22.04.2014


Bu konqres 17 aprel Dünya Hemofiliya gününə həsr olunmuşdur. Konqresin baş təşkilatçısı və sədri Prof.Dr. Bülənt Zülfikar qeyd etdi ki, əksəriyyəti hematoloqlar və 20% hemofiliyalı xəstələr olmaqla 140 başçı və çıxışçı konqresdə iştirak edirlər (Fransa, Amerika, Almaniya, İtaliya, Azərbaycan və s). Azərbaycan Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova ilk çıxış edənlərin sırasında konqres iştirakçılarını salamlayaraq, onu bu konqresə dəvət etdikləri üçün minnətdarlığını bildirərək "Azərbaycanda Dövlət Hemofiliya Proqramının Həyata Keçirilməsi" mövzusunda çıxışını təqdim etdi. O, Hemofiliya Mərkəzində 1519 xəstənin qeydiyyatda olduğunu, ölkə rəhbərliyi və Səhiyyə Nazirliyi hemofiliyalı xəstələrin problemlərinin həll edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilməsini qeyd etdi. Konqresin 2-ci günü saat 11:30-dan 13:15-ə qədər Elmira xanım sədr təyin edildi. Bu konqresin möhtəşəmliyi, fərqli cəhəti ondan ibarət idi ki, Türkiyənin dörd bir tərəfindən gələn 362 xəstə və qohumları iştirak edirdilər. Türkiyə Hemofiliya Dərnəyinin başçısı Prof.Dr. Bülənt Zülfikar öz açılış nitqində qeyd etdi ki, hemofiliya xəstəliyi çox erkən yaşlardan özünü büruzə verir və xəstənin həyatına sosial şərtlərinə mümkünsüz çətinliklər gətirir. Valideynlər, cəmiyyət, sosial və s. qurumlar onlara diqqət yetirməlidirlər.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX