Ə.Əliyev adına AzDHTİ-nin Elmi Şurasının növbəti iclası keçirilmişdir 09.04.2015
03 aprel 2015-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. Elmi Şuraya sədrlik edən institutun rektoru t.e.d. N.A.Qasımov kollektiv qarşısında duran vəzifələrdən danışdı və onları yerinə yetirmək üçün daha səylə işləmək lazim olduğunu nəzərə çatdiırdı. Elmi şuranın gündəliyində tədris və tədris-metodiki sənədlərin müzakirəsı və təsdiq olunması ilə yanaşı oftalmologiya, əczaçılıq, urologiya, otorinolarinqologiya, ftiziatriya, nefrologiya, psixiatriya və narkologiya, patoloji anatomiya və məhkəmə-tibbi ekspertizası kafedralarının müdiri vəzifəsinə seçkilər, otorinolarinqologiya və oftalmologiya kafedraları üzrə dosent elmi adının verilməsi məsələləri var idi. Onların müzakirəsindən sonra travmatologiya və ortopediya kafedrasının dissertantı F.İ. İbrahimovun “Ağır müştərək travma xəstələrinin diaqnostikası və müalicəsinin müasir aspektləri” mövzusunda tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün planlaşdırılmış dissertasiya mövzusunun müzakirəsi və təsdiq olunması məsələsinə baxilmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|