30.04.2014


1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında baş verən faciənin nəticələrinin aradan qaldırılmasında 2000-dən artıq azərbaycanlı öz həyatını təhlükəyə ataraq böyük fədakarlıq göstərmişdir. Bununla bağlı Çernobıl qəzasının 28 ildönümü Azərbaycanda qeyd olunmuşdur. Bu faciənin fəsadlarından bu gün də əziyyət çəkənlər var. Belə ki, Aprel ayının 24-də Bakının Sabunçu rayonunda yaşayan Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılmasının iştirakçısı olmuş şəxslərlə görüş keçirilmişdir. Bu şəxslər və onların ailə üzvlərində müşahidə olunan tibbi-sosial problemlərini müzakirə etmək və lazımi tövsiyyələri təqdim etmək məqsədilə adı çəkilən görüşə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutun şua diaqnostikası və pediatriya kafedraların dossentləri Fəridə Nəsirova və Mətanət Qaraxanova dəvət olunmuşlar. İlk olaraq, tədbirdə iştirak edən Sabunçu Rayonu Çernobıl faciəsinin irakçıları icmasının rəhbəri Elxan Salmanov 1993-cü ilin dekabrında dahi rəhbər Heydər Əliyev tərəfindən Çernobılda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş Azərbaycan vətəndaşlarının statusu haqqında qanunu imzalaması, bununla da bu kateqoriyadan olan insanlara diqqət və qayğı göstərilməsi və hazırda bu məsələnin ölkə Prezidenti İlham Əliyevin diqqət mərkəzində olması barədə məlumat vermişdir. Sonra isə tədbir iştirakçıları daha çox onları narahat edən baş ağrıları, dayaq-hərəkət və əzələlərində müşahidə edilən nasazlıqlar, ümumi halsızlıq, yorğunluq kimi vəziyyətlər haqqında xüsusi qeyd etmişlər. AzDHTİ əməkdaşları bu insanların fiziki və psixoloji sağlamlıqlarında olan problemlərinin aradan qaldırılması ilə bağlı məsləhət və tövsiyyələr vermişlər. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sabunçu rayon bölməsi tərəfindən təşkil olunmuş bu tədbirin sonunda iştirakçılara humanitar yardım paylanılmışdır.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX