Yanıqlar və onların fəsadlarının müalicəsinə həsr olunmuş dəyirmi masa keçiriləcəkdir

25.02.2017

    Səhiyyədə həyata keçirilən islahatlar və pozitiv dəyişikliklər barədə ictimaiyyəti geniş məlumatlandırmaq məqsədi ilə Səhiyyə Nazirliyinin göstərişi ilə tibbi yardımın müxtəlif sahələrinə həsr olunmuş dəyirmi masalar keçirilir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda artıq keçirilmiş bir neçə belə masa ictimaiyyətin marağına səbəb olmuşdur. Növbəti dəyirmi masa Ə.Əliyev adına ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının Yanıq şöbəsinin fəaliyyətinə həsr ediləcəkdir. Tədbir 02 mart 2017-ci ildə saat 11.00-da həmin şöbədə keçiriləcəkdir. Dəyirmi masada yaniqlar və onların fəsadlarinin müalicəsində Azərbaycan alimlərinin nailiyyətləri haqqında danışılacaq, plastik və rekonstruktiv əməliyyatlar barədə məlumatlar veriləcəkdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX