Şüa diaqnostikası kafedrasında beynəlxalq təhsil günləri sona çatdı

22.05.2015

    Xəbər verildiyi kimi beynəlxalq təhsil proqramına uyğun olaraq aprel-may aylarında Ə.Əliyev adına ADHTİ-nin şüa diaqnostikası kafedrasında Rusiya Diplomdansonrakı Təhsil Akademiyasının şüa diaqnostikası, şüa terapiyası və tibbi fizika kafedrası əməkdaşları tərəfindən kurs keşirilirdi. Keçən həftə həmin kurs yekunlaşdı.
    Kurs müddətində Akademiyanın professoru T.R.Alekseyeva döş qəfəsi üzvlərinin patalogiyalarının, ağciyərlərin spesifik və qeyri - spesifik xəstəliklərinin diaqnostikası və differensial diaqnostikası haqqında mühazirələr oxudu.
    Həmin müddətdə dosent V.O.Panov nüvə maqnit rezonansının fiziki əsasları, baş beyinin, qarın boşluğunun, çanaq orqanlarının patalogiyalarında MRT müayinəsi mövzüsunda mühazirələr və seminarlar apardı.
    Eyni zamanda professor V.Y.Siniçin KT- koronar angioqrafiya, MRT - koronar angioqrafiya haqqında ətraflı məlumat verdi.
    Bundan başqa professor N.V.Koçergina KT və MRT-nin sümük şişlərinin qiymətləndirilməsində rolu, sümüklərin xoş və bədxassəli şişlərinin diaqnostikası və differensial diaqnostikası haqqında mühazirələr söylədi.
    Kursda Bakı şəhərinin klinikaları da daxil olmaqla Respublikanın müxtəlif regionlarından 20 həkim-müdavim iştirak etmişdir.
    Mühazirələr böyük maraqla dinlənilmiş,disskusiyalar aparılmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX