29.04.2014


Ə.Əliyev adına ADHTİ -nin əməkdaşları başda rektor t.e.d. Qasımov N.A. olmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göstərişi əsasında 23.04.14-25.04.14 tarixlərində Naxçıvan MR-nın 90 illik yubileyi ilə əlaqədar ezamiyyətdə olmuşlar. Göstərilən müddət ərzində institutun professor-müəllim heyəti kardiologiya, terapiya, pediatriya, cərrahiyyə, mama-ginekologiya, nevrologiya, psixiatriya ixtisasları üzrə tibbdə olan ən müasir yenilikləri həkimlərin diqqətinə çatdırmışlar. Kardiologiya üzrə mühazirə-seminarları Kardioloji mərkəzdə 28 həkimin iştirakı ilə t.e.d. Quliyev F.Ə., dosent Zeynalov A.F. keçirmişlər. Həkimlərə Avropa Kardiologiya Cəmiyyətinin tövsiyyələrinə müvafiq "Qulaqcıqların fibrillyasiyası zamanı diaqnostika və müalicə üsulları", "Sabit stenokardiyalı xəstələrdə müasir diaqnostika və müalicə" mövzuları təqdim edilmişdir. Terapiya ixtisası üzrə mühazirə-seminarları akademik Z.Ə.Əliyeva adına şəhər poliklinikasında 45 həkimin iştirakı ilə t.e.d. Mustafayev İ.İ. və dosent Sadıqova G.H. "Arterial hipertenziyaya müasir baxışlar", "Revmatoid artriti", Bağırsağın qeyri-spesifik iltihabi xəstəlikləri" mövzularını təqdim etmişlər. Pediatriya üzrə mövzuları "Uşaqlarda kəskin bağırsaq infeksiyalarının müasir müalicə prinsipləri", "Bağırsaq disbakteriozu", "Uşaqlarda tənəffüs üzvlərinin xəstəlikləri zamanı rasional antibiotikoterapiya", "Qidalanmanın müasir aspektləri" dosent Quliyeva Z.M., dosent Hacıyeva N.A. uşaq xəstəxanasında 40 həkimin diqqətinə çatdırmışlar. Cərrahiyyə üzrə mühazirə-seminarları "Laporoskopik cərrahiyyə", "Proktologiyanın müasir məsələləri"-ni t.e.d. Qasımov N.A., t.e.d. Əliyev Ş.H., t.e.d. Müslümov Q.A. Diaqnostika mərkəzində 25 cərraha keçirmişlər. Mama-ginekologiya ixtisası üzrə doğum mərkəzində 35 mama-ginekoloqa "Endometrioz, diaqnostika və müasir müalicə", "Plasentar çatmamazlıq", "Hamiləlik və sarılıq" mövzuları t.e.d. Rzaquliyeva L.M., assistent Quliyeva İ.A. oxunulmuşdur. Psixiatriyadan "İlk tibbi yardım göstərən tibb müəssisələrində psixi pozuntuların müalicəsi", "Depressiya pozuntuları" mövzusunda mühazirə-seminarları t.e.d. Qafarov T.Ə. 8 həkimin iştirakı ilə psixiki xəstələrin mərkəzində keçirmişdir. Bütün ixtisaslar üzrə keçirilən mühazirə-seminarlarda həm Naxçıvan şəhərindən, həm də ətraf rayon və kəndlərdən gələn həkimlər iştirak edirdilər. Qısa müddət ərzində keçirilən mühazirə-seminarlar həkimlərdə böyük maraq doğurmuş, ğeniş miqyasda diskussiyalara, müzakirələrə səbəb olmuşdur. Mama-ginekoloqlar 2 cərrahi əməliyyat - laporoskopik sistektomiya, uşaqlığın vaginal ekstirpasiyası aparılmışdır. Naxçıvan MR-nın SN cənab Novruzov N., tibbi yardımın təşkili şöbəsinin müdiri cənab Cəfərov S., Diaqnostika mərkəzinin müdiri Hüseynəliyev A. Sonda ilk növbədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Ə.Əliyev aadına ADHTİ-nin rəhbərliyinə öz minnətdarlığını bildirdilər və yaxın vaxtlarda belə tədbirlərin mütəmadi keçirilməsini tövsiyyə etdilər.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX