21 sentyabr 2017-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun FD 03.041 Dissertasiya Şurasının iclası baş tutdu.
İclasın gündəliyi:
1. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Terapiya” kafedrasının dissertantı Hümmətova Sevil Rəşid qızının 3205.01–“Daxili xəstəliklər” ixtisası üzrə “Dağlıq və düzənlik ərazidə yaşayan arterial hipertenziyalı xəstələrdə ürək ritminin variabelliyi və onun korreksiya üsulları” mövzusunda tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə iddialı dissertasiya işinin müdafiəsi.
Elmi rəhbər:
Tibb üzrə elmlər doktoru Mustafayev İ.İ.
Rəsmi opponentlər:
Tibb üzrə elmlər doktoru Qəhrəmanova S.M
Tibb üzrə fəlsəfə doktoru İsayeva A.Q.
Aparici təşkilat: Azərbaycan Tibb Universiteti (II Daxili xəstəliklər kafedrası).
2. Azərbaycan Tibb Universitetinin “Dermatovenerologiya” kafedrasının dissertantı Məmmədov Kazım Allahverdi oğlunun 3222.01–“Dəri-zöhrəvi xəstəliklər” ixtisası üzrə “Dəmiryolu nəqliyyati işçilərində pəncələrin mikozlarının etiologiyası, patogenezi və müalicə metodlarının təkmilləşdirilməsi” mövzusunda tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə iddialı dissertasiya işinin müdafiəsi.
Elmi rəhbər:
Tibb üzrə elmlər doktoru, professor Fərəcov Z.H.
Rəsmi opponentlər:
Tibb üzrə elmlər doktoru Kərimov S.H.
Tibb üzrə fəlsəfə doktoru Həsənli S.A.
Aparici təşkilat: Gürcüstan Dəri-Zöhrəvi xəstəlikləri Milli Mərkəzi.
Hər iki elmi-tədqiqat işinin müzakirəsindən sonra qərara alındı ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dissertantı Hümmətova Sevil Rəşid qızına “Dağlıq və düzənlik ərazidə yaşayan arterial hipertenziyalı xəstələrdə ürək ritminin variabelliyi və onun korreksiya üsulları” mövzusunda 3205.01–“Daxili xəstəliklər” ixtisası üzrə tibb üzrə fəlsəfə doktoru və Azərbaycan Tibb Universitetinin “Dermatovenerologiya” kafedrasının dissertantı Məmmədov Kazım Allahverdi oğluna “Dəmiryolu nəqliyyati işçilərində pəncələrin mikozlarının etiologiyası, patogenezi və müalicə metodlarının təkmilləşdirilməsi” mövzusunda 3222.01–“Dəri-zöhrəvi xəstəliklər” ixtisası üzrə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılsın.
Qərar yekdilliklə təsdiq olundu.