Rezidentlər Belarus Respublikasında təhsil aldılar

04.04.2016

    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə beynəlxalq təhsilin müxtəlif formaları tətbiq edilir. Bu baxımdan hər il mütəmadi olaraq institutumuzun rezidentləri bir sıra xarici ölkələrin nüfuzlu ali tibb təhsili müəssisələrinə rotasiya kurslarına göndərilir. İndiyənə qədər institutun bir çox kafedralarının rezidentləri Almaniya, Türkiyə və Rusiyanın nüfuzlu tibb universitetlərində bu kurslardan keçmişlər. Bu ildən həmin tibb müəssisələrinin sırasına Belarusiya Diplomdansonrakı Təhsil üzrə Tibb Akademiyası da qoşulmuşdur. Ə.Əliyev adına ADHTİ-nun rektoru professor N.A.Qasımovun 2015-ci ildə Minsk şəhərinə səfəri zamanı bu Tibb Akademiyası ilə bağlanmış saziş əsasında institutun rezidentləri müxtəlif ixtisaslar üzrə rotasiya keçmək üçün Minskə göndərilmişdilər. Mamalıq ginekologiya və yoluxucu xəstəliklər kafedralarının 3 rezidenti Belarusiyanın paytaxtı Minsk şəhərində 31.03.16-30.04.16-cı il tarixində ixtisasları üzrə 1 aylıq kurs keçib Vətənə dönmüşlər. Onlar əldə etdikləri nailliyyətlər haqqında hesabat vermiş və yaradılmış imkan üçün institut rəhbərliyinə minnətdarlıq bildirmişlər.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX