Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

27.01.2017

    26 yanvar 2017-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

    1. İnstitutun Plastik Rekonstruktiv Cərrahiyyə Klinikasının hesabatı.
       Məruzəçi: t.e.d. Ş.H.Əliyev

    2. İnstitutda tədris prosesinin təşkili və gedişatı haqqında.
       Məruzəçi dos. T.H.Eyvazov

    3. T.e.d., professor E.M.Qasımovun AMEA-nın müxbir uzvu seçilməsinə dəstək verilməsi barədə.

    4. Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti t.ü.f.d. Cavid Əhmədbəylinin «Dişlər və implantlar ətrafında parodontun iltihabi xəstəliklərinin profilaktika və kompleks müalicə tədbirlərinin müasir aspektləri» «3226.01-stomatologiya» ixtisası üzrə, tibb elmləri doktoru alimlik dərəcəsini almaq üçün planlaşdırılmış dissertasiya mövzusunun müzakirəsi və təsdiq olunması.

    5. Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, t.ü.f.d. S.Z.Əliyevə dosent elmi adının verilməsi.

    6. M ü x t ə l i f m ə s ə l ə l ə r.

    I məsələ üzrə Plastik Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi t.e.d. Ş.H.Əliyev çıxış edib bildirdi ki, klinikada müalicə - müayinə işləri ilə yanaşı, müdavimlərin təhsili üçün lazımi şərait yaradılmışdir. Klinikanın ştatında 329 vəzifə ştatı vardır. Bunlardan həkim - 29, psixoloq - 1, tibb bacısı - 95, digərləri - 81 nəfər olmaqla 206 işçi çalışır. 96 çarpayılıq klinikaya hesabat dövründə 1360 xəstə daxil olmuşdur. 2016-cı il ərzində klinikada 871 xəstəyə 864 cərrahi əməliyyat edilmişdir. Onlardan 502-si plastik cərrahi əməliyyat olmuşdur. O cümlədən, yanıq şöbəsində 358 xəstəyə 362 cərrahi əməliyyat olunub. Bunlardan 159 uşağa 160 əməliyyat icra olunmuşdur. Sonra baş həkim qəbul olunmuş xəstələrin diaqnozları, aparılan əməliyyatların strukturu, alınan nəticələr haqqında ətraflı məlumat verdi.
    İnstitutun rektoru professor N.A.Qasımov çıxış edib klinikanın fəaliyyəti haqqında öz fikirlərini bildirdi və aparilan işə qənaətbəxş qiymət verilməsini təklif etdi.
    II məsələ üzrə prorektor dosent T.H.Eyvazov çıxış edib distant təhsil portalının fəaliyyəti haqqında məlumat verdi. O bildirdi ki,institut üzrə 23 kafedrada 127 distant tədris faylları hazırlanmış və bu iş davam edir. Bu günə qədər portaldan 296 nəfər ümumi istifadəçi olmuş, onlardan 142 nəfərində e-mail təsdiqlənmiş, 100 nəfəri profili doldurmuş və 41 nəfəri testə başlamışdır.
    İnstitutun rektoru professor N.A.Qasımov çıxış edib distant təhsilin üstünlüklərini qeyd etdi və bu işin davam etdiriləcəyini nəzərə çatdırdı.
    Elmi şuranın gündəliyinin digər məsələlərinin müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX