“Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” əmr icra olunur

19.09.2016

    Xəbər verildiyi kimi Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oqtay Şirəliyevin “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” əmrinin icrası ilə əlaqədar Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq-ginekologiya və anesteziologiya-reanimatalogiya kafedralarının əməkdaşları regionlara 2016-ci ilin aprel-iyul aylarında bir neçə dəfə ezamiyyə olunmuş, yerli mütəxəssislərə müvafiq kömək göstərmişlər. Eyni zamanda əməkdaşlarımız yerlərdə həkimlərin fəaliyyətinin təhlilini aparmış və öz hesabatlarında problemləri həll etmək üçün müvafiq təkliflər vermişlər. Həmin təkliflərin əsasında Respublikamızda ana ölümlərini azaltmaq məqsədi ilə qardaş Türkiyə dövlətində tətbiq olunan “Təxirəsalınmaz mamalıq hadisələrində baş verən qanaxmalarda cərrahi müdaxilə layihəsi”ndən nümunə kimi istifadə etmək qərara alınmışdır. Yeni tədris ilində də bu fəaliyyəti davam etdirmək planlaşdırılır. Beləki, mamalıq-ginekologiya kafedrasının professoru t.e.d. İzzət Şamxalova artiq Gəncə şəhər “Regional Perinatal Mərkəz”ində ezamiyyətdədir və orada bir həftə ərzində doğuşayardım xidmətinin təkmilləşdirilməsi, hamilə və zahılara yüksək ixtisaslı yardımın göstərilməsi istiqamətində fəaliyyət göstərəcəkdir.
    Ezamiyyə qrafikinə uyğun olaraq ezamiyyətə gedən bütün mütəxəssislər gördükləri işlər barədə mütamadi hesabat verəcəklər.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX