Azərbaycanda ilk dəfə !
«Tibbi kosmetologiya» ixtisası üzrə kurs keçiriləcəkdir
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Rusiya Diplomdansonrakı Tibb Akademiyası ilə birgə 29 sentyabr 2021-ci il-14 mart 2022-ci il tarixlərdə Respublika Diaqnostika Mərkəzinin bazasında ilk dəfə olaraq «Tibbi kosmetologiya» ixtisası üzrə 6 aylıq ödənişli əsaslarla «Tibbi kosmetologiya» mövzusunda yenidən hazırlıq kursları keçirəcəkdir. Kursa bu sahədə çalışan həkimlər qəbul olunur. Kursun məqsədi «Tibbi kosmetologiya» ixtisası üzrə fəaliyyət göstərən həkimlərin təhsil və peşə ehtiyaclarının ödənilməsi, bilik, bacarıq və təcrübi vərdişlərinin mənimsənilməsinin və müasir standartlara uyğunluğunun təmin olunmasıdır. Kurs müddətində qeyri-invaziv və invaziv, həmçinin apparat metodlarından istifadə edərək müalicə prosedurlarının aparılması, dırnaq lövhələrinin işlənilməsi prosedurunun yerinə yetirilməsi, destruksiyaların aparılması (elektro-lazer, radiodalğalı koaqulyasiya, kriodestruksiya) və dəridə yenitörəmələrin mexaniki götürülməsi bacarıqları mənimsəniləcəkdir.
Kursu müvəffəqiyyətlə bitirmiş şəxslərə ilk dəfə olaraq ixtisasa buraxılışı təsdiqləyən müvafiq dövlət sənədi təqdim olunacaqdır.
Kursa qəbul olunmaq üçün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Tədris hissəsinə müraciət etmək lazımdır.
Ünvan: 20 yanvar dairəsi, Müzəffər Həsənov 35 (Azərsu ASC ilə üzbəüz)
Əlaqə nömrəsi: Tədris Hissəsi 012-565-04-28, Mob: 050-407-22-07
E-poçt: adhti.tedris@gmail.com
Kursa qəbul olunmaq üçün aşağıdakı sənədlər tələb olunur:
1. Diplom (əsli və surəti)
2. İnternatura (əsli və surəti)
3. Əmək kitabçası (əsli və surəti)
4. Şəxsiyyət vəsiqəsi (əsli və surəti)