Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının növbəti iclası keçirildi

23.06.2015

    19 iyun 2015-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. Elmi Şuraya sədrlik edən institutun rektoru professor N.A.Qasımov kollektiv qarşısında duran vəzifələrdən danışdı və onları yerinə yetirmək üçün daha səylə işləmək lazim olduğunu nəzərə çatdiırdı. Elmi şuranın gündəliyində tədris və tədris-metodiki sənədlərin müzakirəsı və təsdiq olunması ilə yanaşı 2015-2016-cı tədris ili üçün təqvim planının təsdiq edilməsi də var idi.Bu haqda məlumat verən institutun tədris işləri üzrə prorektoru T.H.Eyvazov bildirdi ki,o biri illərdən fərqli olaraq bu ilki planda bir çox yeniliklər edilmişdir. Beləki, ümumi təkmilləşmə və tematik təkmilləşmə kursları ixtisasartirma kursları ilə əvəz olunmuş, yeni innovasiya kursları və treninqlər hazirlanmışdır. Bu yeni kurslarda müdavimlər təbabətin müasir aktual məsələlərini öyrənəcək,praktik vərdişlərini təkmilləşdirəcəklər.
   Elmi şuranın gündəliyinin digər məsələləri gigiyena kafedrasının müdiri vəzifəsinə seçki, dəri-zöhrəvi xəstəlikləri və oftalmologiya kafedraları üzrə professor vəzifəsinə seçki olmuşdur. Onların müzakirəsindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX