Rektor
 Əməkdar həkim, tibb elmləri doktoru, professor Nazim Adil oğlu Pənahov 6 dekabr 1971-ci ildə anadan olub. 1988-ci ildə Bakı şəhəri 31 nömrəli tam orta məktəbi “Qızıl Medal” ilə bitirib.
1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinə qəbul olunub. Oxuduğu müddətdə “N.Nərimanov adına təqaüd” alıb. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini “Fərqlənmə Diplomu” ilə bitirib.
1993-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasında klinik ordinator, 1996-1999-cu illərdə aspirant, 2000-2008-ci illərdə assistent, 2008-2016-cı illərdə dosent vəzifələrində çalışıb. 2017-ci ildə kafedranın professoru və ictimai əsaslarla Ortopedik stomatologiya kafedrasının müdiri seçilib.
2003-cü ildə “Diş-çənə anomaliyaları zamanı parodont xəstəliklərinin ortopedik müalicəsi” mövzusunda dissertasiya işini müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2009-cu ildə ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilib.
2014-cü ildə “Azərbaycan Respublikasında yeniyetmələr arasında diş-çənə anomaliyalarının və deformasiyalarının epidemiologiyası, ortodontik və ortopedik yardıma ehtiyacın öyrənilməsi, kompleks müalicə və profilaktika tədbirlərinin əsaslandırılması” mövzusunda dissertasiya işini müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsini alıb.
2019-cu ildə ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı verilib.
Azərbaycan Peşəkar Ortoped Stomatoloqlar İctimai Birliyinin həmtəsisçisi və İdarə heyətinin üzvüdür.
Dövlət İmtahan Mərkəzinin “Ortopedik stomatologiya” ixtisası üzrə eksperti, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Tibb və əczaçılıq elmləri üzrə ekspert şurasının” üzvüdür.
Azərbaycan Respublikası Səhiyyə Nazirinin 11 mart 2019-cu il tarixli əmri ilə Səhiyyə Nazirliyinin baş stomatoloqu təyin edilib.
2023-cü ilin yanvar ayından Belarus Respublikasında dərc olunan beynəlxalq “Стоматология. Эстетика. Инновации” jurnalının baş redaktorudur.
Çap olunmuş 200-dən artıq elmi işin, o cümlədən Azərbaycan, ingilis və rus dillərində 11 dərslik, 1 dərs vəsaiti, 1 tədris-metodik vəsait, 3 səmərələşdirici təklifin müəllifidir. Rəhbərliyi altında 8 nəfər tibb üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə ediblər.
Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2021-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adına layiq görülüb.
07 noyabr 2016-cı ildən 11 oktyabr 2024-cü ilədək Azərbaycan Tibb Universitetinin Elmi katibi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Səhiyyə Nazirinin 12 oktyabr 2024-cü il tarixli əmri ilə Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib və 07 iyul 2025-ci ilədək bu vəzifədə çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 07 iyul 2025-ci il tarixli sərəncamı ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib.
Tədris işləri üzrə prorektor
 T.ü.f.d. Eyvazov Təyyar Haşım oğlu 1978-84-cü illərdə ATU-nun müalicə-profilaktika fakultəsində təhsil almışdır. 1984-85-ci illərdə Bakı şəhər TTTY stansiyasında internatura keçmişdir. 1985-87-ci illərdə Xaçmaz şəhərində təyinatla TYS-da səyyar həkim vəzifəsində işləmişdir. 1987-89-cu illərdə hərbi həkim kimi Silahlı Qüvvələrdə xidmət etmişdir. 1989-cu ildən indiyədək Ə.Əliyev adına ADHTİ-da infeksion xəstəliklər kafedrasının baş laborantı, 1991-ci ildən kafedra assistenti, 2000-ci ildən dosent və 2011-ci ildən kafedra müdiri vəzifəsinə seçilmiş və bugünədək həmin vəzifədə çalışır. Eyni zamanda 2000-ci ildə Tibbi-Profilaktika fakultəsinin dekanı seşilmiş, 2009-cu ildə rezidentura şöbəsinə müdir təyin olunmuş, tədris hissə müdiri vəzivəsində çalışmış, 2013-cü ildə isə 1-ci prorektor və 2014-cü ildə Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə Tədris işləri üzrə prorektor təyin olunmuşdur.
1997-ci ildə B və D virus hepatitləri mövzusunda dissertasiya müdafiə etmiş, tibb üzrə fəlsəfə doktorudur. 70-ə yaxın elmi işlərin, 55 elmi məqalə, 5 metodik vəsaitin və 5 klinik protokolun müəllifidir. 2006-2007-ci illərdə Xüsusi təhlükəli infeksiyalar kursunu (DTRA, ABŞ) bitirmişdir.
2004-2015-ci illərdə Hepatoloji kurslarda: Rusiya Federasiyası (Sankt-Peterburq), Türkiyə Cumhuriyyəti (İstanbul Universiteti), Latviya (Riqa), Misir, Avstriya (Vyana), Almaniya (Berlin), İsrail (Təl-Əviv) təhsil almışdır. 2011-ci ildə Türkiyə Cumhuriyyəti, Ankara, Hacıtəpə Universitetinə ezam olunmuş, rezidentura təhsilinin təşkili üzrə təcrübə keçmişdir. 2009-cu ildə ABŞ, Baltimor ş. Amerika mikrobioloqlarının beynəlxalq konqresində, Avropa Qaraciyər Tədqiqi Assosiasiyasının (EASL) 45, 47, 48,49 və 50-ci illik mitinqlərində, 2016-cı ildə 2-ci Azərbaycan, Bakı, Azərbaycan-Türkiyə Ortaq Hepatoloji kursunda, 2017-ci ildə 3-cü Türkiyə Cumhuriyyəti, İstanbul ş. Azərbaycan-Türkiyə Ortaq Hepatoloji kursunda, 2018-ci ildə 4-cü Azərbaycan, Bakı. Azərbaycan-Türkiyə Ortaq Hepatoloji kursunda iştirak etmişdir. Avropa Qaraciyər Tədqiqi assosiasiyasının (EASL) üzvüdür. 2018-ci ildə Azərbaycan, Bakı Avropa Tibb Assosiasiyalarının Forumunun 33-cü illik konfransında məruzəçi kimi çıxış etmişdir.
Səhiyyə Nazirliyinin Sertifikasiya komissiyasında terapevtik ixtisaslar üzrə komissiyada üzv, 2010-2013-cü illərdə infeksion xəstəliklər ixtisası üzrə komissiyanın sədri olmuşdur. Eyni zamanda Respublika AİDS-lə mübarizə mərkəzi üzrə SN-nin xüsusi komissiyasının üzvü olmuşdur. 2020-ci ildən bu günə kimi Səhiyyə Nazirliyinin baş infeksionisti, infeksion xəstəliklər üzrə mütəxəssis-eksperti vəzifəsində çalışır. Ə.Əliyev adına «Tibb və Elm» Jurnalının məsul katibidir.
İş nömrəsi: (+99412) 4311075
E-poçt: tayyareyvazov55@gmail.com
Elmi işlər üzrə prorektor
 T.ü.f.d., dosent Meybəliyev Məmmədəli Tələt oglu 1974-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sanitar-gigiyena fakültəsinə qəbul olunub, 1980-ci ildə bitirmişdir. İnstitutu bitirdikdən sonra İmişli rayonunda uşaq və yeniyetmələrin gigiyenası üzrə həkim vəzifəsinə təyin edilmişdir. 1984-cü ilin oktyabr ayında MLO HTİ-nin uşaq və yeniyetmələrin gigiyenası kafedrasında məqsədli aspiranturaya daxil olmuşdur. 1987-ci ildə aspiranturanı bitirib, Ə.Əliyev adına ADHTİ-nin “İctimai sağlamlıq və səhiyyənin təşkili, gigiyena kafedrasına assistent vəzifəsinə qəbul olunmuşdur. 1988-ci ildə Moskva şəhərində “Гигиеническое обоснование физического воспитания с активным развитием функций, значимых для трудового обучения школьников” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1990-cı ildə kafedranın dosenti vəzifəsinə keçirilmişdir. Həmçinin 1991-ci ildə əvəzçilik üzrə institutun elmi katibi vəzifəsində çalışmışdır. 2009-cu ildən Gigiyena kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2006-cı ildən institutun elmi işlər üzrə prorektoru vəzifəsində çalışır.
İş nömrəsi: (+99412) 4310182
E-poçt: ali.meybaliyev@adhti.edu.az
Rezidentura üzrə prorektor
 Məhəmməd Mirabdulla oğlu Davudov 26.05.1979-cu ildə Ermənistan SSR Qafan şəhərində doğulmuşdur. 1996-cı ildə Bakı şəhəri 283 saylı orta məktəbi bitirmiş və həmin ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakultəsinə qəbul olmuşdur. 2001-ci ildə ATU-nin stomatologiya fakultəsini bitirdikdən sonra 2001-2002-ci illərdə 1 saylı ŞKX-nın üz-çənə cərrahiyyəsi şöbəsində internatura keçib. 2002-ci ildə ATU-nin ağız və üz-çənə cərrahiyyəsi kafedrasında baş laborant kimi fəaliyyətə başlamışdır. 2008-ci ildə tibb elmləri namizədi alımlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 2009-cu ildə tibb elmləri namizədi alımlik dərəcəsini almışdır. 2011-ci ildə müsabiqə yolu ilə həmin kafedranın 0.5 vahid assistenti vəzifəsinə seçilmişdir. 2010-2011-ci illərdə Tehran Tibb Elmləri Universitetinin Kanser İnstitunun baş-boyun şişləri şöbəsində ixtisasartırma kursu keçmişdir. 2015-2021-ci illərdə ATU Tədris Cərrahiyyə Klinikasının ağız və üz-çənə cərrahiyyəsi şöbəsinn ictimai əsaslarla müdiri vəzifəsində çalışmışdır. 2016-2020-ci illərdə Tehran Tibb Elmləri Universitetinin Kanser İnstitunun baş-boyun şişləri şöbəsində postdoktoral təhsil almışdır. 2022-ci ildə tibb elmləri doktoru alımlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmiş, 2023-cü ildə AR Prezidenti yanında AAK-nın qərarı ilə “Stomatologiya” və “Onkologiya” ixtisasları üzrə tibb elmləri doktoru alımlik dərəcəsini almışdır. Elmi və praktik fəaliyyətinin əsas istiqaməti baş boyun nahiyəsi şişlərinin müalicəsi, baş boyun nahiyəsi defektlərinin plastik rekonstruktiv cərrahiyyəsidir. Azərbaycan ağız və üz-çənə cərrahları cəmiyyətinin, Beynəlxalq ağız və üz-çənə cərrahları cəmiyyətinin, Azərbaycan Plastik cərrahlar ictimai birliyinin, Rusiya baş boyun mütəxəssisləri cəmiyyətinin, Beynəlxalq Oral Onkologiya Akademiyasının üzvüdür. Bir çox beynəlxalq və yerli konfranslarda çıxış etmişdir. 60-dan çox elmi məqalənin, 1 dərs vəsaitinin müəllifidir. Hazırda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti və rezidentura təhsili üzrə prorektorudur.
Tel.: (+994 50) 625 88 83
E-poçt: mdavudov1979@gmail.com
Beynəlxalq əlaqələr üzrə prorektor
 Hüseynli Rüfət Akif oğlu 28 dekabr 1973-cü ildə Bakı şəhərində anadan olub.
1990-cı ildə Bakı şəhəri 9 saylı orta məktəbi bitirib. Həmin il N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun stomatologiya fakültəsinə qəbul olunub.1995-ci ildə Azərbaycan Tibb Universitetindən məzun olub. 1995-1996-cı illərdə Bakı şəhəri 11 saylı stomatoloji klinikada həkim-interna olaraq fəaliyyət göstərib. 1997-ci ildən 2014-cü ilə qədər təsis etdiyi “Mirvari Diş” stomatoloji klinikasında baş həkim olaraq çalışıb. 2005-ci ildə Ankara Universiteti Diş həkimliyi fakültəsinin nəzdində diplomdan sonrakı təhsil proqramı çərçivəsində "dental implantasiyada üstün cərrahiyyə" modul kursunu müvəffəqiyyətlə bitirib.
2014-cü ildə Azərbaycan Tibb Universitetində stomatologiya ixtisası üzrə doktoranturaya qəbul olunub. 2018-ci ildə “Dental implantasiyada tətbiq edilən cərrahi şablonun hazırlanma üsulunun təkmilləşdirilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya fakültəsində baş laboran, 2019-2024-cü illər ərzində assistent olaraq fəaliyyət göstərib. 2024-cü ildən ATU ortopedik stomatologiya fakültəsinin dosentidir. “Ortopedik stomatologiya. İmplantüstü protezlər” adlı dərsliyin həmmüəllifidir. Dərslik azərbaycan, rus, ingilis dilləri olmaqla 3 dildə çap edilmişdir. Bir çox beynəlxalq və yerli konfranslarda məruzəçi olaraq çıxış etmişdir. 40-a yaxın elmi məqalənin müəllifidir. AMEA-nın Elmi işlərin əlaqələndirmə Şurasında stomatologiya üzrə ekspert olaraq çalışmışdır. Avropa Osteointeqrasiya Cəmiyyətinin (EAO) üzvü, Azərbaycan Peşəkar Ortoped Stomatoloqlar İctimai Birliyinin İdarə heyətinin üzvüdür. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 22 sentyabr 2025-ci il tarixli əmri ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilmişdir.
Tel.: (+994 50) 310 29 22
E-poçt: huseynlir@yahoo.com
Təlim-tərbiyə işləri üzrə prorektor
 Tibb elmləri doktoru, Adilə Cəlal qızı Rzayeva 8 mart 1969-cu ildə anadan olub. 1986-ci ildə Bakı şəhəri 145 nömrəli tam orta məktəbi “Qızıl medal” ilə bitirib. 1986-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olub, 1992-ci ildə institutu bitirib.
1993-2008-ci illərdə Bakı Dəmir Yolu Xəstəxanasında həkim-rentgenoloq vəzifəsində işləyib.
2008-2021-ci illərdə Bakı Dəmir Yolu Xəstəxanasında Diaqnostika şöbəsinin müdiri vəzifəsində calışıb. 2021-2025-ci illərdə Bakı Dəmir Yolu Xəstəxanası baş həkimin müavini vəzifəsində işləyib.
2020-ci ildə “Azərbaycan Dəmir Yollarının 140 illiyi” Azərbaycan Respublikasının Yubiley medalı ilə təltif olunub (174-VIQ Dnömrəli Qanuna əsasən təsis edilən dövlət təltifi).
2016-cı il tarixdən Azrəbaycan Respublikası Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pedaqogika, psixologiya və xarici dil kursu ilə səhiyyənin təşkili və menecmenti kafedrasında əvəzçilik üzrə Baş müəllim vəzifəsində işləyib.
2010-cu il tarixdə Tibb üzrə Fəlsəfə doktoru elmi dərəcəsi, 2018-ci il tarixdə Tibb üzrə Elmlər doktoru elmi dərəcəsi alıb.
2021-ci ildən Səhiyyənin təşkili ixtisası üzrə Dissertasiya Şurasının üzvüdür. 2024-cü ildən Səhiyyənin təşkili ixtisası üzrə Dissertasiya Şurasının nəzdində olan Elmi Seminarın sədridir.
İnzibati işlər üzrə prorektor
 Süleymanov Röyal Süleyman oğlu 29 avqust 1984-cü ildə Ağsu rayonunda anadan olmuşdur.
2005-ci ildə Hüquq fakültəsindən 2024-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası İnzibati İdarəetmə fakultəsindən məzun olmuşdur.
Əmək fəaliyyətinə 2007-ci ildə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsində Aparıcı mütəxəssis olaraq başlamış, 2008-ci ildən SOCAR-da müxtəlif vəzifələrdə çalışmış və 2020-ci ildən Azəriqaz İstehsalat Birliyində Hüquq şöbəsinin rəisi işləmişdir. 2025-ci ilin sentyabrından Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inzibati işlər üzrə prorektoru təyin olunmuşdur.
İnstitutun elmi katibi
 Bəxtiyarova Lalə Bahadur qızı 1984-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Klinik ordinaturadan sonra 1992-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nefrologiya kafedrasında assistent kimi fəaliyyətə başlamışdır. 1994-cü ildə “müxtəlif formalı revmatik” mənşəli böyrək zədələnməsinin parsial funksiyalarının öyrənilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2000-ci ildən nefrologiya kafedrasının dosentidir. Nefrologiyanın aktual məsələlərin həsr olunmuş 40-dan çox elmi məqaləsi vardır: böyrək və hamiləlik, diabetik və urat nefropatiya, tez proqressivləşən qlomerulonefrit və s.
2000-ci ildən aprobasion seminarın elmi katibidir. 2006-cı ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun elmi katibidir.
İş nömrəsi: (+99412) 5650427
E-poçt:: l.bakhtiyarova@adhti.edu.az
Terapiya fakültəsinin dekanı
 T.ü.f.d., dosent Quliyeva Zemfira Mehdi qızı 1987-ci ildə Pediatriya kafedrasında kliniki ordinaturaya daxil olub, 1994-cü ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1991-ci ildən assistent, 2001-ci ildən isə dosent vəzifəsində çalışır. Z.M.Quliyeva kafedranın tədris və elmi-tədqiqat işlərində fəal iştirak edir. 2005-ci ildən terapiya fakultəsinin dekanı vəzifəsində çalışır. “Erkən yaşlı uşaqlarda təxirəsalınmaz vəziyyətlərlə nəticələnən kəskin bağırsaq infeksiyalarının müasir diaqnostikası və müalicə prinsipləri” mövzusunda doktorluq dissertasiyasını yekunlaşdırmaq üzrədir. O, 69 elmi əsərin, 36 məqalənin, 2 metodik tövsiyə və 3 tədris-metodik vəsaitin və 1 dərs vəsaitinin müəllifidir.
İş nömrəsi: (+99412) 5650427
E-poçt:: z.guliyeva@adhti.edu.az
Cərrahiyyə fakültəsinin dekanı
 T.ü.f.d. Cabbarov Şadoğlan Mənsur oğlu 1986-cı ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1987-ci ildən Astara Rayon Mərkəzi Xəstəxanasında həkim işləyib. 1990-cı ildə Ə.Əliyev adına ADHTİ-nin Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasına kiçik elmi işçi vəzifəsinə qədul olunub. 1996-cı ildən bu günədək Nefrologiya kafedrasının assistentidir. 2016-cı ildə “Xroniki böyrək çatışmazlığının intensivləşməsinin qiymətləndirmə metodikası, risk amilləri və profilaktikasının imkanları” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmişdir. 2023-cü ildən Ə.Əliyev adına ADHTİ-nin Cərrahiyyə fakültəsinin dekanıdır.
İş nömrəsi: (+994 50) 314 34 48
E-mail: shadoglan.jabbarov@gmail.com
Tibbi-profilaktika fakültəsinin dekanı
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|