Ə.Əliyev adına ADHTİ-də endovideocərrahiyyə kursu

22.05.2015

    Xəbər verildiyi kimi 18.05.15-05.06.15-ci il tarixlərində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Rusiya Federasiyası Diplomdansonrakı Təhsil Akademiyası professor-müəllim heyətinin iştirakı ilə Respublikada çalışan cərrahi ixtisaslardan olan 20 nəfər həkim üçün ”Döş qəfəsi, qarın boşluğu, kiçik çanaq üzvlərinin təxirəsalınmaz endocərrahiyyəsi“ mövzusunda tematik təkmilləşmə kursu keçirilir. Kursun aparilması üçün Bakıya ezam olunmuş Akademiyanın əməkdaşları professor Jestkov K.G., professor Blaqovestnov D.A., professor Qulyayev A.A., professor Yartsev P.A. proqram üzrə mühazirələrə başlamışlar. Təqdirəlayiq haldır ki, müdavimlərə nəzəri biliklərlə yanaşı praktik tövsiyələr də veriləcəkdir. Bu məqsədlə canlı əməliyyatların aparılması və onların videgörüntülərinin nümayiş olunması planlaşdırılır. Artıq bir neçə belə əməliyyat Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda baş tutmuşdur. Aparılan əməliyyatlar müasir səviyyədə yüksək texnologiyalar standartlarına uyğun aparilmış, onların gedişi dinləyicilərə tam nümayiş etdirilmişdir. Qeyd etmək lazımdır ki, belə əmliyyatların aparilması üçün müasir alətlər və tibbi-texniki avadanlıqların olması həm əməliyyatları mümkün etmiş, həm də onların gedişatını nümayiş etdirməyə imkan vermişdir.
    Kurs davam edir və kurs boyu bir neçə belə endovideocərrahiyyə əməliyyatların aparılması planlaşdırılır. Həmin əməliyyatlar Bakı Sağlamlıq Mərkəzində də həyata keçiriləcəkdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX