Ə.Əliyev adına ADHTİ-nin Urologiya kafedrası Salyan şəhərində cərrahi profili
həkimlər üçün seminar keçirmişdir

03.06.2015

    21.05.2015-22.05.2015 tarixlərində Ə.Əliyev adına ADHTİ, Urologiya kafedrası Salyan MRX-da səyyar seminar keçirmişdir. Seminarda xəstəxanada çalışan uroloqlar, ümumi cərrahlar, ginekoloqlar və anestezioloqlar iştirak etmişdir. Həkim-dinləyicilərin ümumi sayı 22 nəfər təşkil etmişdir. Urologiyanın aktual mövzularına aid olan: “Prostat vəzin xoşxassəli hiperplaziyası”, “Uretranın strikturası”, “Hidronefroz”, “Sidiklik fistulaları”, “Qadınlarda sidik saxlamazlığı” və “Urosemiotika” mövzularında mühazirələr oxunuldu. Mühazirələr maraqla dinlənildi, mövzular ətrafında müxtəlif səpkili diskussiyalar aparıldı. Dinləyicilər tərəfindən verilən çoxsaylı suallar mükəmməl cavablandırıldı. Mövzuların respublikamız üçün aktuallığı vurğulandı. Sonda Salyan MRX rəhbərliyi adından ADHTİ-nin urologiya kafedrasının əməkdaşlarına minnətdarlıq bildirildi.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX