13.10.2014


Xəbər verildiyi kimi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu rəhbərliyinin təşəbbüsü ilə tibb elminin ən son nailiyyətlərinin yerli həkim-mütəxəssislərə çatdırılması məqsədilə ABŞ-dan olan muxtəlif ixtisaslı mütəxəssislər institutumuza dəvət olunmuşlar. Həmin mütəxəssislər artıq Bakıdadırlar və 13.10.2014 - 14.10.2014-cü il tarixində institutun auditoriyalarında müxtəlif mövzularda mühazirələr oxuyacaqlar:

Professor James Johnson - Yoluxucu xəstəliklər ixtisası üzrə:
      Mövzu: 1. Sağlamlıqla əlaqədar infeksiyalarda ətraf mühitin rolu.
      2. Qastroenteritlər.

Professor William Lawton - Nefrolgiya ixtisası üzrə:
     Mövzu: 1. Renal arteriyanın stenozu (Vazorenal hipertenziya), müdaxilə etməliyikmi?
     2. Hipertenziyanın müalicəsində son təlimatlar (2013-2014).

Professor Susan Brunsell - Ailə təbabəti ixtisası üzrə:
     Mövzu: 1. Hiperlipidemiya
     2. Depressiya zamanı ilkin tibbi yardım.

Professor William Maynard - Daxili xəstəliklər ixtisası üzrə:
     Mövzu: 1. Durğunluq ürək çatışmazlığı.
     2. Bayılma və başgicəllənmə.

Mühazirələrdə institutumuzda təhsil alan həkim-müdavimlərlə yanaşı respublikanın müxtəlif tibb idarələrinin həkimləri də iştirak edə bilərlər.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX