Rezidentimiz plaket ilə təltif edilmişdir 19.05.2015
Azərbaycan Tibb Universitetində 14 may tarixində Ümummili lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş rezidentlərin III elmi -təcrübi konfransı keçirilmişdir. Konfransa Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidentləri də dəvət olunmuşdular. Rezidentlərimiz müxtəlif ixtisaslar üzrə öz çıxışlarını təqdim etmişlər. Konfransda 8 plenar çıxış və hər bölmə üzrə 7-8 çıxış olmuşdur. Məruzələr dəyərləndirilmişdir. Beləki, ən yaxşı 10 çıxış plaketlə, 25 məruzəçi isə diplomla təltif olunmuşdur. Bütün iştirakçılara sertifikat verilmişdir.
Ə.Əliyev Adına ADHTİ-nın terapiya kafedrasının 3-cü tədris ili rezidenti Aytac Mehtiyeva “Düyünlü uru olan xəstələrin incə iynə ilə aspirasiyalı biopsiyasının nəticələrinin dəyərləndirilməsi” mövzusunda çıxışına görə “Ən yaxşı məruzə ilə çıxış” plaketi ilə təltif edilmişdir.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|