“Tibb və Elm” Ə.Əliyev adına elmi-praktik jurnalının 4-cü sayı çapa hazırlanır

21.09.2016

    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Tibb və Elm” Ə.Əliyev adına elmi-praktik jurnalı nəşr olunur. Onun əhatə dairəsi geniş həkim auditoriyası və fundamental tibbi-bioloji ixtisas mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. Jurnalın səhiyyədə hakim mövqedə duran milli və xarici mütəxəssislərdən təşkil olunmuş redaksiya heyəti və şurası təqdim olunan elmi işlərin müasir təbabətin elmi araşdirmalara tətbiq etdiyi standartlara uyğun olmasını təmin edir. Burada təqdim olunan rubrikalar, orijinal məqalələr, müasir texnologiyalı şərhlər, mühazirələr, tarixi xronikalar mütəxəssislərdə maraq doğurmuşdur. Jurnal yalnız kliniki və fundamental elmləri deyil, həmçinin tibb qanunvericiliyi və səhiyyə maariflənməsi məsələlərini də işıqlandırır. Artıq jurnalın 3-cü sayi çapdan çıxmışdır. Hal-hazirda həmin jurnalın 4-cü sayı çap olunmaq üçün hazırlanır. Təbabətin bütün sahələrində çalışan mütəxəssisləri və səhiyyə təşkilatçılarını yeni jurnalla əməkdaşlığa dəvət edirik və umidvarıq ki, birgə fəaliyyətimiz Respublikada tibb elminin inkişafına kömək edəcəkdir. Məqalələr azərbaycan, rus, ingilis və türk dillərində qəbul edilir, azərbaycan dilində yazılan məqalələrə üstünlük verilir. Bütün məsələlər üzrə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda jurnalın redaksiyasına t.ü.f.d. Rahim Əliyevə müraciət etmək olar.

    E-poçt: rahim_aliyev@mail.ru
    İş nömrəsi: (+994 12) 565-04-20


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX