02.05.2014


Məlumat verdiyimiz kimi 2013/2014-cü tədris ilindən etibarən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda laparoskopik cərrahiyyəyə həsr olunmuş tematik təkmilləşmə kurslarının keçirilməsinə start verilmişdir. Indiyədək belə kurs keçirilmiş və bu kurslarda həkim-müdavim laparoskopik cərrahiyyənin nəzəri və praktik vərdişlərinə yiyələnmışlər. Kursları müvəffəqiyyətlə bitirmiş məzunlar artıq yerlərdə bu tip əməliyyatları uğurla icra edirlər. Təcrübə göstərir ki, laparoskopik metodun tətbiqinə nəinki ümumi cərrahiyyədə, həmçinin cərrahiyyənin digər sahələrində də təlabat böyükdür. Bunu nəzərə alaraq 05.05.14-16.05.14 tarixində "laparoskopiyanın əsaslar" adlı daha bir kurs təşkil olunmuş və bu kursa ümumi cərrahlarla yanaşı həkim-onkoloqlar, mama-ginekoloqlar və uroloqlar da cəlb olunmuşlar. Bu kursda müxtəlif ixtisaslı mütəxəssislərin laparoskopik metodun bazis nəzəri biliklərinin və vərdişlərinə yiyələnməsinə xüsusi diqqət ayrılmışdır. Gələcəkdə kursların mütəmadi olaraq daha çox ixtisası əhatə etməsi və tədris olunan cərrahi əməliyyatların çeşidinin artırılması nəzərdə tutulur.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX