Şüa diaqnostikası ixtisası üzrə beynəlxalq təhsil

09.04.2015

    Məlum olduğu kimi institumuzda aparılan tədrisin keyfiyyətini artırmaq məqsədilə 2009-cu ildə Səhiyyə Nazirliyinin sifarişi əsasında ADHTİ ilə Rusiya Federasiyası Diplomdansonrakı Təhsil Tibbi Akademiyası arasında təhsil və elmi-pedaqoji kadrların hazırlanması sahəsində müqavilə imzalanmış və bu əməkdaşlıq durmadan genişlənir. Bu müqaviləyə əsasən adı çəkilən tədris müəssisəsinin kafedralarının aparıcı mütəxəssisləri Bakı şəhərinə ezam olunaraq təlabat hiss olunan ixtisas və mövzular üzrə yerli həkimlər üçün təkmilləşmə kursları keçirirlər. Hazırda 700-dən çox müdavim bu kurslarda təhsil almışdır. Aparılan sorğular göstərir ki, beynəlxalq təhsil kifayət qədər effektlidir, yerli mütəxəssislərin böyük marağına səbəb olur. Həkimlərimiz bu kurslarda əldə etdikləri bilik və bacarıqları gündəlik iş praktikasına tətbiq edirlər. Aparılan əməkdaşlığın davamı olaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Rusiya Diplomdansonrakı Təhsil Tibb Akademiyasının şua diaqnostikası, şüa terapiyası və tibb fizika kafedrası tərəfindən 20.04.2015-09.05.2015 tarixlərində şüa diaqnostikası ixtisası üzrə ”Kompüter tomoqrafiya və Maqnit-rezonans tomoqrafiya” mövzusunda tematik təkmilləşmə kursunun keçirilməsi planlaşdırılır:

   Kursu aşağıdakı müəllimlər aparacaqlar:

   Professor Alekseyeva T.R., professor Sinitsın V.Y., professor Koçerqina N.V., dosent Panov V.O.

    Ənənəvi olaraq keçirilməsi nəzərdə tutulan tematik təkmilləşmə kursuna 20 yerli həkim-mütəxəssis cəlb olunacaqdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX