Ə.Əliyev adına ADHTİ-də ”Yanıqlar, yaralar və yara infeksiyalarının
müasir müalicə metodları“ kursu

14.09.2015

    Xəbər verildiyi kimi 12.10.2015-30.10.2015-ci il tarixlərində Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Rusiya Federasiyasının Diplomdansonrakı Tibb Akademiyası arasında imzalanmış müqavilə əsasında Akademiyanın professor-müəllim heyətinin iştirakı ilə Respublikada çalışan cərrahi ixtisaslardan olan həkimlər üçün ”Yanıqlar, yaralar və yara infeksiyalarının müasir müalicə metodları“ mövzusunda ixtisasartırma kursu keçirilir. Kursun aparılması üçün Bakıya ezam olunacaq Akademiyanın əməkdaşları professor Alekseyev A.A., dosent, t.e.d. Bobrovnikov A.E., dosent, t.e.d. Krutikov M.Q., dosent, t.e.d. Sarıqin P.V. proqram üzrə mühazirələr oxuyacaq, məşğələlər aparacaqlar. Eyni zamanda müdavimlərə nəzəri biliklərlə yanaşı praktik tövsiyələr də veriləcək, termiki zədələnmələri olan xəstələrə müasir yanaşmalar göstəriləcəkdir.
   Kursda iştirak etmək üçün Respublikanın dövlət xəstəxanalarında çalışan, ixtisası üzrə ən azı 3 il əmək stajı olan, rus dilini səlis bilən həkimlər dəvət olunurlar. Kursa yazılmaq istəyənlər institutun tədris hissəsinə müraciət edə bilərlər.
   Kursu müvəffəqiyyətlə bitirənlərə Rusiya Federasiyasının Diplomdansonrakı Tibb Akademiyasının sertifikatı veriləcəkdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX