Azərbaycan nevroloqlarının Milli Assosiasiyasının 6-cı konfransı keçiriləcəkdir

21.11.2016

    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 16-17 fevral 2017-ci il tarixində Azərbaycan nevroloqlarının Milli Assosiasiyasının növbəti 6-cı konfransı keçiriləcəkdir. Hər dəfə olduğu kimi konfransda nevroloqların, neyrocərrahların, kardioloqların, radioloqların və s. ixtisas sahiblərinin iştirakı gözlənilir. Azərbaycan nevroloqlarının hər bir konfransında 500-dən artıq iştirakçı qeydiyyatdan keçir. Konfrans materialları ənənəvi olaraq toplu şəklində çap edilir və ya “Milli Nevrologia Jurnalı”nın növbəti sayında dərc edilib oxucuların diqqətinə çatdırılır. Konfransin işi ayri-ayri bölmələr üzrə təşkil ediləcəkdir-beyin qan dövranın kəskin pozulmaları, epilepsiya, mərkəzi sinir sisteminin demielinizasiyaedici xəstəlikləri, hərəkət pozulmaları, nevrologiyada təxirəsalınmaz hallar, uşaq nevrologiyası və s. Hər dəfə olduğu kimi bu konfransda da xarici ölkələrdən nümayəndələr iştirak edəcəklər.

    Məlumat və qeydiyyat: Ə.Əliyev adına ADHTİ-nin sinir xəstəlikləri kafedrası (akademik M.Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasının 1-ci korpusu, 3-cü mərtəbə), tel.: +99412 431 89 48


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX