İDEA proqramının Azərbaycan üzrə Beynəlxalq İnkişaf və Təhsil Mükafatının qalibi Ə.Əliyev adına ADHTİ-nin rezidentidir

19.06.2017

    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda rezidentlərin öz bilik və bacarıqlarını gösətrmələri üçün hər cür şərait yaradılmışdır. Onların tədris proqramlarından əlavə yeni biliklər əldə etmələri üçün beynəlxalq təhsilə xüsusi önəm verilir. Bura Səhiyyə Nazirliyinin dəstəyi iiə institutumuzun rezidentlərinin bir sıra xarici ölkələrin nüfuzlu ali tibbi təhsil ocaqlarında rotasiya kursları keçməsidir. İndiyənə qədər institutun bir neçə kafedrasının 100-ə yaxın rezidenti Almaniya, Türkiyə, Belarusiya və Rusiyanın müxtəlif nüfuzlu tibb təhsili müəssisələrində belə rotasiya kurslarında olmuşlar. Digər tərəfdən rezidentlərimizin müxtəlif beynəlxalq layihələrdə iştirak etmələri də institut rəhbərliyi tərəfindən həmişə alqışlanmışdır. Bu istiqamətdə növbəti uğur institutun onkologiya kafedrası tərəfdən gəlmişdir. Beləki, ASCO (American Society of Clinical Oncology) və CCF (Conquer Cancer Foundation) tərəfindən təşkil olunan Beynəlxalq İnkişaf və Təhsil Mükafatı - İDEA( İnternational Development and Education Award) proqramının 2017-ci il Azərbaycan üzrə qalibi həmin kafedranın 4-cü kurs rezidenti İmamquliyeva Zülfiyyə Vaqif qızı olmuşdur. Bu mükafat ona 01.06 -10.06.2017-ci il tarixində 53-cü ASCO İllik Toplantısında iştirak etmək və Ohayo ştatında yerləşən Klivlend klinikasında hemotologiya/onkologiya ixtisası üzrə təcrübə keçmək imkanı qazandırmışdır. Rezidentimiz onkologiya/hematologiya, süd vəzi və baş boyun üzrə keçirilən sessiyalarda iştirak etmiş və Klivlend klinikasında sümük iliyi transplantasiyası şöbəsində təcrübə keçmişdir. Z.V.İmamquliyeva haqqında məlumat “2017 Grant & Award Recipient” jurnalında İDEA proqramının 24 ölkə üzrə seçilən qalibləri sırasında dərc olunmuş və ona CCF və Klivlend klinikası tərəfindən sertifikat təqdim olunmuşdur.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX