Hematologiya kafedrası Gəncə şəhərində seminar keçirmişdir

19.03.2015

    Səhiyyənin ən aktual problemləri üzrə qəbul edilmiş dövlət proqramlarının icrası əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar çox mühüm vəzifələri uğurla yerinə yetirməyə imkan yaradır. Müasir dövrümüzdə həmin proqramların icrası nəticəsində ölkədə yüksək standartlara uyğun ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzləri, xəstəxanalar və onlarla yeni səhiyyə ocaqları inşa, təmir və bərpa edilibdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən "Hemofiliya və Talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi ölkəmizdə talassemiya və irsi qan xəstəliklərinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasına yönəlibdir. Bu proqramın icrası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş tədbirlər proqramlarına daxil olan “Hematoloji xidmətin təkmilləşdirilməsi barədə” 25.07.2014-cü il tarixli 77 saylı əmrin həyata keçirilməsi ilə bağlı Ə.Əliyev adına ADHTİ-nun hematologiya kafedrasının professor-müəllim heyəti 11.03.-13.03.2015-ci il tarixdə Gəncə və ətraf rayonlardan olan 55 həkim- müdavimlə seminar keçirilmişdir.
    Həkim-müdavimlərə hemofiliya və talassemiya mövzularına aid oxunmuş mühazirələrdə bu xəstəliklərin kliniki əlamətləri, diaqnostikası, müalicə taktikasından bəhs edilmişdir. Muhazirələrin sonunda diskussiyalar aparılmış, müdavimlərin suallarına cavablar verilmişdir.
    Bundan əlavə Səhiyyə Nazirliyi tərəfindən rayonlarda təşkil olunmuş hematoloji kabinetlərdə işləyən mütəxəssislərə bu problemlər haqqında ətraflı məlumat verilmişdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX