Əməkdar elm xadimi, professor Ə.A.Əkbərbəyovun anadan olmasının 90 illiyinə həsr edilmiş iclas keçirildi

18.03.2017

    17 mart 2017-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasında həyatının böyük bir hissəsini Azərbaycan səhiyyə sisteminin təkmilləşdirilməsinə, milli tibbi kadrlarının hazırlanmasına, onların kamil mütəxəssis kimi yetişməsinə həsr edən, Azərbaycan səhiyyəsinin qızıl fondunun canlı nümayəndəsi olan əməkdar elm xadimi, professor Ələkpər Allahyar oğlu Əkbərbəyovun anadan olmasının 90 illiyinə həsr edilmiş iclas keçirildi.
    İnstitutun rektoru professor Nazim Qasımov iclası öz çıxışı ilə açaraq yubilyarı təbrik etdi və ona uzun ömür, can sağlığı arzuladı.Rektor bildirdi ki, professor Əkbərbəyov yaxşı müəllim, ixtisasını dərindən bilən, obyektiv, tələbkar, daim öz üzərində çalışan və işinə məsuliyyətlə yanaşan pedaqoqlarımızdandır. Buna görə o, kollektivin böyuk rəğbətini qazanmışdır. 1962-ci ildən Ə.A.Əkbərbəyovun iş fəaliyyəti Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlıdır. İlk olaraq rentgenologiya kafedrasının assistentliyindən başlayaraq kafedra müdiri vəzifəsinə qədər yuksəlmiş və bu vəzifədə 40 il ərzində çalışmışdır. Professor artıq 55 ildir ki, rentgenodiaqnostika fənnini tədris edərək yüksək ixtisaslı həkim kadrlarının hazırlanmasında böyük nailiyyətlər əldə etmişdir. O, müdavimlərin yaxşı rentgenoloq kimi hazırlanmasına çox böyük əmək sərf etməklə onlara ixtisasın incəliklərini öyrədərək böyük rentgenoloqlar məktəbi yaratmışdır. Cəsarətlə demək olar ki, Azərbaycan səhiyyə sistemində çalışan 200-dən artıq həkim-rentgenoloqların hamısı Ələkpər müəllimin tələbələridir. Dövlətimiz tərəfindən, professor Ə.A.Əkbərbəyovun elmi nailiyyətlərini nəzərə alaraq ona əməkdar elm xadimi kimi fəxri ad verilmişdir. O, dəfələrlə fəxri fərmanlara layiq görülmüşdür. Professor Ə.A. Əkbərbəyov geniş elmi bilikli, çox savadlı həkim, yüksək dərəcəli pedaqoqdur.
    Sonra institutun şüa diaqnostikası kafedrasının müdiri dosent Fəridə Nəsirova öz məruzəsində əməkdar elm xadimi, səriştəli alim və səhiyyə təşkilatçısı, professor Ə.A.Əkbərbəyovun həyatı, elmi-pedoqoji və praktiki həkimlik fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. O, qeyd etdi ki, professor Ə.A.Əkbərbəyovla fəxr edərək əminliklə deyə bilərik ki, onun keçdiyi zəhmətlə dolu, şərəfli ömür yolu bu günün gəncliyi üçün bir nümunədir. Sonda məruzəçi kollektiv adından Ələkpər müəllimi 90 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik etdi, ona ən gözəl nemət olan can sağlığı, uzun ömür və işlərində yeni-yeni müvəffəqiyyətlər arzuladı.
    Tədbirdə, həmçinin, prorektor Məmmədəli Meybəliyev, kafedra müdirləri professor Fazil Agayev, professor Oktay Seyidbəyov, t.e.d. Leyla Rzaquliyeva, t.e.d. Fuad Sərdarlı, dosent Elmira Qədimova, Respublika klinik xəstəxanasının baş həkimi Telman İbadov, institutun tədris hissə müdiri Müqabil Mürsəlov və digərləri yubilyar haqqında xoş sözlər səsləndirdilər.
    Sonda professor Ə.A.Əkbərbəyov başda institutun rektoru professor N.A.Qasımov olmaqla bütün kollektivə və iclasda iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX