18 may-05 iyun 2015-ci il tarixlərində Rusiya Federasiyası Diplomdansonrakı Tibb Təhsili Akademiyasının professor-müəllim heyətinin iştirakı ilə ” Döş qəfəsi, qarın boşluğu, kiçik çanaq üzvlərinin təxirəsalınmaz endocərrahiyyəsi“ mövzusunda tematik təkmilləşmə kursu keçiriləcək

15.05.2015

    Xəbər verdiyimiz kimi Ə.Əliyev adına ADHTİ ilə RF DSTTA arasındaki müqaviləyə əsasən 18 may-05 iyun 2015-ci il tarixlərində adı çəkilən xarici təhsil müəssisəsinin professor-müəllim heyətinin iştirakı ilə respublikada çalışan cərrahi ixtisaslardan olan 20 nəfər həkim üçün ”Döş qəfəsi, qarın boşluğu, kiçik çanaq üzvlərinin təxirəsalınmaz endocərrahiyyəsi“ mövzusunda tematik təkmilləşmə kursu keçiriləcək. Bu məqsədlə Bakıya ezam olunmuş mütəxəssisləri və oxunulacaq bir neçə mövzunu diqqətinizə çatdırırıq.

   1. Prof. Jestkov K.G., Torakal cərrahiyyə kafedrasının müdiri:
   - Döş qəfəsi orqanlarının travmaları və kəskin cərrahi xəstəlikləri zamanı endocərrahiyyə;
   2. Prof. Blaqovestnov D.A., Cərrahiyyə fakultəsinin dekanı:
   - Qarın boşluğunun travmaları və cərrahi xəstəliklərinin endovideocərrahiyyəsi (abdominal travmalar, diaqnostika və müalicə prinsipləri, kəskin pankreatit zamanı endovideolaparoskopiya, qarnın birincili, residivləşəv və əməliyyatdansonrakı yırtıqlarında endovideocərrahiyyə;
   3. Prof. Qulyayev A.A., S.P. Sklifosovski adına ET TY İnstitutunun yeni cərrahi texnologiyalar laborotoriyasının rəhbəri:
   - Qarın boşluğu orqanlarının kəskin cərrahi xəstəliklərinin cərrahi müalicəsində yeni texnologiyalar;
   - Qarın boşluğu orqanlarında endovideocərrahi müdaxilələr zamanı baş verən fəsadlar və onların profilaktikası;
   - Öd daşı xəstəliyinin və kəskin appendisitin və onların fəsadlarının endovideocərrahiyyəsi;

   4. Prof. Yartsev P.A., S.P. Sklifosovski adına ET TY İnstitutunun təxirəsalınmaz cərrahi qastroenterologiya şöbəsinin rəhbəri:
   - Qarın boşluğu parenximatoz və boşluqlu orqanlarının travmaları zamanı endocərrahiyyə;
   - Mədə-onikibarmaq bağırsaq,nazik və yoğun bağırsaq xəstəlikləri, həmçinin kəskin cərrahi xəstəliklər zamanı endovideocərrahiyyə;


   Kurs zamanı Bakı Sağlamlıq Mərkəzinin bazasında mövzulara uyğun əməliyyatların aparılması və görüntünün videonümayişi nəzərdə tutulub.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX