Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
İnstitutun formalaşması və davamlı inkişafı, xüsusilə də səhiyyəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğının ən bariz nümunəsi, ulu öndər Heydər Əliyevin səhiyyəyə və tibbi təhsilə verdiyi yüksək qiymətdir. Məhz onun uzaqgörən siyasəti nəticəsində institutumuz yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur.
Ə.Əliyev adına ADHTİ eyni zamanda akademik Zərifə Əliyeva kimi parlaq tədqiqatçıların, tanınmış alim və pedaqoqların çalışdığı elm və tədris ocağı olmuşdur. Zərifə xanımın oftalmologiya sahəsində apardığı fundamental elmi araşdırmalar bu gün də tibbi biliklər xəzinəsinin dəyərli hissəsidir.
Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sistemində həyata keçirilən genişmiqyaslı islahatlar, ölkəmizdə tibbi təhsil sisteminin müasirləşdirilməsi, beynəlxalq standartlara inteqrasiyası və fasiləsiz peşə inkişafı məsələləri prioritet istiqamətə çevrilmişdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səhiyyənin, tibbi elmin və sosial layihələrin inkişafına verdiyi böyük dəstək hər bir tibb işçisi üçün stimul və gözəl nümunədir.
Bu baxımdan, ADHTİ öz üzərinə düşən məsuliyyəti dərk edir və müasir yanaşmalara əsaslanan elmi-tədris mühiti formalaşdırmaqla bu prosesdə fəal iştirak edir.
Saytımız vasitəsilə siz institutun tarixi, strukturu, professor-müəllim heyəti, tədris və elmi proqramları, keçirilən konfranslar və tədbirlər barədə ətraflı məlumat əldə edə bilərsiniz. Əminəm ki, səhifəmiz tibb ictimaiyyəti, tədqiqatçılar və səhiyyə mütəxəssisləri üçün faydalı olacaq, eləcə də gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaradacaqdır.
Hamınıza möhkəm cansağlığı, elmi və peşəkar uğurlar arzulayıram!

Hörmətlə,
Nazim Pənahov

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru,
əməkdar həkim, tibb elmləri doktoru, professor


Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX