Ə.Əliyev adına ADHTİ-nin otorinolarinqologiya kafedrası
Gəncə şəhərində “Otorinolarinqologiyanın seçilmiş məsələləri”
mövzusunda səyyari seminar keçirmişdir

24.01.2015

    Ə.Əliyev adına ADHTİ-də tədris prosesində təhsilin müxtəlif formalarından istifadə edilir. Onlar arasında səyyari kurs və seminarların keçirilməsi həkim-dinləyicilər arasında xüsusi maraqla qarşılanır. Bu marağı nəzərə alaraq institut rəhbərliyinin təşəbbüsü ilə institutun otorinolarinqologiya kafedrası 20 fevral 2015-ci ildə Gəncə şəhərində “Otorinolarinqologiyanın seçilmiş məsələləri” mövzusunda səyyari seminar keçirmişdir. Seminarda Gəncə və yaxın ətraf rayonlarda çalışan 22 otorinolarinqoloq iştirak etmışdir. Onlara otorinolarinqologiyanın bəzi problemlərinə müasır baxış haqqında mühazirələr oxunmuşdur. Mühazirələr diqqətlə dinlənilmiş və disskusiyalar aparılmışdır. Seminarın proqramı aşağıdakı kimi olmuşdur:

   1. Eşitmənin müasir müayinə metodları (mühazirəçi: dosent Pənahian V.M.).
   2. Sensonevral ağıreşitmə (mühazirəçi: professor Hüseynov N.M.).
   3. Kəskin xarici və orta otitlər (mühazirəçi: dosent Əfəndiyev A.Z.).


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX