Ə.Əliyev adına ADHTİ-də “Dünya Səs günü”nə həsr edilmiş
interaktiv mühazirələr oxundu

18.04.2015

    16 aprel günü 2002-ci ildən etibarən “Dünya Səs günü” olaraq qeyd edilməkdədir. Bu günü qeyd etməyin məqsədi cəmiyyətlərimizdə səs sağlığı və səs xəstəlikləri haqqında məlumatların yayılması, bu məsələyə diqqətin artırılmasından ibarətdir. Bu məqsədlə hər il müxtəlif ölkələrdə konfranslar, konsertlər, ictimai tədbirlər həyata keçirilir.
    Respublikamız da bu ildən etibarən həmin ölkələrin sırasına qatıldı. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ilk dəfə olaraq “Dünya Səs günü”nə həsr edilmiş “Larinqostroboskopiyanın əsasları” və “Qirtlaq xəstəliklərində səs terapiyası” mövzularında interaktiv mühazirələr keçirildi. Mühazirələrdə otorinolarinqoloqlar və Bakı şəhərinin müxtəlif klinikalarında otorinolarinqologiya ixtisası üzrə təhsil alan həkim-rezidentlər iştirak etdilər. Tədbiri otorinolarinqologiya kafedrasının dosenti Akif Əfəndiyev açaraq “Dünya səs günü” haqqında məlumat verdi və bu günkü mövzuların otorinolarinqoloqlar üçün çox aktual bir mövzu olduğunu bildirdi. Sonra həmin kafedranın əməkdaşı, t.ü.f.d. Ramil Həşimli hər iki mövzu üzrə geniş və maraqlı mühazirələr təqdim etdi. Mühazirələr interaktiv keçirildi və mövzu üzrə təqdim olunan problemlərin ətraflı müzakirələri aparıldı.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX