Əməkdaşlarımız beynəlxalq seminar-treninqdə iştirak etdilər

01.12.2017

Ana və uşaqların sağlamlığı ölkə səhiyyəsinin priopitet məsələləri sırasındadır. Bu sahədə göstərilən tibbi yardımı müasir standartlara çatdırmaq üçün beynəlxalq təhsilin önəmli rolu vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göstərişi ilə Ə.Əliyev adına ADHTİ-nun pediatriya kafedrasının əməkdaşlarının Rusiya Federasiyası Sankt-Peterburq şəhərində 13.11.17.-26.11.17-ci il tarixində uşaq infeksion xəstəlikləri üzrə beynəlxalq seminar-treninqdə iştirak etməsi həmin təhsil növünün davam etdirilməsi üçün bir sübutdur.
Seminar-treninqdə Azərbaycan nümayəndə heyətinin tərkibində pediatriya kafedrasının dosenti Quliyeva Z.M. və assistent İsrafilbəyova İ.B. iştirak etmişlər. Seminar-treninqlərə bir çox MDB ölkələrinin nümayəndələri cəlb olunmuşdular. Tədbir Sankt-Peterburq Uşaq İnfeksion Mərkəzində keçirilirdi. Treninqlər xüsusi müasir simulyator otaqlarında aparılırdı. Mərkəzin yüksəkixtisaslı müəllimləri tərəfindən təqdim olunan mühazirə və təcrübə dərslərində müasir yeniliklər nəzərə çatdırılır, praktik vərdişlər simulyatorlar üzərində öyrədilirdi. Seminar-treninqlərin yekununda mərkəzin rəhbəri akademik Lobzin Y.A. qala-şam yeməyində təntənəli surətdə iştirakçıları təbrik etdi və sertifikatlar təqdim etdi.Dosent Z.M. Quliyevaya yüksək nəticə göstərdiyinə görə xüsusi hədiyyə verildi.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX