25.02.2014


25 fevral 2014-cü il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunda keçirilən tədbir Xocalı faciəsinə həsr olunmuşdur. İnstitutun rektoru t.e.d. N.Qasımov iclası öz çıxışı ilə açaraq toplantı iştirakçılarını 26 fevral 1992-cil tarixində baş vermiş qanlı faciə nəticəsində həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etmişdir. Sədr öz çıxışında faciənin dəhşətli anlarını xatırlayaraq, bu hadisədən 22 il keşməsinə baxmayaraq dünya ictimaiyyətinin hələ də kifayyət qədər məlumatlandırılmadığını vurğuladı. Sonra söz çıxış üçün dosent T.Eyvazova verildi. T. Eyvazov öz məruzəsində Xocalı faciəsinin təfərüatlı tarixinə bir daha nəzər saldı və bu hadisəyə müxtəlif beynəlxalq qurumlar və xarici dövlətlər tərəfindən göstərilən münasibət haqqında danışdı. Yekunda tədbirin iştirakçılarına milli qəhrəman Çingiz Mustafayevin foto materialları əsasında hazırlanmış sənədli film nümayiş etdirildi.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX