Akademik Adilə Namazovanın 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
25.11.2026
Azərbaycan Tibb Universitetində görkəmli alim, akademik Adilə Namazovanın 100 illik yubileyinə həsr olunmuş “Bir ömrün elmi izi: akademik Adilə Namazova və Azərbaycan pediatriyası” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransın açılış mərasimində səsləndirilən çıxışlarda akademik Adilə Namazovanın Azərbaycan tibb elminin, xüsusilə pediatriyanın inkişafındakı əvəzsiz xidmətləri vurğulanıb. Xüsusilə qeyd olunub ki, görkəmli alimlərin elmi irsinin yaşadılması, onların həyat və fəaliyyətinin gənc nəslə örnək kimi təqdim edilməsi, eləcə də elmi ənənələrin gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət kəsb edir.
Konfransda Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının əməkdaşları da fəal iştirak ediblər. Kafedranın müdiri, professor Rəqsanə Məmmədova konfransın II sessiyasının həmsədri olub və “İmmun sistem: müdafiə və autoaqressiya arasında tarazılıq” mövzusunda məruzə ilə çıxış edib. Kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Nigar Hacıyeva isə “Mikrobiota disbalansı zamanı orqanizmdə baş verən patofizioloji dəyişikliklər” mövzusunda məruzə təqdim edib. Məruzələr maraqla qarşılanıb.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.