26.12.2013


Dekabrın 25-də Xaçmazda görkəmli dövlət xadimi, vaxtilə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi işləmiş Əziz Əliyevin xatirə muzeyinin açılış mərasimi olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının və Rusiya Federasiyası Dağıstan Respublikasının rəsmi şəxsləri iştirak etmişlər. Mərasim iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Muzeyin açılış mərasimində çıxış edən Dağıstan Xalq Məclisinin sədr müavini Seyfullah İsakov bildirmişdir ki, Əziz Əliyev özünün çoxşaxəli fəaliyyəti, humanizmi və qayğıkeşliyi sayəsində Dağıstan və Azərbaycan xalqlarının sarsılmaz dostluğunun rəmzinə çevrilmişdir. Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov çıxışında iki respublika arasında mövcud dostluq-qardaşlıq əlaqələrindən danışmış, bu münasibətlərin formalaşmasında Əziz Əliyevin rolunu xüsusi qeyd etmişdir. Bildirilmişdir ki, çətin bir dövrdə Dağıstanın rəhbəri kimi son dərəcə məsuliyyətli vəzifənin öhdəsindən uğurla gələn Əziz Əliyev bu dostluğun daha da möhkəmlənməsində əhəmiyyətli addımlar atmışdır. Qeyd olunmuşdur ki, Əziz Əliyevin muzeyinin açılışında qonşu respublikanın yüksək vəzifəli şəxslərinin iştirakı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında səmimi dostluq münasibətlərini bir daha nümayiş etdirir. Çıxışlardan sonra muzeyin rəmzi açılışını bildirən lent kəsilmişdir. Mərasim iştirakçılarının diqqətinə çatdırılmışdır ki, Nəriman Nərimanov prospektində yerləşən muzeyin tikintisinə 5 ay əvvəl başlanmışdır. Zal və iki otaqdan ibarət olan muzeydə görkəmli dövlət xadimi Əziz Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən 100-ə yaxın foto və rəsmi sənədlər nümayiş etdirilir. Muzey binasının qarşısında isə Əziz Əliyevin büstü qoyulmuşdur. Mərasim iştirakçıları muzeylə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazmışlar. Sonra xatirə şəkli çəkdirilmişdir. Açılış mərasimindən sonra qonaqlar Xalqlar dostluğu, Tarix-diyarşünaslıq və Şəxsiyyətlər muzeylərində olmuş, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın və Dağıstanın tanınmış dövlət xadimi Səid Qurbanovun Xaçmazda ucaldılmış abidələrini ziyarət etmişlər.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX