Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

06.10.2017

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. 2017-2018-ci tədris ilinin sentyabr-oktyabr ayları üçün kurslara qəbul haqqında.

Məruzəçi dosent Z.M.Quliyeva

2. İnstitutun distant təhsil portalının təşkili və fəaliyyəti haqqında.

Məruzəçi dosent S.Z.Əliyev

3. Anesteziologiya və reanimatologiya kafedrasının müdiri vəzifəsinə seçki.
4. Şua diaqnostikası kafedrasının müdiri vəzifəsinə seçki.
5. Terapiya kafedrasının professoru vəzifəsinə seçki.
6. Hemodializ laboratoriyasının müdiri vəzifəsinə seçki.
7. Müxtəlif məsələlər.

İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institutun tibb üzrə alimlik dərəcələri almış əməkdaşlarına müvafiq diplomları təqdim edərək onları təbrik etdi.
I məsələ üzrə terapiya fakultəsinin dekanı dosent Z.M.Quliyeva çıxış edərək bildirdi ki, 2017/18-ci tədris ilinin ilk 4 həftəsi ərzində kursların komplektləşdirmə planlarının yerinə yetirilməsi aşagıdakı kimi olmuşdur:
Terapiya fakultəsi üzrə: plan-221, cəlb edilib - 222 müdavim (100,5%)
Cərrahiyyə fakultəsi üzrə: plan-190, cəlb edilib - 202 müdavim (106,3%)
Tibbi-profilaktika fakultəsi üzrə: plan- 90, cəlb edilib - 80 nəfər (88,9%)
İnstitut üzrə yekun: plan-501, cəlb edilib -504 nəfər (100,6%).
Davamlı tibbi təhsil üzrə pilot kafedralara müdavimlərin cəlb olunması hələ tam həllini tapmamışdır.Beləki, həmin kafedralar üzrə kursların komplektləşdirmə planlarının yerinə yetirilməsi 80,4% olmuşdur:
Terapiya fakultəsi üzrə: plan-70 , cəlb edilib - 66 müdavim (94,3%)
Cərrahiyyə fakultəsi üzrə: plan-74, cəlb edilib - 50 müdavim (68%)
Tibbi-profilaktika fakultəsi üzrə: plan-24, cəlb edilib - 19 nəfər (79,2%)
Pilot kafedralar üzrə yekun: plan-168, cəlb edilib - 135 nəfər (80,4%).
Qeyd edildi ki, pilot kafedralarda komplektasiya prosesi Səhiyyə Nazirinin davamlı tibbi təhsilə həsr olunmuş 45 saylı 20 iyun 2017-ci il tarixli əmrinin yerlərdə tam həcmdə icra olunmadığını göstərir.Müəssisə rəhbərlərinin nəzərinə çatdırılmalıdır ki, davamlı tibbi təhsil prosesində həkimlər müntəzəm olaraq, yəni əksər hallarda ildə bir dəfə ixtisasartırma kurslarından keçməlidirlər.
Müdavimlərin kurslara cəlb olunmasında üzə çıxan çətinlikləri tezliklə aradan qaldırmaq üçün təklif olunur:
1. Müəssisələr tərəfindən həkimlərin kurslara göndərilmə əmrinin icrası əvvəlki təcrübə nəzərə alınmaqla 70-80% təşkil edir. Kafedralar tərəfindən müdavimlərin qəbulu prosesinin artıq 2-ci günündən başlayaraq kursa gəlməyən həkimlər haqqında məlumatlar toplanmalı və onların kursa gəlmələrinin maksimal təmin edilməsinə çalışmaq lazımdır.
2. Pilot kafedralarda kursa göndərilmiş həkimlərdən müəssisənin baş həkimi tərəfindən təsdiqlənmiş həkimin fərdi inkişaf planını tələb etmək lazımdır.Pilot kafedrada kursda olmuş həkimləri sonrakı dövrlərdə nəzarətdə saxlamalı, onların davamlı tibbi təhsil prinsiplərinə uyğun təkrar kurslara göndərilməsi istiqamətində iş aparılmalıdır.
3. Kursların komplektləşdirilməsi ənənəvi olaraq qalıq prinsipi əsasında müəssisələrin kadrlar şöbəsi tərəfindən həyata keçirilir.Bu zaman müdavimin mövzu seçimi nəzərə alınmalıdır.
4. Tədris hissəsi son 4-5 il ərzində kurslarda iştirak etməmiş həkimlərin müəyyən qisminin məlumatlarını kafedralara verə bilir, lakin bu məlumatlar heç də həmişə dəqiq olmur və ya hazırda həkimin işdə olub-olmaması (məzuniyyət və s.) haqqında bilgilər yoxdur və bu yerlərdə həkimləri kurslardan yayındırmağa imkan verir.Daha yaxşı olardı ki, xüsusən də az sayli kontingenti olan kafedralar öz kurs jurnalları əsasında həkimlərin kartotekasını tərtib etsinlər.Bu iş qisa müddətdə yerinə yetirilə bilər.Əldə olunan məlumatlar hansı həkimlərin kursa göndərilməli olduğunu daha dəqiq müəyyən edə bilər.
5. Hazırkı komplektasiya şəraitində dərs yüklərinin hesablanması, uçotu və yerinə yetirilməsinə ciddi nəzarət olunmalıdır. Dərs yükünün yerinə yetirilmədiyi hallarda müvafiq tədbirlərin görülməsi təmin edilməlidir.
6. İnstitutun təqvim planında nəzərdə tutulmuş seminar və treninqlər təşkil olunaraq keçirilməlidir.Bu tədbirləri keçirmək üçün kafedra tərəfindən institutun saytında müvafiq elanlar və izahlı məlumatlar (tədbirin məqsədi, kontingent, veriləcək məlumatlar və s.) yerləşdirilməli və həkimlər cəlb olunmalıdır.Tədbirin təşkilinin digər yolu ayrı-ayrı müəssisələrlə razılaşma əsasında və ya Bakı şəhər Səhiyyə İdarəsinin müəyyən etdiyi poliklinikalarda keçirilməsidir.
7. Kontingenti az olan kafedralar kursları planlaşdırarkən digər ixtisaslı həkimlərin də cəlb olunmasınıı nəzərdə tutmalı və tədrisin kompleksləşdirilməsindən istifadə etməlidirlər.
İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək deyilən məsələlərin çox önəmli olduğunu qeyd etdi və tədbirlər planının təsdiq olunub yerinə yetirilməsi istiqamətində aparılan işlərin Səhiyyə Nazirliyi və yerli tibb müəssisələri ilə uzlaşdırmağın vacibliyini göstərdi.
Tədbirlər planı təsdiq edildi.
II məsələ üzrə cərrahiyyə fakultəsinin dekanı dosent S.Z.Əliyev çıxış edib bildirdi ki, davamlı tibbi təhsil sisteminin tərkib hissəsi olan distant təhsil artıq bir neçə ildir Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müvəffəqiyyətlə tətbiq edilir. Distant təhsilin məzği ondan ibarətdir ki, təhsil almaq hər hansı bir zamandan və məkandan asılı olmur. Dinləyici özünə uyğun zaman və məkan çərçivəsində internet vasitəsilə onlayn təlim imkanı qazanır. Distant təhsilə qoşulmaq üçün qeydiyyatdan keçib baza bilik səviyyəsini təyin etmək üçün test suallarına cavab vermək lazımdır. Müdavimin bilik səviyyəsi təyin edildikdən sonra təkmilləşmək istədiyi mövzunu seçmək ona təklif olunur. Təhsilin müddəti onun yığdığı ballara uyğun təyin edilir. Ball nə qədər yüksəkdirsə müddət də o qədər qısa olur. Təsil müddətində müdavimə onlayn mühazirələr oxunur, tapşırıqlar verilir və sonda test suallarının cavablandırılması aparılır. Cavablar yoxlandıqdan sonra ona kredit balları verilir və uyğun sertifikat təqdim olunur. Bu günə qədər portala 1614 nəfər daxil olub,onlardan 976-nın e-maili təsdiq edilib,onlardan 641-i profaylı doldurub və onlardan da 239 nəfəri testə daxil olubdur.
İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək portalın işinin daha da aktivləşdirilməsinin vacib olduğunu qeyd etdi və kursa gələn hər bir müdavimə ətraflı məlumat verilməsi haqqında tapşırıq verdi.
Elmi şuranın gündəliyinin digər məsələləri seçki məsələləri olmuşdur. Onların müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX