Mamalıq və ginekologiya kafedrasının əməkdaşları beynəlxalq elmi-praktik konqresdə iştirak ediblər

24.11.2026


2026-cı il noyabrın 19–22-də Bakı şəhərində “Bakı Mütaliələri – 2026: OVARY 360°” (Baku Readings 2026) adlı beynəlxalq elmi-praktik konqres keçirilib. Tədbir çərçivəsində mamalıq, ginekologiya və reproduktiv tibbin aktual məsələləri, müasir diaqnostika və müalicə üsulları, eləcə də bu sahələrdə innovativ yanaşmalar müzakirə olunub, elmi sessiyalar və praktiki təlimlər təşkil edilib.
Konqresdə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq və ginekologiya kafedrasının əməkdaşları fəal iştirak ediblər.
Kafedranın müdiri, professor Leyla Rzaquliyeva “Servikal xərçəngin profilaktikası”, kafedranın dosenti Arzu Babayeva isə “Yumurtalıq şişləri” mövzularında elmi məruzələrlə çıxış ediblər. Professor Leyla Rzaquliyeva, eyni zamanda, elmi sessiyanın moderatoru olub. Kafedranın əməkdaşı Rəxşəndə Aslanova reproduktologiya üzrə təşkil olunan master-klassda təlimçi qismində iştirak edib.
Kafedra əməkdaşlarının beynəlxalq elmi-praktik konqresdə iştirakı peşəkar bilik və bacarıqların təkmilləşdirilməsi, eləcə də beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu