01.05.2014


Son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi tibbdə də sürətli dinamik inkişaf baş verir. Paytaxtda və xüsusən də bölgələrdə yeni tibb müəssisələri tikilir və ya əsaslı təmir olunur və onlar ən müasir cihaz və avadanlıqlarla təchiz olunurlar. Yeniləşmiş və müasirləşmiş iş şəraiti yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasını diktə edir. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının qanununun tələblərinə müvafiq olaraq praktik səhiyyədə çalışan tibb mütəxəssisləri mütəmadi olaraq təkmilləşmə kurslarına cəlb olunurlar. Hazırkı dövrdə həkimlərin və provizorların diplomdan sonrakı təhsili səhiyyəmizin prioritet məsələlərindəndir və Səhiyyə Nazirliyinin daim diqqətindədir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun kollektivi də öz işini günümüzün tələblərinə uyğun qurmağa, ilk növbədə tədrisin keyfiyyətinin yüksəldilməsi və onun beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına çalışır. İndiyədək bu sahədə əhəmiyyətli işlər görülmüşdür. Bunlara müxtəlif xarici universitetlər ilə çoxşaxəli əməkdaşlığı, institut əməkdaşlarının həmin tibb ocaqlarında zərurət duyulan sahələr üzrə ixtisaslarının artırmasını, birgə elmi araşdırmaların aparılmasını, yüksək ixtisaslı əcnəbi mütəxəssislərin iştirakı ilə yerli həkimlər üçün əyani və distant kursların keçirilməsini misal göstərmək olar. Səhiyyə Nazirliyinin təşəbbüsü ilə bu sahədə atılan son addımllardan biri də respublikamızda praktik səhiyyədə çalışan yüksək ixtisaslı əcnəbi mütəxəssislər heyətinin ADHTİ-də keçirilən ixtisasartırma kurslarında tədris prosesinə cəlb olunmasıdır. Bu məsələni təşkil etmək məqsədilə İnstitut rəhbərliyi pediatriya, kardiologiya, mama-ginekologiya, cərrahiyyə və şüa diaqnostikası sahələrində çalışan əcnəbi həmkarları ilə görüşmüş, bəzi təşkilati məsələlər müzakirə olunaraq həll edilmiş və oxunulacaq mövzular müzakirə edilərək müəyyənləşdirilmiş və kursların tədris proqramlarına daxil edilmişdir. İlk olaraq 30. 04. 2014-cü il tarixində ADHTİ-nin pediatriya kafedrasında Dr. Andreas Petropolusun (Belçika) iştirakı ilə həkim-pediatrlara "Pediatriyada simptomlara əsaslanan təbabət", "Azərbaycanda pediatrik xəstəliklərin epidemiologiyası", "Neonatologiyanın əsasları, körpələrin reaminasiyası və transportasiyası", "Neonatologiyanın aktual problemləri" mövzularında mühazirələr oxunmuşdur. Mövzuların aktuallığı və buna böyük marağın olmasını nəzərə alınaraq bu barədə Səhiyyə Nazirliyi tərəfindən aidiyyatlı digər tibb müəssisələri məlumatlandırılmış və İnstitut tarixində ilk dəfə olaraq kurslar açıq elan edilərək mühazirələrdə kafedra əməkdaşları, təkmilləşmə və hazırlıq kurslarının çoxsaylı müdavimləri ilə yanaşı digər tibb müəssisələrinin həkim personalı, o cümlədən Respublika Perinatal Mərkəzin neonatoloqları da iştirak etmişdir. Mühazirələr böyük maraqla dinlənilmiş, hər mövzudan sonra auditoriya Dr. A. Petropolus ilə aktiv müzakirələrə qoşulmuş, məruzəçiyə müxtəlif suallar verilmiş və respublikamızda və dünyada neonatologiya sahəsindəki mövcud problemlər araşdırılmışdır. Beləliklə, artıq ilk mühazirələr tədrisin bu cür təşkil olunmasının nə qədər əhəmiyyətli olduğunu mümayiş etdirmişdir. Qeyd etmək istərdik ki, 2013/2014-cü tədris ilinin sonunadək pediatriya ixtisası üzrə müxtəlif mövzularda daha bir neçə belə məşqələlərin təşkili nəzərdə tutulmuş və bu işlərin gələcəkdə də mütəmadi davam etdirilməsi planlaşdırılır. 01.05.2014-cü il tarixində isə İnstitutun kardiologiya kafedrasında Dr. Kiriazis (Almaniya, Hamburq) tərəfindən "Sübuta əsaslanan təbabət", "Bradikardiyalar/Bradiaritmiyalar", "Antiaritmiyalar-taxikardiyanın məhdud kompleksi", "Antiaritmiyalar-taxikardiyanın geniş kompleksi" mövzularında mühazirələr keçirilmişdir. Mühazirələrə kardiologiya kafedrasının həkim-müdavimləri ilə yanaşı ET kardiologiya İnstitutunun və Bakı Sağlamlıq Mərkəzinin əməkdaşları da iştirak etmişlər. Mühazirələr böyük maraqla dinlənilmiş və həkimləri maraqlandıran kardioloji problemlər araşdırılmışdır. Digər sahələrdə olduğu kimi kardioloqlar üçün bu tip məşqələlərin də fasiləsiz bütün tədris ili boyu təşkili qərara alınmışdır. Xarici mütəxəssislərin iştirakı ilə aparılması planlaşdırılan bütün məşqələlərin cədvəlini diqqətinizə çatdırırıq.

Doktor İxtisası Ölkələr
Dr. Rudolf Krauze Cərrah Holandiya
Dr. Leonard Van Vin Radiologiya Holandiya
Dr. Hauk və Dr. Kiriazis Daxili xəstəliklər və kardialogiya Almaniya Hamburq
Dr. Pol Armstrong Mamalıq və ginekologiya Böyük Britaniya
Dr. Andreas Petropolus Pediatriya Belçika


Dr. Rudolf Krauze, cərrahiyyə: Çərşənbə

14.05.2014    Təqdimat mühazirəsi "Onkoloji cərrahiyyənin prinsipləri"
21.05.2014    Yumşaq toxuma xərçənginin Müalicə Protokolu
28.05.2014    Mədə xərçənginin Müalicə Protokolu
04.06.2014    Mədəaltıvəzi xərçənginin Müalicə Protokolu
25.06.2014    Qaraciyər metastazlarının müalicəsi
02.07.2014    Yoğun bağırsaq xərçənginin Müalicə Protokolu
08.07.2014    Düzbağırsaq xərçənginin Müalicə Protokolu

Assistent: Dr. Nağıyev Eldəniz (051 535 94 56)


Dr. Leonard Van Vin, radiologiya: Çərşənbə axşamı

13.05.2014    Onurğanın boyun şöbəsi
20.05.2014    Onurğanın döş şöbəsi
27.05.2014    Onurğanın bel şöbəsi

Hər mühazirədə vərəm, yırtıqlar, dağınıq skleroz, travmalar, degenerasiya və şişlər haqqında məlumatlar veriləcək.

Assistent: Dr. Türkan Əliyeva (070 234 49 29)


Dr. Kiriazis və Dr. Hauk, Kardialogiya: Cümə axşamı

May ayı üçün razılaşdırılmış mühazirələr (hər mühazirə 45 dəqiqə):

01.05.2014    Sübuta əsaslanan təbabət (Dr. Kiriazis)
                    Bradikardiyalar/Bradiaritmiyalar (Dr. Kiriazis)
                    Antiaritmiyalar - Taxakardiyaların Məhdud Kompleksi (Dr. Kiriazis)
                    Antiaritmiyalar - Taxakardiyaların Geniş Kompleksi (Dr. Kiriazis)

08.05.2014    Ürək-Damar Xəstəliklərinin Profilaktikası (Dr. Hauk)
                    Kəskin Miokard İnfarktı (STEMİ) (Dr. Hauk)
                    Kəskin Koronar Sindrom / NSTEMİ (Dr. Hauk)
                    Təkmilləşdirilmiş Yaşam Dəstəyi (Dr. Hauk)

15.05.2014    Arterial Hipertenziya (Dr. Hauk)
                    Atrerial Fibrilyasiya (Dr. Hauk)
                    Pulmonar embolizm (Dr. Hauk)
                    Antikoaqulyasiya/Antiaqreqant /NOAC (Dr. Hauk)

22.05.2014    Ürəkkeçmə (Dr. Kiriazis)
                    Kardiostimulyator göstərişləri (Dr. Kiriazis)
                    İCD Göstərişləri (Dr. Kiriazis)
                    Ürək resinxronizasiyasının müalicəsinə göstərişlər (Dr. Kiriazis)

Asistent: Dr. Zümrüd İsmibeyli (050 321 09 45)
             Dr. Sevda Alqayeva (050 359 54 79)


Dr. Armstrong, Mamalıq və Ginekologiya: Cümə

Mamalıq ilə bağlı mövzular aşağıdakılardan ibarət olacaq:

16.05.2014    Antenatal Fetal Qiymətləndirilmə
23.05.2014    Partoqram vasitəsilə İntranatal yardım, Kardio Taxograf monitorinqi və analgeziya
30.05.2014    Doğuşaqədər və doğuşdan sonrakı qanaxmalar
06.06.2014    Operativ doğuş

Ginekologiya üzrə:

16.05.2014   Menoragiya
23.05.2014    Uşaqlıq boynunun müayinəsi və müalicə
30.05.2014    Sonsuzluğun dəyərləndirilməsi
06.06.2014    Uşaqlıq yolunun sallanması

Asistent: Dr. Nurlana Amrahova (050 229 79 79)


Dr. Andreas Petropolus: Pediatriya

30.04.2014    Pediatriyada simptomlara əsaslanan təbabət
                    Azərbaycanda pediatrik xəstəliklərin epidemiologiyası
                    Neonatalogiya I (Əsasları, körpələrdə reanimasiya və transportasiya)
                    Neonatalogiya II (Günün aktual problemləri)

07.05.2014    Ölkədə vaksinasiya siyasəti
                    Yerli əhali arasında yayılan əsas infeksiyalar - I
                    Yerli əhali arasında yayılan əsas infeksiyalar - II
                    Xəstəxana infeksiyaları
                    - Antibiotiklərin istifadəsi ilə əlaqədar siyasət müzakirə olunacaq

14.05.2014    Uşaqlarda rast gələn əsas allergiyalar: diagnozu və müalicəsi
                    Əsas (qeyri-infeksion) respirator xəstəliklər
                    Əsas anadangəlmə ürək xəstəlikləri
                    Əsas qastroenteroloji xəstəliklər
27.05.2014    İlkin pediatrik müayinə: rutin və təcili
                    Ambulatoriyalarda Təcili Hallar
                    Rayon xəstəxanalarında Təcili Hallar
                    Pediatriyada MYTH
                    Günorta sessiyyası
                    Nəzəriyyədən təcrübəyə: Maraqlı hallar və xəstələrin müayinəsi




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX