Ə.Əliyev adına ADHTİ-nin Cərrahiyyə klinikası 20.03.1988-ci ildə Müalicə-məsləhət Diaqnostik Cərrahi Mərkəz kimi istifadəyə verilmişdir. Mərkəzin rəhbəri professor Azad Ağa oğlu İsmayılov olmuşdur. 31.01.1992-ci ildə klinikanın rəhbəri baş həkim adı ilə əvəz olunmuşdur.
26.08.1997-ci ildə mərkəzin adı dəyişdirilimiş və Ə.Əliyev adına ADHTİ-nin Cərrahiyyə Klinikası adlandırılmışdır.
1990-1998-ci illərdə klinikada baş həkim kimi N.Məmmədov çalışmış, 1998-ci ildən 2018-ci ilədək isə klinikaya professor Ş.H. Əliyev rəhbərlik etmişdir.
2001-ci ildən 2009-cu ilə kimi klinikada proktologiya kursu, 2009-cu ildən isə ümumi cərrahiyyə-II kafedrası yerləşmiş və kafedraya professor Ş.H.Əliyev rəhbərlik etmişdir. Cərrahiyyə klinikası Ə.Əliyev adına ADHTİ-nin elmi-praktik və klinik bazalarından biri olaraq əhaliyə yüksək səviyyəli cərrahi tibbi yardımın göstərilməsi sahəsində fəal iştirak edir. Hal-hazırda klinika ümumi və plastik cərrahiyyə kafedrasının bazasıdır. Kafedranın əməkdaşları tərəfindən klinikada tədris-müalicə-konsultativ iş aparılır. Müdavimlərin təhsili üçün klinikada lazımi şərait yaradılmışdır.
Səhiyyə Nazirinin 16 yanvar 2014-ci il tarixli 6 saylı “Plastik və rekonstruktiv cərrahiyyə klinikasının yaradılması barədə” əmri ilə yanıqlar, travmalar və digər xəsarətlər nəticəsində meydana çıxan müxtəlif qüsürların cərrahi yolla müalicəsinin təşkili məqsədilə Ə.Əliyev adına ADHTİ-nin Cərrahiyyə klinilasının adı dəyişdirilərək Ə.Əliyev adına ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası adlandırılmışdır. 2018-ci ildən 2025-ci ilin iyul ayına kimi klinikaya t.ü.f.d. A.M.Məmmədov rəhbərlik etmişdir.
13 iyun 2014-cü il Səhiyyə Nazirinin 55 saylı “Yanıqlı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsi barədə” əmri ilə müxtəlif hadisələrlə bağlı xəstələrdə olan yanıqların kompleks müalicəsinin yaxşılaşdırılması, həmçinin bu cür xəsarətlər nəticəsində yaranmış qüsürların aradan qaldırılması məqsədi ilə Ə.Əliyev adına ADHTİ-nin Plastik və rekonstruktiv cərrahiyyə klinikasının tərkibinə yanıq şöbəsi də daxil edilmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirinin 28 may 2019-cu 146-k əmri ilə isə Ə.Əliyev adına ADHTİ-nin Plastik və rekonstruktiv cərrahiyyə klinikasının tərkibindən yanıq şöbəsi çıxarılmışdır.
Klinikada bütün növ plastik, rekonstruktiv və estetik cərrahi əməliyyatlar icra olunur, mütamadi olaraq praktik məşğələlər, plastik-rekonstruktiv cərrahiyyə üzrə seminarlar təşkil olunur.
2025-ci ilin iyul ayında Səhiyyə Naziri cənab Teymur Musayevin sərəncamı ilə Dilqəm Məmmədov klinikaya baş həkim təyin olunmuşdur.
2025-ci ilin sentyabr ayından Ə.Əliyev adına ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında əsaslı təmir başlanmışdır və hal-hazırda davam edir.



Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX