14.04.2014


4 aprel 2014-cü il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda institutun rektoru t.e.d. Nazim Qasımov və Amerika Avstriya Fondunun vise prezidenti, Açıq Tibb İnstitutunun proqramlarının direktoru professor Wolfgang Aulitzky ilə görüş keçirilmişdir. Görüşdə Ə.Əliyev adına ADHTİ-nun rektoru, t.e.d. Nazim Qasımov; Amerika Avstriya Fondunun vise prezidenti, Açıq Tibb İnstitutunun direktoru, prof. Wolfgang Aulitzky; Ə.Əliyev adına ADHTİ-nun prorektoru, dosent Məmmədəli Meybaliyev; Ə. Əliyev adına ADHTİ-nun pediatriya kafedrasının dosenti, Açıq Tibb İnstitutunun Azərbaycanda tibbi koordinatoru Nigar Hacıyeva; Açıq Tibb İnstitutunun proqramlarının koordinatorları Anna Maria Nics və Kerstin Wahlmueller iştirak etdilər. Professor Aulitzky rəhbərlik etdiyi proqram haqqında Ə.Əliyev adına ADHTİ-nun rektoru, t.e.d. Nazim Qasımova ətraflı məlumat verərkən bildirdi ki, Açıq Tibb İnstitutu Azərbaycanda tibb proqramlarını 1997-cı ildən həyata keçirir. Bu proqram il ərzində Avstriyada 35 müxtəlif tibb ixtisasları üzrə seminarlar təşkil edir. Seminarlar Amerika və Avstriyanın qabaqcıl tibb müəssisələrinin professorları tərəfindən aparılır. Seminarlarda iştirak etmək üçün müxtəlif ölkələrdən dəvət olunan həkimlər akademik və pesəkarlıq nailiyyətlərinə əsasən Amerika Avstriya Fondu tərəfindən seçilirlər. Professor Aulitzkinin Azərbaycana ilk səfəri insultların profilaktikası ilə bağlı layihənin həyata keçirilməsi məqsədi daşıyır. Bu layihəni həyata keçirtmək üçün Ə.Əliyev adına ADHTİ-nun nevrologiya kafedrasının rəhbəri R.Şiraliyeva ilə prof. Aulitzkinin görüşü təşkil olunmuşdur. Layihə Avstriyanın İnkişaf Fondu tərəfindən həyata keçiriləcək. Layihənin ilk mərhələsində 3 nəfər nevroloqun Avstriyanın nevroloji klinikasında damarların ultrasonografiyasının aparılması üzrə treninglər keçiriləcək. İnsultların profilaktika layihəsi, eyni zamanda, elmi-tədqiqat işi kimi nəzərdə tutulub. Epidemioloji tədqiqatların aparılmasına Azərbaycan, Avstriya və Amerika tibb müəssisələrinin mütəxəssislərinin cəlb olunması planlaşdırılıb. Görüş səmimi dostluq şəraitində keçmişdir. Görüşün sonunda iki institut arasında qarşılıqlı əlaqələri yaratmaq və Anlaşma Memorandumu imzalamaq qərara alındı.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX