Ə.Əliyev adına ADHTİ əməkdaşları üçün Clinical Key şirkəti öz məlumat bazasından istifadə üçün müvəqqəti imkan yaratmışdır 16.12.2014
Daha öncə verilən məlumata əsasən Clinical Key şirkəti İnstitumuza öz məlumat bazasından istifadə üçün müvəqqəti imkan yaratmışdır. Bununla bağlı sözükeçən şirkət bir neçə gün öncə sistemə daxil olma və istifadə haqqında detallı bilgi vermişdir.
Elsevier Clinical Key – Tibb məlumat bazası İnstitumuzun İP ünvanları üçün 1 Fevral 2015 tarixinə qədər giriş imkanı verir və bütün həkimləri sözükeçən xidmətdən yararlanmağa çağırır.
Elsevier Clinical Key daxil olma məlumatları:
Sistemə qoşulmanız üçün mütləq, Təkmilləşdirmə İnstitutunun kampusundan sistemə daxil olmalısınız. Zəhmət olmasa www.clinicalkey.com ünvanına daxil olun.
Elsevier Clinical Key içindəki qaynaqlarla: (kitablar, dərgilər, jurnallar, dərmanlar, videoalar və.s fərqli səhifələr halında mövcuddur) tanış olmaq üçün lütfən daxil olun: www.geminiltd.com.tr/dosyalar/CK_icerik_listesi.zip
Ümumi olaraq bildirmək olar ki, məlumat bazasında Elsevier-in bütün tibbi və cərrahi dərgiləri, referans kitabları, fərqli dəstəkləyici videolar, tətbiqetmə vəsaitləri, pasienti məlumatlandırma sənədləri və s. daxil olmaqla 100 minə qədər fərqli vəsait toplanmışdır.
Qeyd olunan bazada 1170-dən çox elektron kitablardan bəzilərini - Braunwald-in Ürək Xəstəlikləri, Grayin Anatoiyası, Millerin Anasteziyası, Rosai & Ackermanın Cərrahi Patalogiya və s. sadalaya bilərik.
Sayı 610-dan çox olan nüfuzlu jurnallardan bəzilərinin adını çəkmək olar: Lancet, European Urology, The Journal of Pediatrics, The Journal of Urology, Nutrition, Pain, Respiratory Medicine, Journal of Oral and Maxillofacial Surgery və s.
Bütün əməkdaşlarımızı sözükeçən xidmətdən yararlanmağa çağırırıq.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|