22-23 may 2015-ci il tarixində “Ailə təbabəti“ kafedrası Şirvan şəhərində
səyyar seminar keçirmişdir

03.06.2015

    Xəbər verildiyi kimi 22-23 may 2015-ci il tarixində Şirvan şəhərində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təşkilatçılığı ilə Ailə təbabəti kafedrası “Kəskin qarın və mədə-bağırsaq qanaxmaları ailə həkiminin praktikasında” mövzusunda səyyar seminar keçirilmişdir. Seminar Şirvan şəhərinin Diaqnostik Mərkəzində təşkil olunmuşdur. Bu tədbirdə DM və Şirvan Mərkəzi Rayon Xəstəxanasının həkimləri fəal iştirak etdilər. Seminarda kafedra müdiri t.e.d. Mahmudova S.Y. və kafedranın assistenti t.e.n. Verdiyeva Ş.G. çıxışlari həkimlər tərəfindən maraqla qarşılandı və aktiv müzakirələr aparildı.
    Çıxışlarin əsas mövzuları ailə həkiminin praktikasunda ən cox rast qələn mədə-bağirsaq sistemi problemlərinə , müasir diagnostik üsullara və müalicə tədbirlərinə aid olmuşdur. Aşağıdakı mövzular dinlənildi:

   ”Ailə həkimin praktikasında xroniki qastritlər və 12 barmaq bağırsağın xəstəlikləri” - t.e.d. Mahmudova Ş.Y.
   ”Müasir probiotiklərin istifadəsi ” - t.e.d. Mahmudova Ş.Y.
   ”Mədə-bağırsaq qanaxmaları” - t.e.n. Verdiyeva Ş.G.
   ”Kəskin qarın sindromu, diaqnoz, kliniki gedişatı, ailə həkiminin taktikası” - t.e.n. Verdiyeva Ş.G.

    Çıxışlardan sonra dinləyiçilər tərəfindən suallar verildi, müxtəlif problemlər müzakirə olundu və disskusiya aparıldı. Seminar zamanı dinləyiçilərin təklifləri gələçək qörüşlərdə nəzərə alinacağı bildirildi.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX