İnkişaf pediatriyası üzrə təlim keçirildi

06.02.2017

    Sübut olunmuşdur ki, 0-3 yaşında uşaqların fiziki və psixo-emosional inkişafında geriqalma hallarının erkən aşkarlanması və vaxtında düzgün müdaxilə edilməsi onlarda əlilliyin qarşısını almağa imkan yaradır. Bu baxımdan pediatriya üzrə təhsil proqramlarında inkişaf pediatriyası mövzusunun yer alması zəruridir. Bununla bağlı 26-27 yanvar 2017-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin razılığı və UNİCEF-in dəstəyi ilə Bakı şəhər Uşaq Bərpa Müalicə Mərkəzində həkim-pediatrlar üçün uyğunlaşdırılmış “İnkişafın dəstəklənməsi və izlənməsi rəhbərliyi”n kliniki istifadəsinə dair 2 günlük təlim keçirmişdir. Təlimdə erkən uşaqlıq dövründə inkişaf və davranışa bir çox tibbi, psixi və sosial amillərin təsiri barəsində məlumatlar təqdim edilmiş, inkişaf pediatriyasının prinsiplərinə və fənnlərarası yanaşmalara xüsusi yer ayrılmışdır. Bu zaman uşağın inkişafının geri qalması və sağlamlıq imkanları məhdud olan uşaqların olmasının qarşısının alınması, erkən aşkarlanma və vaxtında müdaxilənin önəmliyi barədə geniş məlumatlar təqdim edilmişdir. Eyni zamanda təlim keçən pediatrlara Ankara Universitetinin inkişaf pediatriyası kafedrası tərəfindən hazırlanmış “Uşaqların inkişafının monitorinqi qaydaları”na dair sorğunu Uşaq Bərpa Müalicə Mərkəzində müalicə olunan xəstə uşaqlar və onların ailələrinə tətbiq etmək üçün şərait yaradılmışdır. Təlim inkişaf pediatriyası üzrə mütəxəssis Təranə Seyidməmmədova tərəfindən aparılmışdır.
Təlimdə Ə.Əliyev adına ADHTİ-nun pediatriya kafedrasının dosentləri Fəxrəddin Qarayev, Mətanət Qaraxanova və assistent Elnarə Zeynalovanın rəhbərlikləri ilə Azərbaycanın müxtəlif şəhər və rayonlarından təkmilləşdirmə kurslarına cəlb olunan müdavimlər iştirak etmişlər.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX