13.05.2014


 İnstitutumuz və Rusiya Diplomdansonrakı Tibbi Təhsil Akademiyası arasın­dakı imzalanmış sazişə əsasən əməkdaşlıq əlaqələri davam edir.
  13 may 2014-cü il tarixindən 31 may tarixinə qədər nəzərdə tutulan "Sosial gigiyena və səhiyyənin təşkili" və "Yoluxucu xəstəliklər" kafedralarında həmin akademiyanın əməkdaşları tərəfindən aparılan mühazirələr artıq başlanmışdır. Hər iki kafedrada mühazirələri 20 nəfərdən təşkil olunmuş qruplar dinləyir.
  Yoluxucu xəstəliklər ixtisası üzrə mühazirəni dosent Vera Borisovna Tetova oxuyur. Mühazirə virus hepatitlərinə həsr edilmişdir.
  "Sosial gigiyena və səhiyyənin təşkili" kafedrasında mühazirəni professor Poqorelskaya L.V., dosent Tetova V. B., professor Belobrodov V.N., dosent Sapronov Q.V. oxuyacaqlar.
  Mühazirələrdə həm şəhər xəstəxanalarından və həmçinin Respublikanın müxtəlif rayonlarından olan mütəxəssislər iştirak edir. Məruzələr böyük maraqla dinlənilir. Mövzular ətrafında çoxsaylı suallar verilir və diskusiyalar aparılır.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX