsas istiqaməti Səhiyyənin və sağlamlığın idarə olunmasında psixofizioloji amillərin rolunu öyrənməkdir.
Kafedranın ünvanı
Bakı şəhəri, Tbilisi pros. 3165-ci məhəllə, tel.: 431-40-33
Gigiyena kafedrası
Kafedra haqqında
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Gigiyena kafedrası 1964-cü ildə Respublika SES-nin bazasında təşkil olunmuşdur. Kafedra yaranan gündən rəhbərlik Respublika SES-nin baş həkimi Z.K.Abbasova həvalə olunmuşdur. 1965-ci ildə kafedraya t.e.d. professor R.Q.Əmirov başçılıq etmişdir.
Professor R.Q.Əmirov doktoranturanı Leninqrad şəhərində məhşur toksikoloq H.V.Lazarevin rəhbərliyi altında bitirmişdir. Rəhbərlik etdiyi kafedrada "Əmək gigiyenası" və peşə xəstəliklərinin elmi tərəfdən araşdırmalar aparırdı. Assistent E.B.Abdulova, baş laborant B.Ə.Ələkbərova, aspirantlar B.Q.Quliyeva, L.P.Həsənli, A.A.Xudaverdiyev, Z.P. Cəfərov və P.İ.Məmmədova tərəfindən sənaye tullantılarından əmələ gəlmiş zəhərlərin insan orqanizminə göstərdiyi mənfi təsiri öyrənmək məqsədi ilə heyvanlar üzərində tədqiqatlar aparmışlar. Dəniz sənayesində neftçilərin əmək şəraitini öyrənmək üçün 1968-ci ildə R.Q.Əmirov tərəfindən kafedranın nəzdində bu problemlə əlaqədar laboratoriya təşkil olunur. Laboratoriyada aparılan tədqiqatlara, eləcə də əmək gigiyenasına və ətraf mühitin qorunması ilə əlaqədar yaranan məsələlərə, sənaye toksikologiyasının, həmçinin peşə xəstəlilklərinin yaratdığı problemlərin öyrənilməsinə çox böyük diqqət yetirilirdi. İlk dəfə olaraq professor R.Q.Əmirov və onun əməkdaşları tərəfindən Bakı, Sumqayıt və Kirovabad şəhərlərinin atmosfer havasının gəmilər və liman müəssisələri tərəfindən çirklənməsinin, həmçinin Xəzər dənizinin sularının və sahillərinin, eləcə də Abşeron yarımadasının və Naxçıvan MR su təchizatlarının sxemini yaratmışlar. Məişətdən axan su tullantıları ilə əkin sahələrinin suvarılması, Azərbaycanın bəzi regionlarından profilaktik və müalicəvi cəhətdən istifadəsi təsdiq olunmuşdur.
Kafedranın əməkdaşları

T.e.ü.f.d., dosent Meybəliyev Məmmədəli Tələt oglu 1974-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sanitar-gigiyena fakültəsinə qəbul olunub, 1980-cı ildə bitirmişdir. İnstitutu bitirdikdən sonra İmişli rayonunda uşaq və yeniyetmələrin gigiyenası üzrə həkim vəzifəsinə təyin edilmişdir. 1984-cü ilin oktyabr ayında MLO HTİ-nin uşaq və yeniyetmələrin gigiyenası kafedrasında məqsədli aspiranturaya daxil olmuşdur. 1987-ci ildə aspiranturanı bitirib, Ə.Əliyev adına ADHTİ-nin "İctimai sağlamlıq və səhiyyənin təşkili, gigiyena kafedrasına assistent vəzifəsinə qəbul olunmuşdur. 1988-ci ildə Moskva şəhərində "Гигиеническое обоснование физического воспитания с активным развитием функций, значимых для трудового обучения школьников" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1990–cı ildə kafedranın dosenti vəzifəsinə keçirilmişdir. Həmçinin 1991-ci ildə əvəzçilik üzrə institutun elmi katibi vəzifəsində çalışmışdır. 2009-cu ildən Gigiyena kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2006-cı ildən institutun elmi işlər üzrə prorektoru vəzifəsində çalışır.

Baş müəllim, t.e.ü.f.d. İsmayılova Natiqə Cəbrayıl qızı, gigiyena elmləri üzrə fəlsəfə doktoru, 1978-ci ildə N.Nərimanov adına ATİ-nin "Sanitariya-gigiyena" fakültəsini bitirmişdir. İnstitutu bitirəndən sonar Sumqayıt şəhər SES-də "Evakuasiya və sonuncu dezinfeksiya" bölməsinin müdiri işləmiş, sonra isə AR Səhiyyə Nazirliyinin Sumqayıtda yerləşən "Əmək gigiyenası və peşə xəstəlikləri Elmi-Tədqiqat İnstitutu" -nda 2 il ərzində klinik ordinaturada oxumuş. 1986-1989-cu illər ərzində Moskva şəhərində məqsədli aspiranturada oxumuş və müvəffəqiyyətlə bitirmişdir. 16 oktyabr 1989-cu ildə "Сочетанное влияние продуктов горения полимерных материалов и высокой температуры окружающей среды (экспериментальное исследование продуктов горения пенополиуретана)" adlı dissertasiya işini müdafiə etmişdir. 1989-cu ilin dekabr ayında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun "Gigiyena" kafedrasında assistent kimi fəaliyyətə başlamış, hal hazırda baş müəllim vəzifəsində çalışırr. O, 10 elmi məqalələrin müəllifidir.
Kafedranın ünvanı
Bakı şəhəri, Tbilisi pros. 3165-ci məhəllə, tel.: 431-40-33
Avtoreferatlar
Мейбалиев Мамедали Талят оглы
Формирование психо-физиологических функций у детей школьного возраста под воздействием средств физического воспитания. 14.00.07- гигиена.
Диссертация на соискание ученой степени кандидата медицинских наук. Баку-1987.
Исмаилова Натига Джабраил кызы
Сочетанное влияние продуктов горения полимерных материалов и высокой температуры окружающей среды (экспериментальное исследование продуктов горения пенополиуретана)". 14.00.07- гигиена. Диссертация на соискание ученой степени кандидата медицинских наук. Баку-1989.
Kliniki laborator təbabəti kafedrası
Kafedra haqqında
1940-cı ildə Kliniki parazitologiya üzrə müalicə profilaktika həkimləri (terapevtlər, pediatrlar, infeksionistlər, sahə həkimləri) hazırlayan Malyariya və tibbi-parazitologiya kafedrası yaradılmışdır. Kafedranın ilk müdiri professor İ.B.Axundov olmuşdur.
Böyük Vətən müharibəsi başlayanda kafedra bağlanmış və 1945-ci ildə yenidən Malyariya və Tibbi-Parazitologiya İnstitutunun bazasında açılmışdır. 1946-cı ildə dosent Nəzirov M.R. kafedranın müdiri seçilmişdir. Kafedra yarandığı gündən sanepidemstansiyaların həkim-parazitoloqları ilə hazırlıq işləri aparmış, peşə ixtisasları üzrə onlara köməklik göstərmişdir. 1947-ci ildən 1969-cu ilə qədər - sərbəst Kliniki laborator diaqnostika kafedrası təşkil edilənə qədər kliniki laborator diaqnostika üzrə həkim – laborantlarla iş aparır, tibb elminin bu sahəsi üzrə ixtisaslı kadrlar hazırlayırdı. 1960-cı ildə kafedra akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının terapiya şöbəsinə köçürülmüşdür.
Kafedra 1960-cı ildən laborator-diaqnostika üzrə mütəxəssislər – həkim-laborantlar hazırlamağa başlamışdır. Bununla əlaqədar kafedranın adı dəyişdirilərək Kliniki laborator diaqnostika və parazitologiya adlandırılmış və 1979-cu ilə qədər kafedraya əməkdar elm xadimi, akademik Nəzirov M.R. rəhbərlik etmişdir.
1975-ci ildə tədrisin səviyyəsini artırmaq və onu klinikaya daha da yaxınlaşdırmaq üçün Kliniki laborator diaqnostika kafedrası yenidən Kliniki parazotologiya kafedrası ilə birləşdirilmişdir. Kafedrada kliniki laborator diaqnostika üzrə ixtisaslaşma və təkmilləşmə kursları, kliniki parazitologiya və parazitar xəstəliklərin laborator diaqnostikası, həmçinin kliniki biokimya üzrə tematik təkmilləşmə kursları keçirirdi.
1979-cu ildən kafedraya dosent Babayev C.Y. rəhbərlik etmişdir. Həmin illərdə kafedrada Əhmədbəyli B.N., Qalaşkina T.P., Bəkirzadə G.M., Cəbrayılbəyli N.S. və s. yüksək ixtisaslı mütəxəssislər işləmişlər. Kafedra yaradıldığı vaxtdan onun əməkdaşları Azərbaycanın ərazi patologiyası olan malyariya, leyşmanyoz, brusselyoz, teniidoz və s. xəstəliklərin öyrənilməsi ilə məşğul olmuşlar.
1986-cı ildən kafedraya tibb elmləri doktoru Bəkirzadə Gülnaz Məmməd qızı rəhbərlik etmişdir, və 2006-cı ildən kafedra müdürü vəzifəsinə təyin olmuşdur.
Kafedranın əməkdaşlarının yeniləşməsi ilə əlaqədar olaraq elmi tədqiqatlar aşağıdakı bölmələr üzrə aparılırdı: kliniki biokimya, hemotologiya, parazitologiya, ümumkliniki tədqiqat üsulları. 2019-cu ildən kafedranın müdiri vəzifəsində biologiya elmləri doktoru E.Rəsulov calışmışdir. 2021-ci ilin may ayından Laboratoriya işi kafedrası Mərkəzi Elmi-Tədqiqat Laboratoriyası ilə birləşdirilmişdir, və rəhbərliyi b.e.d., R.K.Tağızadəyə həvalə edilmişdir. Həmin ilin iyun ayından kafedranın adı dəyişdirilərək “Kliniki laborator diaqnostika olmuşdur”. Kafedrada müdavimlər və stajerlar ücün yeni proqrammlar, geniş təcrübə planı işlənib hazırlanmışdir. 2022-ci ildən kafedra həkim-rezidentlərə “laboratoriya işi ixtisasına” dair mühazirələrin, seminarların və təcrübi dərslərin aparılmasına başlamışdır. Kafedranın bütün kollektivi kvalifikasiya (sertifikasiya imtahanları ücün) teslərinin və suallarının hazırlanmasında və yenilənməsində mütəmadi iştirak edir. Kafedranın işciləri yerli və beynəlxalq elmi konqreslərdə, simpoziumlarda, konfranslarda iştirak edirlər və çıxışlar hazırlayırlar. Hal hazırda kafedrada 1 professor, 3 assistent və 1 baş laborant çalışır.
Kafedranın elmi istiqaməti
Virus hepatitlərinin diaqnostikasının təkmilləşdirilməsi.
Kafedranın müdiri

Reyhan Kamal qızı Tağızadə 1980-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir və həmin ildən ET Mikrobiologiya, Epidemiologiya və Gigiyena İnstitutunda immunologiya şöbəsində kiçik elmi işci vəzifəsində, 1988-ci ildən böyuk elmi işci vəzifəsində çalışmışdı. 1988-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir və biologiya elmləri namizədi alimlik dərəcəsi adı almışdır. 1990-cı ildən ET Hematologiya və Qanköcürmə institutunda radionuklid laboratoriyasının rəhbəri, 1992-ci ildə biokimya laboratoriyasının müdiri, 1993-cü ildən immunologiya şöbəsinin rəhbəri vəzifələrində çalışmışdır. 2010-cu ildə “Eritrositlərin grupp antigenləri və hemotransmissiv virus infeksiyaları ilə səciyyələnən postransfuziya fəsadlarının profilaktikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2020-ci ildən ADHTİ Laboratoriya işi kafedrasında professor vəzifəsində, 2021-ci ildən Kliniki Laborator Diaqnostika kafedrası və Mərkəzi Elmi Tədqiqat Laboratoriyasına rəhbər vəzifəsinə təyin edilmişdir. 2022-ci ildən etibarən Səhiyyə Nazirliyinin immunologiya üzrə mütəxəssis-eksperti, Azərbaycan Respublikası Elmlər Akademiyasının FD 1.37 Dissertasiya Şurasının, ADHTİ elmi şurasının və bir necə beynəlxalq cəmiyyətlərin üzvüdür: European Federation of clinical chemistry and laboratory medicine, Association for Diagnostics & Laboratory Medicine (ABŞ), Федерация Лабораторной Медицины (Rusiya) və s. R.K.Tağızadə 1 ixtiranın müəllif şəhadətnaməsi, 180 məqalə və tezislərin, 5 monoqrafiya, 6 metodik tövsiyə və 1 dərs vəsaitinin həmmüəllifidir.
Kafedranın əməkdaşları

B.ü.f.d., assistent Dilarə Əhməd Paşa qızı Nəcəfova 1988-ci ildən Kliniki laborator diaqnostika kafedrasında baş laborant, 1992-ci ildən assistent vəzifəsində çalışır. 1996-cı ildə “İnfeksion proses fonunda şişə qarşı rezistentliyin dəyişməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. O, 35 elmi işin, 3 metodik tövsiyənin müəllifidir və hal-hazırda kafedrada mühazirələr, seminarlar, layihələr, müdavimlərlə və rezidentlərlə praktik məşğələlər, imtahan və sertifikasiya testlərinin hazırlanmasında və onlayn konsultasiyaların keçirilməsində iştirak edir.

T.ü.f.d. Fidan Mustafa qızı Axundova 2006-cı ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirərək 2007-ci ildə B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda internatura keçmişdir. 2007-2012-ci illərdə Moskva şəhərində Rusiya Tibb Elmləri Akademiyasının Hematologiya Elmi Mərkəzində yüksək dozalı kimyaterapiya və sümük iliyinin transplantasiyası şöbəsində kliniki ordinatura keçmiş və sonra isə əyani aspiranturada təhsil almışdır. 2012-2013-cü illərdə Milli Onkologiya Mərkəzində həkim-hematoloq vəzifəsində çalışmış, 2014-2019-cu illərdə akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında hematologiya şöbəsində həkim-hematoloq kimi işləmişdir. 2017-ci ildə Rusiya Tibb Elmlər Akademiyasının Hematologiya Elmi Mərkəzində “Autoloji kök hüceyrələrin transplantasiyasından əvvəl və sonra çoxsaylı mielomada plazmatik hüceyrələrin immunofenotipik xüsusiyyətləri” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmişdir. 2019-2021-ci illərdə Ə.Əliyev adına ADHTİ-nun hematologiya kafedrasında baş laborant vəzifəsində çalışmış, 2022-ci ildə tibbi profilaktika fakültəsinin dekanı vəzifəsinə təyin edilmişdir. 2021-ci ildən institutun Kliniki laborator diaqnostika kafedrasında assistent vəzifəsində calışır.

T.ü.f.d. Sevinc Əlisəttar qızı Əlifəttahzadə 1993-cü ildə ATU-nun pediatriya fakültəsini bitirib. 1997-ci ilin aprel ayından 3№-li Uşaq Poliklinikasında sahə həkimi vəzifəsində işləyib. 2003-cü ildən bu günə kimi Respublika Uşaq Kkiniki Xəstəxanasında həkim-hematoloq vəzifəsində çalışır. 2015-ci ildə "Azərbaycanda yaşayan talassemiyalı xəstələrində hepatit B və C virusları ilə törədilən infeksiyalar" mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmişdir. 2023-cü ildən institutun Kliniki laborator diaqnostika kafedrasında işləyir (saathesabı).

Assistent Fatma Vaqif qızı Qılıncova 1987-ci ildə BDU-nun biologiya fakultəsinə daxil olmuşdur. 1992-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişdir. 1994-cü ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Pediatriya” kafedrasına baş laborant, 2017-ci ildə “Laboratoriya işi” kafedrasına baş laborant, 2018-ci ildən həmin kafedrada assistent vəzifəsində çalışır. 2019-cu ildə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təsdiq olunmuş, “Bakı şəhərində uşaqlar arasında mono və mikst astrovirus infeksiyasının seroepidemioloji xüsusiyyətləri” haqqında işi tamamlanmaq üzrədir.
Kafedranın ünvanı
Bakı şəhəri, Tbilisi pros. 3165-ci məhəllə
Mob.: (+99477) 3180435
Avtoreferatlar
Reyhan Kamal qızı Tağı-zadə
Eritrositlərin qrup antigenləri və hemotransmissif virus infeksiyaları ilə səciyyələnən posttransfuziya fəsadlarının profilaktikası. 14.00.30 – Epidemiologiya. 14.00.36 – Allerqologiya və İmmunologiya. Biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün
təqdim edilmiş dissertasiya. Bakı-2009.
Fidan Mustafa qızı Axundova
Autoloji kök hüceyrələrin transplantasiyasından əvvəl və sonra çoxsaylı mielomada plazmatik hüceyrələrin immunofenotipik xüsusiyyətləri. Moskva-2017.
Dilarə Əhməd Paşa qızı Nəcəfova
İnfeksion proses fonunda şişə qarşı rezistentliyin dəyişməsi. Bakı-1996.
Sevinc Əlisəttar qızı Əlifəttahzadə
Azərbaycanda yaşayan talassemiyalı xəstələrində hepatit B və C virusları ilə törədilən infeksiyalar. Bakı-2015.
Tibbi mikrobiologiya və epidemiologiya kafedrası
Kafedra haqqında
Mikrobiologiya və epidemiologiya kafedrası 1948-ci ildən Mikrobiologiya və Gigiyena ETİ bazasında yerləşmişdir. Kafedraya tibb elmləri doktoru M.İ.Lurye başçılıq etmişdir. 1970-1990-cı illərdə kafedraya Azərbaycan Respublikasının əməkdar həkimi tibb elmləri doktoru, professor B.Q.Məhərrəmov rəhbərlik etmişdir. 1991-ci ildən etibarən bu vəzifəni müvəffəqiyyətlə tibb elmləri doktoru, professor F.Ə.Sadıxova yerinə yetirir. Kafedranın ilk aspirantları – L.E. Dadaşova, Z.G. Qaraqaşlı olmuşdur. İlk elmi işlərin istiqaməti – bağırsaq mikroblarının törətdiyi xəstəliklərin epidemiologiyası, törədicilərin xüsusiyyətləri və immunitetin müxtəlif aspektləri olmuşdur. Bunlardan başqa kafedrada işləmiş mütəxəssislərdən aşağıdakıları göstərmək olar: tibb elmləri doktoru N.N.Sterxova, tibb elmləri namizədləri X.Q.Hüseynova-Məlikova, N.Şərifova, B.Y.Xain, S.L.Tovarov, İ.A.Danilov, O.A.Babayeva, T.G.Hüseynov, İ.Seidov, G.G.Kərimova, L.Bağırova, L.T.Əlixanova, N.H.Ryabtseva. Kafedrada epidemioloqlar, mikrobioloqlar, parazitoloqlar ixtisaslaşdırma, ümumi təkmilləşdirmə və tematik təkmilləşdirmə kursları üzrə öz peşə səviyyəsini artırırlar. Kafedra Virusologiya, Mikrobiologiya və Gigiyena Elmi-Tədqiqat İnstitutuna köçəndən sonra imkanlar genişləndiyindən kadr potensialı zənginləşdiyindən müdavimlərin sayı da artmışdır. Belə ki, hər il 4 ümumi təkmilləşdirmə və 4 tematik təkmilləşdirmə kurslarının hər birində 9-12 mütəxəssis öz ixtisasını artırır. Bundan başqa plandan əlavə olaraq vaxtaşırı əlavə kurslar təşkil olunur və respublikanın müxtəlif praktiki müəssisələrindən öz təcrübəsi ilə bölüşmək məqsədilə aparıcı mütəxəssislər tədris prosesinə cəlb olunur. Bu kurslarda da hər dəfə 10-14 müdavim hazırlanır. 2005-ci ildən kafedra Gigiyena və Epidemiologiya Respublika Mərkəzinin bazasında yerləşir. Kafedrada ildə 80-100 mütəxəssis öz peşə səviyyələrini artırır. Hazırda «Epidemiologiya» və «Bakteriologiya» üzrə ixtisaslaşdırma, ümumi təkmilləşdirmə kursları aşağıdakı mövzuları əhatə edir: «Epidemiologiyanın seçilmiş məsələləri», «Tənəffüs yollarının infeksiyalarının epidemiologiyası və profilaktikası», «Bağırsaq infeksiyalarının epidemiologiyası və profilaktikası», «Peyvənd işinin təşkili», «Bakteriologiyanın seçilmiş məsələləri», «Kəskin bağırsaq xəstəliklərin mikrobioloji diaqnostikası», «Yoluxucu xəstəliklərin mikrobioloji diaqnostikası», «Hava-damcı infeksiyalarının mikrobioloji diaqnostikası» və s. Plandan əlavə olaraq «Parazitologiyanın seçilmiş məsələləri», «Entomologiya», «Virusologiya» və s. mövzularda tematik təkmilləşdirmə kursları təşkil olunur. 1990-cı ildən etibarən müdavimlər Azərbaycan Respublikasının müxtəlif şəhərlərində də keçirilir (Lənkəran, Gəncə, Yevlax, Mingəçevir və s.). Kafedranın əməkdaşları tədris prosesi ilə yanaşı elmi-tədqiqat işləri də aparırlar. Elmi işlər epidemiologiya və mikrobiologiyanın regionar problemlərinə həsr olunmuşdur. 1990-cı ildən aparılan elmi-tədqiqatlar bir sıra aktual tibbi problemləri əhatə edir, yəni qrip və digər respirator infeksiyaların epidemiologiyasının spesifikliyinin öyrənilməsi problemi, poliomielitin qlobal ləğvi problemi, eyni zamanda kəskin süst ifliclərin (KSİ) monitorinqi və konteynment məsələləri. Azərbaycanda aparılmış tədqiqatların nəticəsində, Avropa regionu tərkibində, poliomielit ləğv olunmuşdur. Hazırda poliomielitin ləğvindən sonrakı dövrdə virusoloji poliomielit laboratoriyası ilə birlikdə kafedra müdiri tibb elmləri doktoru, professor. F.Ə.Sadıxovanın rəhbərliyi ilə KSİ üzərində nəzarət və konteynment üzrə elmi-tədqiqatlar ÜST-nin proqramlarına müvafiq olaraq davam etdirilir. Bü işlərin görülməsi üçün kafedra bir sıra elmi və praktiki müəssisələrlə qarşılıqlı əlaqələr saxlamaqdadır (ÜST, Moskva poliomielit və virus ensefalitləri institutu, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsi, Azərbaycan Pediatriya İnstitutu). Kafedrada 4 doktorluq, 28 namizədlik dissertasiyası müdafiə edilmiş, elmi- tədqiqatların nəticələri 225 elmi məqalədə öz əksini tapmışdır, eyni zamanda monoqrafiya, 12 metodik tövsiyələr, tədris vəsaiti dərc olunmuşdur. Kafedranın əməkdaşları ÜST-nin tərəfindən aparılan Genişləndirilmiş İmmunlaşdırma Proqramı (ÇİP) çərçivəsində Milli İmmunlaşdırma günlərində, treyninqlərdə və monitorinqlərdə iştirak edirlər. Beləliklə, kafedra aktiv elmi-praktiki fəaliyyətlə məşğulldur. Kafedrada 4 doktorluq, 28 namizədlik dissertasiyası müdafiə olunmuşdur, 300-dən artıq məqalə, metodik tövsiyələr çap olunmuşdur. Hazırda kafedrada 1 elmlər doktoru - professor, 1 elmlər namizədi, 1 assistant, 1 baş laborant çalışır.
Kafedranın elmi istiqaməti
Elmi istiqamət, kafedranın mövzusu: Virus-bakterial infeksiyaların epidemioloji aspektlərin öyrənilməsi:
1. Qrip və digər kəskinrespirator virus infeksiyaların epidemiologiyasıbr
2. Poliomielit və enterovirus infeksiyaların epidemioloji-virusoloji xarakteristikası
3. Respublika ərazisində kəskin süst ifliclərin monitorinqi
4. Обучение и совершенствование теоретико-практических знаний врачей – слушателей эпидемиологов, микробиологов, энтомологов, дезинфекционистов, паразитологов.
Bakı ş. Çirkab sularının tədqiqi əsasında əhali arasında sirkulyasiya edən mikroorqanizmlərin (virusbakterialflora) spektrinin öyrənilməsi və onların indikasiya metodlarının təkmilləşdirilməsi. 2010-2013. Bakterial mikroorqanizmlərin dəyişkənliyi məsələlərinə dair 2013-2016.
Kafedranın müdiri:

Mütəlibova Nigar Faiq qızı, 1996-cı ildə Azərbaycan Tibb Universitetini fərqlənmə ilə bitirmişdir. 1996-cı ildən 2013-cü ilədək V.Avundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika institutunda müxtəlif vaxtlarda baş laborant, elmi işçi və laboratoriya müdiri vəzifəsində çalışmışdır.
2010-cu ildə tibb üzrə fəlsəfə dokrtoru elmi dərəcəni almaq üçün “Amöbiazın kompleks terapiyasında maqnit sahəsinin tətbiqinin eksperimental əsaslandırılması” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 2012-ci ildə AAK-nın qərarı ilə N.F.Mütəlibovaya “Mikrobiologiya” sahəsində tibb üzrə fəlsəfə doktoru elmi dərəcə verilmişdir.
2014-cü ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun mikrobiologiya və epidemiologiya kafedrasında assistent vəzifəsində çalışmışdır. 2017-ci ildən kafedranın dosenti, 2018-ci ilin may ayından kafedra müdiri vəzifəsində çalışır.
2015-2017-ci illərdə ABŞ-ın Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin təşkil etdiyi Cənubi Qafqaz üzrə Səyyar Epidemiologiya və Laboratoriya təlimi proqramında rezident kimi iştirak etmişdir və 2017-ci ildə həmin proqramı bitirmişdir.
N.F.Mütəlibova 29 elmi məqalə və tezislərin müəllifidir. 2014-cü ildə nəşr edilən “Malyariyanın parazitoloji və immunoloji diaqnostikası” adlı monoqrafiyanın həmmüəllifidir.
Kafedranın əməkdaşları

Assistent Dadaşov Emin Əliheydər oğlu, 1977-ci ildə Bakı şəhərində doğulmuşdur. 2002-ci ildə Azərbaycan Tibb Universitetini ilə bitirmişdir. 2002-ci ildən 2003-cü ilə qədər Bakı şəhəri Gigiyena və Epidemiologiya Mərkəzində internatura kursu keçmişdir. 2005-ci ildən 2010-cu ilədək Nizami rayonnu Gigiyena və Epidemiologiya Mərkəzində həkim epidemioloq vəzifəsində çalışmışdır.
2010-cu ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun mikrobiologiya və epidemiologiya kafedrasında assistent vəzifəsində çalışır.
2016-2018-ci illərdə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin təşkil etdiyi Cənubi Qafqaz üzrə Səyyar Epidemiologiya və Laboratoriya təlimi proqramında rezident kimi iştirak etmişdir və 2018-ci ildə həmin proqramı bitirmişdir.
E.Ə. Dadaşov 10 elmi nəşrin müəllifidir.

Kərimov Sahib Gümüş oglu, 2003-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. 2003-2004-cü illərdə Su Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzində internaturanı keçmiş, 2004-cü ildən 2006-cı ilədək Su Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzində həkim epidemioloq vəzifəsində çalışmışdır.
2007-2009-cu illərdə Rusiya Federasiyasının Moskva şəhərində İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında ixtisasdəyişmə fakultəsini və ümumi cərrahiyyə üzrə internaturanı bitirmişdir.
2014-cü ildən 2016-cı ilədək Respublika Gigiyena və Epidemiologiya Mərkəzində həkim epidemioloq vəzifəsində çalışmışdır.
2014-2016-cı illərdə ÜST-ün Azərbaycanda, Türkiyədə, Bolqarıstanda, İsveçdə, Danimarkada təşkil etdiyi İmmunizasiya üzrə seminarlarda və konfranslarda iştirak etmişdir.
2015-2017-ci illərdə ABŞ-ın Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin təşkil etdiyi Cənubi Qafqaz üzrə Səyyar Epidemiologiya və Laboratoriya təlimi proqramında rezident kimi iştirak etmişdir və 2017-ci ildə həmin proqramı bitirmişdir.
2016-cı ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun Mikrobiologiya və Epidemiologiya kadefrasında baş laborant vəzifəsində çalışır.
S.G.Kərimov 2 elmi məqalənin həmmüəllifidir.
Kafedranın ünvanı
Respublika Gigiyena və Epidemiologiya mərkəzi, Azər Manaflı küç. 22
Avtoreferatlar
Алиев Ризван Теймур оглы
Особенности эпидемиологии и пути ограничения гнойно-септических заболеваний в крупном промышленном городе.
14.00.30-эпидемиология
Автореферат диссертации на соискание ученой степени кандидата медицинских наук
Баку 1985
Керимова Джамиля
Эпидемиология и профилактика бруцеллоза в Азербайджане
14.00.30-эпидемиология
Автореферат диссертации на соискание ученой степени кандидата медицинских наук
Баку 1985
Шихалиева Шейда Талят кызы
ЭПИДЕМИОЛОГИЧЕСКИЙ НАДЗОР ЗА ГРИППОЗНОЙ ИНФЕКЦИЕЙ В УСЛОВИЯХ г.БАКУ В ПЕРИОД 1993-1997 гг.
14.00.30-эпидемиология
Автореферат диссертации на соискание ученой степени кандидата биологических наук
Баку 2004
Əczaçılıq kafedrası
Kafedra haqqında
Kafedra 1987-ci ilin yanvar ayında ADHTİ-də yaradılmışdır. Yarandığı gündən 2007-cı ilədək kafedraya əczaçılıq elmləri namizədi dos. N.Ə.Mirzəzadə rəhbərlik etmişdir. Kafedranın ilk əməkdaşları İ.R.Dobkina və İ.K.Tağızadə olmuşlar. Provizorların ilk təkmilləşdirmə kursu "Əczaçılıq işinin təşkili və iqtisadiyyatının aktual məsələləri" mövzusuna həsr olunmuşdur və 25 nəfər müdavimdən ibarət idi. Kafedranın ilk elmi işi "Əczaçılıq işinin təşkili və iqtisadiyyatının elmi əsasları" mövzusuna həsr olunmuşdur. 1990-cı ildə kafedranın müəllim heyəti təzələnir və kafedraya iki yeni assistentlər-Nadirova N.Ç. və Marinçenko Y.V. qəbul olunur. Kafedranın fəaliyyəti dövründə 79 kurs keçirilib və onlarda 1180 müdavim iştirak edərək ixtisaslarını artırıblar. Son dövrdə kafedrada 10 tsikl ixtisaslaşma (3 aylıq), 23 növ tematik təkmilləşdirmə (1-1,5-2 aylıq) və 16 növ ümumı təkmilləşdirmə (2 aylıq) və yenidən hazırlanma (2 aylıq) kursları keçirilib. 1998-ci ildə kafedrada çalışan assistent Marinçenko Y.V. dissertasiya müdafiə edərək əczaçılıq elmləri namizədi adı almışdır. Təkmilləşdirmə kurslarındakı tədris nəticəsində müdavimlər tam həcmdə yeniləşdirilmiş bilik və ixtisas üzrə lazımi vərdiş əldə edirlər. Əczaçılıq sektorunun müasir inkişafı mərhələsində kafedra yaxından iştirak edir və aptek müəssisələrinin fəaliyyətini nəzəri cəhətdən istiqamətləndirir. Tədris prosesində kafedra əməkdaşları tərəfindən hazırlanmış metodiki tövsiyələrdən istifadə olunur. Provizorların professional vəziyyətlərinin hazırlıq dərəcəsini müəyyən etmək üçün nəzərdə tutulmuş kvalifikasiya testləri işlənmə prosesindədirlər. Kafedranın əməkdaşları tərəfindən ümumiləşdirilmiş "Əczaçılıq" proqramı tərtib edilmişdir.

2007-ci ildə kafedra müdiri səlahiyyətlərinin icrasına Ağayev Elsevər Məmməd oğlu başladı. Ağayev Elsevər Məmməd oğlu, əczaçılıq elmləri üzrə fəlsəfə doktoru, 1988-ci ildə N.Nərimanov adına ATİ-nin "Əczaçılıq" fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra "Dərman texnologiyası" kafedrasında baş laborant işləmişdir. 1993-cü ildə Leninqrad Kimya Əczaçılıq İnstitutunun aspiranturasını bitirmişdir. 1994-1996-cı illərdə Səhiyyə Nazirliyinin "Farmakologiya və Xalq təbabəti" Elm İstehsalat Birliyində baş mütəxəssis, şöbə müdiri, daha sonra həmin birliyin baş direktoru vəzifəsinə təyin edilmişdir. Yüksək təşkilatçılıq bacarığı və işgüzar xüsusiyyətləri nəzərə alınaraq o, 1997-1999-cu illərdə Səhiyyə Nazirliyinin "Azərfarmsənaye", "Əczaçılıq və Tibb Sənayesi", "Dərman və Tibb Texnikası" EİB-nin baş direktoru vəzifəsində çalışmışdır. 1999-cu ildən Səhiyyə Nazirinin müavini vəzifəsində çalışır. 2007-ci ildə Ə.Əliyev adına ADHTİ-nin "Əczaçılıq" kafedrasının müdiri təyin edilmişdir. 1993-cü ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində "Разработка технологии декурсинола-препарата кумаринового ряда из корней жабрицы крупноканальцевой (Seseli Grandivittatum)" mövzusunda dissertasiya işini müdafiə etmişdir. O, 65 elmi əsərin, 3 monoqrafiyanın, 5 patentin (Russiyada təsdiq olunan) 3 metodiki tədris vəsaitinin müəllifidir.
Kafedranın elmi istiqaməti
1994-1998-cı illərdə "Səhiyyənin təşkili, ictimai və ümumi gigiyena" kafedrası ilə müştərək olaraq "Azərbaycanın sənaye şəhərlərində əhalinin ayrıca sosial qrupu üzrə", 1999-cu ildə "Onkoloji xəstələrin dərman vasitələri ilə təchizatının təşkili və müalicənin texnoloji əsasları", 2000-2002-ci illərdə "I Terapiya və funksional diaqnostika" kafedrası ilə birlikdə "Şəkərli diabet fonunda ---- olan xəstələrdə ritm pozulmalarının diaqnostikası, müalicəsi və profilaktikası" mövzusunda elmi tədqiqat işi aparılmışdır. 2003-cü ildən bu günə qədər "Kardiologiya" kafedrası ilə birlikdə "Şəkərli diabetli xəstələrdə qan dövranı çatışmamazlığının müalicəsi və profilaktikası" mövzusunda elmi iş aparılır. 1987-2010-cu illərdə kafedranın əməkdaşları müntəzəm olaraq tibbi və əczaçı mətbuatda elmi məqalələrlə çıxış etmişlər. Hazırda kafedra əməkdaşlarının məqalələri "Azərbaycanda tibb elmi və praktik səhiyyənin müasir nailiyyətləri" toplusunda çap olunur.
Kafedranın əməkdaşları

Baş müəllim Marinçenko Yelena Viktorovna, əczaçılıq elmləri üzrə fəlsəfə doktoru, 1987- ci ildə N.Nərimanov adına ATİ-nin "Əczaçılıq" fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra "Əczaçılıq kimyası" kafedrasında baş laborant işləmişdir. 1991-ci ilin noyabrında Ə.Əliyev adına ADHTİ-nin "Əczaçılığın təşkili və iqtisadiyyatı" kafedrasında assistent kimi fəaliyyətə başlamış, hal-hazırda kafedrada baş müəllim vəzifəsində çalışır. 1998-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində "Коцептуальный анализ фармакоэпидемиологии и моделирование потребности в противотуберкулезных средствах в Азербайджане" adlı dissertasiya işini müdafiə etmişdir. O, 35 elmi məqalənin müəllifidir.

Assistent Nadirova Nazdı Çərkəz qızı "Əczaçılıq" kafedrasının assistenti, 1988-ci ildə N.Nərimanov adına ATİ-nin "Əczaçılıq" fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra Baş Aptek İdarəsi nəzdində Mərkəzi Nəzarət Analitik Laboratoriyasında provizor-analitik işləmişdir. 1991-ci ildən Ə.Əliyev adına AzDHTİ-nin "Əczaçılıq" kafedrasında assistent kimi fəaliyyət göstərir. Elmi işlərinin ümumi sayı -16.
Kafedranın ünvanı
Bakı şəhəri, Tbilisi pros. 3165-ci məhəllə, tel.: 431-40-33
Avtoreferatlar
Агаев Эльсевар Мамед оглы
Разработка технологии декурсинола – препарата кумаринового ряда из корней жабрицы крупноканальцевой (Seseli Grandivittatum). 15.00.01–технология лекарств и организации фармацевтического дела. Дисс. на соискание ученой степени кандидата фармацевтических наук. Санкт- Петербург – 1993.
Маринченко Елена Викторовна
Коцептуальный анализ фармакоэпидемиологии и моделирование потребности в противотуберкулезных средствах в Азербайджане. 15.00.01–технология лекарств и организации фармацевтического дела. Дисс. на соискание ученой степени кандидата фармацевтических наук. Mocква – 1998.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|